MiLLİ HÖkuməTİn siyasi, İQTİsadi VƏ MƏDƏNİ reformalarinin yeriNƏ yetiRİLMƏSİNDƏ demokratiK



Yüklə 213,39 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix08.07.2018
ölçüsü213,39 Kb.
#53772
1   2   3   4   5   6   7

 

 

www.achiq.info



  

 

11 



 

İmperialist dairələrin iradəsi ilə idarə olunan Tehranın irticai qəzetləri Azərbaycan xalqının 

milli azadlıq hərəkatını ləkədar etmək məqsədi ilə ona cürbəcür böhtanlar atırlar. 

Məşhur mətbuat fırıldaqçısı Yalçın başda olmaqla, Türkiyənin bir sıra faşistpərəst mətbuatı da 

Reyter agentliyinin Azərbaycan xalqının milli azadlıq hərəkatı əleyhinə yağdırdığı böhtanları 

böyük canfəşanlıqla təkrar edirdi. 

Türkiyə radiosu Azərbaycan xalqının öz müqəddəratına sahib olmasını onun İrandan 

ayrılması kimi qələmə verməyə ciddi cəhd edirdi. 

Lakin Azərbaycanda nəşr olunan demokratik mətbuat imperialistlərə mənsub olan və onların 

göstərişi ilə hərəkət edən düşmənlərin bu böhtanlarını amansızlıqla ifşa və alt üst edərək 

daşını daş üstə qoymurdu. 

«Azərbaycan» qəzeti bu münasibətlə yazmışdır ki, biz hələ demokratik hərəkatımız başlanan 

günlərdə demişdik ki, qoy Osmanlı əfəndilər nahaq yerə boğazlarını cırmasınlar, bu keçədən 

onlara börk ola bilməz, Azərbaycan hər nə istəmiş olsa, İranın daxilində qalmaq şərti ilə 

istəyir. 

Biz biganələrin daxili işlərimizə dəxalət etməsinə imkan verməyəcəyik. Türkiyə mürtəceləri 

əgər Türk xalqını Amerika müstəmləkəçilərinin qucağına atmaqda özlərini bəyənirlərsə, 

bizim buna sözümüz ola bilməz, lakin biz Azərbaycan xalqını İrandan ayırmaq fikrində 

deyilik. Qoy türklər anlasınlar və xainanə səslərini kəsib bizi öz halımıza buraxsınlar

34



İran həmkarlar İttifaqı Mərkəzi Şurasının orqanı olan «Zəfər» qəzeti «Azərbaycan və İran 

fəhlələrinin hərəkatı» adlı məqaləsində düşmənlərin yağdırdıqları böhtanları rədd edərək 

göstərir ki, Azərbaycan qəhrəmanlar yurdudur, o elə bir yerdir ki, İranın böyük azadlıq 

hərəkatı oradan baş vermiş və məşrutənin bağı bu xalqın oğullarının qanı ilə suvarılmışdır. O 

bu dəfə yenə də cəllad faşist hökumətinin azadlığın axırıncı asarını məhv etmək istədiyi bir 

zamanda qiyam etdi. O qiyam etdi və sübut etdi ki, azadlığı ələ almaq üçün Asiyada bir millət 

vardır. O mübarizə aparır, qurban verir, müstəmləkəçilərin və onların nökərlərinin əllərini 

kəsir və azadlığa nail olur. 

Ancaq mürtəcelər deyirlər: o, İrandan ayrılmaq istəyir: imperialistlərin şeypurları London, 

Vaşinqton və Anqaradan fəryad edirlər ki, Azərbaycan İrandan ayrılmaq istəyir. Amma 

Azərbaycan onlara dişsındırıcı cavab verib dedi: Azərbaycandakı azadlıq bütün İranda həyata 

keçməlidir

35



1958 ci ildə imperialistlərin göstərişi ilə İranın irticai dövləti tərəfindən güllələnmiş, Hizb 



Tudeyi İranın Mərkəzi Komitəsinin üzvü, inqilabçı kommunist Xosrov Ruzbeh Tehranda 

hərbi məhkəmədəki müdafiə nitqində Azərbaycan və Kürd xalqlarının milli azadlıq hərəkatına 

ləkə vuranlara belə cavab vermişdir: «1945—1946 cı illərdə baş vermiş Azərbaycan və 

Kürdüstan hərəkatının əsla Azərbaycanı İrandan ayırmaq cəhdi olmamış, hətta, əksinə, bizim 

milli azadlıq və istiqlaliyyətimizin saxlanmasına, qorunmasına və möhkəmlənməsinə səbəb 

olmuşdur»

36



Azərbaycan xalqının 1945—1946 cı il milli azadlıq hərəkatının heç zaman İrandan ayrılmaq 



fikri olmamış, o, İran daxilində yaşayan xalqların qardaşlıq və inqilabi həmkarlığına 

arxalanmış, irticai üsuli idarəyə, onun Azərbaycandakı hökmranlığına, imperializmin 

müstəmləkəçilik siyasətinə qarşı baş vermiş mütərəqqi bir hərəkat olmuşdur. Bu hərəkat İran 

xalqlarının milli istiqlaliyyət və azadlıq uğrunda, imperializmə, irtica rejiminə qarşı 




 

 

www.achiq.info



  

 

12 



 

apardıqları mübarizə hərəkatının ayrılmaz hissesi olmuşdur.  

Deməli, Pişəvərinin başçılıq etdiyi milli azadlıq hərəkatı bütün ölkədə həyata keçirilməli olan 

ümum iran inqilabının bir hissəsi və müqəddəs bir üsyan olmuşdur»

37



Xosrov Ruzbeh bu barədə öz müdafiə nitqində obyektiv olaraq göstərmişdir ki, Azərbaycan 



millətinin, Kürd millətinin, Fars millətinin və əqəlliyyətdə qalan millətlərin öz müqəddəratını 

həll etməyə, özü də İranın vahid bayrağı altında federativ hökumət təşkil etmək cəhdini heç 

vaxt ölkənin bütövlüyünə xələl yetirmək cəhdi kimi göstərmək olmaz. Nə Azərbaycan 

millətinin, nə Kürd millətinin və nə də onların siyasi rəhbərlərinin ölkənin ərazi bütövlüyünə 

azacıq da olsa xələl yetirmək məqsədi daşıyan fikirləri olmamış vo yoxdur

38



Azərbaycan xalqının milli azadlıq hərəkatı fəhlələrin həmrəyliyi və onların inqilabi 

həmkarlığını möhkəmləndirərək, geniş xalq kütlələrini demokratik hakimiyyət yaratmaq 

uğrunda birgə mübarizəyə qaldırmışdır. Bu hərəkatın yaratmış olduğu milli hökumət 

imperialistlərin və İran mürtəcelərinin Azərbaycandakı hökmranlığını alt üst edib xalqa 

demokratik hüquqlar vermiş, onu zülm və əsarətdən nicat tapmış azad bir xalq kimi dünyaya 

tanıtmışdır. 

Tehranın satqın mətbuatı növbəti bir yalan yazaraq belə göstərmək istəyir ki, əgər Tehran 

Azərbaycana yaxşı baxsaydı və oraya adil bir hökumət göndərsəydi, Azərbaycanda milli 

azadlıq hərəkatı baş verməzdi. 

Lakin işin həqiqəti belə deyildi. hərəkatımız yalnız Azərbaycan xalqının iradəsi ilə vücuda 

gəlmişdir. Azərbaycanlı qərinələr boyu azad yaşamaq istəmişdir. Azərbaycan xalqı istəyirdi 

ki, öz müqəddəratını özü həll etsin. 

Dava, çörək və yaxşı hakim davası deyil idi. Demək, hərəkatımız daha dərin səbəblərdən 

meydana çıxmışdır

39



Yeri gəlmişkən qeyd edək ki, Mustafa Bərzaninin başçılığı ilə İraq kürdlərinin hazırda 



apardıqları mübarizə eyni ilə Azərbaycan hərəkatının təkrarıdır, zira, azərbaycanlılar kimi, 

kürdlər də ayrılmaq deyil, muxtariyyət almaq uğrunda vuruşurlar. 

İranın satqın irticai mətbuatının növbəti yalan və iftiraları demokratik mətbuatın səhifələrində 

getdikcə daha kəskin ifşa olunurdu. Tehranın irticai dairələrinə mənsub olan həmin qəzetlər 

Azərbaycan xalqının öz müqəddəratına sahib olaraq iri addımlarla irəlilədiyini və 

Azərbaycanın milli demokratik hərəkatının İrana təsirini görərək yeni bir hiyləyə əl atdılar. 

Onlar Xozistan məsələsini ortaya ataraq deyirdilər ki, əgər biz Azərbaycana bu haqq və 

imtiyazları versək, Xozistan da istəyəcək. İrticai mənbələr bu yol ilə bizim hərəkatımıza 

maneçilik törətmək üçün Xozistanda cürbəcür təşəbbüslər edir, ərəblər ittihadiyyəsi vücuda 

gətirirlər. Bu yalançı ittihadiyyə Ərəb. dövlətlərinə şikayət edir və Xozistanı İrandan ayırmaq 

və ərəb ölkələrinə qoşmaq istəyir. Lakin bizim heç vaxt İrandan ayrılmaq şüarımız 

olmamışdır. Biz hər nə istəmişik, İran daxilində istəmişik, bizim düşmənlərimiz Azərbaycan 

hərəkatını aradan qaldırmaq üçün Xozistanı İrandan ayırmaq istəyirlər. Düşmənlərimizin 

gətirdikləri bəhanələr və Xozistan məsələsini ortaya atmaları siyasi macəraçılığın bir 

təzahürüdür

40



V. İ. Lenin hələ vaxtı ilə belə burjua məddahlarını kəskin ifşa edərək yazmışdır: «Sizin 

azadlıq və demokratiya haqqında danışdıqlarınız gurultulu sözlərdən, çeynənmiş ibarələrdən, 

bir dəb şəkli almış boşboğazlıqdan və ya riyakarlıqdan ibarətdir. Bu, bəzək düzək verilmiş bir 



Yüklə 213,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə