MiLLİ HÖkuməTİn siyasi, İQTİsadi VƏ MƏDƏNİ reformalarinin yeriNƏ yetiRİLMƏSİNDƏ demokratiK



Yüklə 213,39 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix08.07.2018
ölçüsü213,39 Kb.
#53772
1   2   3   4   5   6   7

 

 

www.achiq.info



  

 



 

azuqə mənbəyidir. Bütün bunlara baxmayaraq milli azadlıq hərəkatının qələbəsinə qədər 

Azərbaycanda feodal münasibətlərinin hökm sürməsi, mülkədarların və jandarmların sonsuz 

zülm və istismarı, kəndlilər üzərində qoyulan müxtəlif vergilərin çoxluğu onların var yoxdan 

çıxmasına, bir tikə çörək qazanmaq üçün öz doğma diyarını tərk edərək dəstə dəstə İranın 

vilayət və şəhərlərinə gedirdilər. 

Demokratik hərəkatın qələbəsinə qədər Azərbaycanda kəndlilərin vəziyyəti belə idi. 

Sovet İttifaqı Kommunist Partiyasının zəngin inqilabi mübarizə təcrübəsindən, böyük Leninin 

dühasından həmişə ilham almış Azərbaycan Demokrat Firqəsi torpaq məsələsinin həllində də 

marksizm leninizm nəzəriyyəsini və müddəalarını zaman və məkan şəraitinə uyğun olaraq 

yaradıcılıqla tətbiq etdi. Məhz buna görə də Azərbaycan Demokrat Firqəsi, özünün və milli 

hökumətin proqramında qeyd etdiyi kimi, dövlət torpaqlarını və Azərbaycan xalqının milli 

azadlıq hərəkatına qarşı çıxıb Azərbaycandan xaricdə təbliğat aparan mülkədarların 

torpaqlarını əvəzsiz olaraq yoxsul kəndlilər arasında bölüşdürmək problemini qanunvericilik 

yolu ilə, əməli surətdə həyata keçirdi. Bu isə birinci növbədə torpaqsız kəndliyə torpaq 

verilməsi, xalqın rifah halının yaxşılaşdırılması, kəndlilərin arasında işsizliyin aradan 

qaldırılması üçün firqənin və milli hökumətin gördüyü ən qiymətli və dəyərli tədbirlərindən 

biri kimi sayılır. 

Azərbaycan milli məclisinin rəsmi orqanı olan «Azad millət» qəzeti 1946 cı il 20 fevral tarixli 

nömrəsinin baş məqaləsində yazır ki, milli məclisimiz, milli hökumətimiz demokratik üsulla 

təşkil tapdıqdan bəri var qüvvəsi ilə xalqımızın və vətənimizin tərəqqisi uğrunda çalışmış, 

kəndlilərin güzəranını yaxşılaşdırmaq məqsədi ilə bu məsələni öz proqramının 12 ci 

maddəsində qeyd etdi Torpaq qanununa əsasən bölünəcək kəndlərin sayı təqribən 1 500 ə 

çatır və beləliklə bu kəndlərdə təqribən 200 min ailə ya bir milyona qədər kəndli torpaq sahibi 

olmuş, öz həyatına, əməyinə və zəhməti nəticəsində əldə etdiyi məhsula malikdir. Ölkənin 

əsas sahəsi olan kənd təsərrüfatının inkişafı və demokratik tədbirlər nəticəsində yenidən 

qurulması, şübhəsiz ki, ümumi vəziyyətə də böyük təsir göstərəcəkdir. Ölkənin istehsal 

amillərindəki dəyişiklik, onun mədəni və mütərəqqi bir ölkəyə çevrilməsi üçün lazım olan 

zəruri şərtlərindəndir. 

Azərbaycan milli məclisinin qəbul etdiyi tədbirlərdən biri də «Müsadirə haqqında»kı 

qanundur. Bu qanuna görə Azərbaycanı tərk edib Tehrana və sair şəhərlərə gedərək, 

Azərbaycanın azadlığı və milli hökumətin əleyhinə təbliğat aparanların Azərbaycanda olan 

bütün mənqul və qeyri mənqul əmlakı müsadirə edilir. 

Milli hökumət mülkədarlarla kəndlilər arasında münasibəti müəyyən qaydaya salmaq, 

kəndlilərin istismar olunmasını məhdudlaşdırmaq, məhsul bölgüsündə kəndlilərin payını 

çoxaltmaq və s. sahəsində də tədbirlər həyata keçirdi. «Kənd təsərrüfatı bəhrəsinin maliklə 

əkinçi arasında bölünməsi qanunu» ölkəmizin kənd təsərrüfatının inkişaf etməsinə imkan 

yaratmışdır. 

Keçən dövrlərdə malik ilə əkinçi arasında bəhrə və başqa vergilər üstə əmələ gələn ixtilaflar 

bəzi vaxt böyük kəşməkeş və qan tökmələrə səbəb olurdu. Bu qanun bu kimi yaramaz 

hərəkətlərə son qoyur. 

Milli hökumət Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək, kəndlilərin vəziyyətini 

yaxşılaşdırmaq, kəndlilərə kənd təsərrüfatı və əkin materialı almaq, onlara yüngül şərtlərlə 

borc vermək üçün kənd təsərrüfatı nazirliyinə 5 milyon 5 min tümən təxsisat ayırdı. 




 

 

www.achiq.info



  

 



 

Milli hökumətin aqrar islahatı Azərbaycan xalqı tərəfindən böyük sevinc və qızğın hərarətlə 

qarşılandı. Torpaq bölgüsü Azərbaycanda böyük el şənliyinə və el bayramına çevrildi. 

Azərbaycan milli məclisinin və Azərbaycan milli hökumətinin yer bölgüsü haqqındakı qanun 

və tədbirlərinin həyata keçirilməsi xəbəri İran kəndlilərinin torpaq uğrundakı mübarizəsinə 

yeni ilham və qüdrət verdi. Həm də onlarda belə bir fikrin, belə bir tədbirin yəqinliyinə olan 

inamı qat qat artırdı. 

Azərbaycanda aqrar islahatı imperializmə və onların ictimai dayaqları olan İran irticasına, 

komprador burjuaziyasına ən ağır və sarsıdıcı zərbə vurdu  

Milli hökumətin aqrar islahatı Azərbaycan fəhlə və kəndlilərinin ittifaqını bir daha 

möhkəmlətdi. Onları öz doğma firqəsi və demokratik hökuməti ətrafında daha sıx birləşdirdi. 

Yer bölgüsünün əhəmiyyəti mətbuatda belə qiymətləndirilmişdir: bu iş nə tək Azərbaycanda, 

bəlkə İranın bütün vilayətlərində iqtisad və təkamül cəhətdən böyük təbəddülat vücuda 

gətirəcəkdir. Yer bölgüsü və maliklə rəiyyətin hüdudunu təyin edən qanunlar milli 

hərəkatımızın iqtisadi təməli və maddi əsası oldu!

23



1946 cı il oktyabr ayının 2 də Təbriz şəhərinin firqə fəalları iclasındakı nitqində Azərbaycan 

Demokrat Firqəsinin sədri və milli hökumətin başnaziri Seyid Cəfər Pişəvəri demişdir: Kəndli 

bizim hərəkatımızın möhkəm dayağıdır. Mən ümid edirəm ki, bir vaxt gələcək İran xalqı da 

Azərbaycan xalqı ilə birlikdə torpaqları qəsb edən və İrani tərəqqidən saxlayan böyük 

feodalların kökünü kəsib aradan aparacaqdır

24



Azərbaycan xalqının azad mühitdə yeni həyat səhnəsində iri addımlarla inkişafa doğru 

irəliləməsi, ölkənin səadət və tərəqqisi uğrunda milli hökumətin həyata keçirtdiyi iqtisadi 

tədbirlər demokratik mətbuat səhifələrinin ziynəti oldu. Bu mütərəqqi tədbirlər nəinki 

Azərbaycanın demokratik mətbuatında, eləcə də İran və dünyanın bir sıra demokratik 

qəzetlərində öz əksini tapdı. 

Tehranda nəşr edilən «Zəfər» qəzeti Azərbaycan milli hökumətinin əldə etmiş olduğu 

müvəffəqiyyətləri alqışlayaraq qeyd edir ki, Azərbaycanda milli hərəkat müvəffəqiyyət əldə 

etdikdən sonra o, xalqın «inkişafı yolunda təsiredici qədəmlər götürdü. Kəndlilər öz 

hüquqlarına çatdılar. Yəni yer sahibi oldular. Küçələr asfalt olundu, habelə yeni fabriklər 

tikildi və bağlanmış müəssisələr yenidən işə düşüb, maarif müəssisələri və çoxlu məktəblər 

bərpa olundu

25



Hizb Tudeyi İran və onun demokratik mətbuatı milli hökumətin həyata keçirtdiyi bütün 

ictimai iqtisadi tədbirləri alqışladığı kimi, onun aqrar islahatını da yüksək dərəcədə 

qiymətləndirdi. 

«Nameyi rəhbər» qəzeti «Keçmişdə və indi» adlı məqaləsində inqilabi hərəkatdan qabaq 

Azərbaycan kəndlilərindən müxtəlif ünvanlarla alınan vergilərin milli hökumət tərəfindən 

ləğv edildiyini və Azərbaycan kəndlilərinin torpaq sahibi olduğunu qələmə alaraq yazır ki, 

Azərbaycan milli hökuməti bütün qəbuledilməz vergilərin hamısına qızıl xətlə qələm çəkdi və 

mülkədar bəhrəsini ədalətli əsaslar üzərində yenidən qurdu. Dövlət torpaqlarının kəndlilər 

arasında bölünməsi nəticəsində keçmişdə öz zəhmətlərinin bəhrəsindən istifadə edə bilməyən 

kəndlilərin böyük hissəsi torpaq sahibi oldu. Onlar böyük əlaqə ilə işə başlayaraq öz 

ehtiyaclarını rəf etmək üçün kəndli bankından istifadə edirdilər

26



Milli hökumətin həyata keçirdiyi reformaları hətta dünyanın bir sıra mətbuatı da təsdiq edir. 


Yüklə 213,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə