Mikroprosessorların (MP)təyinatı,tipləri və ümumi strukturları Mikroprosessorların (MP)təyinatı



Yüklə 445 b.
tarix20.09.2017
ölçüsü445 b.
#1063


Mikroprosessorların (MP)təyinatı,tipləri və ümumi strukturları


Mikroprosessorların (MP)təyinatı

  • MP-lar proqramlanan rəqəmli qurğu olaraq aşağıdakı sahələrdə tətbiq edilir:

  • İdarəetmə və ölçmə sistemləri (avtomatik idarə edilən hər hansı prosesslərin və ya obyektlərin idarəsi/nəzarəti və elektrik,mexaniki və həndəsi və digər parametrlərin ölçülməsi üçün)

  • Kommunikasiya texnikası (mobil telefonlar,avtomatik telefon/mobil stansiyalar və digər kommunikasiya qurğuları)

  • Məişət (audio/video qurğular,proqramlı paltaryuyan/qabyuyan maşınlar,su/qaz/elektrik sayğacları,elektron sobaları, mətbəx kombaynları,HVİAC-qızdırıcı-soyuducu-ventilyasiya qurğuları) və ticarət texnikası (kassa aparatları,əl skanerləri)

  • Nəqliyyat texnikası(avtomobil/dəmiryol /metro idarə sistemlərinin elektronikası)

  • Hərbi texnika (radar,hava/su məkanlarında uzaqdan müşahidə/nəzarət)

  • Qoruyucu/müşahidə qurğuları və sistemlər (evlərin və objektlərin qorunması,”ağıllı” evlər-məişət cihazlarının uzaqdan idarəsi )

  • Kompüter texnikası(CPU-lar,periferiya qurğuları-klaviatura,printer və s.)



MP-lərin tipləri

  • Arxitektur gerçəkləşmədən asılı olaraq MP-lərin aşağıdakı tipləri vardır:

  • Universal MP-lər (kompüter arxitekturunda mərkəzi CPU kimi)

  • Xüsusi təyinatlı MP-lar (müxtəlif sahələrdə tətbiq edilir və mikrokontroller(MK) ,yaxud DSP/DSC-siqnalların rəqəmli emalı prosessorları/kontrollerləri adlanır)

  • Proqramlaşdırılan məntiqi inteqral sxemlər(PMİS/PLİC)-cəld işləyən ixtisaslaşdırılmış elektron sistemlərində(müxtəlif kommunikasiya qurğuları və sistemlər)



MP-lərin tiplərinə görə arxitektur fərqləri

  • Universal MP-lərin arxitekturu geniş sinif məsələlərin həlli üçün nəzərdə tutulduğundan onların daxili strukturu mürəkkəb-superskalyar olub,əmrlər sistemi genişdir.

  • Xüsusi təyinatlı MP-lərin arxitekturu nisbətən sadə-

  • RİSC – olaraq müəyyən sinif məsələlərin real zaman miqyasında effektiv həlli üçün uyğunlaşdırılmışdır.

  • Proqramlaşdırılan məntiqi inteqral sxemlər(PMİS)- əvvəlki 2 tipdən fərqli olaraq çevik dəyişən –proqramlanan struktura malikdir və müxtəlif sinif alqoritmlərin aparatlı gerçəkləşdirilməsi üçün sazlana bilir.

  • Universal və Xüsusi təyinatlı MP-lərin icra etdiyi proqramlar DRAM/SRAM/FLASH tipli yaddaşda proqram təminatı kimi saxlanılır.

  • PMİS- lərin proqramlanması dedikdə isə onun daxili strukturunun alqoritmin gerçəklənməsi üçün sazlanması başa düşülür və layihəçi tərəfindən xüsusi kompüterli sistemdə həyata keçirilir.



MP əsaslı sistemlərin ümumi strukturu

  • MP əsaslı sistemlər bir vəya bir neçə ədəd MP-lardan,yaddaş və giriş/çıxış alt sistemlərindən ibarət olur

  • Bu qurğuların bir- biri ilə əlaqələndirilməsi üçün AB,DB,CD-dan təşkil olunmuş sistemli şinlər istifadə edilir

  • Hər bir paralel şin bir sıra əlaqə xətlərindən ibarət olub verilənlərin,ünvan və idarəedici kodların ötürülməsi üçündür

  • Şinlərin əsas xarakteristikalarından biri onların eni-əlaqə xətlərinin sayıdır.Məsələn DB üçün 8/16/32/64 bit ola bilər.



Universal MP-ların ümumi strukturu



Universal MP-da CPU-nın daxili strukturundakı əsas qurğular

  • Instruction\Data Cache –cari proqramın əmrlərinin/verilənlərin saxlanılması üçün keş yaddaş-L1/L2

  • Instruction Fetch unit - cari proqramın növbəti əmrinin ünvanının təyini və onun yaddaşdan oxunması qurğusu əmrlərin konveyerli emalı üçün əmrlər axınının kəsilməzliyini təmin edir.

  • Instruction Decoder unit-icra edilən əmrlərin kodunun açılması qurğusu eyni zamanda bir neçə mürəkkəb və sadə əmrlərin deşifrəsini təmin edir.

  • ALU-lar -müxtəlif tipli - tam /sürüşkən vergüllü/MMX strukturlu ədədlərin effektiv emalı üçün eyni zamanda işləyən daxili struktkru konveyerləşmiş icra qurğuları

  • GPRs - universal təyinatlı registrlər massivi-verilələri və ünvan kodlarını icra prosesində müvəqqəti yadda saxlayan 8/16/32 bitli registrlərdir

  • SPRs - xüsusi təyinatlı registrlər massivi-hesablama prosesində CPU-nın müxtəlif bloklarının vəziyyətinə aid məlumatları yadda saxlayan 16/32 bitli registrlərdir

  • GPR və SPR-lər istifadəçi proqramlarından Assembler səviyyəsində müraciət edilə bilər .



Universal MP üçün çipset daxilindəki iterfeys blokları

  • DMA (Direct memory Access) kontrolleri –HD ilə RAM arasında məlumatın bloklarla sürətli mübadiləsini bilvasitə CPU iştirakı olmadan təmin edir.

  • System Bus Controller –Sistemli şin (PCİ) idarəsi qurğusu- bütün periferiya interfeyslərindən məlumatı qəbul edərək 32bitli formatda qablaşdırıb yaddaş kanalına,yaxud CPU-nın xarici şininə(Fron-side bus) ötürür.

  • Interrupt Controller- MP-da kəsilmə sisteminin idarəsi qurğusu - periferiya qurğularından kəsilmə siqnallarını qəbul edir və onların üstünlük dərəcəsini nəzərə alaraq CPU-ya ümumi kəsilmə siqalı- İNT-hasil edir.

  • Peripheral Interfaces Controllers – periferiya qurğuları (disk qurğuları,klaviatura/mouse,ekran) interfeysləri(USB,PSİ Expr.,SATA/İDE,SCSİ,Fire Wire,..)



Mikrokontrollerlərin(MK) ümumi daxili strukturu



MK-nin daxili strukturundakı əsas qurğular

  • CPU 8\16\32bits – RİSC nüvəyə malik mərkəzi emal bloku

  • Internal Clock generator – CPU-nın sinxronlaşdırılması üçün daxili takt siqnalları generatoru.

  • Internal Memory – proqram və verilənlər üçün daxili yaddaş(SRAM/FLASH/EEPROM tipli).

  • Multifunction Timers,WDT- çoxfunksiyalı taymerlər, MK asılı vəziyyətdən periodik olaraq çıxaran gözətçi-taymer.

  • Analog MUX – analoq giriş siqnallarının multipleksoru

  • ADC\DAC Convertors- analoq-rəqəm və rəqəm-analoq çeviriciləri

  • DMA,Interrupt blocks- DMA,kəsilmə kontrollerləri

  • Keyboard,Display Controller - ixtisaslaşmış klavye və displey(LCD) kontrollerləri

  • Multifunction IO Liners – hər birinin istiqamətləri ayrılıqda proqramlana bilən çoxfunksiyalı giriş/çıxış xətləri.

  • Parallel IO port Controller – paralel(8b) istiqamətləri ayrılıqda proqramlana bilən giriş/çıxış portu

  • Audio IO Controller – audio giriş/çıxış portu

  • Serial IO port Controllers – ardıcıl interfeys kontrollerləri (RS-232\485,SPI, I2C,CAN…)



MK-lərin unversal MP-dan əsas fərqli xüsusiyyətləri

  • CPU sadə RİSC nüvəli olub əmrlər sistemi ixtisaslaşmış və tezliyi bir neçə MHs-dən bir neçə yüz MHs-ə qədər

  • Verilənlər və proqramlar üçün daxili yaddaşın olması(daha çox enerjidən asılı olmayan tipdə)

  • Çoxsaylı və çoxfunksiyalı taymerlərin olması – müxtəlif zaman parametrli siqnalların hasili və daxili/xarici hadisələrin izlənilməsi üçün

  • Aaloq siqnallarının daxil edilib-çıxarılması üçün ADC/DAC bloklarının inteqrə edilməsi .

  • Çoxsaylı ,istiqaməti və formatı proqramlana bilən giriş-çıxış xətlərinin olması

  • Mürəkkəb sistemlər üçün ekran,klavye kontrollerlərinin inteqrə edilməsi

  • Müxtəlif tipli xarici qurğuların qoşula bilməsi üçün ardıcıl interfeys kontrollerlərinin inteqrə edilməsi

  • Mürəkkəb sistemlər üçün kəsilmə və DMA kontrollerlərinin inteqrə edilməsi

  • Real zaman rejimində işləməsi üçün RTOS ƏS-nin tətbiqi



DSP-lərin əsas xüsusiyyətləri

  • CPU arxitekturu FP ədədlərin sürətli emalı,MAC(vurma-cəmləmə) əməliyyatının vahid əməliyyat kimi sürətli icrası,analoq siqnalları üçün filtrlənmə alqoritmlərinin effektiv yerinə yetirilməsi üçün ixtisaslaşır və daxili strukturunda uyğun aparat blokları nəzərdə tutulur.

  • Çoxsaylı və hər biri 10/14bitli olan ADC/DAC blokları inteqrə edilir.

  • Audio və video siqnalların emalı üçün encoder/decoder(codec) qurğuları inteqrə edilir.

  • Çoxsaylı audio və video portlar inteqrə edilir.

  • Fərdi kompüterlərin ana kartlarında video/audio prosessorlar ,video kameralarda image prosessor, pleyerlərdə isə audio prosessor kimi kompüter texnikasında tətbiq edilir.

  • Mobil telefonlar,avtomobil elektronikası ,radarlar kimi Embedded sistemlərində DSP-lərin daha müasir modelləri tətbiq edilir.



PMİS-lərin ümumi halda daxili struklturu



PMİS-lərin xüsusiyyətləri

  • PMİS-lərin daxili strukturu ümumi halda çoxsaylı proqramlanan məntiqi bloklardan ibarət olur. Bu blokların mürəkkəblik dərəcəsinə görə PLİC-lər xırda və iri modullu ola bilər.

  • Xırda modullu arxitekturda hər bir modul çox sadə funksiyaları yerinə yetirir və bunlar,əsasən, əlaqələndirici məntiqi sxemlərin,bircinsli olmayan idarəedici strukturların gerçəkləndirilməsi üçün istifadə edilir.

  • Iri modullu arxitekturda hər bir məntiqi blok çoxsaylı məntiqi elementlərdən , yaxud nisbətən mürəkkəb strukturlu alqoritmik elementlərdən (məsələn,sürətli Furye çevrilməsini-SFÇ yerinə yetirən bloklardan ) ibarət olur.

  • PMİS-lərin proqramlaşdırılması əlaqələrin strukturunun dinamik dəyişdirilməsi texnologiyası əsasında yerinə yetirilir. Bu texnologiyada konfiqurasiya edici fayl öncədən PMİS-nin yaddaşına yüklənir və onun məzmununa əsasən PLİC-nin strukturu dəfələrlə dəyişdirilə bilər.

  • PMİS-nin daxili yaddaşı kimi SRAM,yaxud FLASH istifadə edilə bilər.



PMİS(PLİC) təməlli sistemlərin strukturu

  • PMİS təməlli boardlar



PMİS təməlli sistemlər

  • PMİC təməlində qurulmuş MPƏS-lərin yuxarıda göstərilən strukturlarından birincisində (a) çap lövhəsi üzərində 8/16 bitli Universal MP ilə yanaşı yerləşdirilmiş PLİC mikrosxemi məlumatın ixtisaslaşdırılmış emalını real zaman miqyasında yerinə yetirir və sistemdəki ümumi yaddaşdan və şindən istifadə edir

  • Şək. b-dəki sxemdə isə CPU və PMİC nüvələri eyni bir prosessor gövdəsində gerçəkləşdirilir.

  • Hazırda proqramlaşdırılan məntiqi matrislər (PLM)-dən başlayaraq mürəkkəb proqramlaşdırılan məntiqi qurğunun (PLD) PLİC arxitekturunda gerçəkləşdirildiyi variantlar mövcuddur .

  • PLD arxitekturları audio-video məlumatlarının sürətli emalı üçün ,süni intellekt qurğularının və mobil telefon operatorlarının müxtəlif qurğularının layihələndidilməsində geniş tətbiq edilir.



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə