Microsoft Word zulu disser docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix27.03.2018
ölçüsü0,55 Mb.
#35161
1   2   3   4   5   6   7   8   9   ...   24

13 

 

- texnologiya, istehsalat avadanlıqları, qurğular, onların gücü və imkanları; 



- avadanlıq, onun informasiyanın işlənilməsi və ötürülməsi üzrə imkanları və gücü; 

- istehsalat təşkilatının səviyyəsi; 

-  idarəetmə  strukturu,  qərarların  qəbulu  üzrə  vəzifə  funksiyalarının  və 

səlahiyyətlərinin paylanması; 

- ayrı-ayrı qrupların və şəxslərin təşkilati məsələləri; 

- daxili kommunikasiyalar və prosedurlar; 

- təşkilat davranışının əsasında duran təşkilati mədəniyyət, normalar və dəyərlər; 

Heyətin keyfiyyəti növbətilərlə müəyyənləşdirilir: 

- dəyişikliklərə münasibətlərlə; 

- layihələşdirmədə, bazarın təhlilində və s. peşə ixtisaslaşması və ustalıqla; 

- strateji fəaliyyətə aid problemləri həll etmək bacarığı ilə; 

-  strateji  fəaliyyətdə  iştirakın  motivasiyası  və  müqavimətin  aradan  qaldırılması 

qabiliyyətilə.  

Beləliklə,  strateji  idarəetmə  üzrə  fəaliyyət  təşklatın  dəyişən  şəraitdə  uzun 

yaşama  qabiliyyətini  təmin  etməli  olan  strateji  mövqenin  təmin  edilməsinə 

yönəlmişdir.  Kommersiya  təşkilatında    strateji  problemlərlə  məşğul  olan  rəhbər 

gəlirliyin  daimi  potensialını  təmin  edir.  Onun  məsələsi  zəruriliyi  üzə  çıxarsın  və 

təşkilatda  strateji  dəyişikliklər  aparsın:  strateji  dəyişikliklərə  səbəb  olan  təşkilati 

arxitektonika yaratmaq; həyatda strateji dəyişikliklər aparmağa qadir kadrlar seçmək 

və tərbiyə etmək. 

Təşkilatın idarə edilməsində əsas xarakteristikalar üzrə müqayisə aparaq (bax cədvəl 

1.1). 


 


14 

 

Cədvəl 1.1. 



Opreativ və strateji idarəetmənin müqayisəsi 

Xarakteristika 

Operativ idarəetmə 

Strateji idarəetmə 

Niyyət, təyinat 

Ə

mtəə  və  xidmətlərin  satışından 



gəlirin  əldə  edilməsi  məqsədilə 

onların istehsalı 

təşkilatın 

fəaliyyətilə 

maraqlanan 

şə

xslərin 



problemlərini  həll  etməyə 

imkan  yaradan  ətraf  mühitlə 

dinamiki  balansın  yaradılması 

yolu 


ilə 

uzunmüddətli 

perspektivdə  təşkilatın  «sağ 

qalması» 

Menecmentin  diqqətinin 

təmərküzləşməsi obyekti 

Təşkilatın 

daxilinə 

baxış, 

ehtiyatlardan 



daha 

səmərəli 

istifadə yollarının axtarışı 

Təşkilatın  daxilindən  kənara 

baxış,  rəqib  mübarizədə  yeni 

imkanların  axtarışı,  ətrafdakı 

dəyişikliklərə  adaptasiya  və 

izlənilməsi 

Zaman  amilinin  nəzərə 

alınması 

Qısamüddətli  və  ortamüddətli 

perspektivi və istiqamətlənmə 

Uzunmüddətli  perspektivi  və 

istiqamətlənmə 

Idarəetmə 

sisteminin 

qurulması əsası 

Funksiyalar 

və 

təşkilati 



strukturlar, prosedurlar, texnika və 

texnologiya 

Insanlar,  informasiya  təminatı 

sistemi, bazar 

Heyətin  idarə  edilməsinə 

yanaşma 


Işçilərə təşkilatın ehtiyatları, ayrı-

ayrı  işlərin  və  funksiyaların 

icraçıları kimi baxış 

Işçilərə  təşkilatın  əsası,  onun 

başlıca 

dəyəri 


və 

uğur 


mənbəyi kimi baxış 

Idarəetmənin  səmərəliliyi 

meyarı 

Istehsalat 



potensialından 

istifadənin gəlirliyi və səmərəliliyi 

Təşkilatın 

bazarın 


yeni 

sorğularına 

və 

ə

trafdakı 



dəyişikliklərdən  asılı  olaraq, 

dəyişmələrə 

reaksiyasının 

dəqiqliyi  və  öz  vaxtında 

olması 



15 

 

 



Strateji  idarəetmədən  fərqli  olaraq,  operativ  idarəetmə  təşkilatın  məqsədlərinə 

nail  omaq  məqsədilə  onun  mövcud  strateji  mövqeyindən  istifadə  ilə  məşğul  olur. 

ş

güzar    təşkilatında  operativ  məsələlərlə  məşğul  olan  rəhbər  firmanın  potensialını 



real  gəlirə  çevirməlidir.  Onun  məsələləri  ümumi  operativ  məsələlərdən, 

motivasiyadan,  koordinasiyadan  və  həm  rəhbərlərin,  həm  də  icraçıların  təşkilat 

daxilində nəzarətindən ibarətdir. 

Normal  fəaliyyət  üçün  həm  strateji,  həm  də  operativ  idarəetmə    müəyyən 

təşkilati  arxitektonikanın  yaradılmasını  və  saxlanılmasını,  kadrların  seçimini  və 

tərbiyəsini  nəzərdə  tutur.  Lakin  bu  elementlər  idarəetmənin  iki  tipləri  üçün 

müxtəlifdir.  Strateji  arxitektonika  dəyişikliklərə  yönəlmişdir,  o,  çevikdir  və  ciddi 

strukturlara  malik  deyildir.  Operativ    arxitektonika  dəyişikliklərə  qarşı  sabitdir, 

səmərəliliyə  doğru  yönəlmişdir.  Əgər  strateji  idarəetməni  həyata  keçirən  rəhbər 

dəyişikliklərə  doğru  cəhd  edirsə,  risqlərə  getməyə  meyllidirsə,    yeni  istiqamətlərin 

mənimsənilməsində  idarəetmə  vərdişlərinə  malikdirsə,  onda  operativ  idarəetməni 

həyata keçirən rəhbər dəyişikliklərə qarşı çıxış edir, risqə meylli deyildir, mürəkkəb 

fəaliyyətin təhlilində, koordinasiyasında və nəzarətində kompetentdir. 

Yuxarıda şərh edilənlərin əsas anlarını ümumiləşdirək.  şgüzar təşkilatının idarə 

edilməsi sistemi idarəetmə fəaliyyətinin bir-birini tamamlayan iki növündən ibarətdir: 

təşkilatın  gələcək  potensialının  inkişafı  ilə  bağlı  strateji  idarəetmə  və  mövcud 

potensialı  gəlirə  çevirən  operativ  idarəetmə.  Strateji  idarəetmə  sahibkarlıq  təşkilati 

davranış  tələb  edir,  operativ  idarəetmə  isə  artım  davranışı  bazasında,  əsasında 

fəaliyyət göstərir. Son zamanlar təşkilatlar davranışın hər iki növünün eyni zamanda 

istifadəsinə  böyük  ehtiyac  duyur,  bunun  üçün  onlara  öz  arxitektonikalarının  elə  bir 

strukturunu  yaratmaq  lazımdır  ki,  o,  təşkilati  davranışın  həm  sahibkarlıq,  həm  də 

artım  üsullarını uğurla inkişaf etdirməyə imkan vermiş olardı. 

Üç  qrup  seçilmişdir:  təşkilatlar,  strateji  təsərrüfat  yarımbölmələri  (STY)  və 

təşkilatın funksional zonaları. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə