MiLLİ HÖkuməTİn siyasi, İQTİsadi VƏ MƏDƏNİ reformalarinin yeriNƏ yetiRİLMƏSİNDƏ demokratiK



Yüklə 213,39 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix08.07.2018
ölçüsü213,39 Kb.
#53772
1   2   3   4   5   6   7

 

 

www.achiq.info



  

 



 

Vaşinqtonda çıxan The «Middle East» jurnalı milli hökumətin bu islahatını etiraf etmək 

məcburiyyətində qalaraq yazır: «Üsyançıların rəhbəri və yeni rejimin başnaziri Pişəvəri dəqiq 

və təsirli təşəbbüslə bir sıra çox lazımlı islahatlar keçirtdi. Bunlar torpaq islahatından, 

fəhlələrin vəziyyətinin yaxşılaşdırılması, ictimai işlərin və maarif işlərinin inkişafı 

tədbirlərindən ibarət idi»

27



Milli hökumət az müddətdə musiqi, teatr və incə sənətin inkişaf etdirilməsi sahəsində də bir 



sıra müvəffəqiyyətli işlər gördü. Təbriz şəhərində Azərbaycan Dövlət Teatrı, oğlan və 

qızlardan ibarət musiqili rəqs ansamblı — filarmoniya yaradıldı. Urmiyə şəhərində dövlət 

teatrı yaradıldı. Şəhərlərimizdə musiqi məktəbləri, muzeylər təşkil edildi. Təbriz şəhərində 

Səttar xan, Bağır xan və Şeyx Məhəmməd Xiyabaninin heykəlləri qoyuldu. 

Bu barədə Tehranda nəşr edilən «Dad» qəzetinin müdiri Əbulhəsən Əmidi Nuri öz 

xatirələrində yazır: «hələ indiyə qədər İranın paytaxtı olan Tehranda nə dövlət, nə bələdiyyə 

və nə də dövlətli adamlar tərəfindən İranın mərkəzinə layiq olan bir teatr salonu 

tikilməmişdir. halbuki Azərbaycanda beş ay müddətində tikinti və quruculuq fəaliyyəti xüsusi 

sürətlə irəliləməkdədir»

28



Azərbaycan xalqının haqq işini və azad səsini bütün dünyaya yaymaq üçün Təbriz şəhərində 

Azərbaycan radio stansiyası yaradıldı. 

Şair və yazıçılarımızın yazıb yaratmaları üçün geniş fəaliyyət meydanı açıldı. Onların ana 

dilində əsərləri çap olunmağa başladı. 

Gənc milli hökumətin ictimai iqtisadi tədbirləri Azərbaycan xalqını  sevindirdiyi kimi, onun 

"ıldırım sürəti ilə yayılan təsiri İran zəhmətkeşlərinə çatdı və mübarizədə onları ruhlandırdı. 

İranın müxtəlif şəhərlərində yaşayan Azərbaycan zəhmətkeşləri «Azərbaycan» qəzeti 

redaksiyasına yazdıqları məktublardan birində öz sevinclərini belə ifadə edirdilər: Biz 

Tehranda yaşayan azərbaycanlılar, «Azərbaycan» qəzetini oxuduğumuz zaman bizlərdə yeni 

ruh yüksəkliyi və böyük şadlıq əmələ gəlir. Təzə milli hökumətin az müddət ərzində böyük 

qədəmlər atması bizi həddindən artıq sevindirir. 

Ölkəmiz və ana yurdumuz olan Azərbaycanın hər cəhətdən tərəqqi etməsi, əmniyyətin 

bərpası, maarif və mədəniyyətin öz ana dilimizdə olması, kənd təsərrüfatının inkişafı üçün 

lazımi tədbirlərin görülməsi, Təbrizdə yeni toxuculuq və başqa karxanaların tez bir zamanda 

işə salınması, dilənçilərin yığılıb işə cəlb edilməsi və başqa yenilikləri «Azərbaycan» 

qəzetində oxuyarkən qəlbimiz fərəhlə dolur, bizə can verir

29



Azərbaycandakı demokratik hərəkatın və milli hökumətin iqtisadi tədbirlərinin İran xalqının 



milli azadlıq hərəkatına, Yaxın Şərq və Orta Şərq xalqlarına göstərdiyi müsbət təsir haqqında 

Pişəvəri demişdir: Tarix firqəmizin Azərbaycan xalqı və İran milləti üçün gördüyü böyük 

işləri qızıl xətlə qeyd edəcək və xalq onu alqışlayacaq, sevəcək və başı uca olacaqdır. 

Azərbaycan xalqının götürdüyü qədəmlər İran xalqı üçün təqlid sərməşqi olmuşdur. Yer 

bölgüsü, bu kimi başqa islahatlar Tehran qəzetləri, azadixahları və siyasətçilərinin gündəlik 

şüarı olmuşdur. Dediyimiz kimi, İran xalqı bizim hərəkatımızdan ilham alır və bu bir səsdir 

ki, xalqı ayıltmışdır

30



Firqənin və hökumətin qarşısında duran ən mühüm məsələlər barəsində danışarkən 

imperialistlərin və İranın irticai qüvvələrinin Azərbaycan xalqının milli azadlığı əleyhinə hər 

gün və hər dəqiqə yeni yeni fitnəkarlıqlar, sui qəsdlər və hücumlar təşkil etdiyini xatırladaraq 



 

 

www.achiq.info



  

 

10 



 

Pişəvəri demişdir ki, fədailər, dediyim kimi, böyük xidmət göstərdilər. Lakin onlar ilə 

düşmənin nizami qoşunlarının qabağına çıxmaq olmaz, düşmən yatmamışdır. O, xarici 

imperialist dövlətlərin köməyi ilə bizim azadlığımızı məhv etməyə hazırlaşır. Biz bir an qəflət 

edə bilmərik. Ona görə nizami milli qoşun hissələri düzəltməliyik. Bunun üçün firqə gərək 

ciddi hazırlıq aparsın. Millətin bütün sağlam əfradını milli vəzifəni yerinə yetirmək üçün 

səfərbərliyə almalı, tam mənası ilə müasir bir qoşun yaradılmalıdır. Firqənin qarşısında duran 

ən böyük məsələ bundan ibarətdir

31



Bu göstərişləri əldə rəhbər tutan Azərbaycan milli hökuməti və Azərbaycan milli məclisi xalq 



qoşunları təşkil etmək haqqında özlərinin qanun və qərarlarını hazırlayıb, günün təxirə 

salınmaz məsələsi kimi xalq kütlələrinə çatdırdılar. 

Azərbaycanın bütün şəhər və kəndlərində bu münasibətlə keçirilən mitinqlərdə xalq kütlələri 

öz azadlıqlarını qorumaq üçün Azərbaycan milli məclisinin və milli hökumətin bu çağırışını 

da böyük ruh yüksəkliyi və sevinclə qarşıladılar. 

«Azad millət» qəzeti sülh uğrunda, xalqın əmin amanlığını müdafiə etmək məqsədi ilə 

yaradılmış xalq qoşununun geniş kütlələr tərəfindən rəğbət və məhəbbətlə qarşılandığını 

göstərərək yazır ki, Azərbaycanın bu günkü milli qoşunu xalqımızın iradəsi ilə yaranmış və 

azadlığımızı, istiqlalımızı qorumaq üçün böyük amil hesab olunur. Xalq qoşunumuz 

millətimizin sevinci və ürək məhəbbəti ilə qarşılanır. Bu gün millətimiz, onun azadlığını 

qoruyan və hakimiyyətini hifz edən qoşuna böyük rəğbət və səmimiyyət göstərir

32



İran qoşunlarının baş qərargah rəisi general Ərfəənin özbaşınalığına və irticai hərəkətlərinə 

qarşı üsyan səslərini ucaltmış azərbaycanlı və Fars zabitlərindən bir dəstəsi İran qoşunlarından 

qaçaraq Azərbaycana pənah gətirdilər. 

Bu mübariz zabitləri azad Azərbaycan böyük hörmət və səmimiyyətlə qarşıladı. Firqə və milli 

hökumət onların hərbi dərəcələrini artırdı, xalq qoşunlarında onlara layiq məqamlar verdi. 

* * * 


V. İ. Lenin ümumxalq hərəkatını xarakterizə edərək ona belə tərif vermişdir: «Ümumxalq 

hərəkatı o hərəkatdır ki, bütün ölkənin obyektiv ehtiyaclarını ifadə edərək öz ağır zərbələrini 

ölkənin inkişafına mane olan əsas düşmən qüvvələrinə vurur. Ümumxalq hərəkatı o hərəkatdır 

ki, əhalinin böyük çoxluğu öz rəğbəti ilə ona yardım edir»

33



1945—1946 cı illərdə Azərbaycanda milli azadlıq hərəkatında bütün xalq kütlələri iştirak 



etmiş və onun bütün tədbirlərini həyata keçirməkdə ona yardım etmişlər. 

Azərbaycan xalqının milli azadlıq hərəkatı İran üçün tam mənası ilə daxili bir iş idi. İran 

xalqları bu hərəkata böyük ümid bəsləyirdilər. Lakin daxili və xarici mürtəcelər onu İrandan 

ayrılmaq kimi qələmə verməklə, məqsədləri bir tərəfdən, bu hərəkatı İran xalqlarının 

nəzərindən salmaq, ləkələmək və xalq kütlələrində milli azadlıq mübarizəsi əhvali ruhiyyəsini 

zəiflətmək, digər tərəfdən, daxildə kütlələri milli hökumətə qarşı təhrik etməkdən ibarət idi. 

İstər 1905—1911 ci illər Səttar xan hərəkatı, istər 1917—1920 ci il Şeyx Məhəmməd 

Xiyabani hərəkatı, istərsə də 1945—1946 cı il Pişəvərinin başçılığı ilə olmuş milli azadlıq 

hərəkatı dövründə Azərbaycan xalqı ələ silah alaraq mənfur istibdad üsuli idarəsi əleyhinə, 

müstəmləkəçilik zülmünə qarşı ayağa qalxdığı zaman onun düşmənləri, imperialist casusları 

bu xalqın müqəddəs hərəkatını ləkələmək məqsədi ilə onu İrandan ayrılmaq kimi 

qiymətləndirməyə can atmışlar. 




Yüklə 213,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə