MiLLİ HÖkuməTİn siyasi, İQTİsadi VƏ MƏDƏNİ reformalarinin yeriNƏ yetiRİLMƏSİNDƏ demokratiK



Yüklə 213,39 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix08.07.2018
ölçüsü213,39 Kb.
#53772
1   2   3   4   5   6   7

 

 

www.achiq.info



  

 



 

Azərbaycan xalqı sürətli addımlarla siyasi, iqtisadi və mədəni maarif sahəsində getdikcə 

böyük müvəffəqiyyətlər əldə edirdi. 

Təkcə bunu qeyd etmək kifayətdir ki, milli hökumət Təbriz universitetinin binası üçün 2 

milyon 500 min tümən təxsisat ayırmışdı. 

Azərbaycanda yaradılan yeni mədəniyyət ocaqlarından bəhs edən «Demokrat» məcmuəsi 

yazır ki, indi Azərbaycanın şəhər və kəndlərində hər gün minlərlə yeni mədəni maarif ocaqları 

yaranmaqdadır. Məktəblərdə yoxsul uşaqlar üçün pulsuz təhsil imkanı yaranmışdır

6



İstibdad üsuli idarəsinin hökm sürdüyü illərdə Azərbaycan zəhmətkeşlərinin balaları 



məktəblərdə oxumaqdan və təhsil almaqdan məhrum idilər. 

«Azad millət» qəzeti bu haqda yazır: İranın iyirmi illik irticai hökumət dövründə İran 

məmləkəti bütün ictimai və iqtisadi sahələrdə dala qalıb, həmin irticai dövlət uzun illər boyu 

məmləkətin inkişafından ötrü heç bir faydalı iş görməmişdir. 

Təhsil İranda yalnız dövlətli uşaqlarından ötrü idi. Hər kimin ki, pulu yox idi, onun uşaqları 

oxumaqdan məhrum idi. Bu vəziyyət Azərbaycanda demokratik və milli hərəkatımıza qədər 

davam etdi»

7



Milli hökumətin mühüm tədbirlərindən biri də keçmiş irticai quruluşdan xalqa miras qalmış 

savadsızlığı az bir müddət içərisində ləğv etmək idi. 

Azərbaycan Demokrat Firqəsi və milli hökumət ölkənin yaralarını sağaltmaq, onun mədəni 

iqtisadi sahələrini inkişaf etdirmək üçün geniş xalq kütlələrinin kiçikdən tutmuş böyüyə qədər 

savada və elmə yiyələnməsini günün zəruri və vacib məsələlərindən biri hesab edirdi. Məhz 

buna görə də Azərbaycanın bütün şəhər və kəndlərində savadsızlığa qarşı mübarizə aparmaq 

şüarı altında xüsusi siniflər təşkil edildi. Azərbaycanın maarif idarəsi və firqə komitələri bu 

sahədə böyük iş gördülər. 

Kəndlərdə kəndlilər öz qüvvələri ilə məktəb binaları tikirdilər. Xalq kütlələrinin bu zövqünü 

və milli hökumətin tədbirlərinə olan sonsuz məhəbbət və əlaqəsini göstərən qəzet yazır: 

bildiyimiz kimi, keçən ilin ərzində Azərbaycan kəndliləri öz xərcləri ilə 2 000məktəb binası 

tikmişdilər. Bu xalqımızın mədəniyyətə, elm və sənətə olan əlaqəsini göstərir

8



Bunu göstərmək kifayətdir ki, milli hökumət yeni təsis olunacaq məktəblər, gecə kursları və 



universitetin təkmilləşdirilməsinə 10 milyon 600 iyirmi min 230 tümən büdcə ayırmışdı. 

İmperialistlər və onların əlaltıları olan İran hakim dairələri Azərbaycana hər sahədə zərbə 

vurmuş, bu xalqın yeni nəslinin inkişafının qarşısını alaraq onu bədbəxtliyə, uçuruma və 

məhvə doğru sövq etmişlər. 

İran irticasının Azərbaycanın gənc nəslinə göstərdiyi bu düşmənçilik münasibəti nəticəsində 

Azərbaycan uşaqlarının çox hissəsi yetim və başsız qalmış, böyük fəlakət içərisində idilər. 

İmperializmin və İranın irticai üsuli idarəsinin bu çürük qayda qanunlarını ifşa edən və onları 

damğalayan «Azərbaycan» qəzeti yazır ki, hər gün sayı artan bu dilənçilərin fikrini çəkən və 

ölkənin heysiyyətini düşünən bir məmur, bir hakim, bir hakimiyyət orqanı yox idi. Dövlət 

bunlara adi bir şey kimi baxırdı

9



Öz ölkəsinin, xalqının səadət və xoşbəxtliyi uğrunda böyük addımlar atan milli hökumət 




 

 

www.achiq.info



  

 



 

yetim və sahibsiz uşaqların tərbiyəsi, onların qayğısına qalmaq sahəsində də bir sıra ciddi 

tədbirlər həyata keçirtdi. 

Milli hökumətin qərarında göstərilir ki, «Azərbaycan milli hökuməti xalqın istiqbal, səadətini 

və həmçinin gələcək nəslin mədəniyyət və səhhət cəhətindən tərəqqisini təmin etmək məqsədi 

ilə yetim sahibsiz uşaqları küçələrdən yığıb tərbiyə etmək üçün pərvəriş və tərbiyə evləri 

açmalıdır. Hökumətin qərarına görə 3 yaşından 14 yaşına qədər olan yetim, sahibsiz qız və 

oğlan uşaqlarını tərbiyə etmək üçün birinci növbədə Təbriz şəhərində iki qız və iki oğlan 

tərbiyəxanası təşkil ediləcək və başqa şəhərlərdə də bu cür müəssisələr yaratmaq üçün hazırlıq 

görüləcəkdir»

10



Milli hökumətin bu tədbiri də Azərbaycan xalqı tərəfindən çox sevinc və hərarətlə qarşılandı. 



«Urumiyyə» qəzeti xalqın bu sevincini belə ifadə etmişdir: «...Azərbaycan milli hökumətimiz 

yetim sahibsiz uşaqların tərbiyəsi haqqında gözəlcə tədbirlər və xudapəsəndanə fikir və 

təsmimlər nəzərə alıb. Milli hökumət yetim uşaqları və sahibsiz qızları öz nazpərvərdləri və 

bir güldəstəsi kimi məhəbbət ağuşunda bəsləmək fikrindədir. Ona görə lazım görürük ki 

Urmiyə əhalisinə müjdə verək. Sevgili hökumətimizin bu ali fikrinin parlaq şüası az bir 

zamanda bu şəhərdə də hamının gözlərini işıqlandırıb yeni bir dünya və yeni bir səadətə sövq 

etdirəcək»

11



Mili hökumət Azərbaycanın yeddi. şəhərində, ö cümlədən Təbriz, Urmiyə, Ərdəbil, Marağa, 

Zəncan, Xoy və Əhərdə tərbiyə evləri açmaq üçün 1 milyon 500 min tümən təxsisat buraxdı. 

İşsizliyə qarşı mübarizə aparmaq, yeni karxanalar və fabriklər yaratmaq, keçmiş dövrdə 

bağlanmış karxanaları işə salmaq milli hökumətin qarşısında duran iqtisadi tədbirlərdən biri 

idi. Məhz milli hökumət bu mühüm işin öhdəsindən bacarıqla gələ bildi. «Azərbaycan» qəzeti 

bu haqda yazır ki: dayanmış «Pəşminə» toxuculuq karxanasını işə salmaq və beləliklə də neçə 

yüz nəfər işsiz qalmış fəhlələri işlə təmin etmək üçün milli hökumətimiz xalq qoşunları 

nazirliyinin sifarişlərini yerinə yetirmək məqsədi ilə o karxanaya bir milyon riyal pul 

buraxmışdır

12



İrtica hakimiyyəti dövründə ölkədə hökm sürən işsizlik haqqında «Azad millət» qəzeti 

yazmışdır ki, Azərbaycanda hərəkatımıza qədər fəhlələrin, əkinçilərin və aşağı təbəqələrin 

həqqi həyat şəraiti olduqca ağır idi. İşsizlik xalqın həyatını təhdid. edirdi. 

Milli hökumətdən əvvəl işsizlik bütün ölkəni. başdan başa bürümüşdü, təkcə bunu göstərmək 

kifayətdir ki, Azərbaycanda 10 mindən artıq işsiz var idi. İranın başqa vilayətlərində də 

işsizlik fəhlələrin və zəhmətkeşlərin həyatı üçün qorxu törədirdi. İran dövlətinin illər uzunu 

həll edə bilmədiyi belə bir xəstə halı, işsizlik məsələsini yalnız Azərbaycanda xalqın milli 

azadlıq hərəkatı nəticəsində yaradılmış milli hökumət həll etdi. 

İndi üç dörd yüz fəhlə ailəsinin maaşını təmin edən «Bustan» karxanası hərəkatımızdan əvvəl 

bağlanmaq ərəfəsində idi, «Pəşminə» karxanası idarə edənlərin xəyanəti nəticəsində 

hərəkatdan əvvəl bağlanmış, nəticədə yüzlərlə fəhlə işsiz qalmışdı.. İndi hökumətimizin 

binagüzarlığı nəticəsində həmin karxanalar işə düşüb, indi isə gecə gündüz işləyir

13



Milli sənayeni dirçəltmək, yeni fabrik və zavodlar açmaq və ölkənin sənayeyə olan 



ehtiyaclarını təmin etmək kimi mühüm məsələ milli hökumətin diqqət mərkəzində dururdu. 

Təbrizdə trikotaj «Zəfər» fabrikinin, «Azərbaycan» papiros və çay fabriklərinin açılması milli 

hökumətin gördüyü iqtisadi tədbirlərdən biridir. 



Yüklə 213,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə