Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
  1   2   3   4   5   6   7   8   9   ...   37


PROFESSOR NƏCMƏDDİN ƏRBAKANIN HƏYATI
TÜRKİYƏ RESPUBLİKASININ
SABİQ DEPUTATI, ƏFSANƏVİ
BAŞ NAZİR, MÜHƏNDİS,
AKADEMİK, SİYASƏTÇİ
VƏ “MİLLİ GÖRÜŞ” LİDERİ 
Nəcməddin  Ərbakan  1926-cı  il  29 
oktyabrda Sinopda doğulmuşdur. Atası 
Adananın Kozan və Saimbəyli bölgəsin-
də yaşamış Kozanoğullarından Məhəm-
məd Səbri Ərbakandır. 
Ağır  cinayətlər  üzrə  cəza  rəisi  olan 
atasının müxtəlif yerlərdə vəzifəyə təyin 
olunması  ilə  əlaqədar  olaraq  uşaqlığı 
ayrı-ayrı  şəhərlərdə  keçən  Ərbakanın 
anası  da  Sinopun  tanınmış  ailələrindən 
birinin qızı Qəmər xanım olmuşdur.
Nəcməddin  Ərbakan  ibtidai  təhsilə 
“Kayseri  Cümhuriyyət  İbtidai  Məktə-
bi”ndə başlamışdır. Atası Trabzona yeni 
vəzifəyə  təyin  edildiyinə  görə  ibtidai 
təhsilini burada əlaçı olaraq tamamladı.
Ərbakan  xocanın  ilk  dəfə  mənəvi 
təsirlənməsi  hələ  3  yaşında  ikən 
Kayseridə  qaldıqları  evin  qarşısındakı 
tarixi  Laləli  Camesində  verilən  azanlar 
və qılınan camaat namazları ilə başlamış-
dır.  Onun  uşaqlıq  illəri  bu  camenin 
eyvanında  keç-
mişdir.  Ələlxüsus 
1928-ci  ilin  so-
nunda  bu  camedə 
qılınan  bir  cənazə 
namazından  ol-
duqca təsirlənmiş-
dir. 
Çox  kiçik  yaşlarda  namaza  və  oruca 
başlayan  Ərbakan  daha  sonralar  yenə 
atası  Məhəmməd  Səbri  bəyin  təqaüdə 
çıxıb  məskunlaşdığı  İstanbul  Fatehdəki 
İskəndərpaşa  Came  imamı  Məhəmməd 
Zahid  Kotku  həzrətləri  kimi  dövrün 
önəmli elm və ürfan əhlindən bəhrələn-
miş və mənəvi kamilləşmə mərhələsində 
bu  böyük  şəxsiyyətlərin  tərbiyəsində 
yetişmişdir.  
1937-ci ildə ibtidai təhsilini tamamla-
dıqdan  sonra  həmin  il  “İstanbul  Oğlan 
Liseyi”ndə  orta  təhsilini  davam  etdir-
məyə başladı. Məktəbdəki çalışqanlığına 
görə  dostları  tərəfindən  ona  “Dərya 
Nəcməddin”,  –  deyə  müraciət  edilirdi. 
Məktəbdə  “Sıfırçı  Avni”  olaraq  tanınan 
fizika  müəllimindən  ilk  dəfə  10  alan 
MİLLİ  GÖRÜŞ
3
Ərbakan Xoca xüsusi buraxılış


şagird də məhz o olmuşdur. 
Bütün sinifləri müvəffəqiyyətlə keçən 
Nəcməddin  Ərbakan  “İstanbul  Oğlan 
Liseyi”ni  1943-cü  ildə  əla  qiymətlərlə 
bitirdi.  O  dövrlərdə  liseyi  əlaçı  olaraq 
qurtaranları  universitetlərə  imtahansız 
qəbul  edirdilər.  Lakin  Nəcməddin 
Ərbakan imtahansız daxil olmağı qəbul 
etməyərək  imtahanlarda  böyük  uğur 
qazanınca  “İstanbul  Texniki  Universi-
teti”nin  ikinci  kursundan  birbaşa  ali 
təhsilə başladı. İbtidai sinfə altı yaşında, 
universitetə də ikinci kursdan başladığı-
na görə özündən iki yaş böyük olanlarla 
eyni kursda təhsil almalı oldu. “Texniki 
Universitet”dəki  kurs  yoldaşları  arasın-
da Süleyman Dəmirəl və Turqut Özal da 
var idi. 
O,  universitetdə  oxuduğu  illərdə 
universitet  tələbələrinin  namaz  qılması 
üçün məscid açılması məsələsində böyük 
cəhd göstərmiş və açılan məsciddə həm 
namaz  qılmış,  həm  də  elmi  və  dini 
söhbətlər etmişlər.
1948-ci ilin yayında “İstanbul Texniki 
Universiteti”ni  böyük  müvəffəqiyyətlə 
başa vuran Ərbakan həmin ilin iyununda 
“Maşınçılıq  Fakültəsi  Motorlar  Kur-
su”nda assistent olaraq vəzifəyə başladı. 
1948–51-ci  illər  arasındakı  bu  3  illik 
assistentlik dövründə o zaman doktorluq 
dissertasiyasının  yerini  tutan  qabiliyyət 
dissertasiyasını  hazırladı.  Siniflərdə 
dərsləri tədris etmək dosent və professor-
ların səlahiyyətində olmasına baxmaya-
raq, özü assistent olduğu halda, onun da 
dərs deməsinə izin verilmişdir. Qabiliy-
yət  dissertasiyasındakı  müvəffəqiyyə-
tinə  görə  universitet  tərəfindən  1951-ci 
ildə  Axen  Texniki  Universitetində  elmi 
araşdırmalar  aparmaq,  elm  və  təcrübə-
sini artırmaq üçün Almaniyaya göndəri-
lən Ərbakan alman ordusu üçün araşdır-
ma  aparan  “DVL  Araşdırma  Mərkə-
zi”ndəki araşdırma ilə məşhur olan və V1 
və V2-ləri inkişaf etdirən professor Şmit 
ilə birlikdə çox uğurlu işlər gördü. Axen 
Texniki  Universitetində  çalışdığı  il  ya-
rımda,  biri  doktorluq  dissertasiyası 
4
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


başa vuran Ərbakan həmin ilin iyununda 
“Maşınçılıq  Fakültəsi  Motorlar  Kur-
su”nda assistent olaraq vəzifəyə başladı. 
1948–51-ci  illər  arasındakı  bu  3  illik 
assistentlik dövründə o zaman doktorluq 
dissertasiyasının  yerini  tutan  qabiliyyət 
dissertasiyasını  hazırladı.  Siniflərdə 
dərsləri tədris etmək dosent və professor-
ların səlahiyyətində olmasına baxmaya-
raq, özü assistent olduğu halda, onun da 
dərs deməsinə izin verilmişdir. Qabiliy-
yət  dissertasiyasındakı  müvəffəqiyyə-
tinə  görə  universitet  tərəfindən  1951-ci 
ildə  Axen  Texniki  Universitetində  elmi 
araşdırmalar  aparmaq,  elm  və  təcrübə-
sini artırmaq üçün Almaniyaya göndəri-
lən Ərbakan alman ordusu üçün araşdır-
ma  aparan  “DVL  Araşdırma  Mərkə-
zi”ndəki araşdırma ilə məşhur olan və V1 
və V2-ləri inkişaf etdirən professor Şmit 
ilə birlikdə çox uğurlu işlər gördü. Axen 
Texniki  Universitetində  çalışdığı  il  ya-
rımda,  biri  doktorluq  dissertasiyası 
olmaqla  3  dissertasiya  hazırlayan 
Ərbakan  Almaniya  universitetlərində 
keçərli  olan  “Doktor-Mühəndis”  (Dr. 
İng.) adını aldı.
Almaniya İqtisadiyyat Nazirliyi üçün 
mühərriklərin  daha  az  yanacaq  yandır-
maları mövzusunda araşdırmalar apara-
raq məruzə edən və bu arada da dosent-
lik dissertasiyasını hazırlayan Ərbakanın 
“Dizel  mühərriklərdə  püskürdülən 
yanacağın necə yandığını” riyazi olaraq 
izah edən bu dissertasiyası Almaniyanın 
elmi dairələrində böyük əks-səda doğur-
du. Dissertasiya elmi məcmuələrdə nəşr 
edildiyi üçün o tarixdə Almaniyanın ən 
böyük  motor  fabriki  olan  və  dünyada 
mühərrikin  ilk  istehsal  olunduğu  Doyç 
motor  fabriklərinin  baş  direktoru  Prof. 
Dr.  Flaç  tərəfindən  Leopard  tanklarının 
mühərrikləri  ilə  əlaqədar  araşdırmalar 
aparmaq üçün bu fabrikə dəvət edildi.
Almaniya  İqtisadiyyat  Nazirliyinin 
Ruyr  yaşayış  sahəsindəki  fabriklərdən 
birinin  üzərində  araşdırma  aparmaq 
üçün  təşkil  edilən  heyətdə  o  da  iştirak 
etmişdir.  Eyni  zamanda  15  gün  Ruyr 
bölgəsindəki  bütün  ağır  sənaye  fabrik-
lərini  gəzmək  və  araşdırmalar  aparmaq 
fürsəti əldə etmişdir. 
II  Dünya  Müharibəsindən  sonra 
Almaniya  universitetlərində  doktorluq 
edən  ilk  türk  elm  adamı  olan  Ərbakan 
MİLLİ  GÖRÜŞ
5
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə