Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə1/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
  1   2   3   4   5   6   7   8   9   ...   36


ZƏKA  VİLAYƏTOĞLU
MİLENA
BAKI
“Araz”-2013


Kitabın redaktoru: 
Nəriman Əbdülrəhmanlı
Zəka Vilayətoğlu
“Milena”
Bakı, “Araz” nəşriyyatı, 2013, 160 səh.
Z
4945679712
050
2013
ъ  “Араз”, 2013


PO
VE
ST

R



M İ L E N A      
Şəkilləri  rəhmsizcəsinə cırıb atmaq olar- sonradan
onlara baxıb heç nəyi xatırlamayasan və sarsılmayasan
deyə.  Bəs  insanın  göz  yaddaşına  həkk  olunan
şəkillər?.. Bunları silmək, cırmaq mümkünmü?.. Hər
dəfə göz yaddaşına həkk olunmuş  şəkillərə baxdıqca,
nələri xatırlamırsan?!.. Xatırladıqca adam ərş evinəcən
yanır.   Vay o gündən ki, xatirələrlə yaşayan adam həm
də  rəssam  ola,  duyğusal,  kövrək    adam  ola-Eynar
kimi.  Hərbi  xidmətdən  sonra  Rusiyanın  Nijni-
Novqorod şəhərində ömürlük yaşamağa qərar verdiyi
o illərdən çox keçsə də, heç nəyi unuda bilmirdi... O,
hələ  körpə  ikən  ata-anası    avtomobil  qəzasında
ölmüşdülər.   Cəmisi iki illik evlilik həyatının yeganə
yadigarı  olan  o,  nənə  və  babasının  himayəsində
böyümüşdü. Körpəliyindən istedadlı uşaq olduğu hiss
olunurdu.  Ağac  parçalarından  gah  adam,  müxtəlif
mətbəx əşyaları, gəmi düzəldər, gah da kağız üzərində
cürbəcür şəkillər, rəsmlər çəkərdi. Nənəsiylə babasının
qoşa  şəklini  də  çəkmişdi.  Nənəsi  də,  dünyada  ən
qiymətli bir əşya kimi, qızıl kimi, inci kimi qoruyub-
saxlamışdı  nəvəsinin  əl  işini.  Fərəhlə  hər  gələnə-
gedənə  göstərər,  deyərdi:  “Mənim  nəvəm  çəkib  e,
nəvəm çəkib, bir baxın!..” İstedadına söz ola bilməzdi.
Hamı,  hər  kəs  onun  gələcəkdə  rəssam  və  ya
heykəltaraş  olacağına  onun  özündən  çox  inanırdı.
Amma bu yolda ona nə yiyə duran, nə də yol göstərən
olmadığından,      bir  yana  çıxa,  hansısa      rəssamlıq
məktəbini  oxuya  bilmədi.  Çətinlik,  yoxsulluq  da
Milena
5


imkan  vermədi.  Böyüdüyündə,  bütün  yük  onun
çiyinlərinə düşdü. Yalnız hərbi xidmətdən sonra anladı
ki,  həyat  varmış,  təhsil,  oxumaq,  bəxtəvər  günlər
yaşamaq varmış dünyada. Elə bir dünya ki, indi ondan
xeyli uzaqlarda qalmışdı. Həmin bəxtəvər günlər də
o uzaq dünyada idi. 
Hərbi  xidməti  sovetlər  dövrünə  təsadüf  etmişdi.
Rusiya paytaxtı Moskva yaxınlığında hərbi xidmətdə
olmuşdu.
Babasıyla  nənəsi  onun  qayıdışını  intizarla
gözləmişdilər. O isə, hərbi xidmətini başa vursa da,
geri  dönməmişdi.  Onun  yolunu  həsrətlə  gözləyən
babası, axır bir gün rəhmətə getmişdi. Babasının ölüm
xəbərini ona bildirməmişdilər. Əslində bu xəbəri ona
çatdıracaq bir kimsəsi də yox idi.
Rusiya  onu  həmişəlik  özünə  bağlamışdı.  Hərbi
xidmət  illərində  dost  olduğu  bir  tatar  əsgərinə
qoşularaq, Rusiyanın qədim şəhərlərindən olan Nijni-
Novqoroda getmişdi. 
İki illik əsgəri xidməti pis keçməmişdi. Rəssamlıq
istedadı  onun  karına  gəlmişdi.  Bütün  yazı-pozu
işlərini  ona  həvalə  etmişdilər.  Komandir  özü  ona
qayğıyla yanaşırdı. Bu qayğı, komandirin portretini
ustalıqla çəkməsindən sonra daha da artmışdı. Hətta
bir  neçə  dəfə  onun  doğulduğu,  böyüdüyü  ünvana-
babasının  adına,  onunla  bağlı  rəsmi  məktublar,
tərifnamələr də göndərilmişdi.
Tatar  dostu  onu  çox  həvəsləndirmiş,  bir  rəssam
kimi təhsilini Nijni-Novqorodda davam etdirə və orda
münasib bir yerdə işə düzələrək, normal yaşayacağına
inandırmışdı.  Belə  də  omuşdu.  İlk  günlər  hər  cür
Zəka Vilayətoğlu
6


çətinlklərlə üzləşməsinə baxmayaraq, sonradan hər
şey istədiyi kimi olmuşdu. 
Rəssamlıq  məktəbini  bitirdikdən  sonra  şəhərin
Mərkəzi Mədəniyyət Sarayında bədii tərtibatçı kimi
işə  düzəlmişdi.  Buna  qədər  bazarda  xırda  ticarətlə
məşğul olur, çörək pulu qazanırdı. Arada babasıyla
nənəsinə məktub yazmağı da unutmurdu. Məktubda
harda, hansı ünvanda yaşadığını göstərsə də ona cavab
məktubu gəlmirdi. Bu üzdən çox nigaran idi və vaxt
tapıb  bir  neçə  günlüyə  vətənə  gedəcəyini  də
düşünmüşdü. Amma sonradan baş verənlər ona hər
şeyi unutdurdu. Bir yaz günü, lap təsadüfən yaraşıqlı,
gənc bir tatar qızıyla qarşılaşdı. Seyrindən doymadığı
Okanın sahilində dayanıb bu gözəl və nəhəng çayın,
füsunkar təbiətin rəsmini çəkirdi. Qəfil ona yaxınlaşan
qızın səsini eşidəndə ani olaraq, işindən ayrıldı və qıza
baxdı.  Qız  maraqla  onun  çəkdiyi  rəsmə  baxaraq,
soruşdu:
-Siz rəssamsınız?
-Bəli,-dedi qıza və onun yanında dayanmış balaca
oğlan  uşağına  diqqət  yetirdi.  Sonra  qızın  gözəl
simasına təkrar-təkrar baxdı. Çoxdan itirdiyi qiymətli
bir  əşyanı  qəfil  tapmış  bir  adamın  sevinc  hissləri
bürüdü qəlbini. Bir anlıq elə sandı ki, lap çoxdan belə
bir mələyin sorağındadır və məhz elə bu istəklə də so-
raqlaya-soraqlaya gəlib bu qərib yerlərə çıxıb. Amma
qızın  əllərindən  bərk-bərk  tutmuş  balaca  oğlanı
görəndə məyus oldu. Qızın ərli bir qadın olduğunu
düşündü... 
-Baxmaq  olaaar?-qız  onun  çəkdiyi  rəsmə  lap
yaxınlaşdı.
Milena
7


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə