Milli Aviasiya Akademiyası "Aerokosmik informasiya sistemləri" kafedrası " Neyron şəbəkələri və neyrokompüterli sistemlər" fənni üzrə mühazirə


Nitqin taninmasinin neyron sistemləri



Yüklə 434,11 Kb.
səhifə34/34
tarix06.03.2022
ölçüsü434,11 Kb.
#84353
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   34
Neyron şəbəkələri və neyrokom müh

Nitqin taninmasinin neyron sistemləri.

Nitqin zamandan asılılığı neyron şəbəkələrində onun emalına 2 cür yaxınlaşmanı tələb edir.

- Birinci yaxınlaşmada nitq siqnalı bütünlüklə şəbəkənin girişinə verilir və nitq siqnalının ayrı-ayrı hissləri öz aralarında sonrakı qatların vasitəsilə qarşılıəqlı təsirdə olur.

- İkinci yaxınlaşmada nitq isqnalı zaman intervallarına bölünür və sistemin girişinə nitqin ayrı-ayrı hissələri verilir . Bu cür yanaşma şəbəkənin tərkibinə yaddaş elementləri daxil olan xüsusi strukturunu tələb edir. Belə ki, onların aktivləşməsini və əvvəlki qiymətlərini yadda saxlamaq və sonradan zamana görə ümumi siqnalı inteqrallamaq lazımdır.

Tam nitq siqnalının neyron şəbəkəsində tanınması prosesinə baxaq . Tam nitq siqnalı şəbəkənin giriş neyron detektorlarına daxil olur.Detektora daxil olan nitq siqnalı ayrı ayrı seqmentlərə bölünür və onlardan hər biri spektral analizə məruz qalır. Bu zaman hər bir detektor tam siqnalın yalnız müəyyən hissəsinə reaksiya verir. Bu şəbəkə 3 səviyyəli qurğulara malikdir. Aşağı səviyyəli qurğular nitqin əlamətlər detektorlarıdır.

Nitqin əsas əlamətləri vokallıq , diffuziyalıq və nitq siqnalının itiliyidir. Hər bir əlamətin hər bir diskret anda hər bir diskretləşdirilmiş qiymətinin bir qurğusu əlamət detektoru mövcuddur. Qurğuların sonrakı səviyyəsini fonemlər detektorları təşkil edirlər. Bu səviyyənin hər bir qurğusu zamanın konkret anında müəyyən fonemin müəyyən qiymətinin aşkarlanması üçün nəzərdə tutulmuşdur. Qurğuların çıxış səviyyəsi sözlərlə əlaqədardır



Şəbəkənin bütün qurğuları zamanın istənilən anında aktivdirlər.Əvvəlki və cari zaman anlarının siqnallarının emalı paralel həyata keşirilir.Nitq siqnalını şəbəkənin girişinə verdikdə onda keçid prosesi baş verir və bu zaman bir sıra neyronların aktivliyi artır,digərlərinki isə azalır.

İkinci yanaşmada ,o zaman ki,giriş nitq siqnalı zaman intervallarına bölünür və onun yalnız hissələri ardıcıl olaraq neyron şəbəkəsinə düşürlər,siqnalın hər bir belə hissəsinə konkret zaman anında baş vermiş hər hansı bir hadisə və ya vəziyyət kimi,tam siqnala isə vəziyyətlərin ardıcıllığı kimi baxmaq olar. .
Yüklə 434,11 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə