Milli Aviasiya Akademiyası "Aerokosmik informasiya sistemləri" kafedrası " Neyron şəbəkələri və neyrokompüterli sistemlər" fənni üzrə mühazirə



Yüklə 434,11 Kb.
səhifə19/34
tarix06.03.2022
ölçüsü434,11 Kb.
#84353
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
Neyron şəbəkələri və neyrokom müh

QEYRI SƏLIS NEYRON ŞƏBƏKƏLƏRI

Ümumi şəkildə baxdığımız adi və ya “səlis” neyronları aşağıdakı kimi yazılışla ifadə etmək olar.Süni neyronlar bir neçə girişləri (n, n>1) və bir çıxışı olan prosessor elementləridirlər.Hər bir giriş əlaqəsinə müvafiq olaraq müəyyən fi (xi) funksiyası qoyulur ki, hansı ki, müəyyən bir üsulla giriş qiymətini emal edir.Ən sadə halda 0 siqnalını gücləndirir və onu əlaqənin çəki əmsalına (wi) vurur:fi(xi)=xiwi.Neyronun çıxış qiyməti giriş parametrləri fi funksiyası tərəfindən verilən qiymətlər olan n- ölçülü g(y1,y2.....yn) funksiyası tərəfindən formalaşdırılır.g funksiyası kimi adətən g(İ) =1/(1+e) və siqmoid funksiyası adlanan funksiyadan istifadə olunur, haradakı İ-əks hüdud və ya sürüşmə (bias) adlanan hər hansı bir konstantlı bütün əlaqələr üçün f funksiyaların ınqiymətlərinin cəmidir.



Qeyri səlis neyronda aşağıdakı anlayışlardan istifadə olunur:səlis olmayan ədəd, mənsubiyyət funksiyası, qeyri səlis əməliyyatlar.Bu halda f və g funksiyalarından hər biri səlis olmayan ədədlərdən həm arqument kimi, həm də çıxış qiymətləri kimi istifadə etməklə səlis olmayan ədədlərlə işləyə bilər.

Adətən səlis olmayan neyronların iki növündən istifadə olunur.Birincisində f funksiyası rolunu mənsubiyyət funksiyası oynayır

g funksiyasının yerinə isə mənubiyyət funksiyalarının yığımı ilə götürülən MİN və ya MAX əməliyyatlarından istifadə olunur.Misal üçün şək-də iki girişli səlis olmayan neyron, onun hər iki girişi üçün mənsubiyyət funksiyaları və neyronun çıxışındakı siqnal təsvir olunmuşdur.

İkinci modifikasiyada adi(səlis) neyronlara anoloji olan modellərdən istifadə olunur, lakin bu modellərdə parametrlərin təsviri qeyri səlisdir.









Şək. Üçbucaqlı mənsubiyyət funksiyalı neyronun modeli

Qeyri –səlis neyronlar şəbəkədə birləşərək qeyri –səlis neyron şəbəkəsini təşkil edirlər. Səlis neyronlarda olduğu kimi qeyri –səlis neyron şəbəkələri birqatlı və çox-qatlı, əks əlaqəli və əks əlaqəsiz, tam əlaqəli və ierarxik, həmçinin, kombinə olunmuş ola bilərlər.

Bu cür neyronun sxematik təsviri şəkildə göstərilmişdir.



Şək. Qeyri –səlis neyronun birinci modeli



Şək. Qeyri –səlis neyronun ikinci modeli




Yüklə 434,11 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə