MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   2   3   4   5   6   7   8   9   ...   82

orqanizmə  plastik  və  energetik  prosesləri  həyata  keçirmək  üçün  lazımdır.  İstehsal 
fəaliyyəti  ilə  əlaqədar  olaraq  insanın  yaşadığı  mühitə  zəhərli  kimyəvi  maddələr 
düşə bilər. Xarici mühitdə – havada, suda, quruda toksik təsirli kimyəvi maddələrin 
olması  həm  funksional,  həm  də  üzvi  xarakterli  patoloji  dəyişikliklərə  səbəb  ola 
bilər. 
2.  Fiziki  amillər.  Havanın  temperaturu,  rütubəti,  hərəkəti,  atmosfer  təzyiqi, 
günəş  radiasiyası,  səs-küy,  vibrasiya,  radioaktiv  şüalanma  və  s.  bu  cür  amillərdir. 
Bunların bəziləri orqanizmin yaşaması üçün zəruridir, lakin bütün bunların hamısı 
müəyyən intensivlik dərəcəsində orqanizmə zərərli təsir göstərə bilər. 
3.  Bioloji  amillər.  Bunlara  patoloji  mikroorqanizmlər,  viruslar,  helmintlər, 
göbələklər və s. aiddir. 
İnsan  üçün  xarici  mühit,  dəyişkən  amilləri  ilə  birlikdə  yalnız  təbiət  demək 
deyildir.  İstehsal  vasitələri də  istehsal  münasibətləri  ilə birlikdə cəmiyyətdə  xarici 
mühitə aiddir, çünki insanın yaşadığı icti-mai mühit şəraiti orqanizmin vəziyyətinə 
və sağlamlığına təsir edir.  
İnsan  orqanizminə  nəinki  xarici  mühitin  obyektləri,  həm  də  söz,  danışıq, 
insanlar  arasındakı  münasibət,  başqa  sözlə,  ikinci  siqnal  sisteminə  aid  olan 
qıcıqlandırıcılar  da  təsir  edir.  Bunlar  insanda  müxtəlif  emosiyalar,  bu  və  ya  digər 
ruhi  vəziyyət  –  dərd,  qorxu,  se-vinc  və  s.  əmələ  gətirərək  orqanizmin  vəziyyətinə, 
onun sağlamlığına təsir edir. 
Yuxarıda deyilənlərə əsasən gigiyena öz məqsədinə nail olmaq üçün: 
1.  Xarici  mühit  amillərini  və  şəraitini  (ictimai  amillər  və  təbiət  amilləri), 
bunların insan orqanizminə və xalqın sağlamlığına təsirini öyrənməli; 
2. İnsan orqanizminə müsbət təsir edən amillərdən mümkün qədər çox istifadə 
etmək,  insanın  sağlamlığına  zərərli  təsir  göstərən  amilləri  mümkün  qədər  aradan 
qaldırmaq  məqsədi  ilə  gigiyenik  normativlər,  qaydalar  və  tədbirlər  işləyib 
hazırlamalı; 
3.  İşlənib  hazırlanmış  tədbirləri,  qaydaları  və  gigiyenik  normativləri  həyata 
keçirməlidir.  
Gigiyena  sanitariya  ilə  qırılmaz  surətdə  əlaqədardır.  Belə    ki,  gigiyena  elmi 
insan  sağlamlığı  üçün  vacib  olan  ümumi  vəziyyəti  və  tələbləri  öyrəndiyi  halda, 
sanitariya    sanitar  qanunvericilik  və  nəzarət  vasitəsi  ilə  gigiyena  elminin 
tələblərinin həyata keçməsini təmin edir.  Latınca «sanitas» sağlamlıq  deməkdir. 
 Rus  alimi  Ç.V.Xlopinin  fikirlərinə  görə  gigiyena  sağlamlığın  saxlanması  və 
yaxşılaşdırılması  haqqında  elm  sayılırsa,  sanitariya  bunların  həyata  keçirilməsi 
üçün  praktiki  fəaliyyətdən  ibarətdir.  Başqa  sözlə,  sanitariyanın  əsil  məqsədi 
gigiyenin  işləyib  hazırladığı  elmi  müddəaları  təcrübəyə  tətbiq  etməkdir.  Ümumi 
gigiyenadan  isə  əməyin  gigiyenası,  uşaqların  və  yeniyetmələrin  gigiyenası, 
kommunal gigiyena, qida gigiyenası kimi fənlər ayrılmışdır. 
Qida  gigiyenasının  əsas  vəzifəsi  əhalinin  müxtəlif  qrupları  üçün  əmək 
şəraitindən,  məişətdən,  yaşdan,  cinsdən,  iqlimdən  asılı  olaraq  fizioloji  tələbatı 
öyrənməkdən,  qidalanma  normalarını  miqdarca  və  keyfiyyətcə  hazırlamaqdan; 
İnfeksion  (yoluxucu)  və  qeyri-infeksion  təbiətli  (alimentar)  xəstəliklərin  baş 
verməsi  səbəblərini  öyrənməkdən  və  onların  profilaktik  tədbirlərinin  təşkili  üçün 
sanitar nəzarətinin təsir üsullarını hazırlamaqdan ibarətdir. 


İnsanlar  qidanı  müxtəlif  heyvan  və  bitki  mənşəli  məhsullardan  alırlar.  Qida 
məhsulları  kimyəvi  maddələrin  çox  mürəkkəb  kompleksi  olub,  insanın  həyat 
fəaliyyəti üçün zəruri komponentlər – zülallar, yağlar, karbohidratlar, vitaminlər və 
mineral  maddələrlə  zəngindir.  Bunlar  orqanizmdə  plastik  və  energetik  proseslər 
üçün istifadə olunurlar. 
Qida  məhsullarının  keyfiyyəti  isə  qanunçuluqla,  təşkilatı  və  istehsalat 
tədbirləri  sistemi  ilə  təmin  edilir.  Bunun  da  əsas  işi  ərzaq  xammalı  və  hazır 
məhsulların insanın sağlamlığı üçün təhlükəsiz olmasını təşkil etməkdən, həmçinin 
onların  bütün  alınma  mərhələsində  qidalılıq  dəyərinin  saxlanmasını,  istehsalını, 
emalını, saxlanmasını, daşınmasını və satılmasını təmin etməkdən ibarətdir. 
Bununla  belə,  qida  məhsullarının  tərkibində  insan  orqanizmi  üçün  zərərli 
maddələr  də  ola  bilər:  təbii  toksiki  komponentlər  məsələn,  lobyada,  kartofda  – 
solanin,  göbələklərdə  –  zəhər  və  b.  bunlara  aiddir).  İstehsalda  sanitar  qaydaları 
pozulduqda,  saxlandıqda,  daşındıqda  və  satıldıqda  isə  onlara  insan  üçün  təhlükəli 
olan  zəhərli  kimyəvi  maddələr,  üzvi  və  qeyri-yzvi  zəhərli  maddələrin  qatışığı, 
mikroorqanizmlər və s. düşə bilər. Ona görə də qidanın yad maddələrlə və onların 
metabolitləri  ilə  çirklənməsi,  insanın  xəstələnməsinə  və  bu  zaman  ağır  nəticələrə 
səbəb ola bilər (qida zəhərlənmələrinə, allergik xəstəliklərə, bağırsaq infeksiyasına, 
bağırsaq qurdunun keçməsinə). 
Ona görə də qida məhsullarının istehsalı mərhələlərində və satışında «Dövlət 
sanitar  nəzarəti  təlimatına»  uyğun  olaraq,  sanitar  ekspertizası  qida  gigiyenasının 
mühüm  sahəsi  hesab  edilir.  Bu  zaman  qida  məhsullarının  sanitar  mühafizəsi 
insanın  daxili  mühitinin  mühafizəsi  konsepsiyası  ilə  sıx  surətdə  əlaqələndirilir. 
Çirkli  qida  məhsulları  ilə  insanın  daxili  mühitinə  yad  maddələr  və  onların 
metabolitlərinin  toplanması  olduqca  qorxuludur.  Belə  ki,  o  orqanizmdə  hüceyrə 
metabolizminin pozulmasına və müxtəlif xəstəliklərin baş verməsinə səbəb olur. 
Rasional  qidalanmaya  və  qida  məhsullarına  göstərilən  gigiyenik  tələbatın 
öyrənilməsi,  həmçinin  qida  məhsullarına  zərərli  maddələrin  düşməsindən 
orqanizmin  qorunmasının  təşkili  haqqında  biliklərə  malik  olmaq  bakalavr-
texnoloqlara  və  əmtəəşünas  ekspertlərə  gələcək  praktiki  fəaliyyətlərində  də 
vacibdir. 
4. Qida gigiyenasının inkişaf tarixi 
İlk  əvvəl  onu  qeyd  etmək  lazımdır  ki,  gigiyena  elmi  sanitariyanın  mövcud 
tələbləri  əsasında  inkişaf  etmişdir.  Sanitariya  da  elm  sahəsi  olub  gigiyenanın 
tələbləri  əsasında  sağlamlıq  tədbirlərini  işləyib  hazırlayır  və  bunları  praktiki 
cəhətdən həyata keçirir. Ona görə də sanitariya və gigiyena elm sahələri bir-biri ilə 
sıx  vəhdətdə  fəaliyyət  göstərirlər.  Bu  özünü  xüsusi  olaraq  ərzaq  məhsullarının 
gigiyenik  ekspertizası  zamanı  və  onların  falsifikasiya  olunmasının  qarşısının 
alınması ilə aparılan tədbirlərdə daha da təsdiqləmişdir. 
Kütləvi  qidalanmanın  təşkili  və  ərzaq  məhsullarının  istehsalı  ilə  əlaqədar 
gigiyena  və  sanitariya  elmlərinin  ölkəmizdə  inkişafı,  keçmiş  SSRİ  tərkibində 
fəaliyyət  göstərdiyimiz  dövrlərdə,  əsasən  1920-ci  ildən  sonra  indiki  MDB  ölkələri 
ilə  sıx  əlaqədə  baş  vermişdir.  Ona  görə  də  qida  məhsullarının  istehsalının  həyata 
keçirən  qida  sənayesi  və  iaşə  müəssisələrində  sanitariya  və  gigiyena  tələblərinin 
öyrənilməsi  ilə əlaqədar elmi biliklərdən  məlumat verdikdə  fikrimizcə indiki MDB 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə