Microsoft Word zulu disser docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix27.03.2018
ölçüsü0,55 Mb.
#35161
1   2   3   4   5   6   7   8   9   ...   24

16 

 

Strateji  idarəetmənin  obyekti  kimi  təşkilat  struktur  yarımbölmələrin  (strateji 



təsərrüfat  yarımbölmələrinin)  ümumi  toplusunu  təcəssüm  etdirən  açıq  kompleks 

sosial-iqtisadi  sistem  kimi  nəzərdən  keçirilir.  Strateji  təsərrüfat  yarımbölməsi  – 

təşkilatın fəaliyyətindəki istiqamət və ya qarışıq istiqamətlər sırasıdır, bazar yönümlü 

sərbəst  təsərrüfat  yarımbölməsidir,  o,  özünün  bazar  seqmentində  mükəmməl  rəqib 

kimi çıxış edə bilər, onun öz tədarükçülər, istehlakçılar və rəqiblər dairəsi vardır. Ona 

STY  strateji  inkişafına  və  cari  fəaliyyətinə  görə  tam  məsuliyyət  daşıyan  direktor 

rəhbərlik edir. 

Təşkilatın  funksional  zonası  –  bu,  müəyyən  funksiyaların  yerinə  yetirilməsi  üzrə 

ixtisaslaşan  və  həm  STY,  həm  də  ümumilikdə  təşkilatın  səmərəli  fəaliyyətini  təmin 

edən  funksional  struktur  yarımbölmələr  tərəfindən  təşkilati  şəkildə  təqdim  edilən 

fəaliyyət sferasıdır. 

Strateji idarəetmə təşkilatın əsas məqsədlərilə bağlı və nəzarət edilməyən xarici 

amillərin  təsiri  altında  olan  gələcəyə  yönümlü  problemlər  üzrə  aparıcı  təşkilati 

qərarların  geniş  dairəsinə  toxunur.  Strateji  planlaşdırmanın  və  idarəetmənin 

predmetləri aşağıdakılardır: 

1.  Təşkilatın  əsas  məqsədlərilə  bilavasitə  bağlı  problemlər.  Əsas  məqsədlər 

gələcəyə  yönəlmişdir  və  bir  qayda  olaraq,  məqsədlərin,  ehtiyatların  və  nəticələrin 

qarşılıqlı əlaqəsini təmin etməklə təşkilatın fəaliyyətindəki səmərəliliyin artırılmasına 

yönəlmişdir. Ona görə də yeni istehsalların  yaranması və ya köhnələrin ləğv edilməsi 

haqqında  qərarlar  ümumi  xarakter  daşıyır.  Maddi  və  ya  əmək  ehtiyatlarına  qənaətə 

dair qərarlar özəl xarakter daşıyır və stratejilərə aid edilmir. 

2. Əgər təşkilatın hansısa bir elementi məqsədlərə nail olmaq üçün zəruridirsə, 

lakin  hazırda  yoxdursa  və  ya  lazımi  həcmdə  deyilsə,  onunla  bağlı  problemlər  və 

qərarlar.  Strateji  idarəetmə  praktikasında  qərar  strateji  problemlərə  aid  edilir.  əgər 

yeni  məhsulun  işlənib  hazırlanması  və  istehsalı  planlaşdırılırsa,  təşkilat  üçün  yeni 

texnoloji  avadanlığın  əldə  edilməsi,  yeni  heyətin  (yeni  mütəxəssislərin)  dəvət 

edilməsi və s. 



17 

 

3.  Nəzarət  edilməyən  xarici  amillərlə  bağlı  problemlər.  Strateji  idarəetmə 



problemləri  adətən  çoxsaylı  xarici  amillərin  təsiri  nəticəsində  meydana  gəlir.  Ona 

görə də inkişaf strategiyasının və istiqamətinin seçimində səhv etməmək üçün hansı 

iqtisadi,  siyasi,  elmi-texniki,  sosial  və  digər  amillərin  təşkilatın  gələcəyinə  təsir 

göstərdiyini  müəyyənləşdirmək  lazımdır.  Xarici  mühitin  daimi  monitorinqi  təşkili 

təşkilatın səmərəliliyində və rəqabət qabiliyyətində mühüm şərtdir. 

Strateji  idarəetmənin  inkişafındakı  ikinci  istiqamət  «zamanın  real  miqyasında 

strateji  idarəetmədir».  Onu  bir  qayda  olaraq,  gözlənilmədən  yaranmış  strateji 

məsələlərin  həlli  ilə  əlaqələndirirlər.  O,  elə  sahələrdə  inkişaf  edir  ki,  orada  xarici 

mühitdəki  dəyişikliklər  elə  bir  sürətlə  baş  verir  və  əvvəlcədən  bilinməzdir  ki,  təcili 

adekvat  reaksiya  və  təşkilat  tələb  edir  (Strategiyanın  nəzərdən  keçirilməsinə  sadəcə 

zaman qalmır). Mahiyyətcə təşkilat eyni zamanda strategiyanın dəqiqləşdirilməsi və 

yaranmış  strateji  məsələlərin  həlli  ilə  məşğul  olmağa  məcburdur.  Strateji 

idarəetmənin bu sistemi dirçəliş mərhələsindədir. 

Müəyyən  olunmuşdur  ki,  “təşkilatların  strateji  idarə  edilməsi  növbəti 

müddəalara əsaslanır: 

- təşkilatlar bir sıra xüsusiyyətlərlə xarakterizə olunan mürəkkəb sosial-iqtisadi 

sistemlərdir; 

- təşkilatlar müəyyən məqsədə (məqsədlərə) nail olmaq üçün yaradılır; 

-  müəyyən  ehtiyatların  olması  və  onların  maddi  nemətlərə  (xidmətlərə) 

çevrilməsi; 

-  əmtəələrin  və  xidmətlərin  istehsalına  və  istifadəsinə  olan  məsrəflərin 

fəaliyyətin nəticələri ilə müqayisəsi; 

-  təşkilatın  daxili  mühatinin  mürəkkəbliyi  (elementlərin  böyük  sayı,  onlar 

arasında  qarşılıqlı  əlaqələrin  mövcudluğu,  qarşılıqlı  əlaqələrin  ehtimallılıq  xarakteri 

və b.); 



18 

 

- idarəetmə məsələlərinin çox meyarlılığı; 



- sistemdə gedən proseslərin böyük dinamikliyi; 

-  təşkilatların  darə  edilməsində  bir  çox  məsələlərin  rəsmiləşdirilməsinin  qeyri-

mümkünlüyü; 

-  təşkilatın  idarə  edilməsi  zəruriliyi,  bunun  üçün  müəyyən  funksional  və  təşkilati 

struktura, təsdiqlənmiş davranış normaları, onlara riayətə nəzarət formaları sisteminə 

malik xüsusi idarəetmə orqanı yaradılır və s.” (8, səh.58-59). 

Təşkilatlar xarici mühitin çoxsaylı amillərinin təsir göstərdiyi açıq sistemlərdir. 

Ona  görə  də  təşkilatın  və  onun  strategiyasının  səmərəliliyi  xeyli  dərəcədə  onun 

adaptiv imkanları ilə müəyyənləşdirilir. 

Adaptiv  mexanizmin  fəaliyyəti  çərçivəsində  təşkilatın  növbəti  komponentləri 

xüsusilə vacibdir: elan edilən tələblər (ödənilməsi üçün təşkilatların yaradıldığı əmtəə 

və  ya  xidmətlərə  olan  tələblər);  məqsədlər  və  strategiyalar;  ehtiyatlar;  proses 

(ehtiyatların məhsullara çevrilməsi üsulları); nəticələr; mühitlər (daxili və xarici). 

Bazarda  fəaliyyət  göstərən  təşkilatın  idarəetmə  sxemini  təqdim  edəcəyik  (  bax 

şə

kil  1.2).  Müvəqqəti  məhdudiyyətlər  nəzərə  alınmaqla  məqsədlər    və  mövcud 



ehtiyatlar  əsasında  idarəetmə  sistemi  təşkilatın  səmərəliliyi  modelini  təcəəssüm 

etdirir.    Belə  modellər  cari  və  perspektiv  fəaliyyətə  xidmət  məqsədilə  işlənib 

hazırlana, mümkün qiymətlərlə (satış həcmi, işçilərin sayı, əməyin təşkili səviyyəsi, 

onun  istehsal  qabiliyyəti,  istehsal  məsrəfləri  və  s.)  müəyyənləşdirilən  çoxsaylı 

durumlara  malik  ola  bilər.  Bu,  sistemin  daxili  qurumunu,  onun  ehtiyatlarını  əks 

etdirir.  Modellərin  çoxsaylı  durumlarından  idarəetmə  sistemi  müəyyən  meyarlar 

ə

sasında  münasiblərini  seçir.  Belə  meyarlar  təşkilatın  bazardakı  vəziyyətindən, 



rəhbərliyin  məqsədlərindən  və  üstünlüklərindən  asılı  olaraq,  seçilir.  Idarəetmə 

sisteminin  məsələsi  real  prosesin  icrası  gedişatında  optimal  nəticənin  əldə  ediləcəyi 

idarəetmə  təsirləri  işləyib  hazırlamaqdan  ibarətdir.  Bu  durumun  saxlanılması  çox 

mürəkkəb  iş  hesab  edilir,  çünki  təşkilatın  bazar  fəaliyyətinin  gedişatında  prosesin 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə