Milli Büdcə Qrupunun üzvləri ilə görüşlər keçirilmişdir



Yüklə 24,82 Kb.
tarix17.09.2017
ölçüsü24,82 Kb.
#267


________ Iyul 2009



Azərbaycan Açıq Cəmiyyət İnstitutu

Yardım Fondunun İcraçı direktoru

cənab Fərda Əsədova İqtisadi və

Sosial İnkişaf Mərkəzi tərəfindən,
Final Hesabat
İqtisadi və Sosial İnkişaf Mərkəzi Açıq Cəmiyyət İnstitutu maliyyə dəstəyi ilə “Neft Gəlirlərinin idarə edilməsi: şəffaflıq və səmərəlilik prinsipləri” 14998 saylı qrant layihəsi həyata keçirmişdir. Layihə 2008-ci ilin noyabrın 1-dən etibarən icra edilməyə başlanılmışdır. Layihə çərçivəsində aşağıdakı fəaliyyətlər həyata keçirilmişdir.


  1. Layihə çərçəvisində tədqiqatın aparaılmasına cəlb edilən ekspertlər ilə danışıqlar aparılmış və onlar ilə uyğun müqavilələr bağlanmışdır. Həm layihə işçiləri həm də ekspertlər arasında iş bölgüsü apaılmışdır.




  1. Tədqiqatın mövzusuna uyğun olaraq müraciət ediləcək ədəbiyyatların siyahısı dəqiqləşdirilərək həm elektron həm də digər formada ədəbiyyatlara müraciət edilmişdir. Bu zaman ədəbiyyatlar hazırlanacaq tədqiqatın mündəricatına uyğun olaraq hazırlanmış və ekspertlər tədqiqatın aparılmasına cəlb edilmişdirlər.




  1. Milli Büdcə Qrupunun üzvləri ilə görüşlər keçirilmişdir. MBQ-nun üzvləri olan Qubad İbadoğlu və Zöhrab İsmayıl ilə keçirilən görüşlərdə neft gəlirlərindən istifadənin fiskal tərəfləri müzakirə edilmişdir. Görüşlərdə qeyd edilmişdir ki, neft gəlirlərindən istifadə zamanı yalnız sosial və ya iqtisadi məsələlər deyil həmçinin fiskal tərəflərinə də diqqət ayrılmasının zəruri olduğu bildirilmişdir. Belə ki, neft gəlirlərinin xərclənməsini ölkədə həyata keçirilən maliyyə siyasətindən kənarda təhlil etmək olmaz. Bu baxımdan, MBQ-nin üzvləri tədqiqat zaman fiskal-maliyyə məsələlərini nəzərə almağı tövsiyə etmişdirlər.




  1. Tədqiqat çərçivəsində Mədən Sənayesində Şəffaflıq Üzrə QHT Koalisiyasının üzvləri ilə də görüşlər keçirilmişdir. Koalisiyanın üzvləri tədqiqat zamanı şəffaflıq və eləcə də səmərəlilik məsələlərinə xüsusi diqqət yetirilməsini vacib saymışdırlar. Belə ki, neft gəlirlərinin xərclənməsində sadəcə iqtisadi faktorları deyil eləcə də onların şəffaf xərclənməsi də önəmlidir. Vəsaitlərin şəffaf xərclənməsi həm onların iqtisadi səmərəsinin artırır, həm də onların gələcək nəsillərə saxlanmasına imkan verir.




  1. Tədqiqat çərçivəsində xarici ekspertlər ilə də məsləhətləşmələr aparılmışdır. Tədqiqatın mövzusuna uyğun olaraq ABŞ-ın Vaşinqton Universiteti ilə Minesota Universitetinin professorları ilə müzakirələr aparılmışdır. Tədqiqatın mövzusuna uyğun olaraq müzakirə edilən məsələlər müəyyənləşdirilmişdir. Bundan başqa, Qlobal İnkişaf Şəbəkəsinin və Beynəlxalq Elmlər Asosiyasiyasının ekspertləri ilə müzakirələr aparılmişdır.




  1. Tədqiqatın aparılması zamanı geniş ədəbiyyat siyahısından istifadə edilmişdir. Bu zaman istər xaricdə, istərsə də ölkə daxilində hazırlanan həm elektron, həm də çap edilmiş materiallara müraciət edilmişdir. Ədəbiyyat siyahısının genişliyi tədqiqat obyektinin daha ətraflı əhatə edilməsinə imkan vermişdir. Layihə çərçivəsində Amazon.com saytından son illər bu mövzu üzrə nəşr edilən kitablar



  1. İstər ölkə daxilində keçirilən görüşlərdə, istərsə də xarici ekspertlər ilə aparılan müzakirələrə uyğun olaraq tədqiqatın işlənməsinə başlanılmışdır. Tədqiqatın mündəricatına uyğun olaraq iş bölgüsü aparılmışdır və siyasət sənədinin yazılmasına başlanılmışdır. Mövzunun predmetinə uyğun olaraq ədəbiyyatlar qruplaşdırılmış və tədqiqatın yazılmasına başlanılmışdır.




  1. Ölkə daxili və ölkə xarici aparılan müzakirələrin nəticəsi olaraq tədqiqat işinin yazılması həyata keçirilmiş və başa çatdırılmışdır. Tədqiqatda neft gəlirlərindən istifadə istiqamətləri təhlil edilmiş və konkret təkliflər irəli sürülmüşdür. Bu tədqiqat işində, həm Dövlət Neft Fondunun vəsaitlərinin xərclənməsi istiqamətləri və eləcə də vəsaitlərin investisiya şəkilində yerləşdirilməsi mexanizmlərinin təhlili öz əksinin tapıb. Bu zaman vəsaitlərinin yerləşdirilməsi üçün fərqli ssenarilərə diqqət yetirilib və onların müsbət və mənfi cəhətləri araşdırılıb. Bununla yanaşı, bir sıra neft ölkələrinin, eləcə də Norveç və Qazaxıstanın modelləri tədqiq edilib. Neqativ model kimi Nigeriya təcrübəsinə də müraciət edilib. Bu daha çox “problemlərdən sığortalanmaq” məqsədi daşıyır. Bütövlükdə, tədqiqat zamanı vəsaitlərin səmərəli istifadəsi ilə bağlı alternativ həllərin tapılmasına cəhd göstərilib. Araşdırmanın məqsədin9 uyğun olaraq Azərbaycanda yuxarıda təsvir edilən sahəni, bu məsələdə beynəlxalq təcrübəni, münasib mənbələri və ədəbiyyatları ətraflı tədqiq etməklə bu sahədə indiyədək mövcud olan ən əhatəli və daha çox əməli nəticələr çıxarmağa imkan verən sənəd hazırlanmışdır və onu müxtəlif sektorlardan olan maraqlı tərəflərlə bölüşməkdir. Daha dəqiq desək, araşdırmada Azərbaycanda neft gəlirlərinin yaranması, toplanması, bölüşdürülməsi və yerləşdirilməsində mövcud vəziyyəti, gedən prosesləri və gözlənilən tendensiyaları, eləcə də bu sahədə beynəlxalq təcrübəni əhatəli öyrənmiş, səmərəliliyin və şəffaflığın artırılmasının kompleks həlli yollarının müxtəlif variantlarını tərtib etmişdir. Müxtəlif variantların tədqiqində modelləşdirmədən istifadə edilməsi, hər bir variantın öncədən müəyyən edilmiş meyarlar üzrə qiymətləndirməklə üstünlüklərinin və çatışmazlıqlarının müəyyənləşdirilməsi, və bu variantları mümkünlük testindən keçirməklə tövsiyələr paketi hazırlanmışdır. Tövsiyələr paketinin nəticəsinə uyğun olaraq isə fiskal, monetar, hüquqi və təşkilati sahələri ehtiva edən və neft hasilatının, iqtisadiyyatın, dövlət institutlarının, vətəndaş cəmiyyətinin inkişaf tempindən və xarici faktorlardan asılı olaraq mərhələli həyata keçirilməsi nəzərdə tutulan və müxtəlif sektorlardan maraqlı tərəfləri maraqlandıracaq dərəcədə praktik olan kompleks tədbirlər planı işlənib hazırlanmışdır. Problemin və həllinin araşdırılmasında ilk növbədə uzunmüddətli makroiqtisadi inkişaf perspektivləri əsas götürülmüş, neft gəlirlərinin bu perspektivləri ən optimal təsir variantları tədqiq edilmişdir və buna lazım olan fiskal və monetar strateji siyasət planı variantları işlənib hazırlanmışdır, bu variantlar nəsillərarası ədalətlilik, bölüşdürmə və yerləşdirmə səmərəlilikləri, uzunmüddətli inkişafa xidmət və xarici faktorların (neft qiymətləri və sair) dəyişməsinə həssaslıq kimi meyarlar üzrə dəyərləndirilmişdir.




  1. Tədqiqat nəticələri rəyçiyə təqdim edilmişdir. Rəyçi tərəfindən tədqiqat nəzərdən keçirilmiş və tədqiqatın təkmilləşdirilməsi üçün təkliflər layihənin ekspert qrupuna təqdim edilmişdir. Qrup nümayəndələri təklifləri detal olaraq müzakirə edərək onları tədqiqat işində nəzərə almışdır. Rəyçi tədqiqatda olan təkliflərin sayının azaldılmasını məqbul hesab etmişdir. Bu təklifə uyğun olaraq təkliflərin sayı 12-dən 7-dək azaldılmışdır.




  1. Tədqiqat ingiliscəyə tərcümə edilmişdir. Açıq Cəmiyyət İnstitutunun qaydalarına uyğun olaraq tədqiqat ingilis dilinə tərcümə edilmişdir. Tərcümə zamanı siyasət sənədinin yazılması üçün mövcud olan beynəlxalq qaydalar nəzərə alınmışdır. Eyni zamanda Açıq Cəmiyyət İnstitutunun təklif etdiyi meyarlar da əsas götürülmüşdür. Tərcümə baxılmaq üçün ingilis dilli ekspertə təqdim edilmişdir. Amerika Birləşmiş Statları təmsil edən ekspertin rəyləri nəzərə alınmışdır.




  1. İngiliscəyə tərcümə edilmiş tədqiqat beynəlxalq rəyçiyə təqdim edilmişdir. Beynəlxalq rəyçi tədqiqat işi ilə bağlı təkliflərini Açıq Cəmiyyət İnstitutu vasitəsi ilə layihənin ekspert qrupuna təqdim etmişdir. Beynəlxalq rəyçi tədqiqat işini beynəlxalq standartlara uyğun hesab etmiş və siyasət sənədinin təkmilləşdirilməsi üçün nəticə və təkliflər hissəsi üçün təkliflər ilə çıxış etmişdir. Beynəlxalq rəyçi də aydınlıq üçün təkliflərin sayının azaldılmasını məqsədə uyğun hesab etmişdir. Rəyçinin bütün təklifləri nəzərə alınmaqla ingilis dilinə tərcümə edilən siyasət sənədi təkmilləşdirilmişdir.




  1. Tədqiqat Açıq Cəmiyyət İnstitutunun təşkil etdiyi final konfransda təqdim edilmişdir. Tədqiqat qrupunun rəhbəri siyasət sənədini yerli və beynəlxalq ekspertlərin iştirakı ilə təqdim etmişdir. Təqdimatda tədqiqatın aparılmasi metodları, tədqiqat zamanı istifadə edilən nəzəri yanaşmalar, əldə edilən nəticələr öz əksini tapmışdır. Təqdimatda bildirilmişdir ki, neft gəlirlərindən istifadə sahəsində mövcud olan ən əhatəli və müxtəlif perspektivləri bir araya gətirməklə araşdırma aparılməş və bu zaman neft gəlirlərinin yaranması, toplanması, bölüşdürülməsi və yerləşdirilməsi, mövcud vəziyyət, gedən prosesləi və gözlənilən tendensiyalar, beynəlxalq təcrübə, münasib mənbələr və ədəbiyyat, səmərəliliyin və şəffaflığın artırılmasının kompleks həlli yolları, sistem yanaşma və alternativ variantların təhlili, öncədən müəyyənləşdirilmiş meyarlar üzrə dəyərləndirilmə aparılmışdır. Bu zaman daha çox əməli nəticələr çıxarmağa imkan verən sənəd hazırlanmış və onu müxtəlif sektorlardan olan maraqlı tərəflərlə bölüşdürülmüşdür. Variantların tədqiqində modelləşdirmədən istifadə edilmiş, üstünlüklərinin və çatışmazlıqların qiymətləndirilmsi, risk təhlili və mümkünlük testi nəzərə alınmaqla çoxsahəli və mərhələli tövsiyələr paketi hazırlanmışdır. Həyata keçirilən tədqiqat ilə bağlı ətraflı məlumat verildikdən sonra müzakirələr aparılmışdır. Beynəlxalq və yerli ekspertlərin müxtəlif sualları cavablandırılmışdır.




  1. Tədqiqat layihədə nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq aparılmışdır. Layihənin icrası ilə bağlı heç bir yubanma olmamışdır. Bu proqram çərçivsəində yazılan bütün siyasət sənədləri birgə təqdim edildiyindən və eləcədə ayrıca kitab şəkilində çap edildiyəndən layihənin icra planında və büdcəsində müəyyən dəyişikliklər edilmişdir. Dəyişikliklər ilə bağlı Açıq Cəmiyyə İnstiutuna vaxtında məlumat verilmişdir.

Hörmətlə,


Vüqar Bayramov
Layihənin Əlaqələndiricisi
Yüklə 24,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə