Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə3/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   2   3   4   5   6   7   8   9   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________10 

 

ictimai münasibətlərini həyat səhnəsindən tədricən sıxışdırıb aradan çıxarması prosesi öz 



bədii ifadəsini tapır. Dramaturqlar ictimai yaraların islahat yolu ilə sağalacağına ümid 

bəslədiklərinə görə ictimai quruluşa, burjua-mülkədar münasibətlərinə qarşı çıxmırdılar. 

XIX  əsrin sonlarında maarifçi-demokrat dünyagörüşünə malik olan Nərimanov bu 

məhdud cəhətlərdən azad deyildi. Lakin buna baxmayaraq, müasirlərindən fərqli olaraq, 

mütləqiyyət hakimiyyətinin xalqa xoşbəxtlik və  səadət verə bilməyəcəyini və onun 

mürtəce mahiyyətini "Nadir şalı"da göstərirdi. 

M.F.Axundov '"Aldanmış kəvakib" əsərində mütləqiyyət dövlət quruluşunun mənasız 

gülünc olduğuna istehza edirsə, Nərimanov "Nadir şah" tarixi faciəsində Şərq xalqlarının 

siyasi-ictimai və  mədəni inkişafında monarxiya hakimiyyətinin buxova çevrildiyini 

cəsarətlə söyləyir. Nərimanov  İran xalqının tarixi keçmişinə müraciət edir, beləliklə, 

mövcud ictimai həyatın ziddiyyətlərini orijinal bir yolla açıb gostərirdi.  İranın tarixi 

hadisələri onun ücün qabaqcıl ideyaları  təbliğ etmək, çox üsul-idarəsinin mürtəce 

mahiyyətini ifşa etməkdən ötrü bir vasitə idi. 

Nərimanov "Nadir şah"da tarixi hadisələri əsas götürərkən Nadiri bütün zıddiyyətləri 

ilə verməyə çalışmışdır. Tarixi faciədə Nadir amansız quldur, böyük sərkərdə, tədbirli 

dövlət başçısı  və müstəbid hökmdar kimi verilmişdir. Nadirin faciəsinə  səbəb feodal 

ictimai münasibətləridir. Dramaturq əsas diqqətini Nadirin şəxsiyyətinə, daxili aləminə 

verməklə, onun faciəsinin mahiyyətini açmış, beləliklə, feodal hakımliyinə nifrət 

oyatmışdır. 

Nərimanov Səfəvilər xanədanının sonbeşiyi  Şah Təhmasın devrilməsinı  səhnəyə 

gətirməklə avam camaatın  şüurunu fanatizm və dini əsarətdən qurtarmağa, onu real 

düşünməyə çağırırdı. Nərimanov sonralar bu barədə yazırdı: "Nadir şah" adlı tarixi 

faciəmdə  mən  şahın  şəxsiyyətini heçə endirmişəm və başa salmaq istəmişəm ki, 

qaranlıqda qalan kütlənin adət olaraq qəbul etdiyi kimi hökmdarın  şəxsiyyəti heç də 

müqəddəs deyil və əgər o, məmləkəti idarə edə bilmirsə, onu tapdalayıb keçmək olar". 

"Nadir  şah obrazını yaradarkən dramaturq nə tarixi həqiqətin  əsiri olmuş, nə  də 

sərbəstliyə yol vermişdir. Hakimiyyətə, taxt-taca qanuni varisliklə deyil, gərgin mübarizə 

- dövlət çevrilişi nəticəsində sahib olan Nadir şahın  əvvəlki hakimlərdən fərqli cəhəti 

saray həyatına üzü ilə  bərabər yeni ideya, yeni prinsip və  əqidə  gətirməsidir. Tarixi 

Nadirin ideya və islahatları  əsərdə yeni bir məna və vüsət almış, dövlət və  cəmiyyət 

haqqında Nərimanovuu öz manifestini elan edən vasitəyə çevrilmişdir. 

Nərimanovun Nadir şah dövrünə müraciət etməsinə  səbəb də bu idi. Nadir şahın 

həyata keçirmək istədiyi deməkmtik mahiyyətli ideya və islalıatlar dramaturqun yaşadığı 

dövrdə mühüm mosolalər idi. Nərimanov Nadir şahın demokratik ideya və islahatlarını 

mütləqiyyət hakimiyyətində  həyata keçirməyin mümkün olmadığını, hətta onun şəxsi 

faciəsinə  səbəb olduğunu göslərməklə zülmkar çarizm üsuli-idarəsinin eybəcər 

mahiyyətini açmış, onun həqiqi, demokratik xalq quruluşu ilə əvəz edilməsi zəruriyyətini 

irəli sürmüşdür. 

Nərimanov "Nadir şah"da tarixi inkişafin istiqamətini qətiyyən təhrif etməmiş, tarixi 

həqiqətlərdən mütərəqqi meyilləri, müasir həyatın tələblərinə uyğun, ictimai fıkrin 

inkişafı üçün faydalı olan cəhətləri seçib göstərmişdir. Məhz bu nöqteyi-nəzərdən 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________11 

 

akademik Məmməd Cəfər yazır ki, N.Nərimanov "Nadir şah" faciəsilə "Azərbaycan 



dramaturgiyasına Puşkin, Şekspir ənənələrini, "Boris Qodunov" üslubunu gətirmişdir". 

Rus ədabiyyatında tarixilik prinsipinin bədii əsardə tətbiq edilməsinin ilk nümunəsini 

A.S.Puşkin "Boris Qodunov" faciəsində vermişdir. Nərimanov da "Nadir şah"da tarixilik 

prinsipinə sadiq qalmış, feodal-patriarxal İranın tarixi keçmişinə öz dövrünün mühüm 

siyasi-ictimai və mədəni tələbləri nöqteyi -nəzərindən yanaşmışdır. 

"Nadir  şah"da XV111 əsr hadisələri təsvir olunsa da, XIX əsrin ictimai ruhu, 

əsarətdən səbri tükənmiş xalqın qəzəb və nifrəti, oyanma əlamətləri öz ifadəsini tapmışdır. 

"Nadir şah" 1899-cu ildə ayrıca kitabça şəklində nəşr edilsə də, 1906-cı ilədək səhnə 

üzü görməmişdir. Çünki çar hökuməti  əsərdə qabaqcıl ictimai ideyaların təbliğ 

edilməsindən duyuq düşərək, onun tamaşasına uzun müddət icazə verməmişdir. Nəhayət, 

birinci rus inqilabından sonra çar senzurası güzəştə getməyə məcbur olur. Beləliklə, əsər 

ilk dəfə 1906-cı ildə Bakıda Azərbaycan və rus dillərində tamaşaya qoyulur. Əsər 

tamaşaya hazırlanan zaman yazıçı aktyorlarla sıx  əlaqə saxlayır, məşqlərdə yaxından 

işlirak edir. 

Nərimanov 1905-ci il inqilabından sonra "Nadir şah"ın birinci nəşri üzərində 

düzəlişlər aparmağı lazım bilir və bu dövrdə onu xalq kütlələrini mənəvi cəhətdən 

mütləqiyyətə qarşı mübarizəyə hazırlamaq və xalqın məfkurəsində hakim sinfin 

özbaşınalığına, patriarxal-feodal qayda-qanıınlarına və dini fanatizmə nifrət oyatmaq 

ideyaları daha çox düşündiirürdü. Ciddi düzəlişlərdən sonra "Nadir şah" (1913) ikinci 

dəfə nəşr olunur. 

Əsərin hər iki nəşri arasındakı nüsxə  fərqləri göstərir ki, dramaturq "Nadir şah"ın 

üzərində böyük tələbkarlıqla, səylə çalışmış, sanballı kamil bir sənət nümunəsi yaratmağa 

səy göstərmişdir. 

Nərimanov öz dram əsərləri ilə yanaşı, rus yazıçılarından tərcümə etdiyi pyeslari də 

tamaşaya qoymuşdur. 1892-ci ildə N.V.Qoqolun "Müfəttiş" komediyasını, 1915-ci ildə 

Qriqori Genin "Edam" pyesiniNərimanovun doğma dilimizə çevirməsi bu əsərlərdə 

ictimai həyata, despotizmə qarşı etiraz molivlərinin olması ilə bağlı idi. 

"Edam' pyesində insan şəxsiyyətini alçaldan, onun mənəvi aləmini sarsıdan ictimai 

haqsızlıq, burjua həyatının eybəcərliyi ifşa olunurdu. "Müfəttiş" komediyası isə çar üsul-

idarəsinə, kapitalist və mülkədar aləminə qarşı yönəldilmiş siyasi-ictimai pamflet idi. Bu 

əsərin Azərbaycan səhnəsində tamaşaya qoyulması, "eşidilməmiş hadisə" kimi 

qarşılanmışdı. 

Görkəmli ictimai xadim Ağamalıoğlu "Müfəttiş" pyesinin tamaşasını "zülmət 

səltənatində işıq şüası" adlandırmışdı. 

N.Nərimanovun istər tərcümə etdiyi, istərsə  də yazdığı pyeslər Azərbaycan milli 

teatrının maarifçi-demokratik məzmununa vo realist üslubuna rövnəq gətirmişdi. Keçən 

əsrin axırlarında teatrın repertuarında özünə uzun müddət yer tutmuş "Nadanlıq", 

"Şamdan bəy", "Nadir şah" pyesləri təkcə Zaqafqaziyada deyil, onun hüdudlarından xeyli 

uzaqlarda - Krımda, Volqaboyunda, Orta Asiya ölkələrində, İranda tamaşaya qoyulmuş, 

bir sıra görkəmli 

 

 



Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə