Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə84/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   80   81   82   83   84   85   86   87   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

256

 

dilində  yıl//yil sözü ilə ifadə olunub. Müasir ədəbi dilimizdə isə 



“il” şəklində sabitləşib. Sual yaranır: 365 günü əhatə edən bir za-

man kəsiyi qədim türk dilində nə üçün  məhz yıl//yil sözü ilə ifadə 

olunub? Bunların arasında hansı semantik bağlılıq var? Qədim 

türk dilində  yıl//yil sözünün mənasına diqqət yetirək. Məsələn, 

“Oğuznamə”də  işıqlandırmaq, parlatmaq anlamlı “yıldırmaq” sö-

zünə rast gəlinir: “Yıldırayıq yana gəlsə, yaza bun yoq”. Bu de-

yimdəki birinci söz məhz işıqlandırmaq mənasındadır. Yaxud 

“Yalab-yalab yalabıyan incə tonlum!” (“Kitab”) misrasındakı 

“yal” kök morfeminin parlaq mənasında işlənməsi açıq-aydın şə-

kildə görünür. Bir cəhəti də qeyd edək ki, yıldız (ulduz), yıldırım 

(ildırım), yılğım (ilğım) kimi sözlərin ilk hissəsindəki “yıl”da 

parlaq, işıqlı anlamlıdır. Bu tip sözlərin “yal” kök morfemindən 

törəmə olması türkologiyaya bəllidir:  “Azərbaycan dilində “al” 

kökü  yaldız sözündə də işlənir. Ona görə də daha qədim dövrdə 

“al” sözünün “od” anlamlı “yal” kökündən törəmə ehtimalı vaxtilə 

Q.Vamberi tərəfindən  irəli sürülmüşdür. O, “al” sözünü  “parla-

maq” anlamında olan “yal” sözü ilə bağlamışdır”

1

. Bu mənada 365 



gün anlamlı yıl//yil sözünü də həmin semantik şaxəyə daxil etmək 

olar: birincisi, ona görə ki, yıl//yil sözü fonetik tərkibcə  həmin 

vahidlərə çox yaxındır; ikincisi, yaz, yay, güz (payız) fəsillərini  

əhatə edən ayların və ya günlərin cəmi yıl//yil adlanır ki, bu da 

təsadüfi deyil. Belə ki, fəsil adları  məhz Günəşin (işığın) düşmə 

dərəcəsinə uyğun  şəkildə adlandırılıb (əvvəlki səhifələrə bax). 

Qeyd etdiyimiz kimi, qədim türk dilində yıl//yil sözü həm də işıq 

mənasında işlənib. Bu mənada  belə bir bərpa məqbul hesab oluna 

bilər: Günəş  yılı//yili = Günəş  işığı. Deməli, parlaq, işıq anlamlı  

yıl//yil sözü əsasında zaman məzmunlu yil (il) ismi yaranıb – qə-

naətinə gəlmək mümkündür. Bir məsələni də qeyd edək ki, Günə-

şin (işığın) bir gün (24 saat) ərzində keçməsi və görünməsi “gecə” 

və “gündüz” sözləri ilə ifadə olunubsa, 365 gecə və gündüzü əhatə 

edən zaman kəsiyi də  (Yerin Günəş ətrafında fırlanma müddəti) 

                                                            

1

 F.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, səh.150-151. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

257

 

işıq anlamlı  yıl//yil sözü ilə adlandırılıb. Deməli, bu tip sözlərin 



hər biri  Günəş  və onun hərəkət trayektoriyasına uyğun  şəkildə 

yaradılıb. 

“Kitab”da “yil” sözünün işlənmə  məqamlarına diqqət yeti-

rək: 


– birinci növ təyini söz birləşməsinin ikinci tərəfi kimi 

işlənib: “Qız, sən maηa bir yil baqğıl!” (D-261); 

– “yildə” zaman zərfində kök morfemi kimi çıxış edir: “Bir 

yildə  gəlməzsəm, iki yil baqğıl!” (D-261). Bu cümlədəki “yildə” 

zaman zərfi də birinci növ təyini söz birləşməsinin əsas tərəfi kimi 

işlənib. Diqqətçəkən məqamlardan biri də budur ki, yil və yildə 

sözləri “Kitab”ın dilində daha çox I növ təyini söz birləşməsinin 

2-ci tərəfi kimi çıxış edir: “İki yildə  gəlməzsəm,  üç yil baqğil!” 

(D-261). 

 

Vaxt, zaman anlayışını ümumi 



 şəkildə ifadə edən sözlər 

 

Çağ. Vaxt, zaman anlamlı “çağ” sözünə Kitab”da beş  dəfə 

rast gəlinir: “Ağlı-qaralı seçilən çağda” (D-21); “Qalın Oğuzıη 

gəlini-qızı  bəzənən çağda” (D-21); “Bəg yigitlər cilasınlar bir-

birinə qoyulan çağda” (D-21)... Bu nümunələrin hər üçündə “çağ” 

sözü ismin yerlik halında işlənib, eyni zamanda hər üç məqamda 

“çağ” sözünün indiki zaman məzmunlu -an

2

 feli sifət şəkilçili söz-



dən sonra  (seçilən, bəzənən, qoyulan) işlənməsi özünü göstərir. 

Bu da mətndəki  poetik semantikanı, eləcə  də eyni zamanlılığı 

qabarıq şəkildə nəzərə çarpdırma ilə bağlıdır.  

Dəm. Fars mənşəli an, vaxt, zaman anlamlı “dəm” sözü, əsa-

sən, üç məqamda müşahidə olunur: “ol” sözü ilə birlikdə keçmiş 

zaman məzmunu ifadə edir. “Məgər  ol dəm Bayındır xan  bəglər 

ilə seyrana yetmişlərdi” (D-216); “həman” sözü ilə birlikdə indiki 

zaman məzmunu ifadə edir: “Dedi, həman dəm günbəd yarıldı, 

yedi yerdən qapu açıldı” (D-229); keçmiş zaman məzmunlu  -dı-

ğıη feli sifət şəkilçili sözlə birlikdə keçmiş zaman məzmunu ifadə 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

258

 

edir: “Evin yağmalatdığıη dəm Taş Oğuz bilə bulınmadı, səbəb, 



oldur” (D-292). Bu nümunələrin hər üçündə “dəm” sözü I növ 

təyini söz birləşməsinin ikinci tərəfi kimi işlənib: ol dəm, həman 

dəm, evin yağmalatdığıη dəm.  

Məhəl.  Ərəb mənşəli, “vaxt”, zaman” anlamlı bu söz “Ki-

tab”da iki məqamda müşahidə olunur: birləşmə daxilində “ol” işa-

rə  əvəzliyi ilə birlikdə keçmiş zaman məzmunu ifadə edir: “Ol 

məhəldə Qanturalınıη babası-anası çıqa gəldi” (D-194); birləşmə 

daxilində “bu” işarə  əvəzliyi ilə birlikdə indiki zaman məzmunu 

ifadə edir: “Bu məhəldə, sultanım,  Salur Qazanla Qaraca çoban 

çapar yetdi” (D-56). 

“Kitab”da intensivliyi ilə fərqlənən (on dəfə işlənib) “məhəl” 

sözü  ədəbi dilimiz baxımından arxaizmdir. Şivələrimizdə isə 

“Kitab”dakı, həm də mənbə dildəki forma və semantikasına uyğun 

işlənir. Yeri gəlmişkən, Azərbaycan dilinin Başkeçid  şivəsində 

məhəl//məhəli şəklində  mühafizə olunan bu sözə V.Canqidze tam 

başqa bucaqdan yanaşıb. Müəllifə görə, türkmən dilindəki “ma-

xal” Başkeçid  şivəsində “məhəli”  şəklində mühafizə olunur

1

. Bu 



fikirlərlə razılaşmaq olmaz: birincisi, “məhəl” sözü dilimizə türk-

mən dilindən yox, ərəb dilindən daxil olub; ikincisi, həmin söz 

təkcə Başkeçid deyil, ümumən qərb  şivələri üçün səciyyəvidir; 

üçüncüsü, məhəl sözü qərb  şivələrində iki formada mühafizə 

olunur: məhəli, məhəl. 

Son. “Axır” anlamlı bu sözün “Kitab”dakı səciyyəvi cəhətlə-

rini belə ümumiləşdirmək olar: sinonimi ilə yanaşı  işlənib (bir 

neçə dəfə). “Axır- soη ucı” ölumlü dünya!” (D-65); “uc” sözündən 

əvvəl işlənməklə zaman mənasını, zaman hüdudunu ifadə edib (bu 

semantik yük birinci cümlədəki “son” sözünə də aiddir). “Soη ucı 

ölümli  dünya!” (D-201). Bu tipli cümlələr daha çox boyların so-

nunda Dədə Qorqudun dilindən verilib. Müqayisələr  göstərir ki, 

“soη” sözü digər obrazların dili üçün səciyyəvi deyil. Daha dəqiqi, 

                                                            

1

  В.Джангидзе.  Дманисский  говор  казахского  диалекта  азербайджанского 



языка. Баку, 1965, с.96. 


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə