Milli Aviasiya Akademiyası "Aerokosmik informasiya sistemləri" kafedrası " Neyron şəbəkələri və neyrokompüterli sistemlər" fənni üzrə mühazirə



Yüklə 434,11 Kb.
səhifə25/34
tarix06.03.2022
ölçüsü434,11 Kb.
#84353
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   34
Neyron şəbəkələri və neyrokom müh

NEYRO KOMPÜTERLƏR

Neyrokompüterlər öz quruluşuna və fəaliyyətinə görə insan beyninə bənzər süni sistemə çox yaxındır. Kompüter sözünün önündə neyro anlayışı bu cür hesablama sisteminin tərkibində xüsusi hesablayıcı elementlər – süni neyronlar olan siqnalların ötürülməsi həyata keçirilir. Bir məntiqi qurğu kimi neyrokompüterin ən geniş anlamda mahiyyəti ondan ibarətdir ki, burada neyron şəbəkələrinin modelləşdirilməsi yolu ilə beynin hesablama strukturunun surətini almış oluruq.

Neyrokompüter quruluşuna və funksiyalarına görə insanın əsəb sisteminin təbii hüceyrələri ilə oxşar olan və öz-özünə öyrənmək qabiliyyətinə malik elementar hesablama vahidləri əsasında işlənilmiş hesablama maşınıdır.

Neyrokompüterlərin işlənilməsi artıq bu gün müxtəlif məsələlər çoxluğunu həll etməyə imkan verir. Bu məsələlər çoxluğuna obrazların tanınması, proqnozlaşdırma, adaptiv idarəetmə və s daxildirlər.

Realizə olunması üsuluna görə neyrokompüterləri şərti olaraq 3 səviyyəyə ayırmaq olar.

1) Proqram səviyyəli. Bu səviyyədə neyroşəbəkə modelləri ənənəvi ardıcıl kompüterlərdə relizə olunurlar.

2) Proqram aparat səviyyəli . Bu səviyyədə də neyro şəbəkə modelləri ənənəvi kompüterlərdə realizə olunurlar. Lakin onlara xüsusi neyrolövhələr və ya soprosessorlar əlavə olunurlar və bunla modelin cəldişləmə xarakteristikalarının yaxınlaşdırılmasına imkan verir.

3) Aparat səviyyəsi . Burada modellər fiziki səviyyədə realizə olunurlar və bunlara bir çox hallarda “xüsusiləşdirilmiş kompüterlər” də deyilir.

I. Proqramlı kompüterlərdə proqramlar panelləri istifadəçiyə funksional menyulardan və displey pəncərələrdən istifadə etməklə rahat interfeysi təklif edilir. Bu tip kompüterlərdə müxtəlif tip neyron şəbəkələrdən istifadə etməyə, neyronların sayının verilməsinə , onların bir-birilə əlaqələrinin yaradılmasına , aktivləşdirmə funksiyalarının seçilməsinə geniş imkanlar yaranır. Bu tip kompüterlərdən proqnozlaşdırma , tibbi diaqnostika , təsvirlərin tanınması və s. geniş istifadə olunur. Hal-hazırda bu tip kompüterlərdə RCS ( the Rochester Conectinst Simulator ) kompüterlərini misal göstərmək olar.

I. II növ kompüterlərdə adicə fərdi kompüterə xüsusi neyrolövhəni qoyduqda modelləşdirilən neyron şəbəkələrinin ölçüləri və burada informasiyanın emalı sürəti nöqteyi nəzərindən onun imkanları daha da artır. Bu lövhədə bir və ya bir neçə prosessor elementlərinin olması neyroşəbəkə əməliyyatlarının yerinə yetirilməsi effektivliyinin , həmçinin opertiv yaddaşdan sərfəli istifadə etməyə imkan verir. Nihon Deki yapon firmasının NEURO – 07 kompüterini misal göstərmək olar. Bu kompüter PC 9800 seriyasından olan kompüterdir və ona xüsusi YmPP ( YmPP boaso ) neyrolövhə qoşulmuşdur.

III. Neyron şəbəkələrin aparat realizəsində hər bir neyron ayrıca prosessor elementi tərəfindən modelləşdirirlir. Bu isə bir çox hallarda yüksək cəld işləməyə gətirib çıxarır. Lkin relizənin çətinliyini nəzərə alaraq bu cür neyro kompüterlər yalnız azsaylı neyronlar və onların arasındakı azsaylı əlaqələrlə işləməyə imkan verir.


Yüklə 434,11 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə