Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə97/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   93   94   95   96   97   98   99   100   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

296

 

sözündə, ikincisində isə “ağla-r”, “bozla-r” sözlərində işlənən “-r” 



şəkilçisi indiki zaman mənasında “-yur” (uyu-yur), “-yır” (ağla-

yır, (bozla-yır)  əvəzinə  işlənmişdir. XI əsrin məşhur dilçisi 

M.Kaşğari də ümumən türk dillərində, o cümlədən oğuz, qıpçaq 

dillərində də “-r” hərfinin həm indiki zaman, həm də gələcək za-

man üçün işləndiyini “Kitabi-divani-lüğat ət-türk” əsərində ətraflı 

surətdə izah etmişdir”

1

. Bu cür fikirlər başqa türkoloqlar tərəfin-



dən də söylənilib. Məsələn, A.Axundov yazır: “...bir çox şivələri-

mizdə qeyri-qəti  gələcək zaman “r” ünsürünü ikinci şəxsdə  də 

mühafizə edə bilir. Buna əsaslanaraq ilk baxışda belə bir nəticəyə 

gəlmək olur ki, “r” forması daha qədimdir və “r”-in ikinci və 

üçüncü şəxslərdə “z”-yə çevrilməsi nisbətən yeni hadisədir”

2

. Ya-



xud  Ə.Dəmirçizadənin fikirlərinə istinad edən E.Əzizov göstərir: 

“-r”  şəkilçisinin indiki-gələcək zaman məzmunu ifadə etməsinə 

ədəbi dilin sonrakı dövrlərində  də rast gəlinir: Nə surətdir ki, 

oxurlar bu ismi eyni-zat andan (Nəsimi); Gül yüzün dövründə 

xəttin kim oxur qul Kişvəri; Məzarım üstünə  hərdən nədən ağlar 

bəhar ayrı (Kişvəri)... Müasir Azərbaycan dili  şivələrində  saitlə  

bitən  bəzi feillər -yır, -yir, -yur, -yür şəkilçisinin dəyişikliyə uğra-

ması ilə əlaqədar olaraq zaman şəkilçisi kimi -r formantını qəbul 

edir, çox vaxt zaman şəkilçisinin saiti felin sonundakı saitlə birlə-

şərək uzun sait variantı əmələ gətirir. Şübhə yoxdur ki, indiki za-

man  şəkilçisində özünü göstərən bu xüsusiyyət tarixən formalaş-

mışdır...”

3

. Müəllifin sonuncu fikirləri təkcə müasir şivələrimizə 



deyil, həm də ümumən qədim türk dilinə aid səciyyəvi xüsusiy-

yətdir. Belə ki, qədim türk dilində indiki də gələcək zaman şəkil-

çisi kimi müstəqil “-r” şəkilçisindən yox, “-ar

2

” şəkilçisindəki “a” 



saitinin düşməsi nəticəsində yaranmış “-r” (əslində, -ar

2

)  şəkilçi-



sindən bəhs etmək olar. Burada M.Kaşğarinin fikirlərini eynilə 

                                                            

1

 Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh. 93-94. 



2

 A.Axundov. Qeyri-qəti gələcək . Azərbaycan dilçiliyi müntəxəbatı. II cild, Bakı, 

2013, səh.183-184. 

3

 E.Əzizov. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999, səh.193. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

297

 

təqdim etmək lazım gəlir: “... müzare şəkli feillərin hamısında “r” 



ilə düzəldilir. Sözün sonunda “r” hərfi varsa, ikinci “r” əlavə edi-

lir. Birinci “r” sözün kökündə mövcud olan “r”-dir, ikincisi isə 

müzare və istiqbal hərfi olan “r”-dir... Oğuzlar dildə sürət naminə 

bəzi feillərdə müzare şəkilçisində olan iki “r”-dən birini atırlar və 

sözü  əmr  şəkli kimi bir “r” ilə  tələffüz edirlər...”

1

. Bütün bunlar 



onu deməyə  əsas verir ki, qədim türk dilində -ar

2

  şəkilçisi sonu 



samitlə bitən sözlərə qoşulduqda eynilə (-ar

2

) işlənibsə, sonu saitlə 



bitən sözlərlə qoşulduqda “a” saitini  itirmiş  vəziyyətdə (-r)  işlə-

nib. Yazılı abidələrin dilinə nəzər salaq: -ar

2

 şəkilçisinin sonu sa-



mitlə bitən sözlərə qoşulması: təz+ər=təzər (qaçar), us+ar=usar 

(qabaqlayar) (Orxon-Yenisey abidələri); qov + ar = qovar, ur + ar 

=urar, götür+ər=götürər (“Kitab”); -ar

2

  şəkilçisinin sonu saitlə 



bitən sözlərə qoşularkən saitini itirmiş vəziyyətdə işlənməsi: ağla 

+ -ar = ağlar, uyu + -ar = uyur, bozla + -ar  = bozlar (“Kitab”). Bu-

rada bir məqam da yada düşür: M.Kaşğarinin  “Divan”ında sonu 

saitlə bitən feillərə -yür şəkilçisinin artırılması da özünü göstərir: 

kərgə + yür = kərgəyür (yaraşar); əmgə + yür  = əmgəyür (uzaşar) 

(I, 367-368). “Divan”da məhdud dairədə  işlənmiş –yür morfemi 

də təkcə bir samitdən ibarət “-r” elementini indiki və gələcək za-

man forması kimi təqdim etməyə imkan vermir. Yaxud “Kitab”ın 

dilində -ar

indiki-gələcək zaman formasının “r” səsini itirmiş və-



ziyyətdə

 

işlənməsi (öləm – ölərəm mənasında, qala–qalar məna-



sında) indiki-gələcək zaman şəkilçisi kimi “-r” morfeminin varlı-

ğından bəhs etməyin düzgün olmadığını göstərir. 

-ar, -ər, -ur, -ür formasının indiki zaman funksiyasında çıxış 

etməsini “Kitab”ın dili üzrə nəzərdən keçirək. Araşdırmalar göstə-

rir ki, “Kitab”ın dilində indiki və  gələcək zamanların qrammatik 

formalarından bəhs edən ilk alimlərdən biri də  Ə.Dəmirçizadə 

olub. Müəllif haqlı olaraq qeyd edir: “Kitabi-Dədə Qorqud” dilin-

də, deməli, ümumxalq dili halıdna təşəkkületmə dövründəki Azər-

baycan dilində, indiki zaman və müzare-gələcək zamanlar eyni 

                                                            

1

 M.Kaşğari. Divanü lüğat-it-türk. II cild, Bakı, 2006, səh.59-60. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

298

 

şəkilçilərlə (“-r, -ər, -ar, -ür, -ur” şəkilçilərilə) ifadə edilmişdir, 



yəni hər zamanı ifadə edən xüsusi şəkilçi hələ ayrılmamış və müs-

təqil halda təbəllür etməmişdi”

1

.Bu, o deməkdir ki, -ar, -ər, -ur, -ür 



şəkilçi morfemlərinin indiki və ya gələcək zaman mənasında iş-

lənməsi  mətnin ümumi semantik yükünə istinadən  müəyyənləşir. 

Burada iki nümunəni qarşılaşdıraq: “Dünlə kərvan keçdigin turğay 

bilür”; “Yazıda-yabanda keyiki qoar, səniη ögüηə gətürər”. Birin-

ci cümlədəki “bilür” sözü müasir Azərbaycan dili baxımından in-

diki zaman formasında işlənmiş bir söz kimi görünür. Əslində isə 

qeyri-qəti gələcək zamanda olub, ümumi zaman mənasını ifadə 

edir. İkinci cümlədə “qoar” (qovar) və “gətürər” sözlərindəki -ar

2

 



qeyri-qəti gələcək zaman forması kimi görünsə  də, indiki zaman 

funksiyasındadır. Mətnin sadələşdirilmiş  şəkli (1988-ci il Bakı 

nəşri nəzərdə tutulur) də dediklərimizi təsdiqləyir: “Gecə ikən 

karvan keçdiyini torağay bilər”; “Çöldən-düzdən keyiki qovur, sə-

nin qabağına gətirir...”. Bu faktlar bir daha sübut edir ki, “Kitab”ın 

dilində -ar, -ər, -ur, -ür qrammatik zaman formaları diferensiallaş-

mamış vəziyyətdə olub. 

-ar, -ər. –ur, -ür morfemlərinin indiki zaman mənasında çıxış 

etməsi aşağıdakı nümunələrdə də müşahidə olunur: 

ögərsən (öyürsən). “Altundağı alaca atuη nə ögərsən?” 

düşər (düşür). “Köpək Qazanıη atınıη ayağına çap-çap 

düşər...” 

bilürmisin (bilirsənmi). “Oğul, oğul, ay oğul! Bilürmisin 

nələr oldu?” 

Bu nümunələrdəki “ögər” və “düşər” sözlərinin indiki za-

manda olması mətnin ümumi semantik tutumuna əsasən müəyyən 

edilir. 

“Kitab”ın  dilində -ar

2

 (indiki zaman forması)  morfemini qə-



bul etmiş sözlərin mətn daxilində ardıcıl sıralanması ilə ahəngdar-

lığın yaradılması da müşahidə olunur:  

“Qadın ana! Qarşum alub nə bögrərsən? 

                                                            

1

 Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.94. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə