MikroiQTİsadiyyat


Sahibkarlığın əsas funksiyaları



Yüklə 1,43 Mb.
səhifə7/23
tarix08.12.2017
ölçüsü1,43 Mb.
#14688
1   2   3   4   5   6   7   8   9   10   ...   23

5. Sahibkarlığın əsas funksiyaları.
Sahibkarın fəaliyyəti hər şeydən əvvəl müəssisənin işinin səmərəli təşkilinə yönəldilir. Və burada onun hamıya məlum olan daxili funksiyaları diq-qəti daha çox cəlb edir. Tanınmış iqtisadçı R.Barr sahib-karın daxili funksiyalarını aşağıdakı kimi təsnifləşdir-mişdir. Sahibkar:

1) Istehsalı təşkil edir. Onun bu funksiyasına iqtisadi şəraitin qiymətləndirilməsi, fəaliyyət planının işlənib hazırlanması, inzibati idarəetmənin təşkili, planların yerinə yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi və s. daxildir.

2) Riski öz üzərinə götürür. Sahibkar risk edən şəx-sdir.

3) Hakimiyyət funksiyalarını yerinə yetirir. Sahibkar istehsal vahidinin rəhbəridir. Deməli, o, özünə məxsus olan istehsal vahidində çalışan işçilərə rəhbərlik edir.

Sahibkarın rəqabət mübarizəsi prosesində başqa sa-hibkarlarla bəhsləşməsi onun müəssisədənkənar funksiya-sına aiddir. Bu funksiyalar vaxtilə Y.Şümpeterin «Iqtisadi təkamül nəzəriyyələri» əsərində aşağıdakı kimi müəyyən-ləşdirilmişdir. Sahibkar:

1) istehlakçıya hələ məlum olmayan yeni iqtisadi nemətləri, yaxud da yeni keyfiyyətlərlə köhnə iqtisadi ne-mətləri istehsal edir;

2) hər hansı bir sahədə əvvəllərdə tətbiq olunmamış yeni istehsal metodlarından istifadə edir;

3) Yeni satış bazarlarını mənimsəyir, yaxud da əvvəlki bazarlardan daha keniş istifadə edir;

4) Yeni xammal mənbələri və növlərini mənimsəyir;

5) Istehsal və satışın təşkilinin yeni formalarından istifadə edir.

Sahibkarın nəzərdən keçirilən bütün bu funksiyaları onun hamıya məlum olan funksiyalarına aiddir.

Bunlarla yanaşı, sahibkar öz xarakterinə görə içtimai hesab olunan aşağıdakı funksiyaları da yerinə yetirir:

1) Istehsal amillərinin ən əlverişli şərtlərlə əlaqələn-dirilməsi və bununla da iqtisadi ehtiyatlardan-maddi, əmək, maliyyə, intellektual və i. a.- daha səmərəli istifadə edilməsi funksiyası.

2)Içtimai məhsulun yaradılması və milli gəlirin bölgüsünə sahibkarlığın təsiri funksiyası.3 Əmtəə və xidmətlərə olan tədiyə qabiliyyətli tələbinin səmərəli və tam ödənilməsi funksiyası.4) Sahibkarlığın innovasiya funksiyası.

Kiçik, orta və iri sahibkarlığın funksiyaları bəzi spe-sifik cəhətlərinə baxmayaraq həm də yerinə yetirdikləri ümumi cəhətlərə görə bir-birinə uyğun gəlir. Bu, hər şeydən əvvəl onlardan hər birinin öz funksiyalarını daha səmərəli şəkildə həyata keçirməsinə aiddir. Lakin buna baxmayaraq, onlardan hər birinin bu və ya digər sahədə üstünlükləri vardır. Məsələn, iri sahibkarlığın üstünlükləri özünü aşağı-dakılarda göstərir. Iri sahibkarlıq:

-kütləvi istehsalda və deməli, məhsul vahidinə görə öz xərclərini aşağısalmaqda böyük imkanlara malikdir;

-əsas istehsalatın tullantılarından istifadə etməklə, əlavə məhsul istehsal edib, reallaşdırmaq imkanına ma- likdir;

-xammal və əmtəə ehtiyatları yaradılması sahəsində daha böyük imkanlara malikdir;

-çox böyük imkanlara malik olduqlarına görə bazarda dərin marketinq tədqiqatlarının aparılmasında, qiymət siyasətində, güzəştli tariflərlə xammal və materialların satın alınmasında, qısa və uzunmüddətli kredit götürülməsində, qiymətlərin sabitliyində, nəhayət özünümaliyyəəşdirmə, istehsalın üfiqi təmərküzləşməsi halları baş verdikdə, xammal və materiallarla özünütəminetmədə müəyyən üstünlüklərə malikdir:

.

Nəhayət, kiçik sahibkarlığın təsərrüfatla bağlı haki-miyyəti demək olar ki, olduqça məhduddur və yalnız özü-nün xüsusi işlərində bundan istifadə edilir.



.

Kiçik sahibkarlığın içtimai funksiyalarından biri də özünü onda göstərir ki, onlar geniş təkrar istehsalın və ba-zar iqtisadiyyatının çevikliyini təmin edir. O, dərin ixtisas-laşma və istehsalın çoxtərəfli kooperasiyalaşdırılmasını təmin etməklə, bazarı daha çox tələbat olan əmtəə və xid-mətlərlə tez bir zamanda doldurmağa imkan verir. Azad rəqabət bazarlarını məhz kiçik müəssisələr formalaşdırır.

Kiçik sahibkarlığın ictimai funksiyalarından biri də cəmiyyətdə siyasi və sosial sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsindən ibarətdir. Buna kiçik biznes tərə-findən yeni iş yerlərinin yaradılması, habelə mülkiyyətçilər təbəqəsinin genişləndirilməsi yolu ilə nail olunur. Nəhayət, kiçik sahibkarlıq yerli büdcələrin gəlirlərinin formalaş-masında iştirak edirlər. Bu, bələdiyyələr səviyyəsində həyata keçirilir.

Iri sahibkarlıq da bir sıra içtimai funksiyaları yerinə yetirir. Bunlardan biri ölkədə real təsərrüfat hakimiyyətinin həyata keçirilməsi funksiyasıdır

Milli iqtisadiyyatın xarici iqtisadi təmsilçiliyi funksi-yasını da iri sahibkarlığın içtimai funksiyasına aid etmək olar.

Iri sahibkarlığın içtimai funksiyaları öz ifadəsini həm də aşağıdakılarda tapır. Iri biznes: 1) əhalinin böyük əksə-riyyətinin sabit məşğulluğunun təmin olunmasında çox mü-hüm rol oynayır;2) ölkənin dövlət büdcəsinin gəlirlərinin formalaşmasında çox böyük əhəmiyyətə malikdir; 3) ölkə-nin milli iqtisadiyyatının, habelə onun regionlarının ixtisas-laşdırılmasına təsir göstərir; 4) iqtisadi artımın hərəkətverici qüvvəsi kimi çıxış edir.

Bütün bunlar onu göstərir ki, kiçik, orta və iri sahibkarlıq cəmiyyətin həyatında mühüm rol oynayır və çox vacib funksiyaları yerinə yetirir.



Mövzu 4:Əmtəə istehsalı və pul. ( 2 saat)

Plan

1. Əmtəə və onun xassələri. Əmtəə istehsalının formaları.

2. Əmtəə tədavülü və pulun meydana gəlməsi.

3. Pulun mahiyyəti və vəzifələri.

4. Pulun növləri.
1. Əmtəə və onun xassələri. Əmtəə istehsalının formaları.

Bazar iqtisadiyyatının əsasını xüsusi mülkiyyət və əmtəə istehsalı təşkil edir. Lakin cəmiyyətlərin tarixi inkişaf prosesinin müxtəlif mərhələlərində iqtisadi həyatın ümumi formaları fəaliyyət göstərir.

Təsərrüfat tiplərinin təşkili və onların təkamülü iqtisadi inkişafın qanunauyğunluqları çərçivəsi daxilində həyata keçirilir. Iqtisadi həyatda fəaliyyət göstərən təsərrüfat tiplərinin təşkili formaları bunlardır: a) natural təsərrüfat; b) sadə əmtəə təsərrüfatı; v) kapitalist əmtəə təsərrüfatı; q) planlı əmtəə təsərrüfatı.

Təsərrüfat təşkili tiplərinin tarixən ilkin forması natural istehsaldır. Təsərrüfatın belə bir təşkili formasında istehsal ilə istehlakın həcmi üst- üstə düşür. Natural təsərrüfat feodal mülkiyyəti ilə də çox xarakterikdir.

Əmtəə təsərrüfatı forması natural təsərrüfatın əksi kimi yaranmışdır. Təsərrüfat tiplərinin sonrakı təkamülü ictimai əmək bölgüsünü yaradır. Ictimai əmək bölgüsü- bir məhsul və ya məhsulun bir hissəsini istehsal etmək üçün ixtisaslaşmasıdır.

İctimai əmək bölgüsünün formaları aşağıdakılardır:



  1. Maldar tayfaların əkinçilikdən ayrılması birinci ictimai əmək bölgüsünü yaradır.

  2. İctimai sənətkarların formalaşması və sənətkarlıq sahələrinin meydana gəlməsi ikinci iri ictimai əmək bölgüsünü yaradır.

  3. Tacirlərin bir sinif kimi formalaşması üçüncü iri ictimai əmək bölgüsünü yaradır.

Natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrüfatı istehsalın elə bir təşkili formasıdır ki, burada istehsal olunan məhsullar ancaq mübadilə sferasına daxil olur. Əmtəə təsərrüfatının olması üçün aşağıdakı şərtlər tələb olunur:

  1. İctimai əmək bölgüsü. Əmtəə istehsalı şəraitində müxtəlif təsərrüfat sahələri fəaliyyət göstərir. Bu təsərrüfat sahələri müxtəlif növ məhsul istehsalı üzrə ixtisaslaşırlar. Sənaye kənd təsərrüfatından ayrılır. Sənaye istehsalının müxtəlif sahələri yaranır.

  2. Mülkiyyət formaları. Istehsal vasitələri üzərində xüsusi mülkiyyətin olması əsas amillərdən biridir. Əmək məhsulu olan əmtəə istehsal vasitələri üzərində olan mülkiyyət sahibinə məxsusdur. Bu səbəbdəndir ki, sahibkar öz məhsulunu əmtəə kimi digər zəruri əmtəəyə dəyişdirməlidir, yəni məhsul mübadilə olunmalıdır.

  3. İstehsalçılar arasında iqtisadi əlaqə forması kimi əmtəə mübadiləsi olmalıdır.

  4. Təsərrüfatın bazarla tənzimlənən xarakteri.

Əmtəənin 2 xassəsi vardır:

  1. istehlak dəyəri

  2. mübadilə dəyəri

Əmtəənin faydalılığı, insanın bu və ya digər bir tələbatını xassəsi onu istehlak dəyəri edir. İstehlak dəyəri hər hansı bir şeyin təbii xassəsindən asılıdır. Lakin istehlak dəyəri onu yaradan əməyin kəmiyyət miqdarından asılı deyildir.

Məhsulun əmtəəyə çevrilməsi üçün mübadilə dəyərinin olması şərtdir. Çünki, mübadilə dəyəri kimi bütün əmtəələr müəyyən bir kəmiyyət nisbətində bir- birinə dəyişdirilməlidirlər. İstehlak dəyəri baxımından əmtəələri ölçmək olmaz. Lakin mübadilə dəyəri nöqteyi nəzərindən əmtəələr ölçülürlər, çünki əmtəələr dəyişdiriləndə onların əsasını mübadilə nisbəti təşkil edir.

İstehlak dəyərinin müxtəlifliyinə baxmayaraq əmtəələrin istehsalına sərf edilən əmək eyni olduğuna görə bu əmtəələrin dəyərini ölçmək mümkündür. Əmtəələrin istehsalına sərf edilən əməyin miqdar kəmiyyəti həmin əmtəələrin dəyərini ölçmək imkanı verir və bunun əsasında əmtəələri dəyər baxımından bir- birilə müqayisə etmək olar.

Deməli, əmtəənin müəyyən bir miqdar nisbətində başqa əmtəəyə dəyişdirilmə qabiliyyəti onu mübadilə dəyəri edir.

İstehlak dəyəri və mübadilə dəyəri kateqoriyalarını elmi ədəbiyyata Aristotel, A. Smit, D. Rikardo, T. Maltus, K. Marks,. C. S. Mill və başqa alim- iqtisadçılar gətirmişdir.

Əmək- dəyər nəzəriyyəsinin tərəfdarları göstərirdilər ki, keyfiyyətcə müxtəlif, kəmiyyətcə ölçülə bilməyən əmtəələr mübadilə oluna bilər. Onların fikrincə dəyişdirilən əmtəələrin ümumi bir əsası var. Bu ümumi əsas əmək məsrəfləridir və həmin əmək məsrəfləri mübadilə dəyərini müəyyən edir.

Müasir Qərb iqtisadi ədəbiyyatında əmək- dəyər nəzəriyyəsindən fərqli olaraq yeni bir nəzəriyyə- faydalılıq nəzəriyyəsi meydana gəlmişdir. Faydalılıq nəzəriyyəsinin yaradıcıları K. Mengerin, E. Bem- Baverkin və F. Vizerin yaratdıqları son faydalılıq nəzəriyyəsinə əsaslanırlar. Bu nəzəriyyəyə görə mübadilənin əsasını dəyər deyil, faydalılıq təşkil edir.

A. Smit əmtəə istehsalına sərf edilən əməyi, alınan əməyi( əmək haqqını), mənfəəti və torpaq rentasını dəyərə aid edir. D. Rikardo və D. R. Mak- Kullox dəyəri istehsal xərcləri kimi, J. B. Sey isə şeyin faydalılığı kimi izah edirlər. D. Loderdel dəyəri təklif və tələblə əlaqədə izah edir.

Tarixən əmtəə istehsalı təşkilinin üç forması ( tipi) mövcuddur: sadə əmtəə təsərrüfatı, kapitalist əmtəə istehsalı və planlı əmtəə təsərrüfatı.

Sadə əmtəə istehsalı təsərrüfat təşkilinin elə bir formasıdır ki, burada istehsal vasitələri üzərində istehsalçıların xüsusi mülkiyyəti var və onlar məhsulu mübadilə üçün, bazarda satmaq məqsədilə istehsal edirlər.

Kapitalist əmtəə istehsalının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, müstəqil olan kapitalist- sahibkar istehsal amilləri əsasında öz iqtisadi fəaliyyətini təşkil edir. İstehsalın amilləri dedikdə, kapital, əmək, torpaq və sahibkar- kapitalist nəzərdə tutulur. Onu qeyd etmək lazımdır ki, kapitalist- sahibkar iri istehsalı təşkil edir. Fərdi kapitalist istehsalı ilə yanaşı kollektiv təsərrüfat formaları da təşkil olunur. Məsələn, müştərək sahibkarlıq, səhmdar cəmiyyətləri və s.

Təsərrüfat tiplərinin xüsusi formalarından biri də inzibati- amirlik, mərkəzləşdirilmiş planlı iqtisadiyyatdır. Planlı iqtisadiyyatda əmtəə- pul və bazar əlaqələri saxlanılır. Lakin iqtisadiyyatın idarə edilməsinə dövlət həddən artıq nüfuz edir. Planlı əmtəə təsərrüfatında istehsalçılarla istehlakçılar arasında olan əlaqələri dövlər özü nizamlayır.

Planlı əmtəə təsərrüfatı özünü doğrultmadığı üçün müasir mərhələdə bütün keçmiş sosialist ölkələri bazar iqtisadi sisteminə keçmişlər.

2. Əmtəə tədavülü və pulun meydana gəlməsi.
Əmtəədə təcəssüm olunan və mübadilə zamanı təzahür edən ictimai əmək əmtəənin dəyərini yaradır. Bərabər dəyərə malik olan əmtəələr bir- birinə mübadilə edilir, bu əmtəələr ekvivalentdirlər. Dəyər mübadilə dəyərilə bağlıdır. Dəyər əmtəənin daxili xassəsidir, mübadilə dəyəri isə əmtəə dəyərinin təzahür formasıdır.

Əmtəələrin dəyərlərinin bərabərləşdirilməsi və mübadiləsi əmtəə istehsalında xarakterik cəhətdir. Natural təsərrüfat şəraitində istehsalçılar vaxt vahidi əsasında ( saat, gün) sərf etdikləri əməklərini nəzərə alır və onun nəticəsini ölçürdülər. Lakin natural təsərrüfat şəraitində onların sərf olunmuş əməyi dəyər forması almırdı. Əmtəə təsərrüfatında isə əmək dəyər münasibətləri kimi təzahür edir. Deməli, əmtəə təsərrüfatında ictimai əmək birbaşa vaxt vahidi ilə ifadə olunur. İctimai əmək əmtəə istehsalında dolayısı yolla- yəni mübadilə prosesində təzahür edir. Məsələn, bir cüt ayaqqabı 3 kq. pambığa bərabər tutulur. Dolayısı yolla bu o deməkdir ki, bir cüt ayaqqabıya sərf edilən ictimai əmək 3 kq pambığa sərf edilən ictimai əməyə bərabərdir. Beləliklə, dəyər təkcə əmək məsrəfi deyil, o eyni zamanda əmtəə istehsalına sərf edilən ictimai əməkdir ki, mübadilə prosesində təzahür edir.

Deməli, əmtənin dəyəri istehsal prosesində əmək vasitəsilə yaradılır. Mübadilə prosesində dəyər bir əmtəəni digər əmtəəyə dəyişdirəndə təzahür edir. Buna mübadilə dəyəri deyilir. Dəyərin ilkin inkişaf forması sadə dəyər formasıdır. Məsələn, bir balta = 20 kq. taxıl. Burada baltanın dəyəri 20 kq. taxılda ifadə olunmuşdur. Taxıl baltanın dəyərini əks etdirir. Baltanın dəyəri taxılın istehlak dəyərində ifadə olunmuşdur, çünki həm taxılın, həm də baltanın istehsalına əmək sərf olunmuşdur. Bu iki əmtəənin bir- birinə bərabər tutulması o deməkdir ki, onların hər ikisinin istehsalına sərf olunmuş əmək bərabərdir. Əmtəələrin bir- birinə bərabər olmasının əsasını bu əmtəələrdə təcəssüm edən bərabər əmək sərfi təşkil edir. Öz dəyərini digər əmtəədə ifadə edən əmtəə ( balta) nisbi dəyər forması, öz dəyərini ( taxıl) baltanın istehlak dəyərində əks etdirən əmtəə ekvivalent dəyər formasıdır.

İlk mübadilə təsadüfi xarakter daşımış və bir növ məhsulun başqa növ məhsula dəyişdirilməsi olmuşdur. Dəyərin belə formasına sadə və ya təsadüfi dəyər forması deyilir.

Birinci iri ictimai əmək bölgüsünün yaranması ilə mübadilə müntəzəm şəkil alır. Məsələn, maldar tayfalar maldarlıq məhsulları istehsal etdikcə əkinçi tayfaların və sənətkarların istehsal etdiyi məhsullara ehtiyacı artır. Beləliklə, bu tayfalar arasında olan mübadilə müntəzəm xarakter daşıyır. Belə bir tarixi inkişaf nəticəsində dəyərin ikinci mübadilə forması- tam və ya dolğun dəyər forması yaranır.

Dəyərin inkişafının ikinci formasında dəyər öz təcəssümünü bir neçə əmtəənin istehlak dəyərində tapır. Lakin bu prosesdə də əmtəələr əmtəələrə dəyişdirilir. İctimai əmək bölgüsünün və əmtəə istehsalının inkişafı, onların dərinləşməsi, bir əmtəənin digər əmtəəyə dəyişdirilməsi qənaətbəxş olmur. Mübadilə prosesi çətinləşir. Məsələn, ayaqqabı sahibinin baltaya , balta sahibinin taxıla olan ehtiyacı artır. Beləliklə, əmtəə təsərrüfatı genişləndikcə əmtəə istehsalçıları arasında elə bir ümumi ekvivalent dəyər forması ortaya çıxır ki, bütün əmtəə istehsalçılarının bu ekvivalent dəyər formasına ehtiyacı artır. Beləliklə, bir əmtəə bütün əmtəələr sırasından ayrılır və ümumi ekvivalent dəyər forması kimi mübadilə olunur. Dəyər formalarının inkişafının bu mərhələsinə ümumi dəyər forması deyilir.

Ümumi dəyər forması onunla xarakterizə edilir ki, bütün əmtəələr bir əmtəəyə, yəni ümumi ekvivalent rol oynayan əmtəəyə mübadilə olunur. Dəri, xəz, duz və s. müxtəlif yerlərdə ümumi ekvivalent rolunu oynamışlar. Müxtəlif əmtəələrin ümumi ekvivalent rol oynaması genişlənməkdə və artmaqda olan bazar tələbatını ödəyə bilmir. Əmtəə təsərrüfatında ziddiyyətlər yaranır. Beləliklə, müəyyən bir əmtəə uzun müddət ümumi ekvivalent rol oynamaqda passivləşir və dəyərin pul forması yaranır, yəni ümumi ekvivalent rol oynayan əmtəə öz yerini dəyərin pul formasına verir. Pul rolunu müxtəli metallar yerinə yetirib və nəhayət, gümüş və qızıl öz xassələrinə görə tədavüldən bütün ekvivalentləri sıxışdırıb çıxarır. Çünki qızıl öz dəyərini həmişə saxlayır, paslanmır, xarab olmur, çəkisi və həcmi əlverişlidir, bölünmə xassəsinə malikdir, istənilən yerə aparıla bilir.

Dəyərin pul formasında bütün əmtəələr ümumi ekvivalent rol oynayan qızılın istehlak dəyəri vasitəsilə ifadə olunur. Beləliklə, əmtəə təsərrüfatında uzun bir tarixi inkişaf nəticəsində ümumi ekvivalent rol oynayan xüsusi bir əmtəə- pul yaranır.

Əmtəə təsərrüfatının mərkəzi kateqoriyalarından biri əmtəə olsa da “ nemət” anlayışı həm tarixi, həm də məntiqi mövqeyi nəzərdən əmtəədən qabaq yaranmışdır. Nemət dedikdə, hər hansı bir məna, əşya, hadisə, əmək məhsulu və s. nəzərdə tutulur ki, bunlar insanların bu və ya başqa bir tələbatını ödəmək qabiliyyətinə malikdirlər, insanların mənafelərinə, məqsədlərinə, cəhdlərinə cavab verə bilirlər.

İqtisadi ədəbiyyatda belə bir fikir vardır ki, nemət hər hansı bir şey və ya əşyadır, o insanın tələbatını ödəyir. Nemətə belə bir tərifin verilməsi məhdud xarakter daşıyır. Digər baxışlara görə isə nemət faydalı ola biləcək hər hansı bir əşyanın təcəssümüdür, o əmək məhsulu da , təbiətin bəhrəsi də ola bilər.

Insanlara zəruri olan nemətlər içərisində xidmətlərin xüsusi rolu və yeri vardır. Xidmət insanın məqsədəuyğun fəaliyyətidir, bu fəaliyyətin nəticəsi faydalı səmərədir, o insanların bu və ya digər tələbatını ödəyir.

Nemət anlayışını daha dərindən başa düşmək üçün onu əmtəədən fərqləndirmək və təsrifləşdirmək lazımdır. Müxtəlif kriteriyalar əsasında nemətləri müxtəlif növlərə ayırmaq olar. Nemətlərin qruplara ayrılmasının ən geniş yayılmış forması maddi və qeyri- maddi nemətlərdir.

I. Maddi nemətlərə aşağıdakılar aid edilir: təbiət bəxş etdiyi nemətlər torpaq, hava, iqlim; istehsal nəticəsində yaranan məhsul – yeyinti məhsulları, binalar, tikililər, maşınlar, avadanlıqlar və s.

Beləliklə, maddi nemətlər anlayışına müxtəlif xarakterli faydalı şeylər daxil edilir. Digər fikrə əsasən bu nemətləri mənimsəmə baxımından göstərilən kateqoriyaya aid edirlər.

II. Qeyri- maddi nemətlər. Buraya aşağıdakılar aid edilir: insanların qabiliyyətinin bacarığının inkişaf etdirilməsinə təsir edən nemətlər. Bu nemətlər qeyri- istehsal dairəsində yaradılır- səhiyyə, təhsil, incəsənət, təhsil, kino, teatr, muzeylər və ilaxır.

Qeyri- maddi nemətlər də öz növbəsində iki qrupa bölünür:

a) daxili qeyri- maddi nemətlər. Buraya aiddir: təbiətin insanlara bəxş etdiyi nemətlər( səs, deklamasiya, musiqi qabiliyyəti, elmə olan bacarıq və s. );

b) xarici qeyri- maddi nemətlər- insanların tələbatlarının ödənilməsi üçün xarici mühit ( işgüzar əlaqələr, etibar, himayə və s.)

Göstərdiklərimizdən əlavə indiki və gələcək, birbaşa və dolayısı, uzunmüddətli və qısamüddətli nemətlər də mövcuddur.

Nemətlərin təsnifatında ən mühümü, ən əsası iqtisadi və qeyri- iqtisadi nemətlərdir. Iqtisadi nemətlər iqtisadi fəaliyyət nəticəsində yaradılır. Iqtisadi nemətlər, ümumiyyətlə, nemətlərin məhdudluğu ilə

( məhdud resurslar ) əlaqədardır. Qeyri- iqtisadi nemətlər , yəni təbiətin bəxş etdiyi nemətlər insan əməyinin fəaliyyətinin nəticəsi deyildir. Bu nemətlər təbiətin özündə mövcuddur ( hava, su, işıq və s.) . Deməli, nemətlərin iqtisadiyyat baxımından istifadə oluna biləcəyi və məhdudluğu onları iqtisadi və qeyri- iqtisadi kateqoriyalara ayırmağa əsas verir.

Nemət anlayışı ilə əmtəə kateqoriyasını eyniləşdirmək olmaz. Mübadilə üçün istehsal olunan spesifik iqtisadi nemətə əmtəə deyilir. Nemətin heç bir xarakterindən asılı olmayaraq onun mübadilə üçün, satılmaq üçün istehsal olunması həmin neməti əmtəə edir.

Xidmət də əmtəə kimi çıxış edir. Lakin, xidmətin istehlak dəyəri, əşyalaşmış forması yoxdur. Ikincisi, xidmətin istehlak dəyəri canlı əməyin faydalı səmərəsinin nəticəsidir. Üçüncüsü, xidmət əşya forması almır. Onu sərvət kimi yığmaq olmur, o istehsal prosesində istehlak olunur.

3. Pulun mahiyyəti və vəzifələri.
Pulun mahiyyəti haqqında iqtisadçılar arasında fikir müxtə­lifliyi vardır. Məsələn, K.Marks pulu xüsusi növ əmtəə, ümumi ekvivalent rol oynayan əmtəədir. A.Smit isə tədavülün çarxı adlan-dırmışdır. Vaxtilə pul nəzəriyyəsi məsələləri ilə məş­ğul olmuş və hazırda məşğul olan iqtisadçıların çoxu isə pulun mahiy­yətini onun yerinə yetirdiyi vəzifələrlə əlaqələndirirlər. Onların fikrincə insanların pul hesab etdikləri və pul kimi işlətdikləri hər şey puldur. Lakin pulun vəzifələri haqqında iqtisadçılar arasında fikir ayrı­lığı vardır. Məsələn, iqtisad-çıların hamısı pulun yalnız 3 vəzifə yerinə yetirdiyini etiraf edirlər. Bunlar pulun: 1) Tədavül vasitəsi; 2) Yığım (dəfinə ya­ratmaq) vasitəsi; 3) Dəyər ölçüsü vəzifələridir. Lakin bunlarla yanaşı, pul həm də tədiyə vasitəsi və dünya pulu vəzifələrini yerinə yetirir.

Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən əmtəə və xidmətlərin alqı-satqısında vasitəçilik edir ki, bunun sayəsində də bar­terə xas olan çatışmazlıqlar aradan qaldırılır, tədavül xərcləri isə azalır. Bu vəzifəni real pullar yerinə yetirirlər.

Pulun yığım vasitəsi funksiyası bu gün əmtəə satılar-kən əldə edilən vəsaitdən gələcəkdə digər əmtəələrin satın alınması üçün istifadə olunması deməkdir. Lakin pul bu vəzifəni yerinə yetirərkən müəyyən məhdudiyyətlərlə üzləşir. Bu, onunla əlaqədardır ki, pulun qəti müəy­yən edilmiş no-minal dəyəri–alıcılıq qabiliyyəti–konkret şəraitdən asılı ola-raq dəyişə bilər. Bu isə hər şeydən əvvəl əmtəə və xidmət-lərin qiymətlərindən asılıdır və aşağıdakı kimi müəyyən edilir:
Z = 1 : P
Burada: Z–pulun alıcılıq qabiliyyəti, P–qiymət deməkdir.

Inflyasiya şəraitində pulun alıcılıq qabiliyyəti – real dəyəri – kəs­kin surətdə aşağı düşür və sərvətin pul forma-sında saxlanması iq­tisadi mənasını itirir, torpaq sahələrinin, daşınmaz əmlakın, incəsənət əsərlərinin və s. satın alınması prosesi gedir.

Bununla yanaşı, sərvətin pul formasında saxlanması alternativ və ya itirilmiş imkanla əlaqədar olan xərclərin ol-masına gətirib çıxarır. Çünki sərvət pul formasında saxlan-dıqda həmin müddətdə sahibinə gəlir gətirmir. Da-şınmaz əmlak isə (məsələn, ev) kirayə verildikdə, sahibinə icarə haqqı formasında gəlir gətirir.



Pulun dəyər ölçüsü funksiyası əmtəənin müəyyən məbləğdə pu­la bərabər tutulması deməkdir. Bu, həm də əm-təənin dəyərini milli pul vahidi ilə ifadə etməyə imkan verir. Pulun bu vəzifəsi qiymət miqyası vasitəsilə reallaşdırılır.

Bir sıra səbəblər üzündən əmtəələr həmişə nəqd pula satılmır. Odur ki, əmtəələrin möhlətlə, pulu müəyyən müd-dətdən sonra ödənil­məklə alınıb-satılması zəruriliyi meyda-na çıxır. Bu zaman pul vəzifəsini borc öhdəlikləri, məsələn, veksellər yerinə yetirirlər. Lakin ödəmə vaxtı çatdıqda alıcı (debitor) borc təəhhüdündə göstərilən məbləği satıcıya (kreditora) verməyə borcludur. Bu zaman pul tədiyə vasitəsi funksi­ya­sını yerinə yetirir. Ssudaların qaytarılması, icarə haqqı və vergilər, gös­tərilən xidmətlərin dəyərinin ödənil-məsində də pul tədiyə vasitəsi ro­lunda çıxış edir.

Pul yalnız ölkə daxilində deyil, həm də ölkələr arasın-dakı iqti­sadi münasibətlərdə vasitəçilik edir. Deməli, pulun vəzifələrindən biri də onun dünya pulu olmasıdır. Pulun bu funksiyasının meydana gəlmə­sinin maddi ilkin şərti əmtəə istehsalının inkişafı və əmtəə müba­di­ləsi­nin milli sərhədləri aşması olmuşdur. Başqa sözlə, pul, dünya baza­rında milli libasını atır və külçə formasında çıxış edir. Keçmiş zaman­larda, bəzi ölkələrdə qızıl, bəzilərində isə gümüş, pul kimi işlədildikdə dünya bazarlarında iki dəyər ölçüsü – qızıl və gümüş – hökmranlıq et­mişdir.

Beləliklə, pul, nəzərdən keçirilən vəzifələri yerinə yetirməklə gəlirlərin və məhsulların dövranı prosesində, habelə dövlətlər arasın­dakı iqtisadi münasibətlərdə vasitəçilik edir. Dövriyyədə olan pulun miq­darı əmtəəlrin miqdarına uyğun gəldikdə milli iqtisadiyyat çər­çivəsində makroiqtisadi tarazlıq üçün zəmin yaradılmış olur.
4.Pulun növləri.
Ilk dəfə bir sıra əmtəələr – xəz, mal-qara, balıq, duz, tütün və i.a. – pul kimi işlədilmişdir. Lakin zaman keçdikcə aydın olmuşdur ki, müxtəlif əmtəələr pul kimi istifadə olunsalar da, onların bir sıra çatış­mazlıqları vardır. Başqa sözlə, pul kimi işlədilən əmtəələr (və ya pulun ha­zırlanması üçün istifadə olunan material) köhnəlməyən, yüngül, sabit, eynitipli, bölünə və tanına bilən olmalı və s. tələblərə cavab verməli idi. Məhz qiymətli metallar göstərilən tələblərə cavab verdiklərinə görə pul vəzifəsini yerinə yetirmişlər. Lakin qeyd etmək lazımdır ki, tədavül və yığım vasitəsi funksiyalarını yerinə yetirən pulların çəkisi ağır, nominal dəyəri yüksək, ticarət əməliyyatlarının həyata keçirilməsi üçün münasib deyildi. Ona görə də bütün bunlar nəzərə alınmaqla pulun hazırlanması üçün ən münasib material kimi kağızdan istifadə olunmasına üstünlük verilmişdir.

Iqtisadi ədəbiyyatda kağız pulların XVII-XVIII əsrlərdə bura­xılması haqqında fikir geniş yayılmışdır. Qeyd olunur ki, kağız pul­lar ilk dəfə 1690-cı ildə Şimali Ameri-kada Masaçusets ştatında, XVIII əsrin birinci yarısında isə digər ştatlarda buraxılmağa başlanmışdır. Uzun müddət davam etməsə də (1716-1720-ci illər) Avropada kağız pul­lar buraxılması təcrübəsinin Fransaya məxsus olduğu göstərilir. La­kin qeyd etmək lazımdır ki, tədqiqatçıların fikrincə, məcburi kağız pul nişanları 812-ci ildə Çində buraxılmışdır. Və tarixi mənbələrlə tanış­lıq belə bir qənaətə gəlməyə imkan verir deyək ki, məcburi kağız pullar XIII əsrdə Azərbaycan-da da buraxılmışdır.

Kağız pullar tam qiymətli pulların nişanı, təmsilçisi olmaqla, dövlətin öhdəliyini ifadə edir və məcburi məzənnə ilə hazırlanır. De­məli, kağız pulların alıcılıq qabiliyyətinin aşağı düşməsi təkcə əmtəə və xidmətlərin qiymətlərinin ba-halanması ilə deyil, həm də hakimiyyət dəyişikliyi, əhalinin dövlətə olan inamının azalması ilə əlaqədardır. Ka­ğız pulların emissiyası əsas etibarilə dövlət xərclərinin və büdcə kəsiri­nin maliyyələşdirilməsinin zəruriliyi ilə bağlıdır. Əlbət-tə, kağız pul­ların istənilən qədər kəsilməsi mümkündür. Lakin belə olduqda, o, qiymət­dən düşür. Ona görə də kağız pullardan bir qayda olaraq yığım vasitəsi kimi istifadə olunmur.

Kredit münasibətlərinin inkişaf etməsi ilə əlaqədar olaraq kre­dit pulları meydana gəlmiş və onun əsas növləri veksel, banknot və çekdir.

Veksel, nəzərdə tutulmuş müddətdə müəyyən məb-ləğdə pulun qeyd-şərtsiz ödənilməsi üzrə öhdəlikdir. Bu, sahibinə müəyyən olun­muş müddət başa çatdıqda həmin məbləği tələb etmək hüququ verir. Digər borc öhdəlikləri ilə müqayisədə vekselin bir sıra xüsusiyyətləri vardır. Bunlar ondan ibarətdir ki, veksellər mücərrəddir, milli qanun­ve­riciliklə rəsmiyyətə salınır, tədavüldə nəqd pul kimi istifadə oluna bilir, onun üzərində borc təəhhüdünün konkret səbəb-ləri göstərilmir və s. və i. a.

Banknotların əsas əlamətləri aşağıdakılardır. Ban-knotlar: 1) Kom­mersiya veksellərinə dəyişdirilmək üçün mərkəzi banklar tərə­findən buraxılır; 2) Tələb olunduqda qızıla dəyişdirilir. Çünki klassik banknotlar ikili təminata, – bir tərəfdən veksel (əmtəə), digər tərəfdən isə qızıl (mərkəzi bankın qızıl ehtiyatı) kimi istifadə olunmaq səla­hiyyətinə malikdir.

Kommersiya vekselləri banknotların əsasını təşkil etsə də, on­la­rın arasında aşağıdakı fərqlər də vardır:



  1. Veksel üzrə borclu fəaliyyətdə olan sahibkar (tacir və ya sə­na­yeçi) olduğu halda, banknot üzrə borclu mərkəzi bankdır;

  2. Banknotlar kredit pulları olmaqla, xüsusi keyfiy-yətə – ümu­mi tədavül vasitəsi olmaq qabiliyyətinə malikdir. Veksellər isə ümumi ödəmə vasitəsi deyildir;

  3. Banknotlar müddətsiz öhdəlikdir. Vekselin təda-vülü isə onun ödənilmə müddəti ilə məhdudlaşır.

Çek–üzərində müəyyən məbləğin göstərildiyi və xü-susi forma­da olan pul sənədidir. Onun sahibi çeki başqasına verməklə, bir növ kredit təşkilatlarına öz hesabından onu təqdim edən şəxsin hesa­bına pul köçürülməsinə, yaxud da onun nəqd qaydada ödənil­məsinə dair rəs­mi əmr vermiş olur. Çek ilk dəfə pulun saxlanması müqabilində əma­nətçi-dən müəyyən məbləğdə pul tutulması və buna dair qəbz ve-ril­məsi formasında XIV əsrdə Böyük Britaniya və Hollan-diyada meydana gəl­mişdir.

Lakin sonralar, çeklərlə aparılan əməliyyatlar bir sı-ra prob­lemlərin meydana çıxmasına səbəb olmuşdur. Bu, birinci növbədə on­ların ödənilməsi və çek kitabçalarında çoxsaylı imzaların nəzərdə tutul­ması ilə əlaqədardır. Ona görə də çeklərin kredit vərəqələri ilə əvəz edilməsi lazım gəl-mişdir. Kredit vərəqələri bank və ya ticarət firmaları tərəfin-dən buraxılan, bankda hesabı olan sahibkarın şəxsiyyətini təsdiq edən və ona pərakəndə ticarətdə nəqd pul ödəmədən əmtəə və xidmət­ləri satın almaq hüququ verən sənəddir. Bu-nun inkişafı gedişin­də təyi­natlarına, funksional və texniki xarakteristikalarına görə fərqlənən plastik vərəqələrin müx-təlif növləri meydana gəlmişdir.

Hesablaşmaların həyata keçirilməsi mexanizmindən asılı ola­raq ikitərəfli və çoxtərəfli vərəqə sistemləri bir-birindən fərqlən­di­rilir. Ikitərəfli hesablaşma iştirakçılar arasında razılaşma əsasında apa­rılır. Çoxtərəfli hesablaşma sistemində isə həmin vərəqələri ödəniş vasi­təsi kimi təqdim etməklə tacirlərdən və xidmət təşkilatlarından əmtəə­ləri möhlətlə satın almaq olur.

Kredit vərəqələri ilk dəfə XX əsrin 50-ci illərində ABŞ-da mey­dana gəlmişdir. Bundan sonra isə minlərlə iştirakçı bankları bir­ləşdirən iri assosiasiyalar formalaş-mışdır. Hazırda ABŞ əhalisinin de­mək olar ki, hamısı, bir, əksəriyyəti isə bir neçə bank vərə­qə­sinin sahibidirlər. Bu qayda ilə hesablaşmalar dünyanın bir çox ölkələ­rində geniş yayılmış, beynəlxalq xarakter almışdır.

Yuxarıda göstərilənlərlə yanaşı, əksəriyyət hallarda "demək olar ki, puldur" deyilən pul da mövcuddur. Bu, qəti müəyyən edilmiş dəyərə malik və satılması mümkün olan, asanlıqla nəqd pula, yaxud da çek qoyuluşlarına çevrilə bi-lən aktivlərdir. Doğrudur, onlardan bila­va­si­tə tədavül vasi-təsi kimi istifadə olunmur, lakin onlar pulun yerinə yetir­diyi dəyərin (sərvətin) qorunub saxlanması vəzifəsini müvəffə­qiy­yətlə yerinə yetirirlər. "Demək olar ki, puldur" adlandırı-lan pula çeksiz hə­ya­ta keçirilən əmanət hesabları, müddətli əmanətlər və dövlətin qısa müd­dətli qiymətli kağızları aiddir.

Mövzu 5. Bazar iqtisadiyyatı və onun əsas cəhətləri.( 2 saat)

Plan
1. Bazarın meydana gəlməsinin obyektiv şərtləri.

2. Bazarın mahiyyəti, quruluşu və vəzifələri.

3.Bazar sisteminin əsas cəhətləri, üstünlükləri və çatışmazlıqları.

4. Bazar iqtisadi sistemi daxilində milli təsərrüfatın təşkilinin Azərbaycan modeli.

5. Bazarın tənzimlənməsi metodları.
1. Bazarın meydana gəlməsinin obyektiv şərtləri.
Ümumi iqtisadi formaların tarixən birincisi natural təsərrü­fat­dır. Bu təsərrüfatda hazırlanan məhsullar istehsal-çının şəxsi tələbatının, təsərrüfatdaxili ehtiyacların ödənil-məsi üçün istifadə olunur. Burada istehlak əksəriyyət hallar-da istehsala uyğun gəlir ki, bu da onların əlaqələndirilməsi problemini sadələşdirir. Istehsalın natural forması əmə­yin məhdud mənada ictimai xarakter daşımasının nəticəsi kimi mey­dana gəlmişdir. Təsərrüfatçılığın bu forması cəmiyyətin iqtisadi tarixinin «istehsal» mərhələsini təşkil edir və minilliklər ərzində da­vam etsə də, zaman keçdikcə tədriclə sıxışdırılmış və öz yerini əmtəə təsərrüfatına vermişdir.

.

Əmək bölgüsü və əməyin ixtisaslaşması–məhdud miq-darda ehtiyatların hər birinin spesifik xüsusiyyətlərindən daha səmərəli istifadə etmək məqsədilə, ayrı-ayrı fəaliyyət sahələrində konkret iş növlərinin yerinə yetirilməsi üçün nisbi əlahiddələşmə deməkdir. Hansı miqyasda həyata keçi-rilməsindən asılı olmayaraq əmək bölgüsü əmək məhsul-darlığının yüksəlməsinə səbəb olur. Müxtəlif ixtisas və peşə-lərin bir-birindən ayrılması da məhz bu üstünlüklərlə əlaqə-dardır. . Əmək bölgüsü şəraitində hər bir adamın tələba­tı­nın çox cüzi bir hissəsi onun özünün istehsal etdiyi məhsullar hesabına ödənilə bilər. Hər bir adam öz tələbatının çox böyük hissəsini özünün istehsal etdiyi məhsulları başqa adamların əmək məhsulları ilə müba­dilə etməklə ödəyir. Bütün bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, əmək bölgüsünün meydana gəlməsi və onun getdikcə dərinləşməsi bazarın meydana gəlməsinin obyektiv şərtlərindən bi­ridir.



Tarixdə bir neçə iri əmək bölgüsü olmuşdur. Bunlar-dan birin­ci­si, heyvandarlığın əkinçilikdən ayrılması, ikincisi, sənətkarlığın müs­tə­qil sahəyə çevrilməsi, üçüncüsü tacirlərin meydana gəlməsidir. Son­ra­lar, sahələr «parçalanmış», ixti-saslaşdırma daha da dərinləşmişdir ki, bu da mübadilənin genişləndirilməsini zəruri etmişdir.

Əmək bölgüsünün meydana gəlməsinin nəticəsidir ki, qədim mal­darların əkinçilik məhsullarına, əkinçilərin isə maldarlıq məhsul­la­rı­na ehtiyacı olmuşdur. Digər tərəfdən, cəmiyyət inkişaf etdikcə əmək bölgüsü dərinləşir, bunun nəticəsində isə mübadilənin dairəsi genişlə­nir­di. Mübadilə əvvəlcə icmaların daxilində baş verdiyi halda, sonralar icmalararası əlaqələr meydana gəlmiş və o, ilk öncə primitiv xarakter daşımışdır.

Mübadilənin inkişafı pulun meydana gəlməsinə səbəb olmuş və bu da öz növbəsində hər hansı bir məhsulu satmaq məqsədilə onun istehsalının genişləndirilməsini stimullaşdırmışdır. Əmtəə istehsalı yal­nız bu zaman, yəni istehsalçının məhsulu özünün şəxsi tələbatının ödə­nil­məsi üçün deyil, başqalarının tələbatının ödənilməsi üçün, bazar üçün istehsal etdiyi zaman meydana gələ bilərdi.

Beləliklə, yuxarıda nəzərdən keçirilənləri ümumiləş-dirərək belə bir nəticəyə gəlmək olar ki, natural təsərrüfat strukturlarının artması içtimai əmək bölgüsünün meydana gəlməsinə səbəb olmuşdur. Ictimai əmək bölgüsü isə ikili məzmuna malikdir. O bir tərəfdən istehsalçıları bir-birin-dən ayırır, digər tərəfdən isə onları bir-birindən asılı vəziy-yətə salmaqla, birləşdirir. Bunların nəticəsində isə istehsal «ayrılır», əvvəlcə «bölgü», sonra isə «yenidənbölgü» onların arasına «girir» və bununla da cəmiyyətin iqtisadi tarixinin «iqtisadiyyat» mərhələsi formalaşmış olur. «Istehsal» mər-hələsindən fərqli olaraq «iqtisadiyyat» mərhələsində isteh-salçılar arasındakı qarşılıqlı əlaqələr həm istehsal, həm də istehsaldankənar sahələri əhatə etmişdir. Bu isə əmək məh-sullarının «əmtəəyə», mübadilənin özünün «bazara» çevril-məsinə səbəb olmuşdur. Lakin qeyd etmək lazımdır ki, bu, hələ bazar iqtisadiyyatı demək deyildi. Bəşəriyyət bazar iqti-sadiyyatının formalaşmasına doğru uzun bir yol keçməli idi. Ona görə ki, cəmiyyətin iqtisadi tarixinin ikinci mərhə-ləsində bazar hələ də istehsala tabe idi və qiymətləri alıcıya satıcı dikdə etdiyinə görə o, «satıcı bazarı» olaraq qalırdı.

Bütün bunlara əsasən demək olar ki, bazar iqtisadiy-yatına keçid bəşəriyyətin iqtisadi tarixində keyfiyətcə yeni-üçüncü mərhələdir. Bu mərhələdə istehsalçı öz üstünlüyünü itirmiş, istehlakçı ilə qarşılıqlı dialoqa girmiş və nəticədə «bazar iqtisadiyyatı» formalaşmışdır. Hazırda inkişaf etmiş ölkələrdə bazar münasibətləri ən yüksək səviyyəyə çatmış-dır. Bu deyilənlərdən aydın olur ki, cəmiyyətin iqtisadi tarixi hələlik «istehsal», «iqtisadiyyat» və «bazar iqtisadiy-yatı» mərhələlərini əhatə edir.

Bazarın meydana gəlməsinin ikinci şərti istehsalçıla-rın iqtisadi cəhətdən əlahiddələşməsidir. Əmtəə mübadiləsi hökmən ekvivalentliyə əməl olunmasını nəzərdə tutur. Hər bir istehsalçı öz əmtəəsinə ekvi­va­lent olan başqa bir əmtəə əldə etməyə çalışır. Bu isə iqtisadi mənafelərin əlahid-dələşməsi əsasında mümkündür. Bu əlahidddələşmə tarixən xü­su­si mülkiyyətin bazasında meydana çıxmışdır. Sonralar isə o, hər hansı bir yerli mənafe dairəsi ilə məhdudlaşmaqla, həm də kollektiv mül­kiy­yətə (kooperativlər, səhmdar cəmiyyətləri, dövlət müəssisələri, dövlətin iştirakilə qarışıq müəssisələr və i. a.) əsaslanmağa başlamışdır.

Ölkələrin çoxunda icma iqtisadi münasibətlərinin təkamülü və klassik bazar sisteminin meydana gəlməsi torpaq üzərində xüsusi mül­kiy­yət ənənələri ilə əlaqədardır. Beləliklə, əmək bölgüsü və istehsalçıların iqtisadi cə-hətdən əla­hid­dələşməsi – əmtəə istehsalının və deməli, bazar münasibətlərinin mey­dana gəlməsinin obyektiv şərtləridir.
2. Bazarın mahiyyəti, quruluşu və vəzifələri.

Iqtisadi mənada bazar, əmtəə istehsalının zəruri tərkib hissəsi, əmtəələrin satın alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur. Başqa sözlə, bazar əmtəə istehsalına xas olan bütün qanun və kateqoriyalarla (rəqabət, tələb, təklif, konyuktura və i. a.) səciyyələnən, onları özündə birləşdirən iqtisadi anlayışdır. De­mə­li, bazarın yalnız məhsulların və xidmətlərin istehlak-çılara çatdırıl­ması ilə «məşğul olan struktur» kimi səciyyə-ləndirilməsi onun məna­sı­nın məhdudlaşdırılması deməkdir. Bazar, həm də təkrar istehsal prose­si­nin fasiləsizliyinin və istehsalçılarla istehlakçılar arasında etibarlı əla­qə yaradıl-masının təmin olunmasında tənzimləyici rol oy­nayır. Bazarda baş verən əmtəə və pul tədavülünün iqtisadi mənası da məhz bundan ibarətdir.

Beləliklə, bazarı aşağıdakı variantlarda göstərildiyi mənalarda səciyyələndirmək olar. Bazar: 1) Əmtəə istehsalı və tədavülü qanunları əsasın­da təşkil olunan mübadilə – əmtəə mübadiləsi – münasibətlərinin toplu­sudur; 2) Alıcı-larla satıcılar arasında qarşılıqlı fəaliyyət mexanizmi, tələblə təklif arasında nisbətin meydana çıxdığı «yerdir»; 3) Ölkə daxi­lin­də və ölkələr arasında istehsalçılarla istehlakçıları bir-birinə bağla­yan mübadilə dairəsidir; 4) Əmtəələrin satın alınması (P – Ə) və satıl­ması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur.

Bazar ilk dəfə xırda əmtəə istehsalı şəraitində gündə-lik tələbat məhsullarının reallaşdırıldığı sadə formada mey-dana gəlmişdir. Iqtisadi inkişafın sonrakı mərhələlərində əmtəə tədavülü dairəsi görünməmiş də­rəcədə genişlənmiş və bunun nəticəsində istehlak malları və investisiya əmtəə-lərinin, iş qüvvəsinin, qiymətli kağızların və xarici valyu-taların, elmi-texniki tədqiqatların alınıb-satılması ilə məşğul olan bazarlar sistemi meydana gəlmiş və inkişaf etmişdir. r. Bütün bunlara əsasən ba­zarın quruluşunun aşağıdakı kimi olduğunu demək olar: 1) Işçi qüvvəsi bazarı; 2) Maliyyə bazarı (ssuda – borc kapital-ları bazarı); 3) Inves­tisiya əmtəələri bazarı; 4) Istehlakçılar bazarı; 5) Xidmətlər bazarı; 6) Tex­nologiya bazarı; 7) Intellektual mülkiyyət ünsünləri bazarı.

Ərazi hüdudları – coğrafi mövqeyinə və baş verən iqtisadi ha­di­sələrin miqyasına görə bazarlar yerli (bölgə, şəhər, kənd), daxili (mil­li), xarici (beynəlxalq) bazarlara, bir qədər də konkretləşdirsək, ayrı-ayrı əmtəə qrupları (istehlak malları, istehsal təyinatlı əmtəələr və ya ha­zır məmulatlar), yaxud da əmtəə növləri (parça, ayaqqabı, metal, dəzgah və i. a.), sahələr (avtomobil, neft, pambıq, üzüm və i. a.), ölkə­lərarası və s. olduğunu demək olar. Bazarları, həmçinin bazar müna­si­bətlərinin inkişaf səviyyəsinə və iqtisadi təyinatlarına görə də fərqlən­dir­mək mümkündür.

Bazarın bu növləri bir sistem daxilində öz aralarında qarşılıqlı əlaqədədirlər və bir-birilərinə təsir göstərirlər. On-ların hər hansı birində baş verən pozuntular və ləngimələr həmin zəncirvari prosesdə başqa­la­rı­na da təsir edir.

Cəmiyyətdə formalaşan bazar münasibətləri təsərrü­fat həyatı­nın bütün sahələrinə təsir edir və: 1) Informasi­ya­vermə; 2) Vasitəçi­liket­mə; 3) Qiymətəmələgətirmə; 4) Tən­zim­ləmə və 5) Sağlamlaşdırma vəzi­fə­lərini yerinə yetirir.

Bazar, istehsalın iştirakçılarına qiymətlərin, kreditlər üzrə faiz dərəcələrinin dəyişməsi, bazara gətirilən əmtəə və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında obyektiv informasiya verir.

Kortəbii surətdə meydana çıxan əməliyyatlar, bazarı, külli miq­darda informasiyaları toplayıb «işləyən», onun əhatə dairəsi haq­qında ümumi məlumat verən nəhəng kom-püterə çevirir. Bu, hər bir mü­əs­sisəyə, özünün xüsusi isteh-salını bazarda daim dəyişən şəraitlə mü­qa­yisə etməyə imkan verir.

Bazarın ən mühüm vəzifələrindən biri də onun tənzimləyici funksiyasıdır. Bu, bazarın, iqtisadiyyatın bütün sahələrinə, birinci növ­bədə istehsala təsir göstərməsi ilə əla-qədardır. Bazar P. Samuelson tərə­findən müəyyən edilmiş: «Nə istehsal etməli?», «Kimin üçün istehsal etməli?», «Necə istehsal etməli?» suallarına cavab verir. Həm də, bazarı rə-qabətsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, sahəda-xili rəqabət məhsul vahidinə çəkilən xərclərin aşağı salınma-sı, əmək məhsul­darlı­ğı­nın yüksəldilməsi, texniki tərəqqinin sürətləndirilməsi, məhsulların key­fiy­yətinin yaxşılaşdırıl-ması üçün stimul yaradırsa, sahələrarası rəqabət kapitalın bir sahədən digərinə axması yolu ilə iqtisadiyyatın optimal qu­ruluşunu formalaşdırır, perspektivli sahələrin inkişafına şərait yara­dır.

Bazarın tənzimlənməsində tələblə təklif arasındakı nisbət mü­hüm rol oynayır. Qiymətlərin artması istehsalın genişləndirilməsinə, aşa­ğı düşməsi isə ixtisar olunmasına işarədir.

Müasir dövrdə iqtisadiyyat təkcə «gözəgörünməz əl»in kömə­yi­lə deyil, həm də dövlət tərəfindən müxtəlif iqtisadi «vasitələrdən» isti­fa­də olunmaqla idarə edilir. Lakin buna baxmayaraq bazarın tənzimlə­yi­ci, iqtisadiyyatda tarazlayıcı rolu yenə də qalmaqdadır.

Bazar mexanizmi xeyriyyəçilik sistemi deyildir. O, sosial bəra­bər­sizliyə, təbəqələşməyə şərait yaradır. Bazar, rəqabətin köməyilə icti­mai istehsalı iqtisadi cəhətdən qeyri-sabit, həyatda özünü doğrultmayan təsərrüfat vahidlərindən təmizləyir, daha çox səmərə verən, təşəbbüs­kar, bacarıqlı, zirək təsərrüfat vahidlərinə isə «yaşıl işıq» yandırır. Bu­nun nəticəsində iqtisadi vahidlər üzrə ümumilikdə orta sabitlik səviy­yə­si nəinki saxlanılır, hətta yüksəlir.

P. Samuelsonun tədqiqatlarına görə ABŞ-da bütün pərakəndə satış mağazalarının 1/3 hissəsindən yarısına qədəri açıldıqdan sonrakı üç il ərzində öz fəaliyyətini dayandırır. Kiçik biznesin orta ömür müd­dəti 6 ildən yuxarı həddi aşmır, hətta bəzi hallarda iri firmalar da rə­qa­bət mübarizəsində məğlub olurlar. Aydın məsələdir ki, istehsalın və kapitalın ictimailəşdirilməsinin gücləndiyi bir şəraitdə inhisarlaşdırma bazarın sağlamlaşdırma vəzifəsinin dəyişməsinə səbəb olur.

Beləliklə, bazar çox mürəkkəb vəzifələri yerinə yeti-rir. Və ba­zar münasibətlərinə geniş meydan verilməsinin nəticəsidir ki, inkişaf et­miş ölkələrin iqtisadiyyatı dinamik inkişaf edir, istehlakçı bazarları fa­si­ləsiz olaraq əmtəələrlə doldurulur, mövcud ehtiyatlardan demək olar ki, səmərəli istifadə edilir.
3. Bazar sisteminin əsas cəhətləri, üstünlükləri və çatışmazlıqları.
Qərbin tanınmış iqtisadçıları R. Lipsin, P. Steynerin və D. Per­vi­sin fikrincə XX əsrin 30-cu illərində əmək və maddi vəsaitlərdən sə­mərəli istifadə edilməsi, 40-cı illərdə vəsaitin iqtisadiyyatın mülki və hərbi bölmələri arasında ən əlverişli nisbətdə bölüşdürülməsi, 50-ci illərdə inflyasiyanın artmasının, 60-cı illərdə iqtisadi yüksəlişin zəifləməsinin, 70-ci illərdə istehsalın aşağı düşməsi meylinin qarşısının alınması, 80-ci illərdə dövlət büdcəsi kəsirinin aradan qaldırılması, 90-cı illərdə dövlət borclarının azaldılması ilə əlaqədar problemlərin həll edilməsində bazar münasibətləri çox böyük rol oynamışdır.

Odur ki, normal bazar sistemi yaratmaq üçün bu yeni iqtisadi sistemin əsas cəhətlərini, üstünlükləri və çatışma-zlıqlarını nəzərdən ke­çir­mək lazımdır. Yeni iqtisadi sistemin əsas cəhətləri isə aşağı­dakı­lar­dır:

– Mülkiyyətin çox böyük hissəsinin dövlətin tabeliyin-dən çıxarılması və onun müx­tə­lif formalarından istifadə olunmaqla, onların arasında optimal nis­bə­tin yaradılması;

–Inzibati-amirlik idarəetmə metodlarından imtina edil-məsi və idarəetmənin demokratikləşdirilməsi;

– Xarici iqtisadi əlaqələrdə bərabərhüquqlu əməkdaş-lığın hə­ya­ta keçirilməsi;

–Istehsalın bütün subyektlərinin bərabərhüquqlu olması;

– Dövlətin, tənzimlənən bazar iqtisadiyyatına keçilməsi və onun səmərəli fəaliyyət göstərməsini təmin edə bilən, keyfiyyətcə yeni rolunun formalaşması;

– Vətəndaşların sosial təminatı və sosial müdafiəsinə dair də­qiq sistem yaradılmaqla, işçilərin sərbəst surətdə muzdla tutulması və işdən azad edilməsi əsasında işçi qüvvəsi bazarının formalaşması;

– Sərbəst və tənzimlənən qiymətlərdən istifadə edilməsi;

– Ölkənin sosial-iqtisadi inkişafının stimullaşdırılma-sında mü­hüm rol oynayan mütərəqqi vergi sisteminin yara-dılması;

– Müxtəlif səviyyələrdə büdcənin formalaşması və isti-fadə olunmasında yeni prinsiplərin tətbiq edilməsi;

– Bank sisteminin təkmilləşdirilməsi əsasında tənzim-lənən pul tədavülü və kredit siyasəti yeridilməsi;

- Əhalinin gəlirlərinin müntəzəm olaraq indeksləş-dirilməsi və s.

Lakin inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisa­diy­yatı ideal deyildir. Bütün iqtisadi proseslər kimi onun da müəyyən üstünlükləri və çatışmazlıqları vardır. Bazar sisteminin üstünlüklərinə aşağıdakılar aiddir.



Bazar:

1) Ehtiyatları, cəmiyyətə daha çox lazım olan əmtə-ələrin isteh­sa­lına yönəltdiyi üçün onların səmərəli bölüşdü-rülməsinə təsir edir:

2) Mövcud olan məhdud miqdarda ehtiyatlardan daha çox məh­sul istehsal etməklə maksimum iqtisadi səmərə əldə edilməsinə im­kan verir. Çünki məhsul istehsalında ehtiyat-ların kombinə olunmasının səmərəli üsullarından istifadə edilməsi, yeni, faydalı istehsal texno­lo­gi­yasının işlənib ha-zırlanması və istehsalata tətbiqinə şərait yaradır;

3)Informasiyaların məhdudluğu şəraitində belə, özünün səmə­rə­li fəaliyyət göstərməsini təmin edir. Bu zaman qiy-mətlər və istehsal xərcləri haqqında məlumatların olması kifayətdir.

4) Çeviklik, dəyişən şəraitə uyğunlaşma qabiliyyəti for-malaş­dı­rır. Məsələn, keçən əsrin 70-ci illərində enerji daşıyı-cılarının qiymətləri artdıqda, bazar, ona qarşı alternativ enerji mənbələrinin axtarılıb tapıl­ma­sı, ehtiyatlara qənaət-edici texnologiyanın tətbiqi və enerji resursla­rı­na qənaət rejiminin həyata keçirilməsinə səbəb olmuşdur;

5)Elmi-texniki tədqiqatların nəticələrindən optimal isti-fadə olun­masına şərait yaradır. Belə ki, əmtəə istehsalçıları daha çox mənfə­ət əldə etmək məqsədilə yeni əmtəələr yara-dır, ən yeni texnologiya­lar­dan istifadə edir, bu isə rəqiblər qarşısında müvəqqəti üstünlük əldə etməyə imkan verir;

6) Çoxsaylı müxtəlif tələbatları ödəmək qabiliyyəti, əmtəə və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, qeyri-tarazlıq hallarının da­ha tez təshih edilməsi üçün şərait yaradır.

Göründüyü kimi, bazar sistemi müəyyən üstünlüklərə malik olması ilə səciyyələnir, qıtlığın aradan qaldırılması, istehlak malları bazarının normallaşdırılması, son nəticədə istehlakçıların tələbatlarının daha yax­şı ödənilməsinə səbəb olur. Lakin bunlarla yanaşı, bazarın çatışmazlıq­la­rı da vardır. Belə ki, bazar:

1) Təkrar istehsalı mümkün olmayan ehtiyatların saxlanıl­ma­sı­nı təmin edə bilmir;

2) Ətraf mühitin qorunmasının iqtisadi mexanizminə malik de­yildir. Odur ki, sahibkarları ekoloji baxımdan müxtəlif növ «təmiz» istehsalatların yaradılmasına vəsait qoymağa yalnız qanunvericilik akt­ları məcbur edir;

3) Bütün insanlara məxsus olan – məsələn, okeanla-rın balıq sər­vəti – ehtiyatlardan istifadə olunmasını tənzim-ləmək iqtidarında de­yildir;

4) Qəbul edilən qərarların mümkün olan mənfi nəticələrini nə­zə­rə ala bilmir. Məsələn, 1948-ci ildə Isveç kimyaçısı P. Müller kənd təsərrüfatı bitkilərinin zərərve-ricilərinə qarşı mübarizə vasitəsi kimi DDT pes­di­sidinin kəşfinə görə Nobel mükafatı almış, lakin 1960-cı ildə onun tərkibində can­lı orqanizmin konstrukturlarına təsir göstərən güclü zəhər olduğu aşkar edilmişdir;

5) Insanların əmək və gəlir əldə etmək hüquqlarına təminat vermir. Bu, özünü onda göstərir ki, bazar iqtisadiy-yatı şəraitində işsizliyin «texnoloji», «struktur», «regional», «gizli» formaları meydana çıxır. Çünki bazar münasibətləri şəraitində tam məşğulluq haqqında fikirləşmək nəzəri cəhətdən mənasız, əməli cəhətdən isə qeyri-mümkündür. Ona görə də hər bir fərd özünün maddi vəziyyətini dəyiş-dirmək üçün qərarlar qəbul etməlidir. P. Samuelsonun fik-rincə bazar sistemi qeyri-bərabərliyi təkrar istehsal edir.

6) Fundamental elmi-tədqiqatların aparılmasını təmin etmir;

7) Sosial baxımdan bazar, cəmiyyət üçün zəruri olan əmtəə­lə­rin istehsalına deyil, daha çox imkanı, pulu olan-ların tələbatının ödənilməsinə is­ti­qamətləndirilmişdir.

Bunlarla yanaşı, bazar mexanizminə daxil edilməsi mümkün olmayan bir sıra sosial-iqtisadi problemlər də vardır. Bunlardan biri ondan ibarətdir ki, bazar münasibət-lərinin subyekti olan bəzi müəssisələrin fəaliyyəti cəmiyyətin digər üzvlərinin rifahına təsir göstərə bilər. Bunlara istehsal fəaliyyəti nəticəsində ətraf mühütin çirklənməsini, təsərrüfat dövriyyəsinə daha çox təbii resurslar cəlb edildiyinə görə onların ehtiyatının tükənməsini, istehsalda meydana çıxan regional və struktur uyğunsuzluqları misal göstərmək olar. Lakin qeyd etmək lazımdır ki, bazar mexanizmi bu mənfi halları «bitərəfləşdirmək» iqtidarında deyildir. Ona görə ki, bazar mexanizmi iqtisadiyyatı daim artan tədiyə qabiliyyətli tələbə doğru istiqamətləndirir. Deməli, dövlət, bu prob-lemlərin həll edilməsini öz üzərinə götürməli, meydana çıxan mənfi halları-zərərli texnologiyaların tətbiqini, əhalinin sağlamlığı üçün təhlükəli olan əmtəə və xidmətlərin istehsa-lını və i. a. - qadağan etməklə, onların inzibati yolla aradan qaldırılmasını təmin etməlidir. Bu qadağalara məhəl qoymayan şəxslər isə onların tətbiqi nəticəsində əldə edə biləcəkləri səmərədən qat-qat çox olan məbləğdə cərimə-lənməlidir.

Lakin qeyd etmək lazımdır ki, dövlət bu sahədə tək-başına mübarizə aparmamalıdır. Istehlakçıların hüquqlarını müdafiə edən çoxsaylı cəmiyyətlər, azad mətbuat, nüfuzlu demokratik təşkilatlar dövlətə yaxından kömək etməlidirlər.

Bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərdən biri də içtimai təlabatın ödənilməsidir. Müasir dövrdə belə problemlərin dairəsi olduqça genişdir. Belə ki, bütün ölkələrdə milli müdafiə və təhsil, vahid ener-getika sistemləri, dövləti idarəetmə aparatı mövcuddur. Burada söhbət ölkənin bütün vətandaşlarının bərabər istifadə etdikləri əmtəə və xidmətlərdən getdiyinə görə onla-ra «içtimai» və ya «kollektiv» əmtəələr deyilir. Bu əmtəə və xidmətlərin istehsalını dövlət öz üzərinə götürməli, onu büdcə vəsaiti hesabına maliyyələşdirməlidir. Dövlət, həm də bu zaman «içtimai»əmtəələrin mürəkkəb quruluşa malik olduqlarını nəzərə almalıdır. Başqa sözlə, bu əmtəələrin bir hissəsi (məsələn, milli müdafiə) ölkənin bütün əhalisi tərəfindən, bir hissəsi əhalinin bir qismi (məsələn bu və ya digər regionda polis xidməti), bir hissəsi isə hər hansı bir kiçik kollektiv tərəfindən(məsələn,hər hansı bir yaşayış məntəqəsinin bələdiyyəsi tərəfindən göstərilən kommunal xidmətləri) «istehlak» edilir. Bütün bunlara əsasən demək olar ki, «içtimai» əmtəələrə olan təlabatın ödənilməsi bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərə aiddir.

Beləliklə, bazar iqtisadi sisteminin alternativi olmasa da, hə­lə­lik onun bir sıra çatışmazlıqları və mənfi cəhətləri də vardır. Ona görə də inkişaf etmiş ölkələrdə dövlət, bütün bunları nəzərə almaqla, bazarın yerinə yetirə bilmədiyi vəzifələrin həyata keçirilməsini öz üzərinə gö­türür.
4. Bazar iqtisadi sistemi daxilində milli təsərrüfatın təşkilinin Azərbaycan modeli.
XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyimizi bərpa et­dik­dən sonra qurmağa başladığımız Azərbaycan cəmiyyətinin bazar iqti­sadi sistemi daxilində təsərrüfat təşkilinin modeli tarixi təcrübəmiz, coğrafi-iqtisadi mövqe-yimiz və digər amillər nəzərə alınmaqla yaradılır. Bu məqsə-dlə tədriclə totalitar quruluşun strukturları aradan qaldırı-lır, dinamik bazar iqtisadiyyatı – xarici dünyanın üzünə açıq, çox böyük yanacaq və xammal ehtiyatlarına malik olan ölkəmizin nadir təbii po­ten­sialından istifadə etməyə imkan verən iqtisadiyyat yaradılır.

Ölkəmiz dünya bazarında böyük tələbat olan məh-sullar isteh­sal etmək imkanına malikdir və istehsal edir. Bunlar neft, qaz, neft məh­sulları, kimya məmulatı, yod, kauçuk, dəmir filizi, alüminium, neft mədən avadanlıqları, elektrik cihazları, soyuducular, kondisionerlər və s.-dir.

Respublikamızda pambıqçılıq, üzümçülük, tərəvəzçi-lik, meyvə­çilik, tütünçülük, barama istehsalı, zəfərançılıq və s. kənd təsərrüfatının ənənəvi sahələridir. Aqrar bölmənin xammal ehtiyatlarının emalı əsa­sında respublikada yeyinti sənayesi formalaşmışdır. Parça, trikotaj, paltar, ayaqqabı, xalça, saxsı-çini qab-qacaq və başqa məmulat istehsal edən yüngül sənaye respublikada iri əmtəə istehsalçısıdır.

Yeni iqtisadi sistemin yaradılması prosesi əhalinin sosial məsə­lə­lərinin həlli ilə bilavasitə əlaqədardır. Bu, onunla izah edilir ki, iqti­sadi inkişafın hərəkətverici amili sosial inkişafdır. Bu isə o deməkdir ki, iqtisadi inkişaf sosial inkişafla qarşılıqlı əlaqə şəraitində həll edil­mə­lidir.



Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sosial, ekoloji, de­moq­rafik vəziyyəti yaxşılaşdırmadan iqtisadiyya-tın tarazlı inkişafın­dan danışmaq olmaz. Odur ki, sosial vəziyyətin normallaşdırılması sahə­sin­də elmi cəhətdən əsas-landırılmış tədbirlər hazırlanır və həyata keçirilir. Həm də qeyd etmək lazımdır ki, bu zaman ölkənin malik olduğu ehti­yat, istehsal-texnoloji imkanlar, əhalinin gəlirləri ilə yaşayış vasitələ­ri­nin dəyəri arasındakı nisbətin gözlənilməsi nəzərə alınır. Bu deyilən­lər­dən aydın olur ki, bazar iqtisa-diyyatının formalaşması ilə əlaqədar iqti­sa­di və sosial vəzi-fələr vəhdət halında yerinə yetirilir.

Indiyədək görülən tədbirlərin nəzərdən keçirilməsi və aparılan müşahidələrə əsasən belə bir nəticə çıxarmaq olar ki, bazar iqtisadiy­ya­tı­nın Azərbaycan modeli yaradılarkən zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqının əməksevərliyi, Vətənə bağlılığı, xeyriyyəçilik ənə­nə­lərinə sədaqətliliyi, ölkəmizin əlverişli coğrafi-iqtisadi mövqeyi və zən­gin təbii sərvətlərə malik olması, sahibkarlıq üçün sağ-lam mühitin yaradılması, əhalinin aztəminatlı hissəsinin mü-dafiəsi, kəskin əmlak bə­rabərsizliyinə yol verilməməsi, milli gəlirin vergi mexanizmi vasitəsilə ye­nidən bölgüsü və beləliklə də sosiallaşdırmanın həyata keçirilməsi, xır­da və orta müəssisələrə, fermer təsərrüfatlarına qayğı göstərilməsi, mil­li mənlik şüurunun bərqərar olması, millətin mənafeyi-nin cəmiyyətin hər bir üzvünün mənafeyindən üstün tutul-ması, perspektivli sahələ­rin inkişaf etdirilməsi imkanları nəzərə alınır.

Beləliklə, bütün bunları, habelə tarixi keçmişimizi, adət-ənənə­lə­rimizi, iqtisadi və təbii imkanlarımızı nəzərə almaqla bazar iqtisadi sistemində təsərrüfat təşkilinin Azər-baycan modelini aşağıdakı kimi sə­ciy­yələndirmək olar: “Azər­baycan Respublikasının bazar iqtisadiyya­tı­na keçid şəraitində formalaşmaqda olan milli təsərrüfat modeli sosial­laş­dırma və demokratikləşdirmə tədbirləri əsasında sahib-karlığı stimul­laş­dırmaqla, ölkənin malik olduğu təbii-iqtisadi potensialdan səmərəli istifadə olunmasına, çevik vergi siyasəti yeritməklə əmlak bərabər­sizil­yi­nin azaldılmasına, xüsusi güzəştlər və yardımlar hesabına əhalinin aztəminatlı hissəsinə qayğı göstərilməsinə, milli şüurun yüksək inkişaf səviyyəsinə, millətin mənafeyinin üstün tütülmasına yönəldilmiş güclü sosial siyasətə əsaslanmaqla yaradılır və onu sosial yönümlü bazar iqtisadiyyatı adlandırmaq olar”.
5. Bazarın tənzimlənməsi metodları.
Bazarın tənzimlənməsi metodlarını iki qrupa bölmək olar: 1) Dövlət metodları; 2) Qeyri-dövlət metodları.

Dövlət, ictimai həyatın bütün sahələrinə təsir etmək-lə, müəyyən vəzifələri yerinə yetirir. Bu, tamamilə cəmiyyə-tin iqtisadi həyatına da aiddir. Çünki dövlət bir tərəfdən tələbatın ödənilməsi imkanlarını aşka­ra çıxarır, digər tərəfdən isə buna nail olunmasının yolları və istiqamət­lə­rini müəyyən edir.

Kapitalizmin inkaşafının ilk dövrlərində dövlətin iqtisadi rolu xüsusi mülkiyyətin və bazar mexanizminin fəaliyyət göstərməsi üçün ümumi şərait yaratmaqdan ibarət olmuşdur. Müasir dövrdə isə onun iqtisadi rolu əhəmiyyətli dərəcədə dəyişmiş, daha da genişlənmiş və bu, bazar mexanizmi ilə iqtisadiyyatın dövlət tərəfindən tənzimlən-məsinin culğalaşmasına gətirib çıxarmışdır.

Inkişaf etmiş kapitalist ölkələrində, dövlət, qanun-vericilik, ver­gi və pul tədavülünü tənzimləmək, istehsal in-frastrukturunu yaratmaq ki­mi vəzifələri yerinə yetirir. Onun müxtəlif siniflər və təbəqələr ara­sın­da ziddiyyətlərin «yum-şaldılması» ilə əlaqədar yerinə yetirdiyi sosial və­zi­fəsini də xüsusi qeyd etmək lazımdır. Həmin ölkələrdə dövlət, həmçi­nin bu və ya digər səbəbdən xüsusi kapitalın tətbiq olunması sərfəli ol­ma­yan sahələrdə təsərrüfatçılığın həyata keçirilmə-sini öhdəsinə götürür. Bu, birinci növbədə sosial sahələri – təhsil, səhiyyə və s.–əhatə edir. Bundan başqa, dövlət, böyük məbləğdə kapital qoyuluşu tələb edən işlərin yerinə yetiril-məsində də fəal iştirak edir.

Bütün bunların nəticəsində mülkiyyətin xüsusi for-ması – dövlət mülkiyyəti və buna uyğun olaraq, təsərrüfat-çılığın ayrıca sahəsi – dövlət bölməsi formalaşır və fəaliyyət göstərir. Müasir dövrdə dövlətin iqtisadi vəzifələri daha geniş miqyas almışdır. P. Samuelson və V. Nordhausun fikrincə, müasir qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi və­zi­fələri aşağıdakılardır: 1) Hüquqi və fiziki şəxs-lərin iqtisadi fəaliyyət­lərinə dair hüquqi əsasların yara-dılması; 2) Makroiqtisadi sabitləşdirmə siyasəti yeridilməsi; 3) Iqtisadi səmərəliliyin yüksəldilməsi üçün ehtiyat­ların yer-ləşdirilməsinə təsir göstərilməsi; 4) Gəlirlərin bölüşdürül-məsinə təsiretmə proqramının işlənib hazırlanması.

Iqtisadi fəaliyyətlərin tənzimlənməsinə dair qanunve-ricilik akt­ları və qaydalarının işlənib hazırlanması olduqca vacibdir və ona görə bu iş geniş miqyas almışdır. XIX əsrin axırlarından etibarən dövlət ha­kimiyyəti möhkəmlənmiş, ondan ümumi mənafelərin və bütövlükdə iq­tisadi sistemin mühafizəsi üçün istifadə olunmağa başlanmışdır.

Başlıca vəzifələrdən biri makroiqtisadiyyatın sabit-ləşdirilməsi­dir. Bununla əlaqədar olaraq, dövlət sənaye tsik-lini yumşaltmaq, işsizli­yin, inflyasiyanın qarşısını almaq üçün konkret tədbirlər görür. Bu məq­sədlə aşağıdakı metod-lardan istifadə olunur: 1) Iqtisadiyyatın vergi-büdcə vasitə-silə tənzimlənməsi; 2) Dövriyyədə olan pul kütləsini artırıb-azaltmaqla onun alıcılıq qabiliyyətinin tənzimlənməsi. Bunlar­dan birincisinə fiskal siyasət, ikincisinə isə monetar metod deyilir.

Bazar iqtisadiyyatı şəraitində pul və maliyyə-kredit sistemi xü­su­si rol oynayır. Bu sahədə dövlətin başlıca vəzifəsi çevik vergi, sözün əsl mənasında düzgün kredit siyasəti yeritməkdən, ölkədə pul tədavülü­nü tənzimləmək-dən ibarətdir. Dövlət, bütövlükdə cəmiyyətin mənafeyini ifadə etməklə, həm də bazarda baş verən rəqabət nəticə­sində istehsal­çı­la­rın təbəqələşməsinə, bunun təhlükəli şəkil almasına yol vermir. Ba­zar­da rəqabəti «yumşaltmağın» dünya təcrübəsində sınaq­dan çıxmış və özü­nü doğrultmuş aşağıdakı metodlarını göstərmək olar: 1) Böyük məb­ləğdə əldə edilən gəlirdən mütərəqqi normalarla vergi tutulması; 2) Yaşayış minimumunu təmin edən məhsullara, xüsusilə də uşaqlar üçün müxtəlif çeşidli və digər əmtəələrə aşağı qiymətlər müəy­yən olun­ması; 3) Təkmilləşdirilmiş əmək qanunvericiliyinin (kadrların hazırlan­ma­sı və yenidən hazırlanması, yeni iş yerlərinin yaradılması, minimum əmək haqqı və pensiya təminatına zəmanət verilməsi, qiymət- lərin səviy­yəsi dəyişdikcə gəlirlərin indeksləşdirilməsi, müvəqqəti işləməyən şəxs­lə­rə müavinət verilməsi və s. və i. a.) olması.

Monetar üsulun mahiyyəti isə ondan ibarətdir ki, dövlət döv­riy­yəyə əlavə pul buraxmaqla istehlakçıların alıcılıq qabiliyyyətini süni surətdə artırır. Əhalinin alıcılıq qabiliiyyəti yüksəldikdə əmtəələrə olan tələb də artdığına görə onlar bahalaşır. Bu isə istehsalın miqyasının ge­nişləndirilməsi üçün stimul yaradır. Bununla yanaşı, inflyasiya da güc­lənir. Odur ki, burada başlıca məsələ inflyasiyanın dərinləşməsinə yol verməmək və onu müəyyən səviyyədə saxlamaqdan ibarətdir. Dövlətin ən mühüm vəzifələrindən biri də ehtiyat-ların sosial cə­hətdən ədalətli bölüşdürülməsinə kömək etməkdir. Bu, dövlətin yeritdiyi siya­sətin makroiqtisadi tərə-fidir. Buraya sənaye, kənd təsərrüfatı və azad rəqabət sahə-sində yeridilən siyasət, planlaşdırma və bəzi hallarda bölgü münasibətləri daxildir.

Bazarın tənzimlənməsinə qeyri-dövlət metodları da təsir gös­tərir. Bu, satış bazarları və qiymətlər haqqında razı-lığa gələn müxtəlif assosiasiyalar, habelə, banklar, əmtəə və fond birjaları, yarmarkalar, topdansatış mərkəzləri, valyuta auksionları, məlumat sistemləri və s. təşkilatların mövcud-luğu ilə əlaqədardır.

Bütün bunlara əsasən demək olar ki, bazar, iqtisadiyyatın nor­mal fəaliyyət göstərməsinin ayrılmaz tərkib hissəsi olduğuna görə onun tənzimlənməsi metodları daim təkmilləşdirilir, bu məqsədlə qabaqcıl təcrübədən geniş istifadə olunur və konkret şəraitdən asılı olaraq tədbirlər görülür.

Mövzu 6. Tələb və təklif. Bazar tarazlığı.( 4 saat)
Plan


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə