Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə81/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   77   78   79   80   81   82   83   84   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

247

 

Yaz. Qeyd etdiyimiz kimi, 20-21 martda Günəş mərkəzi ek-

lektika boyunca yerini dəyişərək cənub yarımkürəsindən  şimala 

keçir ki, həmin  vaxtda da günəş yazın gecə-gündüz bərabərliyi 

nöqtəsində olur. Şübhəsiz ki, bərabərlik nöqtəsi Günəş şüalarının 

yer kürəsini iki yerə bölməsi, yarması nəticəsində meydana gəlir. 

Bu da məntiqə zidd olmayan belə bir sxemi təqdim etməyə imkan 

verir: “Günəş (şüa, işıq) yarar = yarar→yar→yaz. “Yarar” felinin 

assosiativliyi kontekstində təqdim etdiyimiz bu sxem yaz fəslinin 

başlanğıc günü (20-21 mart), eyni zamanda onun daxil olduğu za-

man kəsiyi ilə birbaşa bağlanır. Bəllidir ki, “yaz” fəsli 20-21 mart-

dan (Yerin şimal yarımkürəsində yaz gecə-gündüz bərabərliyin-

dən) 21-22 iyuna (yay günəş duruşunadək) qədər davam edir. Bu 

dövrdə Azərbaycan və onunla eyni enlikdə yerləşən ölkələrdə 

(Türkiyə, Türkmənistan, Özbəkistan...) Günəşin düşmə bucağı 50˚ 

dərəcəyə bərabər olur (bu, qış fəslində 26,5 dərəcə olur). Deməli, 

“yarar→yar→yaz” (r→z keçidi mümkündür: yarmaq-yazmaq) 

sxemindəki dinamika həqiqətə uyğundur. Yəni “yarar→yar→yaz” 

modelindəki çoxmənalı “yarar” (yarmaq) feli “yaz” fəslində 

Günəşin düşmə bucağının 50

˚ 

-yə  bərabər olmasını birbaşa ifadə 



edir. Bu fikrin reallığına “qış” sözünün ilkin forması kontekstində 

də aydınlıq gətirmək mümkündür. Belə ki, yuxarıda qeyd 

etdiyimiz enliklərdə yerləşən ölkələrdə  qış  fəslində Günəşin 

düşmə bucağı 26,5 dərəcəyə  bərabərdir ki, bu da qədim türk 

dilində “kışar” (çəkilər, azalar, qısalar) sözü ilə ifadə olunub. Bu 

qeydlərə sxemlər şəklində diqqət yetirək: 

        Günəşin düşmə bucağı 50˚ - yarar→yar→yaz 

        Günəşin düşmə bucağı 26,5˚ - kışar→kış→qış 

Bu qanunauyğunluq “yay” və “güz” (payız) fəsil adlarında 

da özünü göstərir: 

         Günəşin düşmə bucağı 73,5˚ - yayar (Günəş  işığının çox 

yayılması) → yay 

         Günəşin düşmə bucağı 50˚ - küzər//güzər (Günəş  işığının 

zəifləməyə başlaması, közərməsi) → küz//güz (payız) 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

248

 

Şərti olaraq təqdim etdiyimiz bu sxem ilin fəsillərinin adları 



ilə Günəşin düşmə bucaqları (Azərbaycan və onunla eyni enlikdə 

yerləşən ölkələrdə) arasında olan məntiqi bağlılığı aydın  şəkildə 

göstərir. Burada bir həqiqəti vurğulamaq lazım gəlir: heç bir texni-

ki vasitə olmadan təbiətdəki qanunauyğunluğu, o cümlədən Gü-

nəşin  hərəkət  trayektoriyasını müşahidə edərək onu sözlərlə zər-

gər dəqiqliyi ilə ifadə edən qədim türkün zəngin dünyagörüşünə, 

düha sahibi olmasına heyrətlənməyə bilmirsən. Necə də heyrətlən-

məyəsən! Axı bu sözlərin hər biri VII-VIII yüzilliklərə aid Orxon-

Yenisey abidələrində tam sabitləşmiş sözlər kimi işlənib: yaz, yay, 

küz, kış. Bu isə  o deməkdir ki, həmin sözlərin yaranma tarixi 

Orxon-Yenisey abidələri dövründən çox qədimdir. 

Yuxarıda  qeyd etdik ki, “yazar” sözü də “yaz”ın ilkin for-

malarından biri kimi görünür. Maraqlıdır ki, “yazar” sözü ilə 

M.Kaşğarinin “Divan”ında işlənmiş “yazılmaq” (açılmaq) sözü 

arasında təkcə fonetik yox, həm də semantik yaxınlıq müşahidə 

olunur. Daha doğrusu, bu yaxınlıq yazın gəlişini əks etdirən par-

çanın ümumi semantikası kontekstində müəyyənləşir: 

                         

 

 

         “Tümən çəçək tizildi, 



                          Bükündən ol yazıldı, 

                          Öküş yatıb üzəldi, 

                          Yerdə kopa adhrışur. 

Yazdan bəhs edərək deyir: min bir çiçək qönçəsindən çıxa-

raq açıldı, yer altında çox yatmaqdan sıxılan bitkilər filizlənərək 

ayağa qalxır və bir-birindən ayrılır”

1

.  


Bütün bunlardan sonra “Kitab”da işlənmiş “yaz” sözü ilə 

bağlı aşağıdakıları söyləmək olar: 

– konkret zaman kəsiyini ifadə edir: “Bir yazın,  bir güzin 

buğayla buğrayı savaşdırarlardı” (D-15). Buradakı “yazın” sözü 

“yaz” ismi əsasında yaranmış “yazda” anlamlı zaman zərfidir; bu 

sistemə -da şəkilçisi ilə düzəlmiş “yazda” zaman zərfini də əlavə 

                                                            

1

 M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cild, Bakı, 2006, səh.271. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

249

 

etmək olar: “Qışda – yazda qarı-buzı  ərinməyən Qazılıq dağına 



gəldi çıqdı” (D-26); 

–“yapa-yapa qarlar yağsa, yaza qalmaz” (D-3) atalar sözündə 

“yaz” lekseminin məntiqi mərkəz funksiyasında çıxış etməsi qaba-

rıq  şəkildə görünür. Digər tərəfdən, “ya” hecasının təkrarlanması 

məhz “yaz” sözündəki “ya” ilə tamamlanır ki, bu da mətndəki 

lirizmi, ahəngdarlığı qüvvətləndirir. 

“Kitab”da “Novruz bayramı”nın adı çəkilmir, amma bir sıra 

sintaktik bütövlərdə  təbiətin bir günü elə  təsvir edilir ki, istər-

istəməz yazın gəlişinin bayram edilməsi yada düşür: 

 

      “Salqum-salqum taη yelləri əsdigində,  



      Saqallu boz ac turğay sayradıqda, 

      Bədəvi atlar issin görüb oğradıqda, 

      Saqalı uzun tat əri baηladıqda, 

      Ağlı-qaralı seçilən çağda, 

      Qalın Oğuzıη gəlini-qızı bəzənən çağda, 

      Köksi gözləl qaba tağlara gün dəgəndə. 

      Bəg yigitlər cılasınlar bir-birinə qoyulan çağda”(D -21) 

Göründüyü kimi, bu parçada nə “yaz”, nə  də ki “Novruz” 

sözü işlənib. İlin digər fəsillərinin də adları çəkilmir. Ancaq mət-

nin ümumi semantik yükü yaz fəslinin hər hansı bir gününün yox, 

məhz başlanğıc gününün (21-22 mart) təsvir edildiyini göstərir. 

Bu qənaətin reallığını aşağıdakı kimi arqumentləşdirmək olar: 

−  qız-gəlinin bəzənməsi (Qalın Oğuzıη  gəlini-qızı  bəzənən 

çağda) birbaşa bayram əhvali-ruhiyyəsini  əks etdirir. Bu, müasir 

etnoqrafiyamızda eynilə yaşamaqdadır: “Növruz bayramı idi. 

Kənd uşaqları    səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez 

xırman yerinə topladıqları ota  baxırdılar... Qızlar da sakit otur-

murdular. Özlərinə  təzə paltar tikir, axşama qədər hazır edib 

geyinməyə çalışırdılar...” (İ.Şıxlı. “Dəli Kür” romanı, Bakı, 1982). 

− sonuncu misrada igidlərin, pəhləvanların bir-birilə güləş-

məsi ifadə olunur ki, bu da “Novruz bayramı” üçün xarakterikdir; 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə