Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə5/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   2   3   4   5   6   7   8   9   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________14 

 

ideya istiqamətini "Bizim üçün islam xaricində nicat yoxdur" rubunda aparır, islami 



dəyərlərin təbliğinə geniş meydan verirdilər. 

Buna baxmayaraq, inqilab tufanının irəli atdığı bir sıra ictimai problemlər, həyat 

həqiqətləri qəzetin səhifələrində özünə yer tapırdı. M.Ə.Sabirin "Beynəlmiləl"  şeiri, 

A.Səhhətin lirik əsərləri, Abdulla Surun, S.M.Qənizadənin, Ü.Hacıbəyovun, 

H.Zərdabinin, N.Vəzirovun və b. felyetonları, elmi və publisistik məqalələri bu cəhətdən 

səciyyəvidir, 

N.Nərimanov "Həyat" qəzetində "Nər", "Arı  bəy" imzası ilə çap etdirdiyi "Həftə 

fəryadı", "Hərdənbir" felyetonlarında və  məqalələrində ictimai-siyasi hadisələrə 

müasirlərindən fərqli olaraq daha fəal münasibət bəsləyirdi. O, maarifçi baxışlarından tam 

xilas ola bilməsə  də, dövrün irəli sürdüyü problemlərin həllinə  əsasən inqilabçı-

demokratik mövqedən yanaşırdı. N.Nərimanovun dünyagürüşündə baş verən təkamül 

təsadüfi deyildi. İstər Odessada, istərsə  də Bakıda inqilabi tufanların qaynağında olan 

N.Nərimanov ümumxalq hərəkatını diqqətlə izləyir, ona böyük ümidlər bəsləyirdi. Məhz 

buna görə də liberal-burjua məsləkli "Həyat" qəzetindən qabaqcıl ideyaları yaymaq, xalqa 

həqiqəti başa salmaq və onu inqilabi mübarizəyə hazırlamaq üçün bir tribuna kimi istifadə 

edirdi. Eyni fikri N.Nərimanovun "İrşad" qəzeti səhifəlrində "Nər" imzası ilə buraxılan 

"Cüma söhbəti" felyetonları və siyasi publisist məqalələri haqqında da demək olar. Lakin 

"İrşad" qəzeti "Həyat'a nisbətən mütərəqqi ideyaların yayılmasına daha ÇOX meylli 

olmuşdur. 

Burada N.Nərimanov, S.M.Əfəndiyev kimi hümmətçilər, F.Köçərli, Abdulla Sur, 

F.Ağazadə, Ü.Hacıbəyov kimi maarifpərvər yazıçılar müntəzəm çıxış edirdilər. Qəzet 

inqilabi hadisələrə həssas münasibət bəsləyir, bəzən inqilabi-demokratik mətbuatın təbliğ 

etdiyi ideologiyanı yayırdı.' 

Elə ona görə  də, tərəqqipərvər ziyalılar "İrşad' millət üçün "mənbəyi-nicat, bir 

mövqeyi-ümid və xilas" hesab edirdilər. Onlar hətta güman edirdilər ki, "'İrşad" qəzetınin 

varlığı  pəncərədən otağa düşən günəş  şüası kimi yatmış insanları oyatmağa qadirdir. 

Şübhəsiz, N.Nərimanovun "İrşad" redaksiyasında işləməsi qəzetin ideya istiqamətinə 

ciddi təsir göstərmişdir. Onun qayğısı sayəsində redaksiya ətrafına toplaşan sağlam, 

qabaqcıl dünyagörüşlü əməkdaşlar hümmətçilərin inqilabi, demokratik ideyaları yaymaq 

üçün qəzetdən bir trıbuna kimi ıstifadə etməsinə imkan yaratmışdı. Məhz buna görə, bəzi 

tədqiqatçıların "İrşad"ı hümmətçilərin ciddi təsiri altında olan və  fəaliyyətinə bir çox 

cəhətdən onlar tərfindən istiqamət verilən demokratik məsləkli mütərəqqi qəzet kimi 

səciyyələndirməsi təsadüfi deyildir. 

N.Nərimanov 1906-cı ildə liberal-burjua mətbuatında çap etdirdiyi məqalələrdə günün 

ən zəruri tələblərini və ictimai-siyasi hadisələri inqilabi-demokratık dünyagörüşü 

mövqeyindən şərh edirdi. Bu nöqteyi-nəzərdən N.Nərimanovun 1906-cı ildə "Həyat" və 

"İrşad" qəzetlərində çap etdirdiyi məqalələri nəzərdən keçirmək maraqlıdır. 

1906-cı ildə N.Nərimanov öz publisist məqalələrində Azərbaycanın siyasi-ictimai 

həyatını  əməli olaraq dəyişməyə kömək edən mütərəqqi ideyaları müdafiə elməklə 

bərabər, xalqın azadlığı, tərəqqisi və səadəti yolunda mübarizə aparmağı bacaran adamları 

birliyə, ittifaqa, əlbir olmağa çağırırdı. 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________15 

 

N.Nərimanov Azərbaycan ictimai həyatında fəsadların, özbaşınalığın baş verməsinin 



əsas səbəblərini mənsəbpərəst ziyalıların xəyanətində, onların "istiqbala dair har məsələdə 

kor olmağında, ümumxalq işinə etinasızlığında gorürdü. 

Mübariz  ədib millətin dərdinə qalan, onun tərəqqisinə çalışan mühərrirlərin 

fəaliyyətini yüksək qiymətləndirirdi. N.Nərimanova görə, mühərrir millətin adət-

ənənəsini, tarixi keçmışini, mədəniyyətini yaxşı bilməsə, öz doğma vətənini bütün hissi, 

varlığı ilə sevməsə onun dərdinə  şərik ola bilməz. Mühərrirə  həyat həqiqətinə sadiq 

olmağı, nədən yazırsa-yazsın "insafı  əldən verməməyi" məsləhət gorürdü. O deyirdi: 

əqidəni, məsləki pula satmağın kütləvi "azara" çevrilməsi böyük fəlakətdir. 

N.Nərimanov vətəndaş mühərridərə tövsiyə edirdi ki, məsləkini qara pula satan, 

yaxşını yaman yerinə qələmə verən, beləliklə, milli tərəqqiya mane olan cızmaqaraçılara 

qarşı amansız olsunlar, öz iti qələmlərini yüksək ideallardan ehtikar edən xırda burjua 

ünsürlsrinə  və  hər  şeyə öz mənafeyi nöqteyi-nəzərindən yanaşan adamlara qarşı 

çevirsinlər. 

 M.Nərimanov avam kütlələrin gozünü açmaq, onlara yaxşı ilə yamanı anlatmaq, 

beləliklə, milli ləyaqət hissi oyatmaq üçün tənqidi  ən gözəl vasitə hesab edirdi. Məhz 

buna gorə də xalqa xidməti hər şeydən üstün tutan mühərrirlərə felyetondan kəskin silah 

kimi istifadə etməyi məsləhət görürdü. 

Milli mədəni gerilik, maarifə, teatra, mətbuata etinasız münasibət, dini xurafat, 

avamlıq və  cəhalət qabaqcıl ziyalıların ictimai həyatda  əl-qol açmasına imkan vermir, 

ümumi tərəqqiyə mane olurdu. N.Nərimanov Azərbaycanın mədəni mərkəzi olan Bakının 

ictimai mühitini öz felyetonlarının birində kinayə ilə  təsvir edir. Burada publisist 

dərəbəylik aləmini satira atəşıno tutur, zamanın tələbindən geri qalmağı "qeyrət 

mücəssəməsi" olan bəylərın üzünə hiddətlə çırpırdı. 

N.Nərimanov maarif sahəsindəki acıncaqlı vəziyyəti gənc nəslin tərbiyəsi məsələsinə 

etinasız münasibətdə görürdü. Dövlət məktəblərində  həftədə bir dəfə Azərbaycan dili 

dərsi keçilməsini düzgün hesab etmirdi. Narahatlıqla bildirirdi ki, milli məktəbtərdə 

"Nuhun əsrindən qalan üsul ilə dərs" verilir və bu da millət balalarının fəhmini, zehnini 

korlayır. O, "Müəllimlər ictimainə dair" adlı silsilə  məqalələrində dövrün ən zəruri 

problemlərindən birinə - maarif və  mədəniyyətin inkişafında ziyalıların və geniş 

zəhmətkeş kütlələrin rolu məsələsinə toxunmuşdur. 

N.Nərimanov yoxsul kütlələrin gələcək səadəti, xoşbəxtliyi və iqtisadi, mədəni 

tərəqqisi üçün var-dövlət sahiblərinin maddi köməyinə arxalanmırdı.  Əksinə, özlərini 

xalqa millətin dərdçəkəni, "hamisi" kimi tanıtdıran, "millət, millət" deyə  səsi gəldikcə 

bağıran, əslində isə öz şəxsi mənafeyini güdənləri ifşa edir, onların həqiqi simasını fanatik 

dindarlara, yoxsullara açıb güstərirdi. Məsələn, 1906-cı ildə "Həyat"da çap etdirdiyi 

"Həftə  fəryadı" sərlövhəli felyetonlarının birində yazırdı ki, millıtin dərdi, faciəsi bəzi 

oxucuları maraqlandırmır. "Bunlar üçün gələcəkdə nə olacaq? Millət və ya vətən tərəqqi 

edəcəkdir, ya yox? Bu təsəvvürdə olanlar üçün birdir, təfavüt yoxdur". 

Əsrin  əvvəllərində inqilabi fırtınalar dövrü başlanmış, zülm və istismar dünyasını 

lərzəyə salmışdı. 1905-ci il inqilabı və Şərq xalqlarının milli azadlıq hərəkatına onun təsiri 

tərəqqipərvər ziyalıları düşündürən  ən zəruri ictimaı problemə çevrilmişdi. Azərbaycan 

inqilabçı-demokratları, mütərəqqi ziyalılar bü dövrdə burjua-demokratik inqilabının tarixi 




Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə