vətənsiz çox yaşamaq olmaz. Bu da axırı!..
Düzdür, Fərman Bakıdan bizə torpaq sahəsi aldı.
Amma axırda Şahların sadəlövhlüyündən, inamından
istifadə edib, xəlvəti olaraq aldığı qiymətdən baha
satıb bütün pulların axırına çıxdı... Yaxşı adamdı
Şahlar, amma dostunu, düşmənini tanıyan deyil...
-Fərman satdığı torpağın pulundan, yəni sizə bir
qəpik də vermədi? – Eşitdiklərimdən əməlli-başlı
təsirlənmişdim.
-Nəinki bir qəpik vermədi, hətta, aradan çox
keçməmiş gecənin birində bura qayıdıb Şahların
böyük gəlir gətirən taxta sexinə, avadanlığına, otuz
beş min dollarlıq traktoruna, yük maşınlarına od vurdu
hamısını yandırıb aradan çıxdı.
-Nədən, hardan bilirsiniz ki, bu yanğını Fərman
törədib? – Get-gedə artan marağımı gizlədə bilməyib
soruşdum.
-Yanğından bir ay əvvəl Şahlara deyibmiş ki,
qazancının yarısını, hər ayın sonunda mənimlə
bölməlisən. Guya, o Şahları reketlərdən, quldurlardan
mühafizə edirmiş. Şahlar sağolmuş da, - dedim, axı, -
ürəyinin təmizliyindən hamıya inanır, hər kəsə aldanır.
Elə bu səbəbdən də neçə il idi, hər ay qazancının
iyirmi faizini Fərmana verirdi. Onun növbəti iddiası
Şahları çox hirsləndirmişdi. Deyirdi, sənə elədiklərim
gözündən gəlsin, Fərman, heç nədən hər ay sənə filan
qədər pul verirəm, indi oturub-durub məndən əlli faiz
tələb edirsən, ölsən də bir qəpik artıq vermərəm!
İllərlə zülm çəkib bu boyda sexi açmışam ki, nədi,
nədi, yamacın bir qulduruna yem olum, hə? Hər gün
də əsəbləşirdi. Axır vaxtlar da deyirdi, Fərman onu
sexi yandıracağıyla hədələyib. Çox çəkmədi, elə
dediyi kimi də eləyib aradan çıxdı, ilim-ilim itdi, yara-
Milena
85
maz köpəyoğlu! Düzdü, türmədə olmasına baxma-
yaraq, Şahların gəliri-qazancı indi də bəd deyil,
əvvəlcədən qurub-yaratdığı, icarəyə verdiyi taxta
sexlərindən gələn gəlir bizə bəs edir. Amma bu
hadisəyəcən Şahların qazancı sel kimi aşıb-daşırdı...
Bir yaxşı xasiyyəti də var Şahların, hamıya, hər kəsə
əl tutandı. Nə bilim, bəlkə də bu səbəbdən işləri
sarımadı. Görünür, bir az daşürəkli olmaq lazımdı!..
-Ömürlük buralarda qalmaq fikriniz var? – Dilarə
xanımı kədərdən uzaqlaşdırmaq istədim.
-Bilmək olmaz. Neyləsən də, necə yaşasan da
vətən, vətəndi. İntəhası, adam gərək belini dikəldə ki,
vətəndə də dik gəzə bilə. Nə varsa, yenə də azdan-çox-
dan buralarda var, amma gərək zəhmətdən, çətinlikdən
qorxmayasan. Allah verib, bu boyda meşənin nə ucu
var, nə bucağı; nə qədər istəyirsən qır-çat, qazan.
Dövlət özü icazə verir. Qırmaqla qurtaran deyil.
Amma bir iş var ki, burda sezon ancaq qışda başlayır.
Meşələrdə bataqlıqlar çox olduğundan, - Şahlargilin
dediyinə görə, - qış aylarında bataqlıqlar donur, qalın
buz qatıyla örtülür, yalnız bu zaman traktor və
maşınlar meşədə rahat hərəkət eləyə bilir. Doğradıqları
ağaçları, qır-qırıntıları, kötükləri də, öz əlləri ilə yox,
özüyığan traktorların köməyilə yığırlar. Allah
Fərmanın evini yıxsın, onun yandırıb kül elədiyi də,
bax, həmin traktorlardan idi.
Yazıq Şahlar o sexi düzəldib başa gətirənəcən nə
zülümlər çəkmişdi, bunu bir Allah bilir. Allahın yetimi
kirpiyi ilə od götürmüşdü, od! Həmin sex Şahların ən
böyük, ən gəlirli sexi idi! - Dilarə xanım yana-yana
danışıb, ağlamsındı. Sonra özünü ələ alıb, göz
yaşlarını sildi: - Siz allah bağışlayın, kefinizə soğan
doğradım!
Zəka Vilayətoğlu
86
-Allah eləməsin, bacım! – dedim. – Adam dərdini
danışanda yüngülləşir.
-Bu günə şükür!.. – Ev sahibəsinin sifəti duruldu.
- Şahlara dedim, ay Şahlar, yadındadır on il qabaq əhd
eləmişdik?!.. Dedi, nə əhd?.. Dedim, oğlumuz İlqarın
kiçik toyunda ikimiz də əhd eləmişdik ki, İlqarın on
beş yaşında da, qismət olsa, böyük toyunda da
oxumağa həmin müğənnini dəvət edərik! Dedi, hansı
müğənini? Sizin adınızı çəkdim, xatırladı. Amma kefi
yaxşı olmadığından ötəri yanaşdı. Birdən də soruşdu
ki, İlqarın on beş yaşı nə vaxt tamam olur? Dedim,
oktyabrın on beşində. Bir az fikrə gedib, sevinclə dedi,
çox yaxşı, həmin gün mən də azdlıqda olacam, qoy
sən deyən olsun! Dedim, ay Şahlar, çox da ziyanda,
borc-xərcdəyik, Allah yetirər, dəvət edəcəyimiz
müğənni - az məsafə deyil, Bakıdan bura uzaq bir yol
gələcək, - hər nə qədər pul istəsə, çəkinmədən razılıq
ver, - onun da ailəsi, uşağı var, qoy bizdən narazı
qalmasın! O da, Allah onu bizə çox görməsin,
sözümdən çıxmadı. Amma siz də çox yaxşı
adammışsınız, qardaş, bizi çox çətinə salmadınız.
Allah köməyiniz olsun, sözümüzü tutub, bu qar-bo-
randa o boyda yolu gəldiniz. Şahlar da dünyagörmüş
adamdı, yanınızda borclu, xəcalətli qalmaz,
inşaallah!..
-Yaxşı, Dilarə bacı, - söhbəti dəyişdim, - bəs necə
oldu ki, siz Moskvaya, Peterburqa, lap elə Permin
özünə yox, gəlib bu ucqar şəhərə çıxdınız?
-Allah bütün ölənlərinizə rəhmət eləsin, - Dilarə
xanım doğrudan da yüngülləşmişdi, - Şahların böyük
qardaşı vardı - Bəxtiyar. Hamımızdan əvvəl o, gəlib
çıxmışdı bura. Elə hey, - indi çağırmasın, - Şahları
yanına çağırır, deyirdi, nə var ey, Bakıda nə batıb
Milena
87
qalmısan, durma, gəl, burda qazanc, dolanışıq əladı!..
Bəxtiyar rəhmətlik Şahlardan da əliaçıq, ürəyiaçıq
adam idi... Şahların o kiçik qardaşı var e, bu gün
sizinlə görüşməyə gəlmişdi, o, kənddə at oğrusu kimi
ad çıxarmışdı. Buna görə üç il türmədə də yatıb.
Şahlar adam elədi onu, çağırıb gətirdi yanına, əlini
çörəyə çatdırdı. İndi, maşallah, hər şeyi var, di gəl
qəpiyi çıxanda, - Allah eləməsin, - elə bil, canı çıxır.
Bir adama əl tutmaz, bir adamın hoyuna yetməz.
Şahlar tutulanda o bircə qəpik də yardım etmədi bizə!
Amma Bəxtiyar rəhmətlik!.. - Qadının üzündə yazıq
bir təbəssüm cilvələndi. - Bəxtiyar rəhmətlik ayrı aləm
idi, heç nədən güdaza getdi, bədbəxtin oğlu!
-Nədən öldü?! – Söhbətin yenidən kədərli şəkil
almasını istəməsəm də marağımı boğa bilmədim.
-Bir rus hərbçisi – polkovnik idi - sərxoş olub,
maşınını qəfildən Bəxtiyarın maşınının benzin bakına
çırpmışdı. Bəxtiyarın maşını o dəqiqə alışmış, qapıları
kilidlənmişdi.
-Elə içəridəcə yandı, hə?! - Həyəcanla soruşdum.
-Yox, yanmamışdı, sağ-salamat idi. Qabaq şüşəni
sındırıb güclə bayıra çıxa bilmişdi. Sir-sifətində bir
yanıq yeri də yox idi. Amma həkim dedi ki, yanğın
vaxtı nəfəsini içəri çəkdiyindən alov qarnına dolub,
daxili orqanlarını tamam yandırıb sıradan çıxarıb.
Gərək həmin anda nəfəs almayaymış... Bilirsiniz, -
qanınızı da qaraldıram, belə çıxmasın ki, sizi bura
dərdimizi danışmaq üçün çağırmışıq!.. Ölüm
ayağınızın altında, - hə, o zaman Bəxtiyar Şahlara
necə dil töküb yalvarırdı, Allah, Allah!.. “Şahlar, sənə
qurban olum, noolar, qoyma ölüm!” - deyirdi. Getsin
o gün, gəlməsin, çox dəhşətli, acınacaqlı gün idi...
Qardaşının yalvarışlarını üzülə-üzülə dinləyən yazıq
Zəka Vilayətoğlu
88
Dostları ilə paylaş: |