Mikayıl Rzaquluzadə-110



Yüklə 17,98 Kb.
tarix19.07.2018
ölçüsü17,98 Kb.

Mikayıl Rzaquluzadə-110

Mikayıl Manaf oğlu Rzaquluzadə 1905-ci il mart ayının 17-də Bakı şəhərində anadan olmuşdur.İbtidai təhsilini yeni üsullu “Mədrəseyi-nur” məktəbində və mollaxanada almış (1912-1913), sonralar 5 saylı “Rus-müəlman” məktəbində oxumuş, Bakı ticarət məktəbinə daxil olmuşdur.1926-1927-ci illərdə Ali Pedaqoji İnstitutun tarix və ədəbiyyat fakültəsində təhsil almışdır.1927-1931-ci illərdə Gəncə Pedaqoji Texnikumunda, həm də fəhlə fakültəsində ədəbiyyat və pedaqogika-psixologiya müəllimi işləmişdir.1931-1934-cü illərdə o, Moskva İkinci Dövlət Universitetinin aspiranturasını bitirib Bakıya qayıtmışdır.Bakıda Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda uşaq ədəbiyyatı sahəsində elmi işçi, Azərnəşrdə tərcüməçi və redaktor olmuş, qısa fasilələrlə “İnqilab və mədəniyyət” jurnalı redaksiyasında məsul katib, “Azərbaycanfilm” kinostudiyasında, Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində baş redaktor,“Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində çalışmışdır.Ədəbi fəaliyyətə 1923-cü ildə “Abdulla Şaiq” kitabçasında nəşr edilən “Müəllim” şeiri ilə başlamışdır.İlk məqaləsi isə 1926-cı ildə “Maarif” işçisi” jurnalında “Cocuq ədəbiyyatında üsul məsələsi” adı ilə dərc olunmuşdur.Müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən başlayaraq bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutmuşdur.Ədəbi təxəllüsü otuzuncu illərdə“Mim-Re”,“M.R”,“R.Mikayıl”,sonralar “M.Razquluzadə” olmuşdur.Azərbaycan tərcüməçiləri arasında ən çox səmərəli, məqsədəuyğun fəaliyyət göstərənlərdən biri də Mikayıl Rzaquluzadə olmuşdur.Çoxillik ədəbi yaradıcılığını əsasən tərcümə işinə həsr etmiş bu istedadlı ədib dünyanın müxtəlif xalqlarının klassiklərinin əsərlərini dilimizə tərcümə edərək oxucularımızın böyük hörmət və rəğbətini qazanmışdır.Ümumiyyətlə, tərcümə kitablarının sayı 60-dan çox olan Miikayıl Rzaquluzadə “H.Heyne və faşizim”, “Rabindranat Taqor”, “Bayron və müasirlik” və s. kimi məqalələrin də müəllifidir.1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın qabaqcıl maarif xadimi (1968), əmək veteranı (1976) olmuşdur.Ədəbiyyat sahəsində xidmətlərinə görə iki medal, üç dəfə  Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, Çuvaş MSSR Mədəniyyət Nazirliyinin və digər təşkilatların fəxri tərifnamələri ilə təltif edilmişdir.1984-cü il noyabrın 10-da Bakıda vəfat etmişdir.



Keçiriləcək tədbirlər.

Nasir Mikayıl Rzaquluzadənin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar MKS-də və onun filiallarında bir sıra tədbirlər keçirilməlidir.Nasirin 110 illik yubileyi münasibətilə  kitabxanalar bütün istiqamətləri özündə əks etdirən tədbirlər planı əsasında işləməlidirlər.Yubiley ilində kitabxanaçılar M.Rzaquluzadənin yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecələrin, oxucu konfranslarının, kitab sərgilərinin, sual-cavab viktorinalarının, söhbətlərin təşkili ilə qarşıya qoyduqları vəzifələri yerinə yetirməyə çalışmalıdırlar. Mikayıl Rzaquluzadənin həyat və fəaliyyətini təbliğ etmək üçün məruzə və mühazirələr təsirli təbliğat forması hesab edilir.Belə ki, məruzə və mühazirələr vasitəsilə kitabxanalara çoxlu sayda oxucu cəlb etmək mümkündür.Yubileyə hazırlıq dövründə yubilyarın şəxsiyyətinə, ədəbi irsinin düzgün təbliğinə aid olan ədəbiyyata maraq daha da artır. Belə məlumatlar əsasən qəzet və jurnallarda dərc olunduğundan geniş oxucu kütləsi onları ardıcıl əldə edib oxumağa çətinlik çəkir. Odur ki, çap məhsullarını oxucuların diqqətinə çatdırmaq üçün yubilyarın adı altında (Mikayıl Rzaquluzadə-110) xüsusi kartoteka tərtib olunmalıdır.Bütün bunlardan əlavə tematik gecə də keçirmək olar. Gecəyə hazırlıq dövründə kitabxanaçı yubilyar haqqında olan ədəbiyyatı seçməli və həmçinin dövrü mətbuatda dərc olunan materiallardan da istifadə etməlidir.Tədbirin keçirilməsində orta məktəb müəllimlərinin, ixtisaslı mütəxəssislərin, klub və muzey işçilərinin, orta məktəbin yuxarı sinif şagirdlərinin fərdi bacarığından və imkanlarından istifadə etmək vacibdir.Kitabxanada yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş əhatəli sərgilər təşkil etmək xüsusən vacibdir. Sərgi yüksək zövqlə tərtib olunmalı, məzmuna, bədii estetik dəyərlərə ciddi fikir verilməlidir, çap məhsulları, şəkillər və sitatlar xüsusi sistemlə düzülməlidir. Belə sərgilər daha cəlbedici olur və seçilmiş materiallar mövzunun bütün tələblərini əhatə edir.Aşağıda Mikayıl Rzaquluzadənin anadan olmasının 95 illiyinə həsr olunmuş bir kitab sərgisinin nümunəsini veririk:

1.Başlıq: “Mikayıl Rzaquluzadə-110”.

2.Mikayıl Rzaquluzadənin şəkli.

3.Seçilmiş əsərləri.

4.Kitablarının nümayişi.

5.Qaranquş yuvası.

6.Ürəkdə izlər.

7.Baharın elçiləri.

8.Ağ dana.

9.Nəsillərdən-nəsillərə

Ədəbiyyat siyahısı.

1.Rzaquluzadə,Mikayıl.Qaranquş yuvası / M.Rzaquluzadə.-B.:Azərnəşr,1945.-48 s. ; 4.000 nüs. 

2.Rzaquluzadə,Mikayıl.Ağ dana / M.Rzaquluzadə.-B.:Azərnəşr,1945.-14 s. ;25.000 nüs.

3.Rzaquluzadə,Mikayıl.El gücü / M.Rzaquluzadə.-B.:Uşaqgəncnəşr,1948.-104 s. ;15.000 nüs.

4.Rzaquluzadə,Mikayıl.İstək / M.Rzaquluzadə.-B.:Uşaqgəncnəşr,1949.-103 s. ;15.000 nüs.

5.Rzaquluzadə,Mikayıl.Dan söküləndə / M.Rzaquluzadə.-B.:Uşaqgəncnəşr,1952.-84 s. ;7.000 nüs.

6.Rzaquluzadə,Mikayıl.Sirli saz / M.Rzaquluzadə.-B.:Uşaqgəncnəşr,1955.-17 s. ;20.000 nüs.

7.Rzaquluzadə,Mikayıl.Qu gölü / M.Rzaquluzadə.-B.:Uşaqgəncnəşr,1955.-144 s. ;15.000 nüs.

8.Rzaquluzadə,Mikayıl.Ovçu Elişlə qoçaq Aytəkinin nağılları / M.Rzaquluzadə.-B.: 1956.-10.000 nüs.

9.Rzaquluzadə,Mikayıl.Ölkənin çiçəkləri / M.Rzaquluzadə.-B.:Uşaqgəncnəşr,1962.-178 s. ; 10.000 nüs.

10.Rzaquluzadə,Mikayıl.Nəsillərdən-nəsillərə / M.Rzaquluzadə.-B.:Azərnəşr,1965.-495 s. ; 10.000 nüs.

11.Rzaquluzadə,Mikayıl.Salam Adil / M.Rzaquluzadə.-B.:Maarif,1966.-76 s. ;3.000 nüs.

12.Rzaquluzadə,Mikayıl.Hekayələr / M.Rzaquluzadə.-B.:Maarif,1967.-16 s. ;25.000 nüs.

13.Rzaquluzadə,Mikayıl.Dəniz nağılı / M.Rzaquluzadə.-B.:Uşaqgəncnəşr,1967.-16 s. ;25.000 nüs.

14.Rzaquluzadə,Mikayıl.Baharın elçiləri / M.Rzaquluzadə.-B.:Gənclik,1968.-14 s. ;10.000 nüs.

15.Rzaquluzadə,Mikayıl.Ürəkdə izlər / M.Rzaquluzadə.-B.:Gənclik,1969.-205 s. ;10.000 nüs.



16.Rzaquluzadə,Mikayıl.Quş dili bilən Orxan / M.Rzaquluzadə.-B.:Gənclik,1972.-126 s. ; 17.000 nüs.

17.Rzaquluzadə,Mikayıl.Cücə getdi su içə / M.Rzaquluzadə.-B.:Gənclik,1973.-12 s. ;16.000 nüs.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə