MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   2   3   4   5   6   7   8   9   ...   82

ölkələrinin ərazisində, xüsusilə Rusiya, Ukraynada və digər respublikalarda, vaxtılə 
fəaliyyət  göstərmiş  görkəmli  alimlərin  nailiyyətlərini  nəzərə  almaq  düzgündür. 
Məhz  bu  səbəbdən  də,  hazırladığımız  bu  dərslikdə  mikrobiologiya,  sanitariya  və 
gigiyenanın  inkişaf  tarixindən  məlumat  verdikdə,  həmin  alimlər  haqqında  mövcud 
fikirləri  tələbələrimizə  çatdırmaq  qərarına  gəldik.  Əlbəttə,  adı  çəkilən  elm 
sahələrinin  inkişafı  təkcə  texniki  elmlərin  inkişafı  ilə  deyil,  həm  də  səhiyyəmizin 
istər Azərbaycanda, istərsə də keçmiş SSRİ tərkibində keçdiyi fəaliyyət dövrləri ilə 
sıx  əlaqədə  baş  vermişdir.  Bununla  belə,  mikrobiologiyanın  inkişafı  ilə  əlaqədar 
elmi-tədqiqatların  aparılması,  sanitariya  və  gigiyenanın  ölkəmizdəki  bugünkü 
vəziyyəti,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  mikrobiologiya  institutu 
əməkdaşlarının  uzun  illər  ərzində  apardığı  çoxsaylı  elmi  işlər,  BDU-nun  müvafiq 
kafedraları,  Azərbaycan  Tibb  Universitetinin  uyğun  kafedraları,  Azərbaycan  Kənd 
Təsərrüfatı  Akademiyası  və  digər  ali  məktəblərdə  və  elmi  təşkilatlarda  yerinə 
yetirilmiş  və  bu  gün  də  davam  etdirilən  tədris-metodiki  və  elmi-tədqiqat  işlərinin 
nəticələri  ilə  sıx  bağlı  olmuşdur.  Bütövlükdə  götürdükdə  isə  mikrobiologiya  elmi 
kimi,  sanitariya  və  gigiyenanın  da  bir  elm  sahələri  kimi  inkişafına  nəzər  saldıqda, 
onların ərzaq məhsullarının istehsalı ilə əlaqədar qida sənayesində, iaşə müəssisələri 
və  ticarət  şəbəkələrində  fəaliyyət  dairəsini  qısaca  şərh  etsək,  indiki  MDB 
məkanında,  o  cümlədən  respublikamızda  keçmiş  dövrlərdən  aşağıdakı  istiqamətdə 
davam etmişdir. 
Qidalanma  haqqında  elmin  yaranması    əsrin  əvvəllərinə  təsadüf  etsə  də, 
müxtəlif  qida  maddələrini  və  onların  insan  orqanizmində  çevrilməsini  öyrənməyə 
imkan  verən  biliklər  biologiya,  fiziologiya,  fizika  və  başqa  elmlərin  qədimdən 
indiyə qədər müvəffəqiyyətlə inkişafı ilə əlaqədar olmuşdur. 
Qida gigiyenasının bir elm kimi inkişafında böyük rus alimi S.F.Xotovitskinin 
(1796-1855) qida sanitariyası  üzrə  fundamental dərsliyi böyük rol oynamışdır. Bu 
dərslikdə qida məhsullarının keyfiyyət tərkibi, qida məhsullarında zərərli hissələrin 
əmələ  gəlməsi  şəraiti  və  səbəbləri,  sanitar-gigiyenik  üsullarla  nəzarət  haqqında 
məlumatlar  və  qida  məhsullarının  zərərli  çirklənmələrdən  qorunması  üzrə 
tövsiyələr ətraflı verilmişdir.  
Qidalanma  haqqında  elmin  inkişafında  Rusiyada  gigiyena  elminin  banisi 
sayılan,  görkəmli  alimlərdən  A.P.Dobroslavin  (1842-1889)  və  F.F.Erismanın 
(1842-1915)  çox  böyük  xidmətləri  olmuşdur.  A.P.Dobroslavin  Rusiyada  gigiyena 
üzrə  ilk  professor  olmuş,  1871-ci  ildə  ilk  dəfə  Peterburqda  Tibb-cərrahlıq 
Akademiyasında təşkil edilmiş «Gigiyena» kafedrasına rəhbərlik etmişdir. Kafedra 
ölkədə elmi-gigiyenik fikrin mərkəzinə, gigiyenist-təcrübə məktəbinə çevrilmişdir. 
Onun 
təşəbbüsü 
ilə 
Peterburqda 
qida 
məhsullarının 
keyfiyyəti 
və 
mənimsənilməsini  öyrənən  şəhər  laboratoriyası  yaradılmışdır.  A.P.Dobroslavin 
tərəfindən hərbi və ümumi gigiyena üzrə drslik yazılmışdır. 
F.F.Erisman  isə  Moskva  Universitetinin  tibb  fakültəsində  «Gigiyena» 
kafedrasına  rəhbərlik  etmişdir.  O,  gigiyenanın  ictimai  hərəkətli  olmasını 
göstərərək, onu «ictimai sağlamlıq haqqında elm» adlandırmışdır (hesab etmişdir). 
F.F.Erismanın  təşəbbüsü  ilə  1891-ci  ildə  Moskvada  sanitariya  stansiyası 
yaradılmışdır.  Burada  suyun  keyfiyyəti  və  qida  məhsullarının  tədqiqi  üzrə  böyük 
işlər aparılmışdır. Rusiyada Oktyabr sosialist inqilabından sonra və sovet dövründə 


bu  stansiya  F.F.Erisman  adına  Sanitariya  İnstitutuna  çevrilmişdir.  Digər 
institutlardakı  kimi  onun  tərkibində  qida  laboratoriyası  da  olmuşdur.  Hazırda. 
Moskvada  Rusiya  Tibb  Elmləri  Akademiyası  (TEA)  nəzdində  Qida  İnstitutu  və 
digər tibbi institutlar fəaliyyət göstərirlər. 
Qidalanma  haqqında  gigiyena  elminin  inkişafında  rus  patofizioloqu 
V.V.Paşutinanın  (1845-1901)  tədqiqatlarının  böyük  əhəmiyyəti  olmuşdur.  O, 
orqanizmdə  kifayət  qədər  qidalanma  olmadıqda,  baş  verən  patoloji  prosesləri 
öyrənmişdir. 
Qida  qiqiyenası  və  fiziologiyası  və  həmçinin  sanitariya  üzrə  elmlərin 
inkişafında  görkəmli  fizioloq  akademik  İ.P.Pavlovun  (1849-1936)  işlərinin  də 
böyük  rolu  olmuşdur.  İ.P.Pavlov  tərəifndən  hazırlanmış  yeni  tədqiqat  üsulları  və 
onların 
fiziologiyanın 
inkişafında 
istifadəsi, 
insan  orqanizmində 
həzm 
proseslərinin  gedişinin  qanunauyğunluqlarını  aşkar  etməyə  imkan  vermişdir.  Bu 
tədqiqatlar,  həmçinin  ali  sinir  sisteminin  tədqiqi  və  onun  tərəfindən  orqanizm  ilə 
xarici  mühitin  vahidliyi  haqqında  təlimin  yaradılması,  insanın  səmərəli 
qidalanmasının müasir nəzəriyyəsini yaratmağa əsas vermişdir.  
Tibbi  sanitar-profilaktikanın  inkişafında  Q.V.Xlopinin  (1863-1929)  də 
işlərinin  böyük  əhəmiyyəti  olmuşdur.  Onun  çoxsahəli  elmi  fəaliyyəti  gigiyenanın 
bir  çox  məsələlərinin,  o  cümlədən  qida  gigiyenası  sahəsinin  praktiki  həllinə 
yönəldilmişdir.  Q.V.Xlopin  iki  böyük  işin  –  «Qida  məhsulları  və  içkilərin  tədqiqi 
üsulları»  və  «Gigiyenanın  əsasları»  dərsliklərinin  müəllifi  olmuşdur.  O,  həmçinin 
sanitariya  və  gigiyena  sahəsində  qanunçuluğun  yaradılmasında  və  ictimai  iaşənin 
gigiyenası məsələlərinin hazırlanmasında iştirak etmişdir. 
Qida  gigiyenasının  inkişafında  həmçinin  M.N.Şaternikov,  İ.İ.Molçanova, 
N.P.Diatroptova,  A.A.Pokrovski  kimi  alimlərin  də  böyük  rolu  olmuşdur.  Onlar 
mühüm  tədqiqatlar  aparmış  və  müxtəlif  qrup  əhali  üçün  fizioloji  cəhətdən 
əsaslandırılmış  qida  normaları  hazırlamışlar.  Qida  normalarının  fizioloji  cəhətdən 
əsaslandırılması  üzrə  tədqiqatlar  keçmiş  SSRİ  TEA  Qida  İnstitutunda  davam 
etdirilmişdir.  Bu  institut  1930-ci  ildə  RSFR-in  mərkəzi  Dövlət  İctimai  İaşə 
İnstitutunun  bazasında  yaradılmışdır  və  hal-hazırda  Rusiya  Tibb  Elmləri 
Akademiyasının Qida İnstitutu kimi digər institutlarla birlikdə qida gigiyenası üzrə 
bütün işlərə rəhbərlik edir. 
5. Ölkədə sanitar xidməti, onun məqsədi və vəzifələri 
 
Gigiyenanın işləyib hazırladığı normativlər və elmi cəhətdən əsaslandırılmış 
müddəalar  sanitariya  qanunvericiliyi  vasitəsilə  təcrübəyə  tətbiq  olunur  və 
sanitariya  təşkilatlarının  işi  bunlara  əsaslanır.  Sanitariya  orqanlarının  çoxcəhətli 
işinə əsasən aşağıdakılar aiddir: dövlət sərhədlərinin sanitariya mühafizəsi, əhalinin 
və  məişət  şəraitinin  sanitariya  mühafizəsi;  atmosfer  havasının,  su  hövzələri  və 
torpağın  sanitariya  mühafizəsi;  yaşayış  yerlərinin,  sənaye  müəssisələrinin, 
mənzillərin, 
mədəni-məişət 
və 
müalicə-profilaktika 
müəssisələrinin 
abadlaşdırılmasında  və  tikilməsində  sanitariya  normaları  və  qaydalarını  təmin 
etmək,  yeyinti  məhsullarının  sanitariya  mühafizəsi  və  ictimai  iaşənin  sanitariya 
vəziyyətini  təmin  etmək,  infeksion  və  kütləvi  xəstəlikləri  və  başqa  xəstəlikləri 
aradan qaldırmaq və qarşısını almaq üçün tədbirlər keçirmək. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə