MiLLƏt atasi ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr edirəm



Yüklə 8,64 Kb.

tarix28.08.2018
ölçüsü8,64 Kb.

background image
MİLLƏT ATASI 

Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr edirəm

 

 



Vətənin çox ağır gün-saatında,  

Yarandı Vətəni bölmək xətası.  

Tanrım pay göndərdi Heydər adında, 

Heydər baba, oldun millət atası.  

 

Tökülən qanları dayandıraraq,  



Yatmış vicdanları oyandıraraq,  

Dar gündə xalqına hayan duraraq,   

Heydər baba, oldun millət atası. 

 

Ölkəmiz əbədi müstəqil deyə,  



Üç rənqli bayrağı ucaltdın göyə,  

Durdun xalqa yiyə, xalq sənə yiyə,  

Heydər baba, oldun millət atası. 

 

Zəkanla susdurdun ölüm silahın,  



Qoydun təməlini parlaq sabahın,  

Hifz etdi qəsdlərdən səni Allahın,  

Heydər baba, oldun millət atası. 

Məşələ döndərdin od nəfəsini,  

Dünyaya çatdırdın xalqın səsini,  

Dincliyə çağırıb Yer kürəsini,  

Heydər baba, oldun millət atası. 

Keçmişi, bu günü, sabahı gördün,  

Ömrünü Vətənə, xalqına verdin,  

Köçdün, ürəyində Qarabağ dərdin, 

Heydər baba, oldun millət atası.  

 

Vətəni bilərək könlünün quşu,  



Döndərdin bahara tufanlı qışı,  

Şərəflə yaşadın hər ötən yaşı,  

Heydər baba, oldun millət atası. 

Qorxmadan çapdırdın qeyrət atını,  

Şəhidtək qeyb etdin öz həyatını,  

Tarixə döndərib ölməz adını, 

Heydər baba, oldun millət atası.  

 


background image


İdrakın yol açdı Bakı-Ceyhana,  

Tanıtdın Vətəni, xalqı cahana,  

Ömrünü pay verib Azərbaycana, 

Heydər baba, oldun millət atası. 

Vətəni tutaraq canından baha,  

İlhamla yol açdın nurlu sabaha,  

Ruhunla qovuşdun haqqa, Allaha,  

Heydər baba, oldun millət atası. 

 

Oqtay Zəngilanlı 

Savalan. – 2007. – 15-17 may.

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə