Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə89/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   85   86   87   88   89   90   91   92   ...   174
    Bu səhifədəki naviqasiya:
  • öldi

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

272

 

Şühudi keçmiş zaman.  İş  və  hərəkətin icra olunduğunu 

şahidlik yolu ilə bildirən  şühudi keçmiş zamanın “Kitab”dakı 

qrammatik forması belədir: -dı, -di. Bu şəkilçinin etimologiyası ilə 

bağlı belə bir ehtimalı qeyd etmişik (əvvəlki səhifələrdə ətraflı ve-

rilib): dönq (Günəşin dönməsini (əyilməsini) ifadə edən “dön” fe-

linin ilkin formalarından biri) → dünq → düq (keçmiş zamanın il-

kin forması) = -dı

4

  (şühudi keçmiş zamanın tam sabitləşmiş for-



ması). “Kitab”da şühudi keçmiş zamanın ilkin (-dıq) yox, tam 

sabitləşmiş qrammatik forması (-dı, -di) müşahidə olunur: 

I  şəxsin təkində: bindim. “Yelisi qara Qazlıq atın bütün 

bindim”; 

II  şəxsin təkində: baqdıη, sevindiη. “Solına baqdıη, çoq 

sevindiη”; 

III  şəxsin təkində: turdı, kişnədi. “...iki ayağının üzərinə 

turdı, kişnədi”; 

I  şəxsin cəmində: asi oldıq, and içdik. “Qazana biz asi 

oldıq, and içdik”; 

II şəxsin cəmində: “Bir əski qaftan verdiηüz...”; 

III  şəxsin cəmində: yortdılar. “Yedi gün yedi gecə 

yortdılar”. 

Nümunələr bir daha sübut edir ki, “Kitab”dakı -dı, -di şühudi 

keçmiş zaman şəkilçisi və ondan sonra işlənmiş  şəxs sonluqları, 

əsasən, müasir ədəbi dilimizdəki kimidir. 

Araşdırmalar “Kitab”da şühudi keçmiş zaman şəkilçili feillə-

rin üstün mövqedə çıxış etdiyini aydın şəkildə göstərir. Bu da, heç 

şübhəsiz ki, “Dastan” poetikası, təhkiyəçi dili ilə bağlıdır. Burada 

bir həqiqəti də vurğulamaq lazım gəlir: “Kitab”da sühudi keçmiş 

zamanda işlənmiş “Binmək” (minmək) və “yetmək” feillərinin in-

tensivliyi boyların, demək olar ki, hər birində qabarıq şəkildə gö-

rünür. Məsələn, bindi. “Qazan... Qoηur atın çəkdirdi, bütün bin-

di”; “Təpəl-qaşğa ayğırına Tondaz bindi”;  yetdi. “Qazan bəgiη 

qartaşı Qaragünə çapar yetdi”; “... Boz ayğurlu Beyrək çapar yet-

di”. Birmənalı olaraq demək mümkündür ki, bu cür intensivlik at 

belində döyüşən, atı özünə qardaşdan artıq bilən türk ərənlərinin 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

273

 

“Kitab”da obrazlı  şəkildə canlandırılması ilə bağlıdır. Çünki 



“...çapar yetdi” ifadəsindən sonra verilmiş nida cümləsi Oğuz igid-

lərinin Qazan xana hesabatını  xatırladan ən əsas  atributlardandır: 

“Çal qılıcıη ağam Qazan yetdim! – dedi”. Şühudi keçmiş zamanda 

işlənmiş “dəp-mək” (burada “sürmək” mənası nəzərdə tutulur) və 

“urmaq” (vurmaq) feillərinin mətn  “daxilində ardıcıl olaraq veril-

məsi də “Kitab”ın dili  üçün səciyyəvidir: “Qazan at dəpdi. Sügü-

sün çəküb  əlindən aldı, dəpəsinə urdı...” Bu cür detallarda isə 

Oğuz  igidlərinin  şücaəti birbaşa həm də  məhz qəhrəman və at 

kontekstində ifadə olunur”

1

.  



İ.Vəliyev XIV-XIX əsrlərə aid Azərbaycan yazılı abidələri-

nin dilində şühudi keçmiş zamanın məna xüsusiyyətlərindən bəhs 

edərkən ilk olaraq “Kitab”ın dilinə müraciət edib. Müəllifin diqqət  

yetirdiyi əsas detalları belə ümumiləşdirmək olar: 

− danışanın  özü  keçmişdə icra olunmuş iş, hal və hərəkətin 

icrasında bilavasitə  iştirakçıdır. O, şahid sifəti ilə keçmişdə icra 

olunmuş iş, hal və hərəkət barədə xəbər verir: “Şərablıydım, duy-

madım, nə söylədim, bilmədim”; 

− danışan ikinci şəxsin təki tərəfindən keçmişdə icra olun-

muş iş və hərəkəti gözü ilə görüb. O, danışıq vaxtı bu barədə şahid 

sifəti ilə xəbər verir: “Qalxıban Qanturalı yerindən duru gəldiη ... 

qara Qazlıq atın bütün mindin. Ala gözlü yigitlərin yanına aldın”; 

− danışan keçmişdə üçüncü şəxsin təki tərəfindən icra olun-

muş iş, hal və hərəkəti gözü ilə görüb. O, danışıq vaxtı bu barədə  

məlumat verir: “Baybura bəgin oğlancığı Beyrək,  Baybecan məli-

yin qızın aldı, ağ otağına geri döndü, düyünə başladı”; 

 − danışan keçmişdə üçüncü şəxs tərəfindən icra edilmiş  iş 

və hərəkəti bilavasitə müşahidə edib və bu barədə şahid kimi mə-

lumat verir: “Qızlar vardılar, yemək gətirdilər, Beyrəgin qarnın 

doyurdular”; 

−  danışan keçmişdə bir neçə şəxs tərəfindən icra olunmuş iş 

və hərəkətin bilavasitə iştirakçısıdır. O, bu barədə şahid kimi çıxış 

                                                            

1

 Ə Tanrıverdi.”Dədə Qorqud kitabı”nda at kultu.  Bakı, 2012, səh.76. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

274

 

edir: “Vardıq, bilmədik. Biz Qazana asi oldıq, and içdik, gəl sən 



dəxi and iç – dedilər”;  

− keçmişdə icra olunmuş iş və hərəkətin qəti bitdiyini bildi-

rir, icra olunmuş iş və hərəkətə danışanın heç bir şübhəsi yoxdur: 

“Bu məhəldə, sultanım, Slur Qazanla Qaraca Çoban çapar yetdi”; 

− danışan keçmişdə bir neçə dəfə icra olunmuş iş və hərəkət 

haqda  şahid kimi məlumat verir: “Gürzlə döyüşdülər, qara polad 

uz qılıc ilə dartışdılar, sərpə-sərpə meydanda qılıclaşdılar”; 

− şühudi keçmiş zaman forması məlumat verənin iştirak et-

mədiyi, onun şahidliyi ilə icra olunmayan iş  və  hərəkəti bildirir: 

“Yel  əsdi, yağmur yağdı, bükü qopdı”

1

. Türkoloji araşdırmalara 



istinadən söylənmiş bu fikirlərin hər biri elmi və inandırıcıdır. 

Müəllif  şühudi keçmiş zamanın məna çalarlarını  məhz mətnin 

ümumi semantik yükünə istinadən müəyyənləşdirib. Bu da olduq-

ca təbii qarşılanır.  Ən  əsası isə yuxarıdakı qeydlər belə bir fikri 

reallaşdırır: “Kitab” şühudi keçmiş zamanın məna çalarları müstə-

visində də böyük və zəngin görünür. 

“Kitab”ın dilində xəbərdən əvvəl -di şəkilçili sözlərin işlən-

məsi müşahidə olunur: “Dirsə xanın xəbəri yoq, oğlancığın öldi 

bilir”; “Babasın öldi bilir idi”; “...oğulu evə gəldi sandım, - dedi” 

... Bu tip  cümlələrdəki”öldi” sözündən bəhs edən İ.Vəliyev yazır; 

“...A.N.Kononov öldi sözünü vasitəsiz tamamlıq adlandırır və 

göstərir ki, “Babasın öldi bilir idi” cümləsində iki vasitəsiz ta-

mamlıq işlənmişdir. Budrada babasın və öldi sözləri bilir idi xə-

bərinin vasitəsiz tamamlıqlarıdır. Birincisi, babasın sözü idarə 

edilən təsirlik hal şəkilçisi qəbul etmiş vasitəsiz tamamlıq şəklin-

dədir, ikincisi, (öldi) – yanaşan vasitəsiz tamamlıq verba finita ki-

mi ifadə edilmişdir... Deməli, “Kitabi-Dədə Qorqud” dastanının 

dilində şühudi keçmiş zaman forması feli ad vəzifəsində də işlən-

mişdir... öldi sözü feli sifət kimi götürülə bilməz. Çünki həmin sö-

zün bildirdiyi məna ilə müasir Azərbaycan dilində feli sifəti ifadə 

                                                            

1

 İ.Vəliyev. Azərbaycan yazılı abidələrinin dilində keçmiş zamanın ifadə formaları. 



Bakı, 2009, səh.65-81. 


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə