qadının bara gəlişi də Əşrəfi izləmək, güdməkdən
daha çox, onun qanını qaraltmaq, ona göz dağı ola
biləcək oyunlar çıxarmaq, dost-tanış yanında alçalt-
maq, zor-xoş Əşrəfi cinayətə sürükləmək idi. Amma,
deyəsən, Əşrəf ağıllı, soyuqqanlı, son dərəcə səbrli
adam idi. Ona görə də hər dəfə bu qadından qaçıb
qurtulmağa can atırdı.
Əşrəfin, meşə gəzintisindən qayıdandan sonra es-
sensiya içməsi xəbəri hamını sarsıtmışdı. Gəzinti vaxtı
da o mənə ailə taleyinin uğursuzluğundan söz açır, bu
səbəbdən də hər gün içdiyini deyirdi...
Xəstəxanaya çatıb Əşrəfin taleyi ilə maraqlananda
həkim onun kəfəni yırtdığını söylədi. Onu da dedi ki,
az-az qan qusmasına baxmayaraq, vəziyyəti qorxulu
deyil. Bu məni çox sevindirdi. Eyni zamanda elə bu
saat burdan qaçmaq, geri -Vətənə dönmək istəyirdim.
Qorxurdum ki, burda bir az da qalsam, bundan da
betər hadisələrin şahidi olaram...
***
Səhəri gün Bakıya yola düşmək üçün hazırlaşdım.
Meşəçilər şəhərindən Perməcən qatarla getməli idim.
Ona görə ki, təyyarə Bakıya sabah uçacaqdı. İndidən
Permə yola düşsəm, orda gecələmək məcburiyyətində
qalacaqdım.
Perməcən maşınla getmək istəsəm də Şahlar
yolların indi daha çox buzlamasından ehtiyatlanıb
buna razılıq vermədi, qatarla getməyimi məsləhət
gördü.
Qatarın tərpənməsinə çox az qalmışdı. Bunu nəzərə
alıb təkid etdim ki, Şahlargil nahaq əziyyət
çəkməsinlər, həm də gedib Əşrəfin yanında olsunlar.
Çox üz vurandan sonra razılaşdılar. Ayrılanda hiss
Milena
97
etdim ki, Şahlar çox kövrəlib. Bir himə bənd idi ki,
ağlasın. Görünür, həyat onu çox sıxdığından daha da
kövrək olmuşdu. Şahların yaşarmış gözlərini görəndə
məni də qəhər boğdu. Gözlərimdə gilələnib, yanağım
boyu yuvarlanmaq istəyən bir cüt göz yaşımı güclə
saxlayıb, özümü ələ aldım...
Dəmiryol vağzalında tək qalmışdım. Tezliklə
qatara minməli idim. Həmin məqamda məlumat büro-
sundan bildirdilər ki, müəyyən səbəblər üzündən
qatarın yola düşməsi yalnız bir saatdan sonra mümkün
olacaq. Bu məni lap dilxor elədi. Perronda gəzişə-
gəzişə siqaret çıxarıb yandırdım (əslində, çəkən de -
yildim, amma hərdənbir bir qutu siqaret, bir dənə də
alışqan alıb cibimə atır, təklikdən-zaddan darıxanda
başımı qatırdım), təzəcə bir udum tüstü alıb neyləmək
haqda düşünürdüm ki, kiminsə qolumdan yapışdığını
hiiss edib döndüm. O dəqiqə də məni tünd,
xoşagəlməz spirt qoxusu vurdu. Ani baxışla bu adamı
tanıdım. O, əlini uzadıb mənimlə salamlaşdı.
Bu adam Şahların qohumlarından idi. Amma
Şahlar ondan xoşlanmadığından gəlmədiyindən
oğlunun xeyir işinə dəvət etməmişdi. O, yalnız xeyir
işin səhərisi, bu barədə kimdənsə eşidib bir rus qadınla
Şahlargilə gəlmişdi. Qadın, Şahların dediyinə görə,
onun məşuqəsi idi. Bu adamla tanışlığımız da elə orda
- Şahlargildə olmuşdu. Yadımda qəribə, baməzə adam
kimi qalmışdı. Danışanda hər sözü iki, bəzən üç dəfə
təkrarlayır, istər-istəməz adamda gülüş doğururdu.
-Ey, Vasya, gəl gedək, - kənarda dayanmış bir rus
qadın qaşqabaqlı halda Vasya çağırdığı Vasifi -
Şahların qohumunu səslədi. Bu həmin eybəcər qadın
idi -Vasifin məşuqəsi. Vasifin ona məhəl qoymadığını
görəndə qadın əsəbləşib dodaqlarının altında nəsə
Zəka Vilayətoğlu
98
mızıldandı.
-Əşi, rədd oool, rədd ol də! Görmürsəən, hörmətli
qonağımızla... qonağımızla rastlaşmışaaam?! - Vasif
yalnız mənim eşidə biləcəyim səslə qadına dedi, tez
də özünü ələ alıb, yaxınlaşdı, onun qılığına girdi: -
Katya, bu adaaam, bu adam.. bilirsən kimdiiir?.. O,
bizim Şahlarııın, bizim Şahlarin,.. Bakıdan gəlmiiiş,
Bakıdan gəlmiş... qonağıdııı, qonağıdı. Səəən,.. sən...
incimə, məəən,.. mən... onunla bir az söhbətləşib
gəlirəm. Yaxşı deyil, gərək məəən,.. mən,.. onuuu,..
onu,.. kafeyə aparıııb... aparıb... qonaqlıq verəəəm...
verəm...
Qadın Vasifə çəmkirdi, nəsə təhqiramiz söz dedi,
əlindən tutub hirslə arxasınca çəkdi. Sahibinin,
boğazındakı ipdən zorla dartıb apardığı tazı kimi
dartına-dartına acizanə mənə tərəf boylanan Vasif
aralıdan dedi:
-Qardaş, sizin... bəlkə bir yardımaaa, yardıma...
ehtiyacınıız,.. ehtiyacınız vaaar?.. Siz allah məniii...
məni... bağışlayııın... bağışlayın!.. Görürsünüz, dəəə...
görürsünüz dəəə!
Şahlar Vasif haqqında mənə çox danışmışdı. Bir
neçə il əvvəl Vasiflə onun böyük qardaşının da burda
- Meşəçilər şəhərində yaşadıqlarını, tüfeyli həyat
sürdüklərini söyləmişdi. Bayaqkı qadın da əvvəllər
Vasifin böyük qardaşının məşuqəsi imiş. Sonralar
böyük qardaş, guya, bir az ağıllanmış, bu qadını atıb
həmişəlik Bakıya - öz ailəsinin yanına qayıtmışdı. Əlli
beş yaşlı kiçik qardaş Vasif isə Bakıdakı ailəsini, oğul-
uşağını bilmərrə unudub burda qalmağa üstünlük
vermiş, qardaşından qalan həmin qadınla birgə
yaşamağa, onun birotaqlı mənzilində ömür sürməyə
başlamışdı. Elə o vaxtdan da həmin qadınla gəzib-
Milena
99
dolaşır, hər gün birgə içir, səfil həyat sürürdülər.
Qatarın bir saat gecikəcəyi xəbəri ovqatımı
pozmuşdu. Ona görə də bileti geri qaytarıb yolların
buzuna, şaxtasına məhəl qoymadan Perməcən taksi ilə
getmək qərarına gəldim. Vaxt itirmədən dəmiryol
vağzalından uzaqlaşıb xeyli kənarda dayanmış
taksilərdən birinə yaxınlaşdım. Sürücüylə danışıb-
razılaşandan sonra yola düşdük, düz iki saat yarıma
Permə çatdıq.
***
Permə güclü qar yağmışdı. Buna görə də
təyyarələrin Bakıya uçuşunun təxirə salındığını
dedilər. Bu da məni lap dilxor elədi. Bir qədər
düşkünləşdim. İşlər, istədiyim kimi getmədiyindən
qanım lap qaralmışdı. Son anda çıxış yolu tapdım:
qatarla Moskvaya getməyə, ordakı dostlarımla
görüşüb, evdəkilər üçün ayın-oyun alıb ordan da
Bakıya uçmaq qərarına gəldim. Hə, yaxşısı bu idi.
Şahların
Perm-Bakı
təyyarəsinə
mənimçün
əvvəlcədən aldığı bileti də geri qaytarıb dəmiryol
vağzalına yollandım. Vağzalda yalnız İrkutsk-Moskva
qatarına bilet olduğunu dedilər. O da gecə saat birdə
gəlib çıxacaqdı. Deməli, hələ səkkiz saat buralarda
boş-bekar gəzib-dolaşmalıydım. Məcbur olub həmin
qatara bilet aldım.
Saat birəcən gözləməkdən başqa çarəm yox idi.
Vaxtı “öldürmək” üçün vağzalyanı dükan-
mağazalarda xeyli gəzişəndən sonra yenidən gözləmə
salonuna qayıdıb küncdəki boş oturacaqlardan birində
əyləşib adamlara göz qoymağa başladım. Məndən sağ
tərəfdəki oturacaqda oturmuş qarıyla kəndliyə
oxşayan qoca “mujik” diqqətimi cəlb etdi. Qarının
gözlərinin altı göm-göy göyərmişdi. İlk baxışdan içki
Zəka Vilayətoğlu
100
Dostları ilə paylaş: |