Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə82/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   78   79   80   81   82   83   84   85   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

250

 

− dan yellərinin  əsməsi, səhər çağı, turğayın ötməsi, atların 



kişnəməsi, dağlara gün düşməsi də adi bir yaz gününü yox, məhz 

yazın ilk gününü şərtləndirir... 



Yay. Bu sözün ilin fəsillərindən birinin, daha dəqiqi, ikinci-

sinin adı kimi işlənməsini təsadüfi hesab etmək olmaz. Belə ki, 

yay fəsli Yerin şimal yarımkürəsində yay günəş duruşu anından 

(21-22 iyun) payız gecə-gündüz bərabərliyinədək (23 sentyabr) 

davam edir

1

. Bu dövrdə Azərbaycanda, həmçinin onunla eyni 



enlikdə yerləşən ölkələrin ərazisində Günəşin düşmə bucağı 73,5˚-

yə  bərabər olur (müq.et: bu, qış  fəslində 26,5˚-yə  bərabər olur). 

Deməli, sadə bir məntiqlə təsdiqlənir ki, ən isti fəslin “yay” sözü 

ilə ifadə olunması (həmin enlikdə yerləşən ölkələr nəzərdə tutulur) 

birbaşa Günəş  işığının daha çox yayılması ilə bağlıdır. Bu isə 

bərpa etdiyimiz “yayar→yay” modelinin həqiqətə uyğunluğunu

zaman məzmunlu “yay” sözünün çoxmənalı “yaymaq” felinin 

mənalarından birinin (ətrafa saçılmaq...) inkişafı  nəticəsində  

yarandığını göstərir. 

“Kitab”da “yay” sözü konkret olaraq ilin fəsillərindən birinin 

adı kimi işlənməyib. Bəlkə də, elə bunun nəticəsidir ki, qorqudşü-

naslıqda “yaz” sözünün həm də “yay” mənasında işləndiyi göstəri-

lir. Türkologiyada da bu cür fikirlərə rast gəlinir: qədim türk dilin-

də “yaz” sözü həm də “yay” mənasında çıxış edib; “yaz” və “yay” 

sözləri eyni kökün fonosemantik şaxələnməsi nəticəsində yaranıb. 

Bütün bunlarla yanaşı, “Kitab”da “yay” (ilin fəsli mənasında) sö-

zünün yer-məkan məzmunlu düzəltmə isimlər daxilində kök mor-

femi kimi çıxış etməsi də qeyd olunmalıdır: yaylaq. “Qarşu yatan 

qara tağı sorar olsam, yaylaq kimüη?” (D-102); yayla. “Ağam 

Beyrək gedəli yayladım yoq” (D-103). 

Yuxarıda qeyd etdik ki, yay fəslində Günəşin düşmə bucağı 

73,5˚-yə, qış  fəslində isə 26,5˚-yə  bərabər olur (Azərbaycan və 

onunla eyni eynilikdə yerləşən ölkələr nəzərdə tutulur). Maraqlıdır 

ki, təbiətdəki bu ziddiyyətlər qədim türk ədəbiyyatında poetik 

                                                            

1

 Azərbaycan Sovet Ensiklopediyası. V cild, Bakı, 1981, səh.50. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

251

 

şəkildə canlandırılıb. Burada M.Kaşğarinin “Divan”ında verilmiş 



bir parçanı təqdim etməklə kifayətlənmək olar: 

 

“Kış yay bilə tokuştı, 



Kınqır közün bakıştı, 

Tutuşkalı yakıştı, 

Utğalımat oğraşur. 

Qış yay ilə toqquşdu, 

Qızmış gözlə baxışdı, 

Tutuşmaqçun yaxlaşdı, 

Bir-birini udmağa əlləşir. 

Yay ilə qış bir-birilə döyüşə girişdilər, qəzəblə bir-birini süz-

dülər, tutuşmaq üçün yaxınlaşdılar, biri digərini udmaq üçün əllə-

şir” (MK. I c., 2006, s.222). 



Güz (payız).  İlk olaraq ilin  üçüncü fəslinin “güz” sözü ilə 

ifadə olunmasına aydınlıq gətirmək zərurəti yaranır. Bu mənada 

güz (payız) fəslində (23 sentyabr – 22 dekabr) Günəşin hərəkət 

trayektoriyasında baş  verən dəyişmələri izləyək: “Şimal yarımkü-

rəsində payızın başlanma anında (23 sentyabr) Günəş ekvatoru 

payız gecə-gübdüz bərabərliyi nöqtəsində kəsərək cənub yarımkü-

rəsinə keçir. Bu an bütün Yer kürəsində gündüz gecəyə  bərabər-

dir...”


1

. Qeyd etdiyimiz kimi, Azərbaycanda  və onunla eyni enlik-

də yerləşən ölkələrin ərazisində Günəş işığının düşmə dərəcəsi yaz 

fəslindən yay fəslinə doğru getdikcə artırsa (yazda: 50˚; yayda: 

73,5˚), güz (payız) fəslində  qış  fəslinə doğru getdikcə azalmağa, 

zəifləməyə başlayır (güzdə - payızda: 50˚;  qışda: 26,5˚). Burada 

assosiativ olaraq “gün işığı az düşdüyü üçün ilin bu zaman kəsiyi 

“gün+az” modelinin inkişafı əsasında yaranmış “güz” sözü ilə ifa-

də olunub” fikri yarana bilər. Maraqlıdır ki, bu fikrin düzgünlüyü-

nü müxtəlif bucaqlardan əsaslandırmaq mümkündür. Məsələn, be-

lə: “gün  + az = güz” (apokopa hadisəsi müşahidə olunan sözlərlə 

müq.et: ay qız = az; ay kişi = əşi...); gün düşməyən, kölgəli yer 

                                                            

1

 Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı, 1980, səh.419. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

252

 

anlamlı “quzey” sözü ilə payız anlamlı “güz” sözü eyni fonetik-



semantik yuvaya daxil ola bilir. Bu fikri M.Kaşğarinin “Divan”ına 

istinadən qüvvətləndirmək olar: “...kuz tağ = günəş görməyən dağ 

(oraya ancaq günortadan sonra gün düşür, dağ günəşin solunda 

qalır, soyuq və qar çox olur)”

1

. Bütün bu qeydlər həqiqətə uyğun 



görünsə də, razılaşmaq olmaz. Daha doğrusu, M.Kaşğarinin “Di-

van”ında payız fəslinin girməsinin məhz “küzər”  şəklində ifadə 

olunması “güz” sözünü tam başqa müstəvidə  təhlil süzgəcindən 

keçirilməyi diktə edir. “Divan”da göstərilir: “küzərdi” öd küzərdi 

= mövsüm payızlaşdı, payız fəsli girdi, küzərür – küzərmək”

2

.  



Buradakı “küzərmək” sözü ilə dilimizdəki “zəif işıq vermək, işar-

maq, işıldamaq” anlamlı “közərmək” sözü nəinki eyni semantik 

yuvaya daxil ola bilir, hətta bu leksemlər bütün parametrlərinə 

görə eyni söz kimi götürülə bilər (ü→ö; ö→ü sait əvəzlənmələri 

türk dilləri üçün səciyyəvidir). Yuxarıda qeyd etdik ki, şimal 

yarımkürəsində Günəş işığının düşmə dərəcəsi güz (payız) fəslin-

dən qışa doğru getdikcə azalır, zəifləyir. Deməli, bu hadisənin qə-

dim türk dilində “zəif işıq vermək, işarmaq, işıldamaq” anlamlı 

“küzərmək//közərmək çoxmənalı feli ilə ifadə oluna bilməsi təbii 

və məntiqli hesab oluna bilər. Yeri gəlmişkən, “Kitab”da “közər-

mək” anlamlı “şılamaq” feli də məhz günlə bağlı təşbeh daxilində 

işlənib: “Toz yarıldı, gün kibi şıladı, dəηiz kibi yayqandı...” (D-

127). Buraya qədər dediklərimizi belə ümumiləşdirmək olar: “od 

yanandan sonra qalan alovsuz, qızmar kömür” anlamlı küz (köz) 

isminə -ar

2

 leksik şəkilçisinin qoşulması ilə “küzər//közər feli ya-



ranıb (müq.et: ağ + ar = ağarmaq, suv + ar = suvarmaq...); sonrakı 

dövrlərdə “küzər+//közər” sözündəki -ar

2

  şəkilçisinin düşməsi 



nəticəsində “küz//güz” şəklində sabitləşib (müasir ədəbi dilimiz 

üçün arxaizmdir, yalnız danışıq dili və şivə səviyyəsində bəzi dü-

zəltmə sözlərin daxilində  işlənir:  güzəm – payızda qırxılan yun; 

güzdək – payızlıq taxıl...); “küz//köz + ər = küzər//közər →güzər 

                                                            

1

 M.Kaşğari. Divanü lüğat-it-türk. I cıld, Bakı, 2006, səh.340. 



2

 Yenə orada, II cild, səh.113. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə