Microsoft Word zulu disser docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix27.03.2018
ölçüsü0,55 Mb.
#35161
1   2   3   4   5   6   7   8   9   ...   24

 

ə



sərlərində  öz  əksini  tapmışdır.  Operativ  idarəetmədən  strateji  idarəetməyə  keçiddə 

mahiyyəti  əks  etdirən  aparıcı  ideya  ali  rəhbərliyin  müvafiq  şəkildə  və  öz  vaxtında 

ə

traf mühitdə baş verən dəyişikliklərə reaksiya verməsi üçün onun diqqəti mərkəzinin 



oraya yönəldilməsi zəruriliyi ideyası olmuşdur. 

Strateji  idarəetmə  nəzəriyyəsinin  tanınmış  baniləri  tərəfindən  təklif  edilmiş  bir 

neçə  konstruktiv  tərifləri  göstərmək  olar.  Şendel  və  Hatten  onu  «təşkilatın  və  onun 

yarımbölmələrinin  səmərəli  və  məhsuldar  şəkildə  fəaliyyət  göstərməsinə  imkan 

yaradan 

ehtiyatların 

bölüşdürülməsi 

vasitəsilə 

seçilmiş 

məqsədlərin 

reallaşdırılmasından  və  ətrafla  qarşılıqlı  münasibətlərin  arzu  edilən  durumuna  nail 

olma  cəhdindən  ibarət  təşkilatın  onun  ətrafı  ilə  əlaqəsinin  müəyyənləşdirilməsi 

prosesi» kimi qələmə verirdilər. Higgensə görə “strateji idarəetmə -  təşkilatın onun 

ə

trafı  ilə  qarşılıqlı  fəaliyyətinin  idarə  edilməsi  vasitəsilə  missiyasının  həyata 



keçirilməsi  məqsədilə  idarəetmə  prosesidir.  Pirs  və  Robinson  strateji  idarəetməni 

«təşkilatın  məqsədlərə  nail  olmaq  üçün  işləyib  hazırladığı  strategiyaların  xülasə 

edilməsi və yerinə yetirilməsi üzrə qərarların və fəaliyyətlərin toplusu kimi” izah edir 

(11, səh.32). Bir sıra təriflər də vardır ki, onlar strateji idarəetmənin bu və ya digər 

aspektlərini  və  xüsusiyyətlərini  və  ya  onun  «adi»  idarəetmədən  fərqlərini  xüsusi 

vurğulayır. 

Təcrübə  göstərir  ki,  kompleks  strateji  planlaşdırmanı  və  idarəetməni  həyata 

keçirən  təşkilatlar  daha  uğurla  işləyir  və  sahə  üzrə  orta  gəlirdən  xeyli  yüksək  gəlir 

ə

ldə  edir.  Planlaşdırma  təcrübəsinə  malik  bir  çox  rəhbərlər  və  sadəcə,  fəal  insanlar 



arzu  etdikləri  uğura  ona  görə  nail  ola  bilmirlər  ki,  mümkün  qədər  çoxlu  bazarları 

ə

hatə  etməyə  və  daha  müxtəlif  məhsul  istehsal  etməyə,  müxtəlif  qrup  müştərilərin 



tələblərini  ödəməyə  cəhd  etməklə  öz  güclərini  “havaya  sovururlar”.  Uğur  üçün  isə 

qüvvələrin  məqsədəyönümlü  təmərküzləşməsi  və  düzgün  seçilmiş  strategiya 

lazımdır.  Başqa  sözlə  desək,  kim  öz  strategiyasını  daha  yaxşı  planlaşdırırsa,  o  da 

uğura daha tez nail olur. 




 

ş



güzar  təşkilatın  strategiyası  –  strateji  məsələlərin  prioritetlərini,  resursları 

strateji  məqsədlərə  nailolma  üzrə  addımların  ardıcıllığını  müəyyənləşdirən  başlıca 

fəaliyyət  planıdır.  Strategiyanın  başlıca  məsələsi  təşkilatı  hazırkı  durumdan 

rəhbərliyin  arzu  etdiyi  gələcək  duruma  gətirməkdir.  Strateji  idarəetməni  seçilmiş 

obyektdən  asılı  olaraq,  növbətilərə  ayırırlar:  korporativ  strategiya  –  ümumilikdə 

təşkilatın strategiyası; biznes – strategiya – təşkilatın xüsusi strateji yarımbölməsinin 

strategiyası; funksional strategiya – təsərrüfatçılığın funksional zonasının strategiyası. 

Strateji  idarəetmə  metodologiyasının  meydana  gəlməsi  və  praktiki  şəkildə 

istifadə  edilməsiilk  növbədə,  təşkilatın  xarici  mühitindəki  dəyişikliklərin 

xarakterindən  qaynaqlanan  obyektiv  səbəblərdən  yaranmışdır.  Strateji  idarəetmənin 

mahiyyəti  ondan  ibarətdir  ki,  bir  tərəfdən,  dəqiq  təşkil  olunmuş  kompleks  strateji 

planlaşdırma,  digər  tərəfdən,  təşkilatın  idarə  edilməsi  strukturu  «rəsmi»  strateji 

planlaşdırmaya  cavab  verir  və  elə  qurulmuşdur  ki,  onun  məqsədlərinə  nail  olmaq 

məqsədilə  uzunmüddətli  strategiyanın  işlənilməsini  və  planlar  sistemi  vasitəsilə  bu 

strategiyanın  reallaşdırılmasındakı  idarəetmə  mexanizmlərinin  yaradılmasını  təmin 

etsin. Strateji idarəetmə metodologiyasının inkişafında bir neçə mərhələ vardır: 



Icraya  nəzarət  əsasında  idarəetmə

,  bu  zaman  təşkilatlarıın  dəyişikliklərə 

reaksiyası hadisələrin bitməsindən sonra meydana gəlir. Bu, təşkilat üçün daha təbii 

olan reaktiv adaptasiyadır, lakin dəyişikliklərin qaçılmaz olduğunu başa düşülməsinə, 

yeni  strategiyanın  işlənilməsinə  və  ona  sistemin  adaptasiyasına  çox  vaxt  tələb  edir. 

Dəyişikliklər templərinin artması şəraitində bu, qeyri-münasibdir. 



Ekstrapolyasiya  əsasında  idarəetmə

, bu  zaman  dəyişikliklərin tempi  sürətlənir, 

lakin  gələcəyi  hələ  də  keçmiş  tendensiyaların  ekstrapolyasiyası  yolu  ilə 

(uzunmüddətli planlaşdırma) əvvəlcədən demək olar. 



Dəyişikliklərin  əvvəlcədən  görünməsi  əsasında  idarəetmə

,  bu  zaman 

gözlənilməz hadisələr yaranmağa başlamışdı və dəyişikliklərin tempi sürətlənmişdir, 

lakin  gələcək  tendensiyaları  vaxtında  görməyin  və  onlara  müvafiq  strategiyanın 




 

işlənilməsi yolu ilə reaksiyanı müəyyənləşdirməyin qeyri-mümkün olması qədər yox 



(strateji planlaşdırma). 

Çevik  təciliy  qərarlar  əsasında  idarəetmə

,  bu,  hal-hazırda,  bir  çox  mühüm 

məsələlərin onların vaxtında nəzərdən keçirilməsinin qeyri-mümkünlüyü dərəcəsində 

sürətlə meydana gəlir (zamanın real miqyasında strateji idarəetmə). 

Uzunmüddətli  və  strateji  planlaşdırma  arasındakı  əsas  fərq  gələcəyin  şərh 

edilməsindən ibarətdir. Uzunmüddətli planlaşdırma sistemində fərz edilir ki, gələcək 

tarixən yaranmış artım tendensiyalarının ekstrapolyasiyası yolu ilə əvvəlcədən deyilə 

bilinər.  Təşkilat  rəhbərləri  adətən  perspektivdə  fəaliyyət  nəticələrinin  keçmişlə 

müqayisədə  təkmilləşəcəyinə  əsaslanırlarvə  bu  istinadı  planın  əsaslandırılmasına 

qoyurlar. Belə praktikanın tipik nəticəsi – real nəticələrin uyğun gəlmədiyi inkişafın 

real  məqsədlərinin  qoyulmasıdır.  Onlar  yüksək  ola  bilər,  lakin  çox  vaxt 

planlaşdırılandan xeyli aşağıdır. 

Strateji planlaşdırma sistemində fərz edilmir ki, gələcək mütləq keçmişdən yaxşı 

olmalıdır  və  onu  ekstrapolyasiya  metodları  ilə  öyrənmək  olar.  Ona  görə  də  strateji 

planlaşdırmada  təşkilatın  perspektivlərinin  təhlilinə  mühüm  yer  ayrılır,  onun 

məsələlərinə  yaranmış  tendensiyaları  dəyişməyə  qadir  tendensiyaların,  təhlükələrin, 

imkanların, eləcə də ayrı-ayrı fövqəladə vəziyyətlərin aydınlaşdırılması daxildir. Bu 

təhlil rəqib mübarizədə mövqelərin təhlili ilə tamamlanır. 

Strateji  idarəetmə  onun  əsasını  təşkil  edən  strateji  planlaşdırmadan  təkamül 

inkişafı  yolu  ilə  meydana  gəlmişdir.    O,  prinsipcə  yeni  strategiyaların  həyata 

keçirilməsində  çətinliklərlə  üz-üzə  gələn  firmalarda  getdikcə  böyük  maraq  yaradır. 

Bəs strateji idarəetmə nəyi təcəssüm etdirir? Qarşıya qoyulmuş suala cavab vermək 

üçün əvvəlcə kommersiya və qeyri-kommersiya təşkilatların davranışlarını nəzərdən 

keçirilməsinə müraciət etmək lazımdır. Bu, ona görə zəruridir ki, təşkilati davranışın  

üsulları və idarəetmə növləri arasında sıx əlaqə mövcuddur. 

Müvafiq olaraq, «strateji qərarlar» termini ilə biznesin fəaliyyəti üçün kardinal 

ə

həmiyyətə malik olan və uzunmüddətli və geri qaytarılmaz nəticələrə gətirib çıxaran 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə