Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə98/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   94   95   96   97   98   99   100   101   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

299

 

Nə bozlarsan, nə ağlarsan? 



Bağrımla yürəgim nə tağlarsan? 

Keçmiş mənim günimi də aηdırarsan?...” 

Bu parçadakı -ar

şəkilçili sözlərin hər biri indiki zaman-



dadır: bögrərsən – böyürürsən (inləyirsən), ağlarsan – ağlayırsan, 

tağlarsan – dağlayırsan, aηdırarsan – andırırsan. Bu cür sadələşdir-

mə mətnin ümumi semantik yükü ilə birbaşa bağlanır. 

 

İndiki zamanın ikinci dərəcəli  

morfoloji göstəriciləri 

 

“Kitab”ın dilində indiki zaman mənasını ifadə edən ikinci 

dərəcəli  morfoloji göstəricilərə az təsadüf olunur. Nümunə kimi 

aşağıdakıları göstərmək olar: 

-a

2

 (felin arzu şəklinin qrammatik forması) indiki zaman mə-



nasını ifadə edir: “Haqluya həqqi dəgə, haqsuza yüzi qaraluğı də-

”. Bu cümlədəki “-ə” formasının indiki zamanı bildirməsi əvvəl 

işlənmiş cümlədəki “-ur” indiki zaman forması ilə də təsdiqlənir: 

“Sağdan gedəni sağ alur, soldan gedəni sol alur” (D-111); 

-an

2

 feli sifət şəkilçisi. Bu şəkilçinin etimologiyası ilə bağlı 

türkologiyada bir neçə fikir var: “a (yönlük hal şəkilçisi) + n (hə-

rəkətin  nəticəsini ifadə edən şəkilçi) = an

2

; -qan, -kən şəkilçisin-



dən törəmədir. K.Bəşirov bu fikirlərin heç birini qəbul etməyərək 

yazır: “-an, -ən feli sifət  şəkilçilərinin mənşəyi barədə biz də bir 

neçə söz deyərək mövzunu qapatmaq istərdik. Bizə belə gəlir ki, 

bu şəkilçinin mənşəyini vaxt, zaman məzmunlu “an” ismində  ara-

maq lazımdır.  Haçan, qaçan, haçağ, görcək sözlərində olduğu 

kimi, feli sifət şəkilçisi funksiyasında da -an, -ən öz zaman məz-

mununu qoruyub saxlaya bilmişdir. Məhz  buna görə  də qoşuldu-

ğu feillərdə -an, -ən göstəricisi digər zaman göstəriciləri (-dı

4

, -


mış

4

) kimi vaxtı konkret deyil, ümumi şəkildə ifadə edir və ya 



istənilən zamanla bağlı ola bilir...”

1

. Müəllifin fikirləri inandırıcı 



                                                            

1

 K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər.Bakı, 2009,səh.199. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

300

 

görünür. Amma mövzunu “qapatmaq” yox, ona yeni müstəvidə 



yanaşmaq lazım gəlir. Yuxarıda göstərdik ki, indiki-gələcək za-

manın qrammatik forması olan -ar

morfemi “yar”  leksemindən 



törəmə  hesab edilə  bilər. Bu mənada  -an

2  


feli  sifət şəkilçisi də 

“-ar”  şəkilçisinin fonetik dəyişikliyə  uğramış variantlarından biri 

kimi götürülə bilər. Bir neçə fakta diqqət yetirək: 

-ar


2

 morfemi tarixən həm də feli sifət  şəkilçisi kimi  çıxış 

edib: görər-görən. “Görər gözüm aydını oğul!” (“Kitab”); 

− Orxon-Yenisey abidələrinin dilində “-ür”feli sifət  şəkil-

çisinə rast gəlinir ki, bu da “-an

2

” feli sifət şəkilçisi ilə eyni xətdə 



birləşir: körür-görən, bilir-bilən. “Körür gözüm görməz təg, bilir 

biligim bilməz təg boltı...”; keçmiş zaman məzmunlu “-dıq

4

” feli 


sifət  şəkilçisinin -dıq

4

 keçmiş zaman şəkilçisindən törəməsi tür-



kologiyada birmənalı olaraq qəbul edilir. Yaxud türkologiyada xü-

susi olaraq vurğulanır ki, keçmiş zaman məzmunlu -mış

feli sifət 



şəkilçisi -mış

nəqli keçmiş zaman şəkilçisindən, gələcək zaman 



məzmunlu -acaq

2

 feli sifət şəkilçisi -acaq



qəti gələcək zaman şə-

kilçisindən, gələcək zaman məzmunlu -ası

2

 feli sifət şəkilçisi felin 



lazım şəklinin morfoloji göstəricisindən (gələcək zaman məzmun-

lu -ası


2

 şəkilçisi) törəyib. 

Bu  mənada  daha  çox  indiki  zaman  mənasını ifadə  edən  

-an


2

 (əslində, -ar

2

) feli sifət şəkilçisi -ır



4

, -ar


2

 indiki zaman şəkil-

çisi əsasında yaranıb – fikri də məntiqli hesab oluna bilər. Bu, öz 

təsdiqini yuxarıdakı nümunələrdə də tapır (görər-görən...). Burada 

onu da vurğulayaq ki, təqdim etdiyimiz faktlar  -an

2

  şəkilçisinin 



etimologiyası ilə bağlı türkologiyadakı ehtimal və gümanlara da 

işıq salır. Burada bir fikri xatırlatmaqla  kifayətlənirik: “Çox  gü-

man  ki, bu  şəkilçi (-an

2

 feli sifət şəkilçisi nəzərdə tutulur – Ə.T.) 



dilimizdə ilk dəfə zaman şəkilçisi kimi formalaşmış, sonra feli 

sifət düzəltməyə xidmət etmişdir, çünki iş, hal və  hərəkət və 

bununla bağlı olan zaman məzmunu yarandıqdan sonra həmin iş, 

hal və hərəkətlə bağlı əlamət məzmunu yarana bilər”

1



                                                            



1

  H.Mirzəyev. Azərbaycan dilində fel. Bakı, 1986, səh.263. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

301

 

Yeri gəlmişkən, “bu şəkilçinin (-an



2

 şəkilçisi – Ə.T.) mənşə-

yini vaxt, zaman məzmunlu “an” ismində axtarmaq lazımdır”, -

deyən K.Bəşirov yuxarıdakı fikirləri də düzgün hesab edir: 

“...B.Serebrennikovun yuxarıdakı mülahizəsinə – feli sifət  şəkil-

çilərinin isimdüzəltmə funksiyasına H.Mirzəyevin fikirlərinin 

məntiqi davamı kimi yanaşmaq lazım  gəlir.  Yəni   -an, -ən göstə-

riciləri əvvəllər müstəqil zaman bildirən morfem olmuş, sonradan 

addüzəltmə funksiyası qazanaraq əvvəlcə feli sifət, daha sonra 

isim yaratmaya xidmət etmişdir”

1



Araşdırmalar göstərir ki, “Kitab”ın dilində indiki zaman 



məzmunlu -an

2

 şəkilçisi ilə yanaşı, -ar



2

 şəkilçisi də işlənib (yaran-

ma tarixi baxımından -ar

feli sifət şəkilçisi daha qədimdir). Bu şə-



kilçilərin hər birinə mətn daxilində diqqət yetirək: 

-ar


2

 şəkilçili feli sifətlər: 

qaçar-qaçan. “Qaçar keyiklərinə qarğamağıl...” 

kəsər-kəsən. “Çalıb-kəsər uz qılıcı müxənnətlər çalınca, çal-

sa,  yeg!” 

görər-görən. “Görər gözüm aydını oğul!” 

tutar-tutan. “Tutar mənim əllərim tutmaz oldı”. 

Ağlar-ağlayan. “Yedi qız qardaşıη yedi yol ayırdında ağlar 

gördüm, Bamsı!..” 

-ar


2

 şəkilçili feli sifətlərin inkar forması (-maz

2

)

 



da “Kitab”ın 

dili üçün səciyyəvidir: tutmaz. “Tutar mənim əllərim tutmaz oldı”; 

sökəməz “Ala yılan sökəməz anuη ormanı olur”. 

“Kitab”ın  dilində eyni felə  müxtəlif  məqamlarda  həm -ar

2



həm də -an



feli sifət şəkilçilərinin qoşulmasına təsadüf olunur ki, 

bu da, bir tərəfdən, həmin morfemlərin paralel olaraq işlənməsini, 

digər tərəfdən, -an

2

 şəkilçisinin məhz -ar



2

 əsasında yarandığını sü-

but edir. Burada “dəpmək” (getmək, durmaq) felinin -ar

2

 və -an



2

 

feli sifət formaları ilə işlənməsinə mətn daxilində nəzər salaq: “Qı-



rış güni ögdin dəpər alpımız, - Salur Qazan!” (D-269); Qırış güni 

ögdin dəpən alpımız Salur oğlı Qazan!” (D-231). -ar

2

 və -an


2

 pa-


                                                            

1

 K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər.Bakı,2009, səh.182. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə