Mikrobiologiya


) Praktiki laboratoriyalarda xüsusi təhlükəli infeksiyaların indikasiyası üçün hansı üsul istifadə olunmur?



Yüklə 1,4 Mb.
səhifə6/15
tarix01.11.2017
ölçüsü1,4 Mb.
#8028
1   2   3   4   5   6   7   8   9   ...   15

366) Praktiki laboratoriyalarda xüsusi təhlükəli infeksiyaların indikasiyası üçün hansı üsul istifadə olunmur?
A) Aqqlütinasiya reaksiyası

B) İmmunoferment analizi

C) Radioimmun analizi

D) Dolayı hemaqqlütinasiya reaksiyası

E) Fluoressensiya edən anticisimlər üsulu
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
367) Xüsusi təhlükəli infeksiyaların indikasiyası zamanı əsas obyektlər hansılar sayılar?
A) Hava,su,döyüş sürsatlarının qalıqları və xəsarət almış insanlar

B) Torpaq və qida məhsulları

C) Hava,su,torpaq və həşəratlar

D) Həşəratlar və qida məhsulları

E) Döyüş sürsatlarının qalıqları və xəsarət almış insanlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
368) "Clostridium botulinium"-un neçə seroloji variantı vardır?
A) 7

B) 6


C) 10

D) 4


E) 8
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
369) "Clostridium botulinum" tənəffüs tiplərinə görə hansılara aiddir?
A) Sırf aerob

B) Mikroaerofil

C) Fakultativ anaerob

D) Fakultativ anaerob və aerob

E) Ciddi anaerob
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
370) "Clostridium botulinum" hansı toksini əmələ gətirir?
A) Enterotoksin

B) Neyrotoksin və protoksin

C) Dermotoksin

D) Histotoksin

E) Leykosidin
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
371) "Clostridium botulinum" sporları qaynadıldıqdan sonra neçə saat fəal olurlar?
A) 4 saat

B) 14 saat

C) 1 saat

D) 10saat

E) 6 saat
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
372) Tulyaremiya bakteriyalarının hansı antigen növləri vardır?
A) Yalnız O-antigen

B) O və Vi antigen kompleksi

C) O və K- antigen kompleksi

D) Yalnız K-antigen

E) Yalnız Vi-antigen
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
373) Tulyaremiya mikrobu tənəffüs tiplərinə görə hansılara aiddir?
A) Sırf aerob

B) Fakultativ anaerob

C) Fakultativ anaerob və aerob

D) Mikroaerofil

E) Ciddi anaerob
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
374) İnsanlarda tulyaremiya ilə yoluxma hansı yolla baş verir?
A) Torpaqdan

B) Məişət-təmas yolu ilə

C) İnsandan insana

D) Bütün qeyd olunan yollarla

E) Xəstə heyvanlardan və onların cəsədlərindən
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
375) Bəşəriyyət tarixində taun xəstəliyin neçə pandemiyası baş verib?
A) 1

B) 4


C) 3

D) 6


E) 2
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
376) Taun törədicisinin neçə antigeni vardır?
A) 8

B) 10


C) 2

D) 3


E) 6
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
377) Hansı xəstəlik karantin xəstəliklərə aiddir?
A) Eşerixioz

B) Tetanus

C) Difteriya

D) Bruselyoz

E) Taun
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
378) Hansı xəstəlik zoonoz xəstəliklərə aiddir?
A) Difteriya

B) Bruselyoz

C) Tetanus

D) Qrip


E) Eşerixioz
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
379) Hansı xəstəliyin səbəbi yoluxmuş süd məhsullarıdır?
A) Bruselyoz

B) Tetanus

C) Difteriya

D) Eşerixioz

E) Taun
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
380) Botulizm sporaları neçə vaxt qurudulmuş vəziyyətdə fəaldır?
A) 10 ilə qədər

B) 2 ilə qədər

C) 5 ilə qədər

D) 10-15 ay

E) 30 ilə qədər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
381) Hansı mikrob letal toksina malikdir?
A) Difteriya çöpləri

B) Tetanus mikrobu

C) Taun mikrobu

D) Brusellalar

E) Tulyaremiya mikrobu
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
382) Hansı xəstəlik “Malta hərarəti “ adlanır?
A) Qara yara

B) Taun


C) Tetanus

D) Difteriya

E) Bruselyoz
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
383) Heyvanlarda bruselyozun əsas xüsusiyyətləri hansıdır?
A) Sidik-tənassül yollarının zədələnməsi

B) Abort


C) Nevroloji sindrom

D) Mədə-bağırsaq traktının zədələnməsi

E) Tənəffüs yollarının zədələnməsi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
384) İnsanlarda bruselyoz törədicilərinin neçə patogen növü vardır?
A) 10

B) 3


C) 8

D) 6


E) 1
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
385) Hansı bakteriyalar spor əmələ gətirir?
A) Salmonellalar

B) Eşerixiyalar

C) Vərəm çöpləri

D) Göy-irin çöpləri

E) Botulizm törədiciləri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
386) Tetanus bakteriyaları hansı formada olurlar?
A) Spiral

B) Uzun zəncir

C) Kokk

D) V-formada



E) Çöp
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
387) Tetanus mikrobu tənəffüs tiplərinə görə hansılara aiddir?
A) Ciddi anaeroblara

B) Sırf aeroblara

C) Fakultativ anaeroblara

D) Mikroaerofillərə

E) Fakultativ anaerob və aeroblara
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
388) "Clostridium tetani" neçə tip toksin törədir?
A) 8

B) 6


C) 3

D) 2


E) 4
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999 г.
389) "Yersinia-pseudotuberculosis" bakteriyalarının neçə seroloji varıantı vardır?
A) 2

B) 8


C) 12

D) 1


E) 10
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
390) "Yersinia-pseudotuberculosis" bakteriyalarının seroloji varıantları biri birindən hansı antigenlərə görə fərqlənir?
A) Vi-antigenlərə görə

B) O-antigenlərə görə

C) K-antigenlərə görə

D) H-antigenlərə görə

E) H və Vi-antigenlərə görə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
391) "Yersinia pseudotuberculosis" bakteriyalarının patogenliyi nədən asılıdır?
A) Lipopolişsaxaridlərdən

B) O-antigenlərdən

C) K-antigenlərdən

D) Vi-antigenlərdən

E) H-antigenlərdən
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
392) "Yersinia pseudotuberculosis" tənəffüs tiplərinə görə hansılara aiddir?
A) Fakultativ anaerob və aeroblara

B) Mikroaerofillərə

C) Fakultativ anaeroblara

D) Ciddi anaeroblara

E) Sırf aeroblara
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
393) Vəbanın təbii rezervuarı hansıdır?
A) Xəstələr və bakteriya gəzdiricilər

B) Torpaq

C) Bitlər

D) Həşəratlar

E) Heyvanlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
394) Klassik vəbanın törədicilərini xarakterizə edən əlamət hansıdır?
A) Eritromisinə həssaslıq

B) NaCl-din yüksəık qatılığına təlabat

C) Polimiksinə həssaslıq

D) Hemolitik aktivlik

E) Mukerdji IV qruplara aid olan bakteriofaqlara həssaslıq
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
395) Vəba zamanı diareyanın baş verməsinə nə təsir göstərir?
A) Qan axınında dövrü

B) Bağırsaq epitelinin invaziyası

C) Ekzotoksin

D) Endotoksin

E) Bağırsaq divarının qüsuru
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
396) İnsanda qara yaranın ən tez rast gələn formaları hansılardır?
A) Qayıdan yatalaq

B) Dəri forması və qastroenterit

C) Meninqitlər

D) Pnevmoniya

E) Konyuktivit
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
397) Qara yaranın toksiki əlamətləri hansı faktorlarla törədilir?
A) Hemolizin

B) Lesitinaza

C) Kollaqenaza

D) Letallıq faktoru və protektiv antigen

E) Alfa-toksin
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
398) Hansı bakteriyalar üçün sporların terminal yerləşməsi (baraban çubuqları formasında) xasdır?
A) Clostridium botulinum

B) Bacillus subtilis

C) Bacillus anthracis

D) Clostridium tetani

E) Clostridium perfringens
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
399) "Clostridium tetani" mikrobunun hüceyrə siklinin hansı mərhələsində neyrotoksinlər əmələ gəlir?
A) Loqarifmik fazasında

B) Laq-fazasında

C) Hüceyrənin ölüm farasında

D) Sporaların böyüməsi zamanı

E) Sakitlik fazasında
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
400) "Clostridium botulinum" sporlarının böyüməsi zamanı mədə-bağırsaq traktının hansı zədələnmələri baş verir?
A) Tetanus

B) Təzə anadan olanların botulizmi

C) Nekrotik enterit

D) Psevdomembranoz kolit

E) ”Düyü həlimi”nə oxşar diareya
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
401) Klostridiyaların hansı növü antibiotikoterapiya zamanı psevdomembranoz kolitə səbəb olur?
A) Clostridium perfringens

B) Clostridium bifermentans

C) Clostridium sordelli

D) Clostridium difficile

E) Clostridium sporogenes
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
402) Bakteriemiyanı klostridiyaların hansı növü törədir?
A) Clostridium tetani

B) Clostridium perfringens

C) Clostridium difficile

D) Clostridium ramosum

E) Clostridium sporogenes
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
403) Taun törədıcısi hansı cinsə aiddir?
A) Bordetella

B) Serratia

C) Pasteurella

D) Moraxella

E) Yersinia
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
404) Vəba törədıcinin əsas biokimyavi xüsusiyyətləri hansıdır?
A) Arabinozanı parçalayırlar

B) Saxarozanı və mannozanı parçalayırlar və indol əmələ gətirilər

C) Adi qidalı mühitlərdə bitmirlər

D) Saxarozanı, mannozanı parçalamırlar

E) İndol əmələ gətirmir, arabinozanı isə parçalayırlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
405) Asiya və El-Tor vəbaların identifikasiyası üçün əsas xüsusiyyətlər hansıdır?
A) Bakteriofaqlara davamlılıq

B) Qoyun eritrositlərinin hemolizi və polimiksinə həssaslıq

C) Polimiksinə davamlılıq

D) Sefalotinə həssaslılıq

E) İnsan eritrositlərinin hemolizi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
406) Vəba xəstəliyinin neçə pandemiyası baş vermişdir?
A) 7

B) 5


C) 10

D) 2


E) 4
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
407) Vəba vibrionunun patogenliyinin əsas faktoru hansıdır?
A) Ekzotoksin

B) Hemolizin

C) Hərəkətlilik

D) Endotoksin

E) Neyraminidaza
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
408) "Clostridium perfringens"-in əsas bioloji xüsusiyyətləri hansılardır?
A) Qram-mənfi çöplər olur, spor törətmirlər

B) Qram-mənfi kokklar, spor əmələ gətirmirlər

C) Qram-mənfi çöplər, kapsula törətmirlər

D) Qram-müsbət çöplər,spor və kapsula

E) Qram-müsbət kokklar, spor əmələ gətirirlər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
409) Laborator şəraitdə "Clostridium perfringens"-in toksinin olmasını hansı üsul ilə öyrənirlər?
A) Yumurta sarılı aqarda

B) Dolayı hemaqqlutinasiya reaksiyasında

C) RA- aqqlutinasiya reaksiyasında

D) Ağ siçanlarda neytrallaşdırma reaksiyasında

E) Şəkərli-qanlı aqarda
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
410) Rikketsiyaların hüceyrə daxili yaşamağını hansı mexanizm təmin edir?
A) Mukoprotein kapsulanın olması

B) Fosfolipazaların sintezi

C) Yoluxmuş hüceyrədə zülalın sintezinin pozulması

D) Faqosomo-lizosom kompleksinin əhatəsi

E) Sitotoksik lipopolisaxaridlərin azad olması
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
411) Rikketsiozların klinikasının hansı simptomları klassik hesab olunmurlar?
A) Titrətmə

B) Səpgilər

C) Baş ağrısı

D) Vaskulit

E) Konyuktivit
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
412) Qarayaranın törədicisi hansı xüsusiyyətlərlə fərqlənir?
A) Spor törətməyən, qamçısı olan qrammənfi çöplər

B) Spor törədən, qamçısız qrammənfi çöplər

C) Spor törədən, kapsulasız qrammüsbət çöplər

D) Spor törədən, kapsulası olan qrammüsbət çöplər

E) Spor törədən, 2 qamçısı olan qrammüsbət çöplər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
413) Qarayaranın törədicisinin biokimyavi xüsusiyyətlərli hansılardır?
A) R,S,M-formalı koloniyalar əmələ gətirən aeroblar

B) R,S,M-formalı koloniyalar əmələ gətirən və adi qidalı mühitlərdə yaxşı bitən fakultativ anaeroblar

C) Adi qidalı mühitlərdə gec bitən fakultativ anaeroblar

D) R-formalı koloniyalar əmələ gətirən və adi qidalı mühitlərdə yaxşı bitən fakultativ aeroblar

E) M-formalı koloniyalar əmələ gətirən və adi qidalı mühitlərdə yaxşı bitən fakultativ anaeroblar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
414) Vəba törədicisi nə ilə xarakterizə olunur?
A) Qram-müsbət, 1 qamçısı olan, spor və kapsula əmələ gətirən düz çöpdür

B) Qram-mənfi,1 qamçısı olan, spor və kapsula əmələ gətirməyən,əyilmiş və ya düz çöpdür

C) Qram-mənfi, qamçısı olmayan, spor və kapsula əmələ gətirən,əyilmiş və ya düz çöpdür

D) Qram-müsbət, 1 qamçısı olan, spor və kapsula əmələ gətirən,əyilmiş və ya düz çöpdür

E) Qram-mənfi,qamçısı olmayan, spor və kapsula əmələ gətirən,əyilmiş və ya düz çöpdür
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
415) Vəba törədicisinin koloniyalarının xüsusiyyətləri hansılardır?
A) Ciddi anaerob,duru mühitlərin səthində nazik pərdə əmələ gətirən,qatı mühitlərdə kiçik,şəffaf koloniyalar

B) Ciddi aerob,duru mühitlərin dibində dənələr,qatı mühitlərdə iri,şəffaf koloniyalar

C) Ciddi anaerob,qatı mühitlərdə iri, əyri kənarları olan şəffaf koloniyalar

D) Fakultativ anaerob, duru mühitlərin səthində nazik pərdə əmələ gətirən,qatı mühitlərdə kiçik,şəffaf koloniyalar

E) Fakultativ anaerob, duru mühitlərdə lopa şəkilində, qatı mühitlərdə iri, şəffaf koloniyalar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
416) Taun törədicisinin morfoloji və fizioloji xüsusiyyətləri hansılardır?
A) Qram-mənfi,qısa,qamçısız,spor əmələ gətirməyən,kapsula törədən çöplər

B) Qram-mənfi,qısa,qamçısı olan,spor əmələ gətirməyən,kapsula törədən kokklar

C) Qram-mənfi,uzun,qamçısı olan,spor əmələ gətirən,kapsula törədən kokklar

D) Qram-müsbət,uzun,qamçısız,spor əmələ gətirən,kapsula törədən çöplər

E) Qram-müsbət,qısa,qamçısız,spor əmələ gətirməyən,kapsula törədən kokklar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
417) Taun törədicisinin koloniyalarının xüsusiyyətləri hansılardır?
A) Duru mühitlərdə lopa şəklində,qatı mühitlərdə qabarıq,əyri kənarlı koloniyalar

B) Duru mühitlərin səthində nazik pərdəlik əmələ gətirən,qatı mühitlərdə yastı,düz kənarlı koloniyalar

C) Duru mühitlərdə lopa şəkilində,qatı mühitlərdə yastı,düz kənarlarlı koloniyalar

D) Duru mühitlərdə lopa şəkilində,qatı mühitlərdə yastı,əyri kənarlarlı koloniyalar

E) Duru mühitlərin səthində nazik pərdə əmələ gətirən,qatı mühitlərdə qabarıq, əyri kənarlı koloniyalar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г. В.Д. Тимаков «Микробиология»,1983г.
418) Taun xəstəliyini hansı bakteriyalar törədir?
A) Salmonella enteridis

B) Yersinia enterocolitica

C) Yersinia pestis

D) Yersinia pseudotuberculosis

E) Stafilococcus epidermidis
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
419) İnsanda brusellyoz xəstəliyinin əsas törədiciləri hansılardır?
A) Brucella neotomae, Brucella ovis, Brucella suis

B) Brucella canis, Brucella ovis, Brucella suis

C) Brucella abortus, Brucella neotomae, Brucella ovis

D) Brucella melitensis, Brucella abortus, Brucella suis

E) Brucella abortus, Brucella suis, Brucella canis
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
420) Bruselyozun törədicisinin morfoloji və fizioloji xüsusiyyətləri hansılardır?
A) Qram-mənfi,kiçik,uzun çöplər,qamçıları yoxdur,spor əmələ gətirir

B) Qram-mənfi,iri,qısa çöplər,qamçıları vardır,spor əmələ gətirmir

C) Qram-müsbət,kiçik,uzun çöplər,qamçıları yoxdur,spor əmələ gətirir

D) Qram-mənfi,kiçik,qısa çöplər,qamçıları yoxdur,spor əmələ gətirmir

E) Qram-müsbət,iri,qısa çöplər,qamçıları vardır,spor əmələ gətirmir
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
421) Bruselyoz törədicisinin kultural xüsusiyyətləri hansılardır?
A) Aqarda qara,nahamar,qabarıq,duru mühitlərdə bərabər bulanıq,nazik pərdə əmələ gətirir

B) Aqarda rəngsis,nahamar,qabarıq,duru mühitlərdə bulanıq,nazik pərdə əmələ gətirmir

C) Aqarda rəngsis,hamar,qabarıq,duru mühitlərdə bərabər bulanıq,nazik pərdə əmələ gətirmir

D) Aqarda qırmızı,hamar,qabarıq,duru mühitlərdə bərabər bulanıq,nazik pərdə əmələ gətitmir

E) Aqarda rəngsis,nahamar,qabarıq,duru mühitlərdə bulanıq,nazik pərdə əmələ gətirir
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
422) Brusellaların rezistentlik xüsusiyyətləri hansılardır?
A) 60ºC-də 30 dəqiqədən sonra məhv olurlar,qaynadıldıqda – dərhal ,süddə 45 günə qədər ,donmuş ətdə - 5 aya qədər

B) 60ºC-də 10 dəqiqədən sonra məhv olurlar,qaynadıldıqda – 1 saata,süddə 45 günə qədə,donmuş ətdə - 1 aya qədər

C) 60ºC-də 30 dəqiqədən sonra məhv olurlar,qaynadıldıqda – 4 saat,süddə 45 günə qədər donmuş ətdə - 10 günə qədər qalırlar

D) 60ºC-də 2 saatdan sonra məhv olurlar,qaynadıldıqda – 2 saat,süddə 45 günə qədər qalırlar,donmuş ətdə - 10 aya qədər qalırlar

E) 60ºC-də 5 dəqiqədən sonra məhv olurlar,qaynadıldıqda – dərhal ,süddə 5 günə qədər , donmuş ətdə - 1 aya qədər qalırlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
423) Tulyaremiya törədicisinin morfoloji və fizioloji xüsusiyyətləri hansılardır?
A) Ciddi anaerob,çöp şəkilli,spor əmələ gətirmirlər,qamçılar yoxdur kiçik, kapsulu vardır

B) Fakultativ anaerob,çöp şəkilli,spor,qamçılar əmələ gəlir və kapsulu yoxdur

C) Ciddi aerob,çöp şəkilli,spor əmələ gətirirlər, qamçılar yoxdur,kiçik kapsulu vardır

D) Ciddi anaerob,çöp şəkilli,spor əmələ gətirlər ,qamçılar vardır,kiçik kapsulu vardır

E) Ciddi aerob,çöp şəkilli,spor, qamçılar vardır, kapsul yoxdur
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
424) Tulyaremiya törədicisinin rezistentlik xüsusiyyətləri hansılardır?
A) Aşağı temperaturlara rezistentdir,suda 1 aydan çox qalmır,taxılda 0ºC-dən aşağı temperaturda - 6 aya qədər,20ºC-də 2 gündən sonra məhv olarlar

B) Aşağı temperaturlara rezistentdir,suda 4 aydan çox qalır,taxılda 0ºC-dən aşağı temperaturda - 6 aya qədər,20ºC-də 30-60 gündən sonra məhv olurlar

C) Aşağı temperaturlara rezistentdir,suda 4 aydan çox qalır,taxılda 0ºC-dən aşağı temperaturada – 1 ilə qədər, 20ºC-də 5 gündən sonra məhv olurlar

D) Aşağı temperaturlara rezistentdir,suda 4 aydan çox qalır,taxılda 0ºC-dən aşağı temperaturda - 6 aya qədər,20ºC-də o saat məhv olarlar

E) Aşağı temperaturlara həssasdır,suda 4 aydan çox qalmırlar,taxılda 0ºC-dən aşağı temperaturada məhf olurlar, 20ºC-də 30-60 gündən sonra məhv olurlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
425) Tetanus xəstəliyinin törədicisi hansı mikrobdur ?
A) Clostridium tetani

B) Clostridium septicum

C) Clostridium sordellii

D) Clostridium botulinum

E) Clostridium novyu
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
426) Botulizm xəstəliyinin törədicisi hansı mikrobdur?
A) Clostridium novyu

B) Clostridium tetani

C) Clostridium botulinum

D) Clostridium septicum

E) Clostridium sordellii
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
427) Tetanus xəstəliyinin törədicisinin rezistentlik xüsusiyyətləri hansılardır?
A) Qram-mənfi kokk, girdə spor, qamçı yoxdur, qoca kulturalarda qram-mənfi olurlar

B) Qram-müsbət, çöp, girdə spor,qamçı vardır, kulturalar qram-mənfi olurlar

C) Qram-mənfi, çöp, girdə spor, qamçı vardır, kulturalar da qram-müsbətdirlər

D) Qram-müsbət, çöp, spor,qamçı yoxdur,köhnə kulturalar qram-mənfi olurlar

E) Qram-müsbət, kokk, girdə spor,qamçı vardır
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
428) Hansı cinsin nümayəndəsi qara yara xəstəliyinin törədicisidir?
A) Corynebacterium

B) Bacillus

C) Bacteroide

D) Listeria

E) Clostridium
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
429) Hansı cinsin nümayəndəsi tetanus xəstəliyinin törədicisidir?
A) Corynebacterium

B) Listeria

C) Bacillus

D) Clostridium

E) Bacteroide
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
430) Hansı cinsin nümayəndəsi botulizm xəstəliyinin törədicisidir?
A) Clostridium

B) Bacillus

C) Bacteroide

D) Listeria

E) Corynebacterium
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
431) Tulyaremiya törədicisi hansı mühitlərdə daha yaxşı bitir?
A) Müxtəlif bərk qidalı mühitlərdə

B) Mürəkkəb mühitlərdə: Levinşteyn-Yensen,Tetranyani,kartof-qliserin mühitləri,qliserin bulyon mühitində

C) Kazein və ya ətli mühitlərdə (duru ət mühitlərinə ət və ya Qaraciyər farşı,kazein mühitlərəinə- bişmiş arpa və ya pambıq əlavə edilməklə

D) Qıcqırmış at zərdabı ilə mürəkkəb qidalı mühitlərdə,Ru və Lefler mühitlərində

E) Adi qidalı mühitlərdə,yumurta sarısı olan mühitlərdə,qlükozalı qanlı aqarda, sistein,qan,qlükoza olan mühitlərdə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
432) Botulizm törədicisi hansı mühitlərdə daha yaxşı bitir?
A) Mürəkkəb mühitlərdə: Levinşteyn-Yensen,Tetranyani, kartof-qliserin mühitləri,qliserin bulyon mühitində

B) Qıcqırmış at zərdabı ilə mürəkkəb qidalı mühitlərdə, Ru və Lefler mühitlərində

C) Müxtəlif bərk qidalı mühitlərdə

D) Zərdab və ya qan olan mühitlərinda,tripoflavin və nalidikson turşusu olan qanlı aqarda

E) Kazein və ya ətli mühitlərdə (duru ət mühitlərinə ət ya da Qaraciyər farşı,kazein mühitlərinə - bişmiş arpa və ya pambıq əlavə edilməklə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г. В.Д. Тимаков «Микробиология»,1983г.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə