Milli Gorush ich


– 28 fevral və 12 sentyabrı bir-biri ilə



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

– 28 fevral və 12 sentyabrı bir-biri ilə 
müqayisə  etsək,  hansı  daha  ağır  idi? 
Həmin günlərdə nələr yaşadınız? 
–  12  sentyabrda  mən  12  yaşımda 
olduğum  üçün  mənə  daha  çox  təsir 
etmişdi. Atam o gün səhər vaxtı qalxdı. 
Xəbəri  eşidəndə  hər  dəfə  etdiyi  kimi 
dəstəmaz alıb namaz qıldı. Ondan sonra 
anamı  çağırdı.  Bizə  “gəlməyin”,  –  dedi. 
Sonra anamın bizə danışdığına görə ona 
tövsiyələr  vermiş  və  belə  demiş:  “Bəzi 
hadisələr  baş  verə  bilər.  Heç  bir  zaman 
Cənabı Allaha olan təslimiyyətinizi tərk 
etməyin. Uşaqlara de üzülməsinlər”. 
–  Sizin  həmin  vaxtlarda  xəstələndi-
yinizi söyləyirlər. 
–  Bəli.  Hərbiçilərin  gəlib  onu  apar-
dığını görəndə 12 yaşın təsirindən özüm-
dən getmişəm. Vəziyyətim pişləşir. Məni 
xəstəxanaya  aparırlar.  Təzyiqim  15-23 
olubmuş.  Anama  isə  yüzdə  yetmiş  beş 
ifliç  deyiblər.  Vücudumun  sol  tərəfi 
qismən  ifliç  olmuşdu.  Anam  çox 
kədərlənir.  Amma  şükürlər  olsun  ki, 
sıxıntı  olmadan  bu  vəziyyətdən  çıxa 
bilmişdik.  Ertəsi  gün  cəza  evində 
görüşmək üçün icazə verirlər. Müəyyən 
yaşdan kiçik olanları görüş üçün burax-
mırlar.  Ancaq  ilk  ziyarət  olduğu  üçün 
kim  kimi  gətirmək  istəyirsə,  gətirsin,  – 
deyirlər.  Mənim  də  xəstəxanadan  3 
gündən əvvəl çıxmağıma icazə vermirlər. 
Xəstəxananın  baş  həkiminə:  “Mən  də 
gedəcəyəm.  Əgər  icazə  verməsəniz, 
buradan  qaçaram”  –  dedim.  Həkim: 
“Qətiyyən  olmaz”  –  deyərək  etirazını 
bildirdi. Amma həmin an anama baxdı. O 
da:  “Edər”  –  deyincə  çarəsiz  qalıb  izin 
verdi. Beləcə, görüşməyə mən də getdim. 
– Görüşdə nə oldu? 
– Orada etdiyim ən gözəl hərəkət ona 
gizli nəsə verməyim oldu. Çox yemək və 
ərzağı  içəri  buraxmırdılar.  Kartof  belə 
aparanda  bir-bir  arasına  baxırdılar. 
Evdən yemək aparmaq üçün bir xəstəliyi 
var – deyə icazə aldıq. Şokolad aparmaq 
qadağan  idi.  Ancaq  atam  şokoladı  çox 
sevərdi.  Alıb  cibimə  qoyardım.  Bizdən 
əvvəlki  qrup  içəri  daxil  olarkən  və 
içəridəki  qrup  çıxarkən  50  nəfərlik  bir 
qarma-qarışıqlıq olurdu. Mən o qarışıq-
lıqdan istifadə edib qrupla içəri girərdim. 
O vaxt da şokolad və ya gizli bir məktub, 
əmanət,  pul  nə  varsa,  əvvəlcədən  ve-
rirdim.  Sonra  anamla  içəri  daxil  olanda 
səssizcə  özümü  indi  gəlmiş  kimi  gös-
tərərdim. 
12 SENTYABRIN SƏHƏRİSİ
GÜNÜ NƏ SÖYLƏDİ
CƏZA EVİNDƏ GİZLİCƏ
İÇƏRİ NƏ KEÇİRDİ 
MİLLİ  GÖRÜŞ
75
Ərbakan Xoca xüsusi buraxılış


– Atanız 28 fevralda evə gələndə necə 
idi? 
–  Gecəyarısı  evə  gəldi.  Paltarını  də-
yişdi. Pijamasını – ev paltarını geyindi. O 
qədər rahat idi ki. Sanki xaricdən qonaq 
gəlmiş  kimi  görünürdü.  Mətbəxdə 
oturub: “Hadi bakalım bir soda verin”, – 
dedi. Anam bir tərəfdən Quran oxuyur, 
digər  tərəfdən  də  için-için  ağlayırdı. 
Yaxşı olsun deyə dua edirdi. Bir yandan 
da  gələn  telefon  zənglərinə  cavab 
verməyə çalışırdı. Anam bir həyəcan və 
maraqla: “Nə oldu? Kim nə dedi? Danış” 
– deyə suallar yağdırmağa başladı. Atam 
isə:  “Sən  sakit  ol.  Otur  burada.  Heç  bir 
şey  olmayıb”  –  deyə  cavab  verdi. 
Sodasını  içdi.  Sonra  “Artıq  gecdir.  Gecə 
də  qalxmalıyıq.  İndi  gedib  yataq.  Səhər 
vaxtı  inşallah  söhbət  edərik”  –  dedi. 
Əhəmiyyətli hadisələrdə hər zaman belə 
cavab  verərdi.  Sonra  şəkillərdə  də 
görmüş  olarsınız,  xəfif  yan  duran  bir 
təkkəsi var. Onu geyindi və gedib yatdı. 
Hər zamankı kimi gecə təhəccüd nama-
zına,  sonra  da  sübh  namazına  qalxdı. 
Anam sabaha qədər heç yatmadı. Amma 
təbiidir  ki,  anam  sabaha  qədər  də 
sakitləşmiş oldu. 
–  O  çətin  vaxtlarda  sizə  görə  ən 
əhəmiyyətli hadisə nə idi? 
– 12 sentyabrdakı hadisələrdən biri də 
narkotik  maddələr  qaçaqçılığı  iddiaları 
ilə bağlı idi. Anam həmin vaxtlarda məni 
yanına  çağırıb:  “Otur  burada.  Artıq 
mənim  gücüm  qalmadı.  Atan  edam 
ediləcək.  Özünü  buna  hazırlaşdır. 
Edilməzsə,  sevin”,  –  dedi.  Hər  halda, 
doğrudan  da,  dayanacaq  gücü  qalma-
mışdı. 
– Siz o zaman nə düşündünüz? 
– O an “nə olur?” – deyə düşündüm. 
Hər  halda  “Atasız  qalacam”,  –  deyə 
fikirləşdim. Sonra “Ölümü bir qəza ilə də 
ola  bilərdi”,  –  deyə  düşündüm.  Daha 
28 FEVRAL GECƏSİ
EVDƏ NƏ DEDİ
ATAN EDAM EDİLƏCƏK
76
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


sonra anam bizə bir az daha çox hirslənər 
– deyə ağlıma belə bir fikir gəldi, çünki 
anamın  bizə  hirslənməsinə  atam  da 
qəzəblənərdi. 
–  Axirətə  hicrətinin  üstündən  artıq 
bir  il  keçdi.  Yoxluğunda  nə  hiss  edir-
siniz? 
–  Hər  şeyi  onunla  məsləhətləşərək, 
fikrini  öyrənərək  etməyə  öyrəşdiyimiz 
üçün özümü bir az boşluqda hiss edirəm. 
Hələ  nəticəyə  gəlməyim  tələb  olunan 
qərarlarda  ondan  məsləhət  ala  bilməyi 
çox istərdim. 
–  Sizə  hər  hansı  bir  vəsiyyəti  ol-
dumu? 
– Heç bir zaman oturun, mənim sizə 
vəsiyyətim  var,  –  demədi.  Amma 
nəsihətləri  olurdu.  Biz  bu  yolda  Allah 
rizası üçün çalışırıq. Taqətimiz çatanadək 
necə olursa-olsun çalışacağıq, – deyərdi.
 
–  Sizə  görə  onun  Türkiyəyə  və 
dünyaya  miras  qoyub  getdiyi  ən  əhə-
miyyətli xidmət nədir? 
–  Bu  gün  həm  ölkəmizdə,  həm  də 
İslam ölkələrində mübarizənin nədən və 
necə  ediləcəyini  xüsusi  olaraq  göstər-
məsidir.  Bu  işin  əqidə  və  əzmlə  yerinə 
yetirilə biləcəyini ortaya qoydu. Gələcək-
də  necə  böyük  xidmətlər  etdiyi  daha 
yaxşı başa düşüləcək deyə düşünürəm. ... 
Məkanı  Cənnət  olsun!  İnşallah  Rəb-
bim bizi də orada görüşdürəcək.  
Müsahibəni apardı:
Əbubəkr Gülüm 
“Milli Qəzet”; 25 fevral 2012-ci il  
MİLLİ  GÖRÜŞ
77
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə