Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə88/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   84   85   86   87   88   89   90   91   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

268

 

Banıçiçəyin dilində, demək olar ki, eynilə təkrarlanıb: “Göz açu-



ban gördigim, köηül ilə sevdigim...” (D-92).  

Günəş  və ayın hərəkət trayektoriyasına uyğun  şəkildə yara-

dılmış zaman məzmunlu sözlərin, eləcə də bir sıra əsas və ikinci 

dərəcəli  morfoloji zaman göstəricilərinin ümumi mənzərəsi daha 

aydın görünsün, – deyə onları aşağıdakı kimi təqdim etməyi məq-

sədəuyğun hesab edirik: 

 

                         Ayla bağlı sözlər 

     ay – 29, 5 gün mənasında 

   Günəşlə bağlı sözlər  

alar taη (ala-toran) 

gün – “24 saat” mənasında 

gün – gündüz mənasında 

gündüz 

dün (gün) – gündüz mənasında  



ekindü (günorta üstü) 

günorta 


dün (gecə) 

gecə 


dün burcuğı  - gecə yarısı 

dün (dünən) – keçən gün, irəliki gün 

yarın (sabah) 

yaz 


yay 

güz (payız) 

qış 

yıl//yil (il) – 365 gün 5 saat 48 dəqiqə 46,1 saniyə (yıl//yil morfe-



minin işıq mənasında işlənməsi əsas götürülə bilər) 

Günəşlə bağlı yaranmış morfoloji zaman göstəriciləri: 

“dön” feli əsasında yaranmış şəkilçilər:  

-duq, -dük şühudi keçmiş zamanın ilkin qrammatik forması 

(tam sabitləşmiş forması: -dı

4




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

269

 

-duq, -dük feli sifət şəkilçisi (müasir ədəbi dilimizdə sabit-



ləşmiş forması:-dığım

4

,  -dığın



4

,  -dığı


4

,  -dığımız

4

, -dığınız



4

, -


dığı

4



-dıqda

4

, -dıqca



4

 feli bağlama  şəkilçiləri (-dıq morfeminə 

görə bu sistemə daxil edilir)  

işıq anlamlı “yar”  ismi əsasında yaranmış şəkilçilər: 

-ur, -ür, -ar, -ər indiki və gələcək zaman şəkilçiləri (müasir 

forması: -ır

(indiki zaman), -ar



 (qeyri-qəti gələcək) 

-acaq

2

 qəti gələcək zaman şəkilçisi (“-a+caq” modelindəki 



“-a” elementinin “yar” ismi əsasında yarandığı ehtimal edilir) 

-ar


2

//-an


2

 feli sifət şəkilçisi: 

-anda

2

, -araq



2

, -arkən


2

  feli bağlama  şəkilçiləri (-ar

//-an


2

  

morfeminə görə bu sistemə daxil edilir) 



Təqdim etdiyimiz söz və  şəkilçi morfemlərinin hər biri 

qədim türk dilinin zənginlik göstəriciləri kimi çıxış edir. 

 

 

 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

270

 

TEMPORALLIĞIN QRAMMATİK                                



ŞƏKİLÇİLƏRLƏ İFADƏSİ 

 

Heç  şübhəsiz ki, temporallığın qrammatik şəkilçilərlə ifa-

dəsi dedikdə, ilk növbədə, felin  zaman formaları yada düşür. Tür-

kologiyada, o cümlədən Azərbaycan dilçiliyində felin zamanları 

həm  şəkil kateqoriyası (xəbər  şəkli), həm də zaman kateqoriyası 

daxilində təqdim olunur. Necə təqdim olunmasından asılı olmaya-

raq temporallığın qrammatik şəkilçilərlə ifadəsi ayrılıqda, həm də 

sistemli şəkildə tədqiq olunmalıdır. 

Ümumi dilçilikdə birmənalı olaraq göstərilir ki, qrammatik 

zaman kateqoriyası birbaşa şüurumuzdan asılı olmayaraq mövcud 

olan, təkrarlanan obyektiv zamanla bağlıdır. Yəni qrammatik za-

manın nüvəsində məhz obyektiv zaman dayanır. 

Dilimizdəki qrammatik zaman formaları, əsasən, bunlardan 

ibarətdir: keçmiş zaman (şühudi keçmiş, nəqli keçmiş), indiki za-

man, gələcək zaman (qəti gələcək, qeyri-qəti gələcək). Dilçiliyi-

mizdə qrammatik zaman formaları müxtəlif başlıqlar altında öyrə-

nilib. Məsələn, İ.Tahirovun fikrincə, qrammatik zamanın morfolo-

ji komponentləri iki yerə bölünür: əsas morfoloji komponentlər; 

ikinci dərəcəli morfoloji komponentlər

1

. Müəllifin mövqeyi düz-



gündür. Amma qrammatik zaman formaları kontekstində  əsas və 

ikinci dərəcəli morfoloji göstəricilər daha məqbul hesab oluna 

bilər. Fikrimizcə, “Kitab”dakı  hər bir qrammatik  zaman məhz 

əsas və ikinci dərəcəli morfoloji göstəricilər baxımından izah 

olunmalı, bu göstəricilərin hər birinin inkişaf tarixi izlənilməli, 

qrammatik semantikası  dəqiqləşdirilməli, müasir ədəbi dilimizdə 

sabitləşməsi və s. kimi məsələlərə aydınlıq gətirilməlidir. Bəri 

başdan deyək ki, tədqiqatın bu müstəvidə aparılması “Kitab”ın 

məhz Azərbaycan dilində yazılması ilə bağlı çoxsaylı arqument-

lərin də  sırasını zənginləşdirə bilər. Məsələn, bir daha təsdiqlənə 

                                                            

1

 İ.Tahirov. İngilis və Azərbaycan dillərində zaman kateqoriyası. Bakı, 2007, 



səh.155-210. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

271

 

bilər ki, “Kitab”da işlənmiş -ub, -üb nəqli keçmiş zaman  şəkilçisi 



(Yürəginə qaynar yağlar  qoyulubdır?; Kölgəlicə qaba ağacım 

kəsilübdir) Türkiyə türkcəsində işlənmir, müasir Azərbaycan ədə-

bi dilində isə -mış

4

  şəkilçisinin qrammatik sinonimi kimi inten-



sivliyi ilə diqqəti cəlb edir. Yaxud bir daha aydın olar ki, “Ki-

tab”ın dilindəki -ar, -ər, -ur, -ür indiki zaman (həm də gələcək za-

manın forması kimi işlənib)  şəkilçisi (“Oğlancuğın öldi bilur”) 

müasir Türkiyə türkcəsində -yor, türkmən dilində -yar, -yər şəklin-

dədirsə, müasir Azərbaycan ədəbi dilində  “Kitab”dakı  formasına 

uyğundur,  daha dəqiqi, -ır

şəklindədir... 



 

Keçmiş zamanın əsas morfoloji göstəriciləri 

 

Türkologiyada keçmiş zamanın şühudi və nəqli olmaqla iki 



yerə bölünməsindən, qrammatik göstəricilərinin etimologiyası  və 

semantikasından kifayət qədər bəhs olunub. M.Kaşğari, M.Kazım 

bəy, N.K.Dmitriyev, A.N.Kononov, Ə.Dəmirçizadə, A.Axundov 

kimi görkəmli alimlərin keçmiş zamanla bağlı dəyərli tədqiqatları 

bu gün də  öz əhəmiyyətini itirməyib. Burada M.Kaşğarinin bir 

fikrini xatırlatmaqla kifayətlənmək olar: “Təsirsiz feillərdə keçmiş 

zamanda əksər hallarda -mış, -miş əlavə olunur: əvgə barmış= mə-

nim xəbərim olmadığı halda evə gəlmiş; ol manqa kəlmiş=mənim 

xəbərim olmadan mənim yanıma gəlmiş cümlələrindəki kəlmiş, 

barmış sözləri kimi... bardı, kəldi sözlərindəki keçmiş zaman feli-

nin şəkilçisi olan -dı, -di əvəzinə,  burada –mış, -miş əlavə olunur. 

Bunların arasındakı fərq ondadır ki, söyləyən adam işin və hərəkə-

tin icrası zamanı orada hazır olur və şahidlik edir... “bardı” deyilən 

zaman o getdi, mən də onun getdiyini gözlərimlə gördüm demək-

dir. Lakin -mış, -miş  şəkilçisi hal və  hərəkətin söyləyən adamın 

orada olmadığı bir zamanda icra edildiyini bildirir... ol barmış, ol 

ketmiş deyilir ki, o getmiş, mən getdiyini görmədim, o gəlmiş, 

mən gəldiyini görmədim deməkdir” (“Divan”, II, 77). “Kitab”ın 

dilində  işlənmiş keçmiş zamanın qrammatik formaları  məhz bu 

cür tədqiqatlar müstəvisində işıqlandırılmalıdır. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə