Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə132/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   124   125   126   127   128   129   130   131   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________405 

 

oxuyan qızlardan 20 nəfər yetim cənab Hacının xərcinə tərbiyə alacaqlar və 



bunlara ildə 8 min manat sərf olunacaqdır. Evin binasına hörmətli Hacı 3 yüz 

min manata qədər xərc edibdir! 1896-cı ildə Hacı əlindəki 20 milyona dəyən 

zavodu 5 milyon yarıma satıb bez fabrikası bina etmək fikrinə düşdü. Cənab 

Hacının hərəkəti puldan, dövlətdən gözləri doymayanları, dövlətdə ancaq 

xoşbəxtlik görənləri təəccübə  gətirdi. Bununla belə Hacının fikrindən 

xəbərdar olanlar onun bu işdə  fədakarlığına təəccüb edirdilər. Zavodu 

satmağa əvvəlinci səbəbə bu olubdur ki, ömrünün axırını rahatlıqla keçirsin. 

Zavod sahibləri bu işin zəhmətini və məşəqqətini bilirlər. Ondan masəva 

fabrikanın işi zavodun işindən təmiz və rahat olmağına  şübhə yoxdur. 

Hərgah desək qeyrətli Hacı zavod əvəzinə fabrika açmağında da 

insaniyyətlərini göstəribdir. Asan dövlət qazananlar, dövləti ilə kor olanlar 

Hacının əmalinə gülürlər. 

Həqiqət bir fikir etməli: zavodda yüz adamın çörək tapmağı fabrikada 

min adamın çörək tapmağına bərabərdirmi? Qafqazda bezin qiyməti birə on 

ücüzlanmağı vətənə azmı xidmətdir. 

1896-cı ildə Peterburqda qeyrətli müsəlmanlar cəmiyyəti xeyriyyə 

binasını qoyublar. Cəmiyyəti xeyriyyə  mədəniyyətli millətlərdə çoxdur və 

hənuz cəmiyyəti xeyriyyənin insana nəfi və millətə köməkliyi nəhayətdə 

artıqdır. Peterburq din qardaşlarımızın müsəlman cəmiyyəti xeyriyyə 

açmaqdan məqsudları elm-təhsil edən müsəlmanlara və qeyri şəhərlərdə 

məktəbxanalar, qiraətxanələr və azarxanalar açmağa kömək etməkdir. Bu 

işdə qeyrət və pul gərəkdir ola ki, cəmaət gözəl məqsudlarına çatsın. Burada 

da qeyrətli hümmətlı Hacı, camaətə böyük xidmət göstəribdir: 11 min manat 

Peterburq müsəlman cəmiyyəti xeyriyyəsinə bəxşiş edibdir! Bunun əvəzində 

camaət xeyriyyəni bina edənlər hörmətli Hacını ömürlük çlen seçib böyük 

təşəkkürlər ediblər. 

Qeyrətli Hacı bulara bəs etməyib türk və fars ədəbiyyatına xidmətlər 

göstəribdir. Axır zamanlar ədəbiyyat yolunda işləyən cavanlarımızın hesabı 

günbəgün artır. Amma heyif ki, yazanlarımızda pul yox, dövlətlilərimizdə 

qeyrət, ona görə millətə yazdıqları kitablar çap olunmayıb tozlanır. Qeyrətli 

Hacı buna diqqət edib millətə nəf gətirən kitabları öz xərcinə çap etdiribdir. 

Hacının xərcinə çap olunan kitablar bunlardır; 

1. Tarixi-müqəddəs, əsəri - Molla Əbdül-səlam Axundzadə -500 manat 

xərc olunubdur. 

2. "Şərabçı" 

 

 




__________________Milli Kitabxana__________________ 

__________________________________________________406 

 

3. "Allah 



divanı", Asari-Sultan Məcid Qəniyev - 300 manata qədər 

xərc olunubdur. 

4. "Əşari-Seyid Əzim Şirvani" 500 manat xərc olunubdur. 

5. "Nadir 

şah", əsəri - Nəriman Nərimanov. 350 manat xərc olunubdur. 

Bu  əsar cənabi Hacının xahişinə görə fars dilinə  fərcümə olunur və çap 

olunacaqdır. 

1895-ci ildə Badkubədə rus dilində verilən "Kaspi" qəzetəsini 57 min 

manata alıbdır. Bu qəzetəni almaqda da hörməli Hacının fikrində 

vətəndaşlarına kömək və xidmətlər etmək varimiş. 

Bundan savayı  İranda,  İstanbulda, Hindistanda və Misirdə çap olunan 

cəridələrə müştəri tapmaq ilə  və özü bir neçəsinə pul bağışlamaq ilə 

xidmətlər göstəribdir. Qəzetənin insana mənfəətini nəzərə alıb və bir para 

ruhanilərin ruznamələrə olan həqir nəzərlərinə diqqət edib və bunların 

gözləri qəzetlər ilə açılmağını özünə yəqin edib... 

Bu zati möhtərəmin qeyrətı insanı həqiqət heyran edir! Təəccüb budur ki, 

18 il bundan müqəddəm Badkubəda Hacıdan dövlətli və mədəniyyətlı şəxslər 

olubsa da və hal-hazırda varsa da, ancaq Badkubədə teatrın əvvəlinci binasını 

qoyan hörmətli Hacı olubdur. 

Teatrın insana mənfəətini, ruha lazzətini dəfaətlə yazmışıq. Teatr 

böyüklər üçün məktəbdir. Həmin məkləbdə görmədiyimiz  şeyləri və görüb 

diqqət etmədiyimiz əhvalatları görüb və eşidib pıs əməllərdən ibrət və yaxşı 

sifətlər əxz edirik: əqlimiz üçün yem və ruhumuz üçün ləzzət alırıq. 

Həmin bu teatrda Badkubənin mərifətli cavanları  cəmiyyəti-xeyriyyə 

üçün ildə neçə  dəfə türk dilində komediya oynayırlar. Teatrın bir gecəlik 

kirayəsi 100 manat isə hörmətli Hacı kirayədən keçib hər dəfə  cəmiyyəti-

xeyriyyəyə pul da bağışlayır. 1900-cu ildə 100 minə qədər xərc qoyub teatrı 

təzələndirdi: yeri balacadırsa da özü gözəl bir teatr olubdur, 

Hörmətli Hacının teatra olan qulluqlarını erməni teatrının artistləri nəzərə 

alıb 1900-cu ildə ona rizaməndlik və mübarəkdarlıq etdilər və bir gözəl 

kağızın üstdə yazılmış nitqlərini gözəl cılddə Hacıya bəxşiş etdilər. Həmin 

kağızın üstdə bu sözlər yazılmışdı: 

"Hörmətli Hacı Zeynalabdın! 

Qədim zamandan, yəni qədim yunanlardan, ərəblərdən və qeyri 

mədəniyyət yolunda can qoyan tayfaların vaxtından bəri teatrın əqlə və ruha 

tərbiyə verməyi gün kimi aşkardır. Badkubə qeyri şəhərlər təki qaranlıqdan 

işıqlığa düşməyə çalışır, əmma bu vaxtadək bu şəhərdə əvvəl kimin fikrinə 

düşübdür, o evin binası ki, teatrın gözəl olan 




__________________Milli Kitabxana__________________ 

__________________________________________________407 

 

  

əsərini xalqa yaysın? Bizə yaxşı  məlumdur ki, Badkubədə bu işin fikrinə 



düşən  əvvəl siz olubsunuz, hörmətli və qeyrətli Hacı! Ancaq siz bu fikirdə 

olub teatrı icad edibsiniz, Hənuz bu teatrı hansı ki, neçə ılin ərzində günün 

şəfəqi kimi şəfəqlərini yayıbdır. Biz erməni teatrının kəmlərin qulluqçuları 

sizin bu barədə olan zəhmətinizi və  mərhəmətinizi hiss edib bu gün tazə 

bəzənmiş teatra nəzər yetirib və ürəyimiz şad olub bu günü bayram edirik və 

canıdil ilə yekdil sizə öz hissiyyatımızı ziki" edirik: "Sağ olsun bu teatrı bina 

edən! Sağ olsun hörmətli və qeyrətli Hacı Zeynalabdin!" Bu sözlərdən sonra 

hörmətli Hacınin  şadlığından gözləri yaşarıb dedi: "Sizdən nəhayətdə 

razıyam: Sizin bu sözləriniz gələcəkdə teatra dəxi də böyük xidmətlər 

göstərməyimə səbəb olar". 

Həqiqət millət bu tövr zatların xidmətlərinə nə qədər dürüst qiymət qoysa 

o qədər olar qeyrətlərini və himmətlərıni artırarlar. Cənab Hacının xidmətləri 

bir müsəlman millətinə olmuyubdur. Qeyri millətlərə  və dövlət, camaət 

tərəfindən görülən işlərə Hacının böyük xidmətiəri olubdur və olur. Nəinki 

Badkubədə hətta qeyri şəhərlərdə də: Tazə açılan azarxanalara, məktəblərə, 

cəmiyyəti xeyriyyə  cənabı Hacının böyük ianələri olubdur və olur. Xarici 

millət Hacınpın qulluqlarının  əvəzində ona lazım olan hörməti göstərib 

həmişə  qəzetlərin səhifələrində Hacını  tərif etməkdə vardırlar. Dövlət dəxi 

onun cəmaətə olan nişanları (Stanislav 111 dərəcəyədək) veribdir. 

Bu nişanlar  şəhadətlik verir ki, padşahımız imperator əzəm hörmətli 

Hacının insana, millətə və vətənə olan xidmətlərini diqqətsiz qoymuyubdur. 

Bundan savayı qeyri dövlətlərdən də Hacının nişanları vardır. 1872-ci ildən 

cənab Hacı Badkubə dumasında qlasnı hesab olunur, bu qulluqda hörmətli 

Hacının həm şəhrə və həm cəmaətə böyük köməkliyi çatıbdır və çalır. 

Bu vaxtadək qeyrətli Hacının ümumi cəmaət və millət işlərinə bir milyon 

manata qədər xərci olubdur! 

Bu fani dünyada dövlətdən ötəri insaflarını satanlar bunu oxuyanda, yəni 

pulun qədərini görəndə ağızları açıla qalacaqdır! Qeyrilərdən ulanmasalar da 

öz aləmlərində özləri-özlərindən utanacaqlar!.. 

Cənab Hacı hal-hazırda 63 sinnində varsa da ancaq çox diribaş görmür. 

Özü ortaboy tökmə şəxsdir. Hər bir əzası dürüst üzündən əqlü-kəmalı məlum 

olunur. Səhər saat 10-dan ta 2-dək qeyrətli Hacı kontorunda olub gündə 30-

40 nəfər ilə söhbət edir və arada məişət işlərinə diqqət edir. Hər gün rus 

mirzəsi rus lisanında məşhur qəzetləri oxuyur və arada sual-cavab olur. 

Sonra müsəlman mirzəsi İranda, 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________408 

 

Osmanlıda, Hindistanda və Misirdə verilən türk, Fars və  Ərəb qəzetlərini 



oxuyur. Hacı çox diqqət ilə qulaq asıb öz təsəvvürünü söyləyir. Hacı politika, 

yəni siyasi məsələrinə artıq diqqət edir: Hörmətli Hacının bu sinnində 

qüvveyi-hafizəsinin itiliyinə  məəttəl qalmalıdır. Gündə on qəzetəyə  qədər 

oxunur səbahı hamısından xəbər verməyə hazırdır: hansi əhvalat hansı 

qəzetdə olmağını səhvsiz söylər. Bu səbəbə görə cənab Hacı zəmani-hazırda 

siyasidən, mədəniyyətdən və  mərifətdən söhbət etməyə qadirdir. 

Mədəniyyətli  şəxslər Hacının elmlərdən və tarixdən xəbərdar olmağına 

təəccüb edirlər. Xəlqi xasiyyəti çox mülayim, özündən kiçiklərə  həmişə 

hörmət edən, dediyi bir sözü iki olmayan, verdiyi vədəyə  əməl edən, həqq 

sözdən qaçmayan, günahkarın təqsirindən keçən, öz səhvini gizlətməyən, 

qeybətdən ictinab edən, ürəyi saf hissli bir zatdır. Hörmətli Hacı teatrı 

nəhayətdə sevir: hər axşam öz lojasında  əyləşib artistlərin oyunlarına çox 

diqqətlə baxır. 

Bəli, hörmətli Hacı 50 il zəhmət çəkib milyonlar cəm edibdir. Onun cəm 

etdiyi milyonlardan insana və millətə mənafe yetişibdirmi? Hərgah yetişibsə 

bu zatı möhtərəmin xidmətlərinin əvəzində miliət nə etməlidir? Təklifi nədir? 

Bu məsələni həll etmək bir adamın işi olmuyub mərifətli müsəlmanlar bu 

barədə  gərəkdir məşvərət edələr və  məşvərət məqamında cənab Hacının 

millətə xidmətlərinl qeyri "müsəlman milyonçularının işləri ilə (Badkubədə 

xüsusən)" bir tərəziyə qoymalı. Məqami-təvafütdə hörmətli Hacının millətə 

olan xeyrətinin qiyməti ariflər yanında birə beş artar. Böyük hünərdir, 

əzizim, insan öz sağlığında cəmiyyəti-xeyriyyəyə bu qədər xərc etmək! Bu 

qeyrətdə şəxslərin həyatı bizim barəmizdə olan xarici millətin həqir nəzərini 

puç etməyə səbəbdır. Mədəniyyətli millətlər bizə mədəniyyətdən 3 çöndərən, 

vəhşi, vətənin və millətin imdadına çatmayan deyirlər. Səbəb? Səbəb budur 

ki, Hacı kimi dövlətli müsəlmanlardan mini qara torpağa gedibdir və 

gedəcəkdir. Amma vətənə  və millətə Hacı edən xidmətlərin mindən birini 

etməyiblər. 

Hal-hazırda Badkubədə azmı Hacılar var? Çi fayda! Bu bıçarələr pulları 

şandıqlara yığıb pişik kəsəyəni marıtlayan tekin marıtlayırlar, bular 

müamiləyə pullar verib-fəqirlərin evlərini yıxırlar... Bular gündə beş vaxt 

namaz qılıb Xudavəndi aləmdən nə istiqasə edirlər? Ancaq dövlətin 

artırmağını!  Əlsiz-ayaqsız yetimlər bulara əllərini açanda "boyunları 

albuxara torbasına" oxşayan dövlətlilərimiz bu yetimlərə məqrurluq ilə baxıb 

oları pis söz ilə özlərindən rədd edirlər. Şəriət qoyan zəkat və xüms  buların 

fikirlərindən bilmərrə  çıxıb hələ 




__________________Milli Kitabxana__________________ 

__________________________________________________409 

 

utanmayırlar, gözlərini o dünyaya tikiblər ki, Xuavəndi aləm buları 



bağışlayacaqdır. Ey biçarələr! hərgah ümıdinizi o dünyaya bağlayıbsınız 

axirət gününün sahibinə nə cavab verəcəksiniz? Bəli: qeyri adamın malı ilə 

milyonlar qazanıbsınız. Biçarə  fəhlələri gecə- gündüz işlədib həqlərini 

kəsibsiniz. Bu fikirlə ki, min nəfər fəhlənin hərəsindən 2 qəpik kəssən bir 

gündə iki min qəpik olar deyib dövlət qazanıbsınız, gündə min dəfə yalan 

danişıb Allah və peyğəmbərə and içib müşkül olan işlərinizi keçirdibsiniz, 

gündüzlər öz cinsinə yüz min quyu qazıb gecələr toyuqplov yeyibən 

üstündən qolyan xoruldadıb özgələrin qiybətini edibsiniz. İldə iki dəfə 

məscidlərdə qeyrilər bilsin, eşitsin deyib pullar bağışlayıbsınız və adınızı uca 

səslə dedirdib dua etdiribsiniz, ancaq adınız Hacı olsun deyib Məkkeyi-

müəzziməyə gedibsiniz və  gələndə töhfələr gətirib işiniz keçən adamlara 

bəxşiş edibsinız, yainki birə-beş qiymələ salıbsınız... 

Allahi-ozimüşşənin suallarına cavablarınız bularmı olacaqdır? Yoxsa 

özünüzə  təsəlli verib deyirsiniz: bu dövləti övladım üçün qazanmışam ki, 

məndən sonra özgəyə möhtac olmasın, yoxsa bunu özün üçün səvab bilirsən? 

Hərgah belədirsə, cy bədbəxt, xabi-qəflətdə imişsən! səndən sonra min 

yamanlıq ilə qazandığın dövlət sənin tərbiyəndə olan övladının əlinə düşüb 

bir az müddətdə puç olacaqdır, çünki sən pulun qədrini bilirdin: can 

qoymuşdun, yüz min pis əməlləri özünə  qəbul etmişdin, amma övladın 

zəhmətin qədrini bilməyib sənin illərlə topladığın pulu o saatlarla səpəcəkdir. 

Səndən sonra itsə genə yaxşıdır! Bir goz aç gör: övladın sənin həyatında nə 

işlər görür! Gör sən bədbəxtə saatda neçə dəfə söydürür, gör məzhəbə dinə 

nə növ ilə rişxənd etdirir! Bu hələ sənin həyatında, səndən sonra nə olmağını 

hiss etmiyirsənmi? Lamməhalə  vətənə, millətə xidmət göstərməyirdin, öz 

övladınsa diqqət edəydin, yəni ona lazım olan tərbiyəni verəydin, ta səni hər 

iki dünyada üzü qara etməyəydi. Sən həmin o şəxslərin cərgəsindəsən ki, 

ancaq ölən günü ədəblik adətinə görə  sənə  rəhmət deyəcəklər, yəni dildə 

rəhmət oxuyub, ürəkdə  lənət deyəcəklər... öz hayatında yamanlıqla cəm 

etdiyin dövlətin bir cüzi hissəsini dinin rövnəqinə  və millətin xeyrinə 

vəsiyyət etsən ümidvar ki, pis əməllərin bir vaxtdan sonra yaddan unudular. 

Amma indiki halətini bir dürüst fikrə gətir! Bir saat dünyanın işlərindən zövq 

və  səfasından, zəhmət və  məşəqqətdən  əl götürüb, düşün, gör ki, çəkdiyin 

zəhmətlər, top etdiyin milyonlar nə özün üçün, nə övladın üçün, nə bu dünya 

və nə axirət üçün imiş... 

 

  



__________________Milli Kitabxana__________________ 

__________________________________________________410 

 

Bəli, bu cins şəxslərin arasından cənabi Hacı Zeynalabdin Tağıyevin 



seçilməyi bizim qeyri millətlər yanında başımız uca olmağa səbəbdir. 

Həqiqət hərgah hörmətli Hacı elm təhsil etmiş olsaydı, onun millətə  və 

vətənə olan xidmətləri onun şənini o payədə ucaltmazdı, necə ki, indi. Çünki 

həqiqi elm vətənə  və millətə qulluq etməyi tərbiyə verir. Doğrudur 

oxuyanlarımız irad tuta bilərlər ki, elmlər təhsil edib dövlət sahib olanların 

əksəri niyə bu fikirdə deyil? Olara cavab bu olur ki, haman elm sahibləri 

elmləri təhsil ediblər, nə  əxlaq  ətvarları düzəlməkdən ötrü, bəlkə bir sənət 

öyrənmək qəsdilə elmin dalınca gediblər. Yoxsa həqiqi elm kı, insanın 

ruhunu təmizləyir, bu şəxslərdə olsaydı bular da vətənin və millətin fikrində 

olardılar. Çünki həmən elmin tərbiyəsi onadır, necə ki, atəşin təbiətlndə 

yandırmaq var... Belə elm hörmətli Hacıda olmuya-olmuya bunun xidmətləri 

hansı aqili təəccübə gətirməz? Qeyrəti Hacının vətənə, millətə və insana olan 

himmətindən sonra xarici millət deyə bilərmi: müsəlmanlar-nadan, vəhşi, 

camaat və dövlət işinə yaramayan tayfadır? 

Doğrudur, çox azdır, ancaq tək-tək tapılar... Ancaq millətin və 

vətəndaşların borclarıdır bu tövr fədakarların xidmətlərinə dürüst diqqət edib 

qiymət qoyalar. Biz nə  qədər bu şəxsi möhtərəmlərin xidmətlərinə insafən 

qiymət qoysaq, oların hunməlləri, həmiyyətləri və qeyrətləri o qədər 

günbəgün artar. Bu vətən və millətpərəstlərə ancaq bu lazımdır, nəinki bir 

özgə şey! 

Ümid edirik ki, hörmətli Hacının varisləri o zatı möhtərəmin yolu ilə 

gedib dinə və millətə xeyirxah olalar. Bunda şübhəmiz yoxdıır, çünki cənab 

Hacının varislərı lazım olan tərbiyəni alıb, rəva görməzlər ki, qeyrətli 

Hacının gözəl işləri puç ola!.. 

Əhli qələm qardaşlarımız buların millətə olan xidmətlərini nəzərdən 

keçirib millət tarixinin səhifələrinə yazarlar, taınki istiqbalda balalarımız 

oxuyub qəlbləri  şad olsun və gözləri açılsın: Bilsinlər ki, bizdə  də millət 

qeyrətini çəkənlər varmış! Düşünsünlər ki, hərçənd bu şəxslər qərbi-bəqayə 

köçüblər, onunla belə isimləri millətin dilində hörmətlə zikr olunur. 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________411 

 

MÜNDƏRİCAT 

 

 



Böyük ictimai xadim və yazıçı……………………………………………….5 

 

DRAM ƏSƏRLƏRİ 



 

Nadanlıq……………………………………………………………………..21 

Şamdan bəy …………………………………………………………………61 

Nadir şah …………………………………………………………………..106 

 

ROMAN 

 

Bahadır və Sona …………………………………………………………...157 



 

POVEST VƏ HEKAYƏLƏR 

 

Pir…………………………………………………………………………..197 



Bir kəndin sərgüzəşti ……………………………………………………...230 

İdil kənarında………………………………………………………………238 

Şeytan bazarda……………………………………………………………..240 

 

MƏQALƏLƏR, FELYETONLAR 



 

Əliqələmli müsəlman ziyalıları haqqında bir neçə söz…………………….245 

Tealr barəsindü bir nəçə soz……………………………………………….247 

Müqəddimə    ………………………………………………………………248 

Həftə fəryadı………………………………………………………………250 

Həftə fəryadı……………………………………………………………….254 

Müsəlman müəllimləri yığıncağı münasibətilə bir neçə söz………………259 

Henrix İbsen……………………………………………………………….261 

Həftə fəryadı……………………………………………………………….262 

Açıq məktub. Cümələr oynayan (truppaya) teatrçılara………………….268 

Yeni teatrçılara bir məktub daha………………………………………….269 

Həftə fəryadı……………………………………………………………….270 

Mühüm bir məsələ ………………………………………………………...281 

Həftə fəryad:……………………………………………………………….289 

Həftə fəryadı ………………………………………………………………294 

Həftə fəryadı……………………………………………………………….298 




__________________Milli Kitabxana__________________ 

__________________________________________________412 

 

Hərdənbir…………………………………………………………………..303 



Hərdənbir ………………………………………………………………….307 

Həftə fəryadı……………………………………………………………….310 

Hərdənbir…………………………………………………………………..314 

 Müəllimlər ictimainə dair ………………………………………………...315 

Həftə fəryadı ………………………………………………………………330 

Bu gün……………………………………………………………………...334 

Həftə fəryadı……………………………………………………………….336 

Hərdənbir…………………………………………………………………..341 

Yalnız əldən səs çıxmaz…………………………………………………...344 

Türk dilində yeni jurnal …………………………………………………...345 

Cüma söhbəti………………………………………………………………346 

Cümə söhboti………………………………………………………………351 

Cümə sohbəti ……………………………………………………………...356 

Əziz və möhtərəm yoldaş Cahangir Zeynalov…………………………….361 

"Telefon"…………………………………………………………………...362 

"Telefon"…………………………………………………………………...363 

Həftə fəryadı. Əqidə……………………………………………………….364 

Həftə fəryadı. İctima……………………………………………………….367 

Tənqid "hifzül-səhhət". Doktor Kərimbəy Sültanov………………………370 

Dərdlərimizin əlacı………………………………………………………...374 

 Ənuşirəvani-Adil………………………………………………………….380 

İdilboyu tatarı ……………………………………………………………..383 

"Arşın mal alan" və operettalarımız……………………………………….385 

"Əsli və Kərəm" …………………………………………………………..388 

"Mehr və Mah", yaxud "Əsli və Kərəm"in astarı…………………………390 

"Olülər" haqqında təəssürat………………………………………………..392 

Möhtərəm müdir əfəndi!...............................................................................392 

Möhtərəm müdir əfəndi! …………………………………………………..393 

İlya İliç Meçnikov ………………………………………………………...393 

Balaca felyeton ……………………………………………………………396 

Hacı Zeynalabdin Tağıyevin 50 illiyi ……………………………………..397 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________413 

 

 

 



 

 

 



 

 

Buraxılışa məsul:  



 

Əziz Güləliyev 

 

Texniki redaktor: 

 

 

Rövşən Ağayev 



 

Tərtibatçı-rəssam:  

 

Nərglz Əliyeva 

 

Kompyuter səhifələyicisi:           



Rəşad Həmidov 

 

Korrektor: 



   Gülzaman Qurbanova 

 

 



 

 

 



Yığılmağa verilmişdir 29.04.2004. Çapa imzalanmışdır 23.11.2004. 

Formatı 60x90 

1

/

28



. Fiziki çap vərəqi 31. Ofset çap üsulu. 

Tirajı 25000. Sifariş 173. 

 

 

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur. 



Bakı, Aşıq Ələsgər küç., 17. 

 

 



 

 

 



000005

 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə