Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə87/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   83   84   85   86   87   88   89   90   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

265

 

yağma edərdi” (D-293). Burada bir həqiqəti  də qeyd edək ki, za-



man anlayışlı bağlayıcı sözlər “temporallıq sahəsinin uzaq perife-

riyasına aid edilir”

1

.  


 

 

Zaman  anlayışlı frazeoloji vahidlər 

 

“Kitab”da frazeoloji vahidlər rəngarəngliyi və zənginliyi ilə 

diqqəti cəlb edir. Qorqudşünaslıqda bu tip vahidlərin səciyyəvi cə-

hətlərindən, eyni zamanda leksik-semantik qruplarından kifayət 

qədər bəhs olunsa da, zaman anlayışlı  frazeoloji vahidlərə, demək 

olar ki, münasibət bildirməyib. Fikrimizcə, “Kitab”dakı temporal 

frazeoloji vahidlərin araşdırılması  təkcə zaman anlayışının  uzaq  

periferiyasını müəyyənləşdirməyə yox, həm də “Kitab”dakı  bir sı-

ra gizli məqamları aşkarlamağa, ümumən dilimizdəki zaman  anla-

yışlı frazemlərin inkişaf tarixini izləməyə imkan verə bilər. Bəri 

başdan qeyd edək ki, “Kitab”dakı zaman anlayışlı frazeoloji va-

hidlərin  əksəriyyətinin tərkibində gün, dün (gecə), vədə, gecə, 

gündüz kimi zaman məzmunlu isimlər işlənib. Amma bu da var 

ki, bir sıra frazeoloji vahidlərin tərkibində zaman anlayışlı sözlər 

iştirak etməsə də, zaman mənası frazeoloji vahidin ümumi seman-

tik yükündə açıq-aydın  şəkildə müşahidə olunur. Bu mənada 

“Kitab”ın dilindəki zaman anlayışlı frazeoloji vahidləri aşağıdakı 

kimi qruplaşdırmaq olar:  

− tərkibində zaman məzmunlu sözlər iştirak edən  frazeoloji 

vahidlər:  

dün qatmaq (gecəni gündüzə qatmaq). “Dün qatdı, yort 

eylədi” (D-263); 



dünli-günli yortmaq (gecəli-gündüzlü at çapmaq). ”Üç gün 

dünli-günli yortdı” (D-263); 

                                                            

1

 İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,2007,səh.69. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

266

 

güni gəlmək (günü gəlmək). Bu frazemin Uruzun dilindən ve-

rilmiş parçada altı  dəfə  təkrarlanması ilə poetik məna qüvvətlən-

dirilib: 

 

     “Güni gəldi, ağ meydanda səgirdərin səniη içün!.. 



    Güni gəldi, qaba qarın-geη köksdə oynadam səniη içün!... 

    Güni gəldi, sası dinlü kafər başın kəsdirəyim səniηçün...   

    Güni gəldi, yeη-yaqalar dikdürəyim səniηçün... 

    Güni gəldi, qaba çomaq altında yorğadım səniη içün... 

    Güni gəldi, kafər başın kəsdürəyim səniηçün” (D-129); 

sağış güni (sayılan gün). “Sağış günində ayna görkli...” (D-6); 

qiyamətin bir güni (qiyamətin bir günü).  “Qiyamətin bir güni 

oldı. Bəg nökərdən, nökər bəgdən ayrıldı” (D-152); 



qiyamət güni əli yaxasında olmaq. “Yarın qiyamət günində 

mənim  əlüm Qazan xanıη yaqasında olsun, mənim qanım Aruza 

qoarsa!” – dedi” (D-298); 

günlərdə bir gün (günlərin bir günü). “Günlərdə bir gün 

Düzmürd qələsinə gəldi” (D-202). E.Tağıyeva “amanın bir günü”, 

“günlərin bir günü”, “gecənin bir aləmi” kimi frazeoloji vahidlər-

dən bəhs edərkən göstərir: “Günlərin bir günü üçüncü növ təyini 

söz birləşməsi quruluşunda formalaşmışdır və xalq danışıq dili, 

şifahi xalq ədəbiyyatının  dili üçün xarakterik formadır. Burada 

“gün” sözünün iki dəfə təkrar olunması obrazlılıq yaratmağa xid-

mət edir. Təsadüfi deyil ki, həmin  ifadə “günlərin birində” forma-

sında da işlədilir. Hər iki formada “bir” birləşmə üçün əhəmiyyətli 

rol oynayır”

1

. Bu fikirləri eynilə qəbul etmək olmaz. Çünki “gün-



lərin bir günü” frazeoloji vahidinin ilkin forması heç də müəllifin 

qeyd etdiyi kimi deyil. Konkret desək, ilkin forma məhz “Ki-

tab”dakı “günlərdə bir gün”dür. Bu frazemin ilk sözündəki -də  çı-

xışlıq hal şəkilçisi funksiyasındadır, yəni yerlik hal çıxışlıq halın  

qrammatik semantikasını yerinə yetirib. Bu isə “Kitab”dakı həmin  

                                                            

1

 E.Tağıyeva. Müasir Azərbaycan dilində “bir” sayının söz yaradıcılığında rolu. Fi-



lologiya üzrə fəlsəfə doktoru dissertasiyası. Bakı, 2013, səh. 106. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

267

 

frazemi “günlərdən bir gün” şəklində sadələşdirməyə imkan verir.  



Yeri gəlmişkən, “Kitab”ın dilindəki “günlərdə bir gün” frazemi 

“Kitab”ın 1988-ci il Bakı  nəşrində düzgün sadələşdirilib:  “Gün-



lərin bir günü Düzmürd  qalasına gəldi” (səh.192). Bütün bu 

qeydlər onu deməyə əsas verir ki, “günlərdə bir gün” frazemi dili-

mizin sonrakı inkişaf dövrlərində müəyyən deformasiyalara  uğra-

yıb.  Yəni birinci sözdəki -da  şəkilçisinin (-dən funksiyalı) -in 

yiyəlik hal şəkilçisi ilə əvəzlənməsi (günlərdə-günlərin) və sonun-

cu komponentin (gün)-ü mənsubiyyət  şəkilçisi qəbul etməsi ilə 

“günlərin bir günü” şəklində sabitləşib; 

vədə irmək (ömrü tamam olmaq...). “Əcəl vədə irməyincə 

kimsə ölməz” (D-3); 



vədə qoymaq (vaxt qoymaq. “Ulu dügünə  vədə qodı” (D-

94). Bu cümlədən  əvvəl işlənmiş cümləyə diqqət yetirək: “Kiçi 

dügünin eylədi”. Deməli, “vədə qomaq” (vaxt qoymaq) frazeoloji 

vahidi nişanla toy arasındakı zaman kəsiyini ifadə edir – qənaətinə 

də gəlmək mümkündür. 

Təqdim etdiyimiz zaman anlayışlı frazeoloji vahidlərin əksə-

riyyəti müasir ədəbi dilimizdə eynilə mühafizə olunur. 

- ümumi semantik yükündə zaman mənası ifadə olunan 

frazeoloji vahidlər: 

“Kitab”dakı “Göz açuban gördügim, Köηül verüb sevdügim” 

misraları intensivliyinə və poetik siqlətinə görə xüsusilə fərqlənir. 

Burada ilk sevginin təməlinin çoxdan qoyulması, onun paklıq və 

müqəddəsliyi feli sifət tərkibi daxilindəki temporallıq vasitələri 

kontekstində canlandırılıb. Bu vasitələrə danışıq vaxtı  və ya nitq 

anı baxımından diqqət yetirək: həmin  misralar oğlu Uruzu axtaran 

Burla xatunun dilindən verilib. Bu, onu deməyə  əsas verir ki,  

Burla xatun təqribən 40 yaşındadır. Belə bir zaman kəsiyinin ifadə 

olunması, heş şübhəsiz ki, temporallıq vasitələri ilə bağlıdır. Daha 

doğrusu, həmin zaman kəsiyi leksik (göz açmaq, könül vermək), 

morfoloji (-dügim keçmiş zaman  məzmunlu feli sifət şəkilçisi) və 

sintaktik (feli sifət tərkibi) temporallıq vasitələrinin sintezi ilə 

reallaşdırılıb. Burada bir məqam da yada düşür: həmin misralar 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə