Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə8/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   4   5   6   7   8   9   10   11   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

24

 

Basat; Qazanın dilində – oğlum Uruz, qartaşım Qaragünə (burada 



Qazanın atası Ulaşın adının çəkilməməsi birbaşa sintaktik mühitlə 

bağlıdır); Qazanın dilindən verilmiş qaplanın erkəgi, qurd ənügi 

erkəgi, ağ sunqur quşı erkəgi kimi söz birləşmələrində kişi cinsinə 

aid fərd anlamlı “erkəg” sözü bir təyinedici kimi çıxış edir (həmin 

sistemdəki semantik dinamika aslanın da  erkəyindən danışmağa 

əsas verir). Bu semantik dinamika sintaktik bütövün sonuna qədər 

davam edir, daha dəqiqi, kişi cinsini ifadə edən qohumluq termin-

ləri ilə tamamlanır: oğul (oğlum Uruz), qardaş (qardaşım Qara-

günə). Basatın dilindən verilmiş parçada da həmin semantik dina-

mika özünü göstərir: atam Qaba Ağac = kişi, erkək (ata sözünə 

görə); atam Qağan Aslan = kişi,  erkək  (ata sözünə görə); Aruz 

oğlı Basat = kişi, erkək (qohumluq bildirən oğul sözünə  və kişi 

şəxs adlarına görə); hər iki  parçada obrazların qohumluq münasi-

bətləri təbiət və  cəmiyyət kontekstində  təqdim olunur ki, bun-

lardan da birincisi mifik, ikinci realdır. “Kitab”da mifik və real 

qohumluq  əlaqələrinin sintez şəklində  təqdimi isə  məhz real qo-

humluğu qüvvətləndirməyə xidmət edir. 

Yuxarıdakı qeydlər göstərir ki, mübahisə predmetinə 

çevrilmiş misraları məhz aşağıdakı kimi qəbul etmək lazımdır: 

 

Atam adın sorar olsaŋ, – Qaba Ağac! 



Atam adın deirsəŋ – Qağan Aslan! 

Haqqında geniş  şəkildə  bəhs etdiyimiz misralardakı “ata” 

sözünün məna yükü və  mətn daxilindəki funksiyasını  həm də 

sintaktik bütövlər müstəvisində  təhlil etmək zərurəti yaranır. Bu 

mənada Təpəgözlə Basatın dialoquna diqqət yetirək: 

Təpəgözün dilində: 

                 Qalarda – qoparda yigit, 

                                         yeriŋ nə yerdir? 

                         Qaranŋu  dün içində yol azsaŋ 

                           umuŋ  nədir? 

                         Qaba ələm götürən xanıŋuz kim 

                         Qırış Güni ögdin? 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

25

 

Ağ saqallu babaŋ adı nədir? 



Alp ərən ərdən adın 

                    yaşurmaq eyb olur

Adıŋ nədir, yiğit, degil maŋa! – dedi. 

Basatın dilində: 

Qalarda – qoparda 

             yerim Günortac! 

Qaranŋu dün içrə yol azsam, 

                  umum allah! 

Qaba aləm götürən xanımız – 

                   Bayındır xan! 

Qırış güni ögdin dəpən alpımız 

                    Salur oğlı Qazan 

Atam adın sorar olsaŋ, - Qaba Ağac 

Atam adın deirsəŋ - Qağan Aslan! 

Mənim adım sorarsaŋ, - 

Aruz oğlı Basatdır, - dedi. 

İlk olaraq qeyd edək ki, burada baba və ata sözlərinin müva-

ziliyi müşahidə olunur (Təpəgözün dilində: baba – Ağ saqallu ba-

baŋ adı nədir? Basatın dilində: ata – Atam adın sorar olsaŋ, - Qaba 

Ağac!...). Ən əsası isə parçalar mifoloji məzmun daşımasına bax-

mayaraq, atanın böyüklüyü, müqəddəsliyi və kimliyi Oğuz cə-

miyyəti, Oğuz dövləti kontekstində canlandırılır. Daha dəqiqi, bu 

parçaların ümumi semantik yükündən aydın olur ki, Oğuz dövlə-

tinin  ərazisi, başçısı (xanı), sərkərdəsi, bayrağı var. Aruz oğlu 

Basat da bu dövləti qoruyanların sırasındadır. Yeri gəlmişkən, 

Basat “Kitab”da ən yenilməz, ən məğlubedilməz qəhrəman statu-

sundadır. O hətta döyüş günü öndə gedən Salur Qazandan da 

üstündür. Faktlara müraciət edək: özünün daha güclü olduğunu 

bəyan edən Qazan xan Təpəgözü öldürə bilmədiyini etiraf edir: 

 

“Qağan aslan qopdı Dəpəgöz,  



Qalıŋ sazlarda çevirdim, alamadım, Basat! 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

26

 

Ər olsaŋ, yeg. 



Olsaŋ, mərə, mən Qazanca olmıyasan, Basat!” 

Basat isə  Təpəgözə qalib gəlir: “Basat qaqıb yerindən turı 

gəldi. Buğra kimi Dəpəgözi dizi üzərinə çökürdı. Dəpəgözüŋ 

kəndü qılıcilə boynını urdı. Dəldi, yay kirişinə taqdı…”. Həm də 

bu adi qələbə deyil. Belə ki, atı vurub-basan, qanını sümürən 

Basat igidlərin başçısı Qazana zərbə vuran, Qaragünəni  əlində 

əzən, Bığı qanlı Bəgdüz Əməni əlində döyən,  ağ saqqallı Aruza 

qan qusduran, bığ yeri tərləmiş cavanları,  əlləri xına qızcığazları 

yeyən, Oğuz yurdunu əsir-yesir edən Təpəgözə qalib gəlir, Oğuz 

ellərini, Oğuz bəylərini ən böyük fəlakətdən qurtarır. 

Maraqlıdır ki, Təpəgözün və Basatın dilindən verdiyimiz 

parçalar forma və semantikasına görə Əyrək və Səyrəyin dilindən 

verilmiş parçalarla oxşardır: Təpəgözün dilində - “Alp ərən ərdən 

adın yaşurmaq eyb olur, adıŋ nədir, yigit, degil, maŋa!”…; Əyrə-

yin dilində - “Alp ər  ərdən adın yaşurmaq eyb olur, adıŋ  nədir, 

yigit?” Burada xüsusi olaraq qeyd etmək lazım gəlir ki, həmin 

parçalardakı bir sıra cümlələr nəinki oxşardır, hətta bütün 

parametrlərinə görə eynidir: Basatın dilində - “Qaba aləm (ələm – 

Ə.T.) götürən xanımız – Bayındır xan!”; Səyrəyin dilində - “Qaba 

ələm götürən xanımız – Bayındır xan!” Heç şübhəsiz ki, bu cür 

oxşarlıq və eyniliklər boyları bir-birinə bağlayan detallardandır. 

 “يدما” Drezden nüsxəsinin 232-ci səhifəsindəki bu yazılış 

şəkli müxtəlif mənalı sözlər kimi transkripsiya olunub: 

O.Ş.Gökyayın nəşrində: imdi. İmdi kardaşuz, kıyma maŋa, 

dedi (İstanbul, 2000); 

M.Erginin nəşrində: imdi. İmdi kardaşuz, kıyma maŋa didi 

(Ankara, 1958); 

H.Araslının nəşrində: imdi. İmdi qardaşlar, qıyma maŋa! – 

dedi (Bakı, 1977); 

F.Zeynalov və S.Əlizadənin nəşrində: əmdi. Əmdi qardaşlar, 

qıyma maŋa! – dedi (Bakı, 1988). 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə