Mikroiqtisadiyyata giriş,əsas anlayışlar və prinsplər



Yüklə 119,18 Kb.
səhifə5/5
tarix13.01.2022
ölçüsü119,18 Kb.
#82847
1   2   3   4   5
9b4f0aadff6cbbba1afe4b0a29074e27

Əməyin iqtisadiyyatı əmək bazarının funksiyalarını və dinamikliyini öyrənir. Əmək bazarını işçilər və işəgötürənlər arasındakı funksiya kimi də göstərmək olar. Əmək bazarında işçi qüvvəsinin təklifini (işçilər) və tələbi (işəgötürənlər) əsasında müəyyənləşən əmək haqqı, məşğulluq və gəlir formalaşır. İqtisadiyyatda əmək işçilər tərəfindən görülən işlərin ölçüsüdür. Bu xüsusiyyətinə görə əmək digər istehsal amillərindən fərqlənir. Sözügedən istehsal faktorunu öyrənən nəzəriyyə isə insan kapitalıdır 

İnformasiya iqtisadiyyatı



Ətraflı bax: İnformasiya iqtisadiyyatı

İnformasiya iqtisadiyyatı mikroiqtisadiyyatın bir qolu olub, informasiya və informasiya sisteminin iqtisadiyyata və iqtisadi qərarlara necə təsir etdiyini öyrənir. İnformasiyanın özünə məxsus xüsusiyyətləri var. İnformasiyanı yaratmaq və yaymaq asan, inanmaq və idarə etmək isə çətindir. İnformasiya bir çox qərarlara təsir edir. Ən vacib xüsusiyyəti isə bir çox standard iqtisadi nəzəriyyələri mürəkkəbləşdirməsidir
Yüklə 119,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə