Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə79/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   75   76   77   78   79   80   81   82   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

241

 

“Kitab”ın dilində “ilin on iki ayından hər biri” anlamlı “ay” 



sözü daha çox müəyyən miqdar saylarından sonra  işlənib: “Bir ay 

baqsun, - Bir ayda varmazsam, iki ay baqsun! İki ayda varmaz-

sam, üç ay baqsun!...” (D-144); “Toquz ay tar qarnımda götür-

digim, oğul!” (D-164). 

Astronomiya və coğrafiyaya dair mənbələrdə göstərildiyi 

kimi, “Ay təqviminin əsasını təşkil edən sinodik (qəməri) ay – Ay 

səfhələrinin dəyişmə dövrü olub, 29, 581 orta Günəş sutkasına 

bərabərdir”. Bu mənada türk dillərində  hər 29,5 və ya 30 günün 

“ay” adlandırılması  təbiidir. Heç şübhəsiz ki, qədim türklər yaz, 

yay, güz (payız), qış sözlərini yaradarkən Günəşin hərəkət trayek-

toriyası, işığı ilə yanaşı, gecələr inikas edən “Günəş” işığı ilə 

işıqlanan göy cismini – “Ayı” da müşahidə ediblər, onun işığını da 

nəzərə alıblar. Bu müasir dilimizdə mühafizə olunan “boz ay” 

(qışın axırıncı ayı, mart ayı), “elqovan ay” (yayın axırıncı ayı) 

kimi ay adlarında, eyni zamanda “ay qaranlığı” (ay işığı olmayan 

gecə, qaranlıq gecə), “ay doğmaq” (gecə ayın doğması, çıxması), 

“ay görünmək” (hər ayın  əvvəlində hilalın (ayparanın) ilk dəfə 

görünməsi) və s. ifadələrdə də özünü göstərir. Burada S.Cəfərovun 

omonimlərin  əmələ  gəlmə yolları ilə bağlı söylədiyi fikirlərdən 

biri yada  düşür: “Çoxmənalı sözlərdə  mənalarından biri inkişaf 

edərək, müstəqim məfhum ifadə etməyə başlayan yeni sözə çevril-

məsi ilə; məsələn, ay (otuz gün) – Ay (yerə  ən yaxın məsafədə 

olan peyk), hər ikisi isim...”

1

. Maraqlıdır ki, M.Kaşğari “ay” sözü-



nün semantikasını daha dəqiq, həm də poetik mətnlər kontekstində 

şərh edib: “...ay (30 gündən ibarət olan ay). Bu, beytdə  də 

işlənmişdir: 

          “Kışka etin, kəlsə kalı kutluğ yay, 

          Tün, kün keçə alkınur ödhlək bilə ay” 

                Qışa hazırlaş sən, gəlsə qutlu yay, 

                Gecə-gündüz keçərək başa çatır zamanla ay”. 

                                                            

1

 S.Cəfərov. Müasir Azərbaycan dili. Bakı, 1982, səh.23. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

242

 

(Mübarək yay gələndə sən qışa hazırlıq gör, çünki gecənin və 



gündüzün keçməsi ilə ay və zaman başa çatır). 

İlin 12 parçasından hər birinə ay deyilməsinin səbəbi odur ki, 

bu müddət ayın keçməsi ilə başa çatır. Bu məsəldə də  işlənir: “ay 

tolun bolsa, əligin imləməs = bəbir ay əllə göstərilməz. Çünki 

gözü olan hər kəs onu görür”

1

.  



“Kitab”da ilin aylarının adlarına rast gəlinmir. Daha doğrusu, 

bu, əsasən, fəsil adları ilə ifadə edilir: Yaz, güz (payız), qış. “Yay” 

sözü isə müstəqil  şəkildə  fəsil adı kimi işlənməsə  də, yer-məkan 

məzmunlu “yaylaq”, “yayla” kimi sözlərdə kök morfemi kimi  

çıxış edir. Çox güman ki, bu, qədim türklərdə yaz sözünün həm də 

yay mənasında işlənməsi ilə bağlıdır. Bu, öz təsdiqini M.Kaşğari-

nin “Divan”ında da tapır: “...yaylağ. Bu, yaz demək olan yay  sö-

zündən alınmışdır”

2

.  Yeri gəlmişkən, M.Kaşğari “ay” adlarına da 



münasibət bildirib: “Ayların adlarına gəlincə, şəhərlərdə ay adları 

ərəbcə  işlənir. Köçərilər və müsəlman olmayan türklər ili dörd 

fəslə bölərək ad verirlər.  Hər üç ayın bir adı var, ilin keçməsi bu-

nunla bilinir. Novruzdan sonra yaza  “oğlak ay”, sonra “uluğ oğ-

lan ay” deyirlər. Çünki bu ikinci zaman parçasında oğlaq böyüyür. 

Bundan sonra “uluğ ay” gəlir, çünki bu dövr yay ortasıdır, yer 

üzərində nemət artır, heyvanlar böyüyür, süd çoxalır. Digər ay-

larda bu şəkildə  davam edir, az işləndiyi üçün  bunların adını tək-

tək saymıram”

3

. Müəllifin  bu qeydləri qədim türk tarixi, etnoqra-



fiyası və coğrafiyası baxımından olduqca dəyərlidir. 

ilin fəsillərinin adları. Heç şübhəsiz ki, fəsil adlarının (yaz, 

yay, güz (payız), qış) yaranma səbəbləri, etimoloji əsasları müəy-

yənləşdirilərkən təkcə dilçilik yox, həm də mifologiya, astronomi-

ya kimi elmlərin nəzəri  əsaslarına istinad olunmalı, problemə 

kompleks və sistemli şəkildə  yanaşılmalıdır. Araşdırmalar göstə-

rir ki, Azərbaycan dili, eləcə də türk dillərinin əksəriyyəti üçün sə-

                                                            

1

 M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cild, Bakı, 2006, səh.148-149. 



2

 Yenə orada, səh.63. 

3

 Yenə orada, səh.356. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

243

 

ciyyəvi olan yaz, yay, güz (payız) və qış sözlərinin etimologiyası 



qeyd etdiyimiz elmlərin sintezi kontekstində  tədqiq olunmayıb. 

Konkret desək,  ümumi vəziyyət belədir: Azərbaycan fizikləri və 

ya astronomlarının  əsərlərində ilin fəsillərinin adlarını bildirən 

sözlərin semantikası ilə bağlı  şərhlərə, demək olar ki, rast gəlin-

mir. Bu, təbii qarşılana bilər:  birincisi, ona görə ki, bu, astrono-

mun işi deyil; ikincisi, qədim türk dilinin incəliklərinə  dərindən 

bələd  olmayan heç bir astronom yaz, yay, güz (payız) və qış söz-

lərinin semantikası ilə bağlı dəqiq fikir söyləyə bilməz... Türkoloq 

və mifoloqlarımız isə  həmin sözlərlə bağlı müəyyən mülahizələr 

söyləyərkən astronomiyanın nəzəri əsaslarına yetərincə istinad  et-

məyiblər. Amma bu heç də onların fikirlərinin inkarı kimi başa 

düşülməməlidir. Bu mənada Azərbaycan dilçiliyi və folklorşünas-

lığında ilin fəsillərinin adları ilə bağlı deyilmiş fikirlərin ümumi 

mənzərəsini canlandırmaq lazım gəlir: 

Dilçiliyimizdə ilin fəsillərinin adları həm leksikologiya, həm 

də morfologiya daxilində təqdim olunur. Dəqiq desək, eyni sözlər 

(yaz, yay, payız, qış, gün, ay, il...) leksikologiya  daxilində daha 

çox zaman məfhumu bildirən sözlər, morfologiyada isə zaman 

bildirən isimlər başlığı altında ümumi şəkildə verilib. Yəni yaz, 

yay, güz (payız) və  qış sözləri tarixi-linqvistik baxımdan, demək 

olar ki, araşdırılmayıb. Amma onu da qeyd edək ki, son dövrlərdə 

B.Məhərrəmli “yaz” sözünü “təbiət hadisələrini bildirən isimlər” 

başlığı altından  geniş şəkildə təhlil edib

1

. Müəllifin fikirlərini belə 



səciyyələndirmək olar: 

− “yaz” sözünün türk dillərində müxtəlif fonetik variantlarda  

işləndiyini göstərməklə yanaşı, onun müasir türk dilində “yay 

fəsli” mənasının daha aktiv olduğunu da qeyd edir; 

− yaz//yay sözlərini eyni kökün fonosemantik şaxələnməsi 

hesab edərək Y.Məmmədovun mövqeyində dayanır, eyni zamanda 

                                                            

1

 B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı, 



2012, səh.217. 


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə