Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə99/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   95   96   97   98   99   100   101   102   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

302

 

ralelliyi aydın şəkildə görünən bu tip faktlar türkologiyadakı ”-ən, 



-an, -yən, -yan...feli sifət  şəkilçiləri özünün mənşəyi etibarilə bir 

çox türk dillərində məhsuldar olan -kan, -ken, -qan, -ğan şəkilçilə-

rilə əlaqədardır”

1

 kimi fikirlərlə əks qütblərdə dayanır. 



-an



şəkilçili feli sifətlər 

binən-minən.”Qaraquc ata binənlər vardı, gəldi” 

gətürən-gətirən. “Ölüsü xəbərin gətürənə qız qardaşım verər-

dim...” 


gəlməyən. “Qonağı gəlməyən qara evlər yıqılsa, yeg!” 

yemiyən-yeməyən. “At yemiyən acı otlar (bitincə) bitməsə, 

yeg” 

turan-duran. “Alan sabah yerindən turan qızlar!” 



girən. “Ağ otağı qoyuban qara otağa girən qızlar!” 

Nümunələrdəki -an

2

 feli sifət  şəkilçisi müasir ədəbi dilimiz-



də eynilə mühafizə olunur. Bir cəhəti də qeyd edək ki, -an

2

, eləcə 



də -ar

2

 feli sifət  şəkilçiləri daha çox indiki zaman məzmunlu mor-



femlər kimi səciyyələndirilir. Amma bu tip morfemləri həm də za-

manı konkret yox, ümumi şəkildə ifadə edən qrammatik vasitələr 

kimi xarakterizə etmək lazım gəlir. H.Mirzəyevin arqumentləşdi-

rilmiş fikirləri də dediklərimizi təsdiqləyir: “-y (-an), -ən şəkilçili 

feli sifətin zamanını düzgün müəyyənləşdirmək üçün cümlənin 

ümumi məzmunu, cümlədəki felin zamanı, feli sifətin əmələ gəl-

diyi sözün məna çalarlığı, bunun məcazi məna kəsb edib-etməmə-

si, hansı söz və ya birləşmələrlə yanaşı işlənməsi və s. əlbəttə, nə-

zərə alınmalıdır. Lakin bu üslubi məqamlar qrammatik xüsusiyyət 

üçün əsas ola bilməz”

2

.  


Feli bağlama şəkilçiləri. “Kitab”ın  dilində bir sıra feli bağ-

lama  şəkilçili sözlər indiki zaman mənasını konkretləşdirməyə, 

qüvvətləndirməyə xidmət edir. Nümunə olaraq aşağıdakıları gös-

tərmək olar: 

-ıb

4

: çağırıb. “Çağırıb xatunına soylar”; 



                                                            

1

 H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990, səh.168. 



2

 H.Mirzəyev. Azərbaycan dilində fel. Bakı, 1986, səh.264. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

303

 

-madın: olmadın. “Əgər sağdır, əsəndir, axşam olmadın genə 



mən saηa gəlürəm”. 

 

Gələcək zamanın əsas morfoloji göstəriciləri 

 

Qeyd etdiyimiz kimi, türk dillərində, o cümlədən Azərbay-



can dilində gələcək zamanın qrammatik formaları keçmiş və indi-

ki zamanlara nisbətən sonrakı dövrlərdə formalaşıb. Digər tərəf-

dən, “gələcək zaman keçmiş  və indiki zamanlarla müqayisə olu-

narsa, dildə nisbətən az işlənir”

1

. “Kitab”ın dilində də gələcək za-



manın morfoloji göstəricilərinə az rast gəlinir. Konkret desək, be-

lədir: iş və hərəkətin gələcəkdə qəti şəkildə icra olunacağını ifadə 

edən -acaq

2

 formasına təsadüf olunmur. Amma bu da var ki



“Kitab”ın dilində -acaq

2

 forması feli sifət  şəkilçisi kimi işlənib: 



“Baybican bəg ol saηa verəcəgi qızı Beyrəgə verdi”; “Yatacaq 

yermi buldun”...; -ar, -ər, -ur, -ür forması “Kitab”ın dilində təkcə 

indiki yox, həm də gələcək zaman mənasını ifadə edir. Bu şəkilçi-

lərin “Kitab”da hansı zamanı bildirməsi isə mətnin ümumi seman-

tik yükünə istinadən dəqiqləşdirilir: “gör-ər-mi-sin xəbərində olan 

“-ər”  şəkilçisi müasir dildəki “-ur” (gör-ür-mü-sən)  şəkilçisi mə-

nasına, qovar sözündə  olan “-ar” şəkilçisi müasir dildəki “-ur” 

(qov-ur) şəkilçisi mənasına, götürər sözündəki “-ər” şəkilçisi müa-

sir dildəki “-ır” (gətirir) şəkilçisi mənasında işləndiyi kimi: “urar” 

xəbərindəki “-ar” şəkilçisi müasir dildəki “-acaq” (vur-acaq) şəkil-

çisi mənasına, “öldürər” sözündəki “-ər” şəkilçisi isə müasir dildə-

ki “-əcək” (öldür-əcək)  şəkilçisi mənasına işlənmişdir. Deməli, 

əvvəlki xəbərlərdəki “-ar, -ər” şəkilçisi müasir Azərbaycan dilin-

dəki -ür, -ur, -ır şəkilçiləri əvəzinə, sonrakı xəbərlərdəki “-ar, -ər” 

isə müasir Azərbaycan dilində  gələcək zamanı   bildirmək üçün  

işlənən  -acaq, -əcək  əvəzinə  işlənmişdir”

2

. Bütün  bunlar “Ki-



                                                            

1

 A.Axundov. Felin zamanları. Bakı, 1961, səh.85. 



2

 Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.92. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

304

 

tab”ın  dilində gələcək zamanın əsas morfoloji göstəricilərinin tam 



formalaşmamış vəziyyətdə olduğunu bir daha təsdiq edir. 

-ar, -ər, -ur, -ür morfemlərinin gələcək zaman mənasında 

çıxış etməsini mətn daxilində nəzərdən keçirək: 

öldürər. “Anlar bizə yetsə, öldürər”; 

urar-vuracaq, öldürər-öldürəcək. “Keyikə atarkən oqla səni 

urar, öldürər”; 

deyələr-deyərlər. “Qaηlı qoca oğlı Qanturalı netmiş de-

yələr”...; 

bilür-bilər. “Getdikdə yeriη otlaqların keyik bilür”. Bu nü-

munədəki “bilmək” feli “tanımaq” mənasındadır. “Kitab”ın dilin-

də, daha dəqiqi, “müqəddimə”sində “bilür” (bilər) felinin ardıcıl 

sıralanmış atalar sözlərinin sonunda  on bir dəfə təkrarlanmasına, 

epifora silsiləsi yaratmasına  rast gəlinir. Deməli, həmin mətndəki 

(D-5) poetik mənanın qüvvətləndirilməsində “-ür” morfemi xüsusi 

çəkiyə malikdir; 

Bu tip  nümunələrdən  əlavə, “Kitab”ın dilində -ar şəkilçisi-

nin inkar formasına da (-maz

2

) rast gəlinir: gəlməzəm-gəlmərəm. 



“Dəxi səniη yüzüηə mən gəlməzəm”. 

 

 



Gələcək zamanın ikinci dərəcəli  

morfoloji göstəriciləri

 

 

Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində felin 

təsriflənən formalarına daxil olan əmr, arzu, vacib, lazım və  şərt 

şəkillərinin mənaca  gələcək zamana  aid olmasından, eyni zaman-

da -acaq

2

, -malı



2

, -ası


2

 kimi gələcək zaman məzmunlu feli sifət 

şəkilçilərinin səciyyəvi cəhətlərindən kifayət qədər bəhs olunub. 

Burada onu da vurğulayaq ki, bu formaların  hər biri təkcə diaxro-

nik deyil, həm də sinxronik müstəvidə təhlil süzgəcindən keçirilib. 

Yeri gəlmişkən, “Kitab”ın dilindəki gələcək zamanın ikinci dərə-

cəli morfoloji göstəriciləri bir sıra məqalə  və monoqrafiyalarda 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə