MiLLİ HÖkuməTİn siyasi, İQTİsadi VƏ MƏDƏNİ reformalarinin yeriNƏ yetiRİLMƏSİNDƏ demokratiK



Yüklə 213,39 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix08.07.2018
ölçüsü213,39 Kb.
#53772
1   2   3   4   5   6   7

 

 

www.achiq.info



  

 



 

«Azərbaycan» jurnalı bu münasibətlə yazır: «Bu müddətdə ticarət işləri yoluna qoyulmuş

tətil edilən sənaye müəssisələrinin çoxu işə salınmış, yeni karxanalar: iplik paltar toxuyan 

«Zəfər» karxanası və sairə açılmış, məmləkətdə bolluq yaranmışdır»

14

. Milli hökumətin 



köməyi ilə bu sənaye müəssisələrinin işi canlandırılmışdı. 

Milli hökumət yeni tikintilər üçün 5 milyon tümən pul ayırmış və tikinti işlərinin başlanması 

minlərlə fəhləni işlə təmin edirdi

15



Milli hökumət köhnə yolları təmir etmək, asfalt yollar, yeni yollar salmaq və yeni körpülər 

qurmaq sahəsində də bir sıra müvəffəqiyyətli işlər gördü. Sayinqala, Miyandab, Əhər, 

Miyana, Xalxal, Astara. Ərdəbil, Zəncan və Təbriz yollarını, Mahabad, Miyandab, Astara, 

Ərdəbil, Nir, Sarab və Bostanabad körpülərini yeniləşdirmək və təmir etməklə minlərlə 

işsizləri işlə təmin etdi. 

Milli hökumət tərəfindən şose və dəmir yollarının təmiri, təzə yolların çəkilməsi, yeni teleqraf 

xətlərinin və poçt idarələrinin düzəldilməsi üçün poçt teleqraf nazirliyinə 8 milyon 795 min 

tümən təxsisat ayırmışdı. Həmin büdcədə yeni binaların tikilməsinə və dövlət binalarının 

təmir edilməsinə .2 milyon tümən pul nəzərdə tutulmuşdu. 

Təbrizdə nəşr edilən «Demokrat» məcmuəsi yazır ki, indi hər kəs Azərbaycana baxarsa, 

firqəmizin rəhbərliyi ilə yaranmış və vücuda gəlmiş böyük tarixi işləri görə bilər: təzə 

tikintilər, şose yollarının çəkilməsi, böyük şəhərlərdə xiyabanlara asfalt döşənməsi — bütün 

bunlar canlı misallardır

16



Milli hökumət dövründə xalqın rifahı üçün görülən ictimai iqtisadi tədbirləri Azərbaycan 

xalqının həyatında irəliyə doğru böyük addım hesab edən «Yeni şərq» qəzeti yazır: «Bir il 

bundan qabaq xarabazara çevrilmiş şəhərlərimiz və gündən günə zibillik içində qərq olan 

xiyabanlarımız indi asfalt olub və olmaqdadır. Bu təsirli və ciddi addımları xalq gözləri ilə 

görür və ondan istifadə edir»

17



«İzvestiya» qəzeti Azərbaycanda həyata keçirilən ictimai iqtisadi tədbirləri belə 

qiymətləndirmişdir: 

«Demokratik hərəkat İran Azərbaycanında xüsusi yüksəlişə nail olmuşdur. İran 

Azərbaycanının əhalisi isə uzun müddət ərzində nəinki siyasi, eyni zamanda milli zülmə, ağır 

cəza və təqiblərə məruz qalmışdır. Buna görə də Azərbaycanda islahat uğrundakı hərəkat İran 

dövləti çərçivəsində milli muxtariyyət uğrundakı mübarizəyə çevrilmiş və artıq yerli 

Azərbaycan əhalisinin əsas mənafeyinə uyğun bir sıra milli demokratik islahatların həyata 

keçirilməsi ilə nəticələnmişdir»

18



Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə Azərbaycan həmkarlar İttifaqı Təbriz 



şəhərində 40 mindən artıq fəhlə və sənətkarı öz bayrağı altında birləşdirmişdi. 

Azərbaycan Demokrat Firqəsi fəhlələrin hüquq və mənafeyini qorumaq yolunda böyük işlər 

görmüşdür. Azərbaycanda qələbə çalmış milli azadlıq hərəkatı nəticəsində fəhlələrin yaşayış 

vəziyyəti keçmişlə müqayisəedilməz dərəcədə yaxşılaşdı. 

Demək lazımdır ki, Azərbaycan Demokrat Firqəsi həmişə fəhlə sinfinin mənafeyini qorumaq 

yolunda heç bir fədakarlıqdan çəkinməmişdir. 

Azərbaycan milli məclisinin 1946 cı il iyul tarixli 52 maddədən ibarət iş qanununun elan 

edilməsi Azərbaycan fəhlələrinin həyatında yeni bir dönüş əmələ gətirdi. Bu qanun 




 

 

www.achiq.info



  

 



 

Azərbaycan fəhlələrinə 8 saatlıq iş hüququ, tətil, sığorta, istirahət və s. hüquqlar verdi ki, 

bunun da hələ o vaxta qədər İranda belə misli görünməmişdi. həmin qanun fəhlələrlə zavod və 

fabrik sahibləri arasında meydana çıxan ixtilafları aradan qaldırmaqda böyük rol oynadı və 

fəhlələrin iqtisadi hüquqlarını təmin etdi. 

Azərbaycan fəhlələri milli hakimiyyəti ələ aldıqdan sonra iki azadlığa nail oldular: 

«birincisi— ümumazərbaycan xalqı kimi milli azadlıq, ikincisi — ümum fəhlələrin 

mənafeyini təmin etmək vasitələri ilə sinfi azadlıqdır ki, hər ikisi də fəhlə sinfinin mübarizə 

tarixində qızıl xətlərlə yazılacaqdır

19



«Qələbə» qəzeti Azərbaycan fəhlələrinin siyasi və iqtisadi hüquqlar əldə etməsindən 

danışaraq yazır: «Milli hərəkatımızın kargərlərimizə verdiyi hüquq azadlığı onları Şərqin ən 

xoşbəxt və səadətli kargərləri diyə tanıya bilmişdir»

20



Milli hökumət Azərbaycanın iqtisadiyyatını yüksəltmək, xalqın güzəranını yaxşılaşdırmaq 

məqsədi ilə Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Xoy, Marağa, Əhər, Miyana, Maku, Salmas, 

Azərşəhr, Miyandab, Astara, Xalxal, Meşkinşəhr, Sulduz, Mərənd, Sarab və Ələmdarda 

dövlət mağazaları açaraq dövlətin inhisarında olan qənd, çay, parça, tütün, papiros və s. 

malların sabit və ucuz qiymətlə ticarətini təşkil etdi. Bundan başqa, milli hökumət bir milyon 

tümən məbləğində xəzinə sənədləri çap etdi. Bu da fəhlələrə və işçilərə bir tümən pula bir 

qran, yəni 10% ucuz mal almaq üçün imkan verirdi. 

Milli hökumətin bütün bu və s. tədbirləri İran mürtəcelərinin və onların ağaları olan amerikan 

ingilis imperialistlərinin milli azadlıq hərəkatını iqtisadi blokada və təzyiq yolu ilə boğmaq 

qəsdlərini puça çıxartdı. 

Milli hökumət Azərbaycan xalqının sağlamlığını təmin etmək işləri üçün Azərbaycanın 

səhiyyə nazirliyinə 5 milyon 30 min tümən büdcə ayırmışdı. 

Azərbaycan xalqının bu nailiyyətlərini İranın istibdad üsulundan cana doymuş xalqları böyük 

rəğbətlə qarşıladılar. 

Tehranda nəşr olunan «Şahbaz» qəzeti Azərbaycan xalqının bu  nailiyyətləri haqqında yazır: 

«İran Azərbaycanında tam bir asayiş vardır. Əhali milli hökumətin tədbirlərindən, o cümlədən 

işsizliyin ləğv edilməsi, ərzaq şeyləri qiymətinin aşağı düşməsi, İran Azərbaycanı şəhər və 

kəndlərinin abadlaşmasından razıdırlar»

21

 

Azərbaycan əhalisinin beşdə dörd hissəsindən çoxu kənd təsərrüfatı ilə məşğuldur. Kəndli 



torpaqları isə ümumi torpağın ancaq 10 faizini təşkil edir. Burada kənd təsərrüfatının geri 

qalması, torpaq üzərində hakimiyyət, torpaqdan istifadə şərtlərinin və vergilərin ağırlığı 

kəndlilərin acınacaqlı vəziyyətini gündən günə ağırlaşdırır. 

Azərbaycanda iri mülkədar sahiblərindən Zülfüqarı, Səməd xan, Abdulla xan, İsgəndərilər, 

Məməqanilər və sairələri göstərmək olar ki, bunlar illər boyu qəsb etdikləri torpaqları 

kəndlilərə icarəyə verərək məhsulun beşdə dörd hissəsini zorla kəndlilərin əlindən alırdılar. 

«Urumiyyə» qəzeti Azərbaycanın münbit torpağa və bol məhsula malik olmasından danışaraq 

yazır: bizim Azərbaycanımız həm münbit torpağa malik, abhava cəhətdən qayət dərəcədə 

əlverişli və qəni olmaqla bərabər, əkinçiliyə İranın başqa yerlərindən daha uyğundur!.

22

 



Azərbaycan kəndlilərinin yetişdirdiyi bol taxıl, meyvə və bəslədikləri mal qaranın məhsulu 

nəinki xalqın ehtiyacını təmin edir, hətta Azərbaycan, Tehran və onun vilayətləri üçün də bir 




Yüklə 213,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə