Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

miyyətini  bilməli,  buna  görə  də  hansı 
qövmdən,  qəbilədən  və  cəmiyyətdən 
olmağından asılı olmayaraq eyni müba-
rizəni  aparan,  İslam  davasına  qəlbi  ilə 
bağlanan  bütün  müsəlmanlarla  birlikdə 
hərəkət etməlidir. Onların dərdinə şərik 
olub üzüntülərindən narahat olmalı, fik-
rində,  zikrində  və  mübarizəsində  sabit-
qədəm olmalıdır. Atdığı hər bir addımda 
ümmətin  mənfəətini,  hüzurunu,  xoş-
bəxtliyini  və  müstəqilliyini  düşünmə-
lidir.
Milli Görüşçü soyunu inkar etməməli, 
soyuna görə utanmamalı, lakin soyu ilə 
öyünmənin İslama zidd olduğunu bilmə-
li,  insanlığı  bir  darağın  dişləri  kimi 
bərabər  olaraq  görməli  və  üstünlüyün, 
kəramətin  təqva  ilə  olduğuna  inan-
malıdır. Qövm, qəbilə və bölgə təəssüb-
keşliyinə  qarşı  vuruşmalı  və  Allahın 
adını ucaltmaq uğrunda can verməlidir.
Milli  Görüşçü  inandığı  haqq  yolda 
yorulmadan,  darıxmadan,  bezmədən 
çətinliklərə  sinə  gərərək  səbirlə  və 
sədaqətlə hərəkət etməlidir.
Milli  Görüşçünün  məqsədi,  vasitəsi, 
davası,  şəxsiyyəti  və  hədəfi  İslamdır. 
İslami  bir  cəmiyyət  yaratmaq,  İslamı 
həyat sistemi olaraq mənimsətmək üçün 
çalışmalıdır.  Fitnə  qalmayıb  bütün  din 
yalnız  Allaha  məxsus  olanadək  vuruş-
malıdır. Milli Görüşçü haqqı üstün tutan 
dünyagörüşünə  inanmalı,  Ədalətli  Qu-
ruluş  qurmaqla  bütün  insanlığı  xilas 
etmək  üçün  gücünü  tamam  səfərbər 
edən bir mücahid olmalıdır.
MİLLİ  GÖRÜŞ
57
Ərbakan Xoca xüsusi buraxılış


Həyat  doğru  ilə  yanlışın,  gözəl  ilə 
çirkinin,  faydalı  ilə  zərərlinin,  ədalətlə 
zülmün mübarizəsindən ibarətdir.
İslam öz içində yalnız müsəlmanlara 
deyil,  bütün  dünyaya  rahatlıq  və  sülh 
gətirəcək dəyərləri daşıyır. Gənclər də bu 
sülhün  təminat  yaradanıdır.  Sülh,  qar-
daşlıq,  sevgi,  ədalət  və  rahatlıq  bütün 
insanlığın  ortaq  tələbidir.  Müsəlman 
gənclərin  də  bu  dəyərləri  daşıması  bir 
məcburiyyətdir.
Daşıdığımız bu məsuliyyətlərin əksi-
nə bu gün bütün insanlıq bir böhran için-
dədir.  Sanki  İslam  dünyası  irqçi  impe-
rialistlərin  əlində  bir  qan  gölünə  çevril-
mişdir.  Bundan  başqa,  işsizlik,  aclıq, 
insan  haqlarının  pozulması  ilə  dünya 
gəncliyi böhrana sürüklənir. Böhrandan 
çıxmanın  yolu  yalnız  və  yalnız  Milli 
Görüşlə mümkündür.
Bizim davamızın əsası şəfqətdir. Məq-
sədimiz  bütün  insanlığın  səadəti  üçün 
var  gücümüzlə  çalışmaqdır.  İnsanlığın 
səadəti  naminə  çalışmaq  əqidəmizin 
tələbidir. Dünyanı yönləndirən və tarixə 
şan  verən  hərəkatların  sövqedici  gücü 
tarixən  də  gənclər  olmuşdur.  Çələbi 
Mühəmmədləri (Mehmedləri) və Fateh-
ləri  yetişdirən  bu  dünya  bağrından 
saysız-hesabsız qəhrəmanlar çıxarmış və 
yenə  də  çıxaracaqdır.  Bizim  hərəkatı-
mızın  mühərriki,  aparıcı  qüvvəsi  gənc-
likdir.
Gənc davasının bayrağını ən yüksəyə 
sancan  Ulubatlı  Həsənlərin  yolu  ilə 
gedən  insandır.  Gəncliyini  insanlığın 
qurtuluş davasına həsr edən Milli Görüş 
gəncliyi həmişə dünən olduğu kimi, yeni 
dövrdə də şahə qalxaraq böyük dastanlar 
yaradacaq  potensiala  malikdir.  Bu  ba-
xımdan  Milli  Görüş  gənci  sağlam  bir 
etiqad və əqidəyə sahib olmalı, daxili və 
zahiri  təmizliyinə  də  diqqət  etməlidir. 
İbadətlərində səhlənkar olmamalı, əxlaq 
sahibi  bir  insan  olaraq  öz  nəfsini  də 
tərbiyə  edərək  bütün  insanlığın  səadəti 
üçün çalışmalıdır.
Bunu  da  unutmamalıyıq  ki,  istər 
Səlcuqilər,  istərsə  də  Osmanlılar  min 
ildən  bəri  yer  üzündə  haqqı  və  ədaləti 
təsis  etdilər.  Yalnız  çox  böyük  dövlət 
adamları,  elm  adamları  olduğu  üçün 
deyil, eyni zamanda hər cəhətdən güclü 
olduqları  üçün  yer  üzündəki  bu  böyük 
xidməti Cənabı-Allah onlara nəsib etmiş-
dir, çünki Anadolunun hər yerində alim-
lər insanları hidayət edir və gənclərimizə 
nümunə olurdular. Bu gözəl nümunələri 
görən gənclərimiz həmin əqidə və imanla 
tərbiyə  olunur,  bir  Seyid  Çavuş  belə 
ortaya çıxırdı. Tariximizdəki bütün zəfər-
lər  silahla  və  maddi  üstünlüklə  deyil, 
yalnız iman, eşq və əzmlə qazanılmışdır. 
Bir  ölkənin  gücü  onun  tankı,  topu  və 
pulu deyil, imanlı övladlarıdır. Bunun da 
əsasının  əqidəli,  milli  və  mənəvi  dəyər-
lərinə  bağlı  ailələr  olduğu  unudul-
  “MİLLİ GÖRÜŞ” LİDERİ
MƏRHUM  PROF. DR.
NƏCMƏDDİN ƏRBAKANIN
GƏNCLİYƏ MÜRACİƏTİ 
58
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


mamalıdır.  Əqidə  hər  şeyin  təməlini 
təşkil  edir  və  gənclər  sağlam  bir  imana 
sahib olmalıdırlar. 
Dəyərli  gənclər,  insanların  xeyiri  və 
səadəti  üçün  bütün  gücünüzlə  çalışın. 
Hər nəfəsin hesaba çəkiləyəcəyini bilərək 
xeyirxahlıq yolunda çalışın. Ömrünüzün 
sonuna  qədər  insanlığa  xidmət  etməyə 
davam edin.
Həm  də  əsl  hünər  yük  altında  və 
xidmət  əsnasında  sadiq  və  sağlam  qala 
bilməkdir.  Yoxsa,  çay  söhbətlərində  və 
ədəbiyyat  kürsülərində  qəhrəmanlıq 
göstərmək çox asandır. Bu baxımdan bir-
bir bu deyəcəyim sözlərə qulaq asın. Milli 
Görüşü  və  bugünkü  hadisələri  bilmək 
üçün  mütləq  tariximizi  yəqinliklə  tanı-
maq  məcburiyyətindəyik.  Məhz  buna 
görə  Milli  Görüşün  təmsil  etdiyi  böyük 
mənaya görə sözlərimə diqqət edin.
Dəyərli  gənclər,  hər  hansı  bir  şəxs 
Malazgirddə  imanının  şahə  qalxışını 
yaşamadan,  Kosovada,  Niqboluda  bir 
qılınc  olub  parıldamadan,  Ulubatlı  Hə-
sən olub İstanbulu fəth etmədən, Sultan 
Fateh olub atını dənizə sürmədən, Qanu-
ni olub şanlı orduları ilə Avropanın içinə 
yerimədən, Seyid Çavuş olub 250 kq-lıq 
mərmini  “Ya  Allah!”  –  deyərək  lüləyə 
keçirmədən,  Sakaryanın  səngərinə  gir-
mədən  və  Kiprdə  düşmən  xəndəyinin 
arasından  keçmədən  Milli  Görüşün  nə 
olduğunu başa düşə bilməz.
Siz  bu  şüura  sahib  gənclər  olaraq 
insanlığın  səadəti  üçün  çalışırsınız.  Bü-
tün  dünyanın  sizin  bu  sahədəki  fəaliy-
yətinizə nə qədər ehtiyacı olduğunu çox 
yaxşı  bilirsiniz.  Bu  dünyanı  inşallah  siz 
xilas  edəcəksiniz,  çünki  yaşadığımız 
hadisələrin bir dərmanı var, illərdən bəri 
təcrübələrimizlə  izah  etdiyimiz  kimi  bu 
dərman  da  yalnız  Milli  Görüşdür.  Bu 
davanın  mühərriki  olaraq  əzmlə  çalış-
mağınız  və  fəaliyyətiniz  inşallah  dün-
yadakı  insanları  xilas  edəcəkdir.  Hamı-
mız savabı da, günahı da olan böyük bir 
məsuliyyətin altındayıq.
İllərdən  bəri  bütün  insanlara  eşitdir-
məyə  çalışdığımız  hərtərəfli  həqiqətləri 
qəlbdən-qəlbə  nəsillər  boyunca  daşı-
yacaq gənclərimizin insanlığın gözlədiyi 
böyük  həmləni  ən  qısa  zamanda  ger-
çəkləşdirəcəklərinə  olan  inamımız  bö-
yükdür. 
Bu  münasibətlə  ölkəmizin  (o  cüm-
lədən  İslam  dünyasının)  hər  yerində 
canla-başla  fəaliyyət  göstərən  bütün 
gənclərimizin alınlarından öpür, müvəf-
fəqiyyətlər arzulayıram. Allah hamımızı 
Cənnətində görüşdürsün! 
MİLLİ  GÖRÜŞ
59
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə