Mikrobiologiya


) Qara yara törədicisi hansı mühitlərdə daha yaxşı bitir?



Yüklə 1,4 Mb.
səhifə7/15
tarix01.11.2017
ölçüsü1,4 Mb.
#8028
1   2   3   4   5   6   7   8   9   10   ...   15

433) Qara yara törədicisi hansı mühitlərdə daha yaxşı bitir?
A) Müxtəlif bərk qidalı mühitlərdə yaxşı bitirlər:ət-pepton aqar, ət-pepton bulyonu mühitində

B) Zərdab və ya qan olan mühitlərdə,tripoflavin və nalidikson turşusu olan qanlı aqarda

C) Kazein və ya ətli mühitlərdə(duru ət mühitlərə ət ya da Qaraciyər farşı,kazein mühitlərinə- bişmiş arpa və ya pambıq əlavə edilməklə

D) Mürəkkəb mühitlərdə: Levinşteyn-Yensen,Tetranyani,kartof-qliserin mühitləri,qliserin bulyon mühitində

E) Qıcqırmış at zərdabı ilə mürəkkəb qidalı mühitlərində, Ru və Lefler mühitlərində
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г. В.Д. Тимаков «Микробиология»,1983г
434) Botulizm törədicisi hansı toksini törədir?
A) O- və S-streptolizini

B) Neyrotoksini

C) Sitotoksini

D) Leykosidini

E) Eritrogenini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
435) Q (Ku) qızdırmasını hansı mikob törədir?
A) Rickettsia çsutsugamushi

B) Rickettsia conorii

C) Rochalimeae quintana

D) Rickettsia sibirica

E) Coxiella burnetii
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
436) Q (Ku) qızdırmasının morfoloji və fizioloji xüsusiyyətləri hansılardır?
A) Xemoorqanotroflar, hüceyrə divarı yoxdur,girdə və sap şəkilli hüceyrələr

B) Qram-müsbət,iri,anilin boyaları ilə yaxşı rənglənirlər

C) Qram-mənfi,çöpə oxşar hüceyrələr,cüt yerləşən,Romanovski-Gimze üsulu ilə göyümtül-purpur rəngə boyanır, Zdradovski üsulu ilə qırmızı rəngə boyanırlar

D) Düzvə ya bir gədər əyilmiş ,dənəli formalı çöplər

E) Qram-müsbət,iri,hərəkətsiz,spor törədən çöplər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
437) Bernet rikketsiyaları hansı mühitlərdə bitirlər?
A) Kartof-qliserin mühitlərində,qliserin bulyonunda

B) Müxtəlif mühitlərdə yaxşı bitirlər

C) Məməlilərin zərdabları əlavə olunan süni qidalı mühitlərində

D) Qidalı mühitlərdə bitmirlər,toyuq embrionlarında və siçan fibroblastalarında yaxşı çoxalırlar

E) Qaynadılmış darı ilə kazein mühitlərində
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
438) Rikketsiyalar hansı xəstəliyi törətmirlər?
A) Q (Ku) qızdırmasını

B) Şimali Asiyanın səpgili yatalağını

C) Epidemik qayıdan yatalağı

D) Epidemik səpgili yatalağı

E) Marsel qızdırmasını
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
439) Rikketsiyalar hansı ailəyə aiddir?
A) Rickettsiaceae

B) Bacillaceae

C) Streptococcaceae

D) Bartonellaceae

E) Micrococcaceae
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
440) Bril-Sinsser xəstəliyinin və epidemik səpgili yatalağın törədicisi hansıdır?
A) Chlamydia psittaci

B) Borrelia caucasica

C) Rickettsia prowazeki

D) Treponema pallidum

E) Mycoplasma pneumoniae
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
441) "Clostridium" cinsinə hansı törədəcilər aiddir?
A) Qarın yatalağı,paratif,salmonelyoz

B) Botulizm,tetanus

C) Vərəm,cüzam

D) Epidemik qayıdan yatalaq

E) Difteriya
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
442) Hansı xəstəliyin törədiciləri xüsusi təhlükəli infeksiyalara aid deyillər?
A) Toksoplazmoz

B) Botulizm

C) Tulyaremiya

D) Vəba


E) Taun
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.

Bölmə 6. Hava-damcı infeksiyaların mikrobiologiyası

443) Difteriya törədicisinə hansı morfoloji əlamətlər xas deyil?
A) Hüceyrələrin bir birinə bucaq altında meyilli olması

B) Metaxromaziya (hüceyrələrin qeyri-barəbər rənglənməsi)

C) Həmcinslik

D) Bütün qeyd olunanlar

E) Polimorfizm
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
444) "Corynebacterium" cinsinin mikroorqanizmlərinə hansı formalar aid deyil?
A) Qram-müsbət çöplər

B) Qram-müsbət vibrionlar

C) Qram-mənfi kokklar

D) Qram-mənfi çöplər

E) Qram-müsbət kokklar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
445) İnsanda aşağıdaki bakteriyaların hansı yoluxucu –iltihablı proseslərin səbəbi ola bilməz?
A) Corynebacterium pseudotuberculosis

B) Corynebacterium diphteriae

C) Corynebacterium pseudodiphteriticum

D) Corynebacterium ulcerans

E) Corynebacterium xerosis
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
446) Difteriya törədicilərinin hansı əlaməti yoxdur?
A) Hemolitik aktivliyi

B) Toksigen xüsusiyyətləri

C) Sistein aktivliyi

D) Nitratları nitritlərə bərpa qabilliyyəti

E) Ureaza aktivliyi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
447) Difteriyaya görə materialın götürülmə qaydalarına hansılar aid deyil?
A) Materialın müxtəlif vaxtda götürülməsi

B) Materialın ac qarına götürülməsi

C) Materialın udlağdan götürülməsi üçün steril tamponların olması

D) Materialın burundan götürülməsi üçün steril tamponların olması

E) Materiaın yeməkdən sonra (2 saatdan tez olmadan) götürülməsi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
448) Difteriyanın ayrılması üçün hansı differensial-diaqnostik mühit istifadə olunmur?
A) Klauberq II

B) Buçin


C) Leffler

D) Qanlı-tellurit aqar

E) Klauberq I
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
449) "Corynebacterium diphteriae"-nin kultural-biokimyəvi variantları hansı əlamətləri differensiasiya etməyə imkan vermir?
A) Qanlı-tellurit aqarda koloniyaların xüsusiyyətlərini

B) Morfoloji xüsusiyyətləri

C) Nişastanın qıcqırmasını

D) Hemolitik aktivliyi

E) Marten bulyonunda artımın tipini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
450) Difteriya törədicilərinin identifikasiya və differensiyasiyası üçün hansı əlamətlər istifadə olunur?
A) Yalnız toksiqen

B) Morfoloji,seroloji

C) Kultural, biokimyəvi, toksiqen

D) Morfoloji,kultural,seroloji

E) Yalnız kultural
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
451) Difteriyanın toksigenliyi hansı reaksiyalarla təyin edilir?
A) Aqarda diffuz presipitasiya reaksiyası ilə

B) Dolayı hemaqqlütinasiya reaksiyası ilə

C) Faq variantların təyini ilə

D) Aqqlütinasiya reaksiyası ilə

E) Anticisimlərin neytrallaşdırma reaksiyası ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999 г.
452) Difteriya törədicilərini aşkar edilmək üçün qidalı mühitlərin keyfiyyətinin bakterioloji nəzarəti necə aparılır?
A) Amin azotu ilə

B) Mühitin növündən asılı olaraq

C) Koloniyaların formalaşmasının vaxtı ilə

D) Yanaşı floraya qarşı inqibisiya aktivliyi ilə

E) Difteriya korinobakteriyalarının oxşarlığı ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
453) Göy öskürək sindromu hansı mikrob ilə törədilmir?
A) Bordetella pertussis, Bordetella parapertussis, Bordetella bronchiseptica

B) Bordetella parapertussis

C) Stafilococcus aureus

D) Bordetella bronchiseptica

E) Bordetella pertussis
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
454) Göy öskürəyin diaqnozunu tez bir müddətdə təyin etmək üçün hansı üsul istifadə olunur?
A) Bakterioskopik

B) Bakterioloji

C) Bütün qeyd olunan üsullar

D) Seroloji

E) Bioloji
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
455) Göy öskürəyə şübhəli olan xəstələrdən tədqiqat üçün hansı material daha tez çatdırılır?
A) Bəlğəm

B) Qan,bəlğəm

C) Bütün qeyd olunanlar

D) Sidik,nəcis

E) Udlağdan yaxma və bakterial aerozol
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
456) Göy öskürəyin törədiciləri hansı mühitlərdə daha yaxşı bitir?
A) Ət peptonlu aqarda

B) Saburo mühitində

C) Borde-Janqu mühitində

D) Endo mühitində

E) Adi aqarda
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
457) Göy öskürəyin törədiciləri nə ilə xarakterizə olunur?
A) Piqmentin əmələ gəlməsi ilə

B) Kapsulanın olması ilə

C) Hərəkətliliyi ilə

D) Sidik cövhərinin parçalanması ilə

E) Adi aqarda artım ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
458) Bordetella bronxoseptika törədiciləri nə ilə xarakterizə olunur?
A) Tirozinaza piqmentinin əmələ gəlməsi ilə

B) Sidik cövhərinin parçalanması ilə

C) Hərəkətliliyi ilə

D) Kapsulanın əmələ gəlməsi ilə

E) Adi aqarda artım ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
459) Göy öskürək mikrobunun spesifik antigeni hansıdır?
A) 20-ci faktor

B) 14-cü faktor

C) 12-ci faktor

D) 7-ci faktor

E) 1-ci faktor
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
460) Tədqiq olunan material (yuxarı nəfəs yollardan selik) hansı üsul ilə götürülmür?
A) Ağızdan yuyulan sular

B) Əsnək arxası tampon ilə

C) Burun-əsnək tampon ilə

D) ”Öskürək lövhəcikləri”

E) Burundan tamponu ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
461) İrinli meningitlərin törədiciləri hansılardır?
A) Bağırsaq çöpü

B) Stafilokokk

C) Bütün qeyd olunanlar

D) Vərəm çöpü

E) İnfluensa çöpü,Meninqokokk,Pnevmokokk
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
462) Neisseria cinsinin nümayəndələrinə hansılar aid deyil?
A) Katalaza müsbət bakteriyalar

B) Oksidaza-müsbət bakteriyalar

C) Kokklar

D) Qram-mənfi bakteriyalar

E) Çöplər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
463) İnsan patologiyasında aşağıdakı mikroblardan hansının ən böyük əhəmiyyəti vardır?
A) Neyseriya meningitidis

B) Neyseriya subflava

C) Neyseriya mukoza

D) Neyseriya sicca

E) Neyseriya lactamica
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
464) İrinli meningit zamanı onurğabeyin mayesinin əkilməsi üçün hansı mühitlər istifadə olunur?
A) Qanlı aqar

B) Yarım duru aqar

C) Ristomisin ilə zərdablı aqar

D) Zərdablı,yarım duru,şokolad aqarı

E) Linkomisin ilə zərdablı aqar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
465) Meninqokokksemiyanın diaqnostikasının ekspres-üsulu hansıdır?
A) Qandan “qalın damcı” yaxmasının hazırlanması

B) 0,1%-li duru qidalı mühitə qanın əkilməsi

C) 10%-li duru qidalı mühitə qanın əkilməsi

D) Bərk qidalı mühitlərə qanın əkilməsi

E) Qarşılıqlı immunoelektroforezin reaksiyası
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
466) Meninqokokk infeksiyasının generalizə olunmuş formasında likvor hansı hallarda götürülmür?
A) Hərarət olan zaman

B) Antibiotiklərin yeridilməsindən qabaq

C) Steril şəraitdə

D) Antibiotiklərin yeridilməsindən sonra

E) Aseptika qaydalarına riayət etməklə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
467) Meninqokokklara qarşı əsnəyin arxasından seliyi necə götürmək olmaz?
A) Material istadılmış tampon ilə götürülür

B) Material tamponla götürülüb və laboratoriyaya çatdırılır

C) Zəngin mühitə yerləşdirilir

D) Daşıyıcı mühit olan sınaq şüşəsinə yerləşdirilir

E) Material götürülən kimi Petri kəsasına əkilir
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
468) Meninqokokklara qarşı meyit materialının tədqiqi zamanı hansı üsul istifadə olunmur?
A) Rənglənmiş yaxmaların bakterioskopiyası

B) Biosınaq

C) Yaxmaların-izlərinin öyrənilməsi

D) Antibiotiklərlə olan bərk qidalı mühitlərə əkilməsi

E) Zəngin mühitlərə əkilməsi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
469) Meninqokokkların seroloji identifikasiyasına hansı üsul aid deyil?
A) Qarşılıqlı immunoelektroforez

B) Presipitasiya reaksiyası

C) Şüşədə aqqlütinasiya reaksiyası

D) Anticisimlərin təyini üçün dolayı aqqlütinasiya reaksiyası

E) Polistirol plastinkalarda aqqlütinasiya reaksiyası
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
470) Vərəmin laborator diaqnostikasında hansı üsul istifadə olunmur?
A) Dolayı aqqlütinasiya reaksiyası

B) Bioloji sınaq

C) Mantu sınağı

D) Yaxmaların mikroskopiyası

E) Təmiz kulturanın aşkar edilməsi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
471) Vərəm diaqnozunu hansı üsulla təyin etmək olmaz?
A) Seroloji üsullarla

B) Seroloji üsullarla və təmiz kulturanın aşkar edilməsi ilə

C) Mikobakteriyaların faqotipləşdirilməsi ilə

D) Patoloji materialın mikroskopiyası ilə

E) Təmiz kulturanın aşkar edilməsi ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
472) Difteriyanın toksini hansı orqanlara qarşı tropizmə malikdir?
A) Böyrəklərə

B) Sinir sisteminə

C) Əsnəyin limfoid halqasına

D) Mədə-bağırsaq traktına

E) Miokarda
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
473) "Mycobacterium tuberculosis" hansı mühitlərdə daha tez bitir?
A) Laktoza olan mühitlərdə

B) Sistein olan mühitlərdə

C) Saxaroza olan mühitlərdə

D) Qliserin olan mühitlərdə

E) Qlükozalı mühitlərdə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
474) Tənəffüs qabiliyyətinə görə "Mycobacterium tuberculosis" hansılara aiddir?
A) Fakultativ anaeroblara

B) Mikroaerofillərə

C) Anaeroblara

D) Fakultativ anaeroblara və aeroblara

E) Aeroblara
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
475) Difteriya mikrobunun volütin dənələri hansı üsul ilə rənglənirlər?
A) Neyser,Qram

B) Romanovski-Gimza

C) Sil Nilsen

D) Gins


E) Burri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
476) "Corynebacterium diphtheriae"-nın neçə bioloji variantı vardır?
A) 5

B) 1


C) 3

D) 2


E) 8
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
477) Difteriya mikrobunun ötürülməsinin əsas yolu hansıdır ?
A) Cinsi

B) Su


C) Məişət-təmas

D) Qida


E) Hava-damcı
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
478) Difteriya mikrobunun əsas toksini hansıdır?
A) Leykosidin

B) Endotoksin

C) Enterotoksin

D) Neyrotoksin

E) Histotoksin
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
479) Difteriya törədiciləri hansı formada olur?
A) Kokk

B) V – formada olan çöplər

C) Qısa zəncir

D) Spiral

E) Uzun zəncir
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
480) "Mycobacterium tuberculosis"-in digər mikobakteriyalardan differensiasiyası üçün hansı laborator test istifadə olunur?
A) Sil-Nilsen üsulu ilə rənglənməsi

B) İşıqda piqmentin əmələ gəlməsi

C) Eritrolun fermentasiyası

D) Niasinin əmələ gəlməsi

E) Mikol turşusunun hidroliz
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
481) Tuberkulin sınağına dair hansı tezis düz deyil?
A) Tuberkulinin təkrar yeridilməsi mənfi sınağın müsbət sınağa çevirməsinə imkan yaradır

B) Mənfi nəticə vərəm prosesinin olmamasını təstiqləmir

C) Tuberkulinin dərialtı yeridilməsi (Mantu sınağı) geniş yayılmışdır

D) Sınağın diaqnostik əhəmiyyətindən daha çox epidemioloji əhəmiyyəti vardır

E) 10 mm artıq olan papula müsbət sayılır
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г. В.Д. Тимаков «Микробиология»,1983г.
482) Vərəmə qarşı preparatların arasında birinci sıranın dərmanı hansıdır?
A) Sikloserin

B) Kapreomisin

C) Kanamisin

D) İzoniazid

E) Biomisin
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
483) Meninqokokkların virulentliyinin əsas faktoru hansıdır?
A) Kapsulanın antifaqositar əlamətləri

B) Xarici membranın proteinləri

C) Yapışmağın səbəbi olan tükcüklər

D) Endotoksinin lipopolisaxaridi (LPS)

E) Hüceyrədə yaşamaq qabiliyyəti
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
484) Meninqokokk xəstəliklərinin qeneralizə olunmuş formaları zamanı müşahidə olunan ləkəli səpgilərin səbəbi nədir?
A) Lipopolisaxaridlər

B) Xarici membranın proteinləri

C) Hialuronidaza

D) Zülallı ekzotoksin

E) Kapsulyar polisaxaridlər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
485) 5 yaşından aşağı olan uşaqlarda meningitləri meninqokokkların hansı ştamları törədir?
A) C seroqrupun ştamları

B) B seroqrupun ştamları

C) A seroqrupun ştamları

D) Heç biri

E) X seroqrupun ştamları
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
486) Göy öskürək hansı kliniki mərhələdə daha yoluxucudur?
A) Sağalma

B) Paroksizmal

C) İnkubasiya

D) Kataral

E) Regenerasiya
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
487) Difteriya zamanı əmələ gələn difteritik pərdəlikləri xarakterizə edən hansı əlamətlər vardır?
A) Qırtlağa qədər yayıla bilər,ağız-udlağın epiteliynə sıx yapışıb

B) Bütün qeyd olunan əlamətlər

C) Əmələ gəlməsi üçün 1 toksin yetərlidir

D) Xəstəliyin paroksizmal mərhələsi zamanı əmələ gəlir

E) Əmələ gəlməsi üçün 2 toksin lazımdır
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
488) Hansı xəstəlik zamanı müalicənin əsasını antitoksinin istifadəsi təşkil edir?
A) Erizipeloid

B) Listerioz

C) Eşerixioz

D) Nokardioz

E) Difteriya
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
489) Meninqokoksemiyanın əsas simptomları hansıdır?
A) Diareya

B) Hepatit

C) Leykoz

D) Konyuktivit

E) Artralgiyalar,ümumi halsızlıq və hemorragik səpgi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
490) Difteriya törədəcisinin əsas xüsusiyyətləri hansılardır?
A) Kultivasiya sərtlərinə tələbkar deyil

B) Qram üsulu ilə rənglənir

C) Kultivasiya şərtlərinə tələbkardır, 37º C dərəcədə çoxalır, çoxalma faktorları lazımdır

D) Adi qidalı mühitlərdə çoxalır

E) Kokklara aiddir
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
491) Difteriyaya qarşı profilaktik yoxlamalar zamanı hansı qidalı mühitlərdən istifadə olunur?
A) Tellurit olan aqar,Klauberq mühiti və qanlı aqardan

B) Vismut sulfit aqar mühitindən

C) Saburo mühitindən

D) Vismut sulfit aqar ,Tinsdal mühitindən

E) Tinsdal mühitindən
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
492) "Bordetella pertussis"-də hansı antigenlər vardır?
A) Toksin antigenləri

B) Hüceyrə divarının antigenləri

C) Fimbrial

D) Kapsul

E) Qamçı
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
493) Göy öskürəyin törədicisi hansı karbohidratları fermentasiya edir?
A) Saxarozanı

B) Qlükozanı və laktozanı

C) Arabinozanı

D) Treqalozanı

E) Treqalozanı və arabinozanı
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
494) Neyseriyaların əsas bioloji və morfoloji xüsusiyyətləri hansılardır?
A) Qram-müsbət çöplər,aeroblar

B) Qram-müsbət kokklar,aeroblar

C) Qram-müsbət çöplər,anaeroblar

D) Qram-mənfi kokklar,aeroblar,fakultativ anaeroblar

E) Qram-mənfi çöplər,aeroblar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
495) Göy öskürəyin aşkar edilməsi üçün hansı qidalı mühitdən istifadə olunur?
A) Vismut sulfit aqar mühitindən

B) Qanlı aqardan

C) Borde-Janqu aqarından

D) Zərdablı aqardan

E) Tinsdal mühitindən
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
496) Vərəm törədicilərinin ən geniş yayılan rəngləmə üsulu hansıdır?
A) Sil-Nilsen

B) Qram


C) Romanovski-Gimza

D) Ojeşko

E) Qins-Burri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
497) Vərəm törədicilərinin turşuya davamlılığını təmin edən struktur komponentləri hansıdır?
A) Polisaxaridlər

B) Zülallar

C) Qamçılar

D) Lipidlər

E) Kapsul
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
498) "Corynebacterium diphtheriae"-nın toksigen ştamlarının əsas xüsusiyyətləri hansılardır?
A) Qippuratın hidrolizi

B) Proteolitik fermentlərin əmələ gəlməsi

C) Treqalozanın fermentasiyası

D) Lizogen bakteriyalardır

E) İndolun əmələ gəlməsi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
499) Təzə anadan olmuş uşaqlarda meningit zamanı onurğa beyin mayesindən aşağıdaki bakteriyalardan hansı daha tez aşkar edilir?
A) Listeria monocytogenes

B) Bütün qeyd olunanlar

C) Streptococcus pneumoniae

D) Escherichia coli,Streptococcus agalactiae

E) Streptococcus pneumoniae, Listeria monocytogenes
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
500) Göy öskürəyin törədiciləri nə ilə xarakterizə olunur?
A) Adi qidalı mühitlərdə çoxalmayan,spor əmələ gətirən,qram-müsbət hərəkətsiz çöplərdir

B) Adi qidalı mühitlərdə çoxalmayan,spor əmələ gətirməyən,qram-mənfi hərəkətsiz çöplərdir

C) Adi qidalı mühitlərdə yaxşı bitən,spor əmələ gətirən,qram-mənfi hərəkətsiz çöplərdir

D) Adi qidalı mühitlərdə çoxalmayan,spor əmələ gətirməyən,qram-müsbət hərəkətli çöplərdir

E) Adi qidalı mühitlərdə çoxalan,spor əmələ gətirən,qram-müsbət hərəkətli çöplərdir
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
501) Göy öskürəyin koloniyaları qidalı mühitlərdə hansı formada bitirlər?
A) Civə damcılarına oxşar, parlaq,girdə,xırda,kənarları düz

B) Parlaq,kənarları düz,girdə, iri

C) Rəngsiz,girdə,xırda,kənarları düz

D) İri,kənarları əyri olan,parlaq

E) Rəngsiz,girdə,iri,kənarları əyri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
502) Hansı cinsin nümayəndəsi difteriya xəstəliyinin törədicisidir?
A) Corynebacterium

B) Clostridium

C) Bacillus

D) Bacteroide

E) Listeria
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə