Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə7/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   2   3   4   5   6   7   8   9   10   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________18 

 

damğalayır, xalqlar arasında etimad, dostluq əlaqələrinin möhkəmlənməsinə ciddi səy 



göstərirdibr. N.Nərimanov ictimai-siyasi azadlıq uğrunda mübarizə meydanına atılan hər 

bir xalqın öz daxili qüvvələrini birləşdirməsini ilkin şərt hesab edirdi. O yazırdı: "Ürəyi 

bir, sözü bir, fikri bir, əqidəsi bir, dərdi bir olan camaatla zarafat eimək olmaz... camaatın 

birliyi millət, vətən üçün böyük bir xoşbəxtlikdir". 

N.Nərimanov '"Müsəlman-erməni kasıb fəqirlərinə bir neçə söz" adlı  məqaləsində 

Zaqafqaziyada milli ixtilaf törədən fitnəkarların riyakar siyasətini ifşa edirdi. O, burada 

"vicdansız bir sinif" adlandırdığı  təxribatçıların cilddən-cildə girib fitnə-fəsad yolu ilə 

xalqları bir-birinə düşmən etmək cəhdini açıb göstərirdi. N.Nərimanov 

hürriyyətpərəstlərin gözəl məqsəd və  əqidə yolunda canlarından keçdikləri bir zamanda 

"şeytanın" - düşmənin fitnəsinə uyub ağılsız hərəkətlərə yol verməyi böyük fəlakət hesab 

edir, xalqları  həqiqi yola, yekdilliyə çağırırdı. O, böyük humanist, həqiqi beynəlmiləlçi 

publisist kimi hər iki xalqın faciəsinin əsil mahiyyətini açır, zəhmətkeş kütlələri yüz illər, 

min iliər insan hüququnu tapdalayan istismarçıların fitnəkar siyasətinə qarşı mübarizəyə 

səfərbər etməyə çalışırdı. 

Azarbaycan xalqının xoşbəxtliyi və  səadəti uğrunda ömrü boyu inamla mübarizə 

aparan Nəriman Nərimanovun zəngin  ədəbi irsi bu gun də öz aktuallığı  ılə diqqəti cəlb 

edir. Onun əsərləri ölkəmizdə milli müstəqilliyin, dövlətçiliyin möhkəmlənməsi və ərazi 

bütövlüyümuz uğrunda mübarizə aparan hər bir azərbaycanlı üçün qiymətli və əzizdir. 

 

 

Teymur Əhmədov 



filologiya elmləri doktoru, 

 professor 

  

  



 

  



__________________Milli Kitabxana__________________ 

__________________________________________________19 

 

 

 



DRAM 

ƏSƏRLƏRİ 

 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________20 

 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________21 

 

NADANLIQ 

 

 



DRAMA, DÖRD  MƏСLİSDƏ 

 

 



ƏFRADİ-ƏҺLİ-MƏСLİS 

 

M ə һ ə m m ə d  a ğ a--kənd müəllimi, cavan oğlan, rus paltarında.  



N a m a z--onun nökəri.   

Q u r b a n ə l i, N i y a z ə l i, A ğ a k i ş i, H a c ı  A b d u l l a--

kəndin mütəşəxxis adamları, 40 və 50 yaşında, çöl libasında. 

K o x a--kəndin yüzbaşısı. 

Ö m ə r--Hacı Abdullanın böyük oğlu, oxumuş cavan, çərkəzi libasda.  

V ə l i--Hacı Abdullanın kiçik oğlu.  

Ə Һ m ə d--Hacı Abdullanın nökəri. 

Bir neçə kənd adamları--Məһəmməd ağanin  yanına ərizə yazdırmağa 

gələnlər. 

Y e t ə r--Hacı Abdullanın övrəti, 40 yaşında, çöl libasında. 

G ü l p ə r i--Qurbanəlinin övrəti, 40 yaşında, çöl libasında.  

M o l l a  Q a s ı m--kənd mollası, İran libasında.  

M  ə n s u r, Ş a m i l, P i r v e r d i, İ s m a y ı l-- Vəlinin qaçaq 

yoldaşları, һamısı yaraqlı. 

 

 

 



 


__________________Milli Kitabxana__________________ 

__________________________________________________22 

 

BİRİNСİ MƏСLİS 

 

ƏVVƏLİNСİ GƏLİŞ 



 

Məһəmməd  ağa  öz otağında, otağın bir tərəfində miz və bir neçə 

kürsü. 

 

M ə һ ə m m ə d  a ğ a. Günlərim qəribə qəmgin keçir. İki aydır ki, gəlmişəm, 



bu vaxta qədər ancaq iki şagird gəlibdir. Bunlarla mən nə edəcəyəm? Güclə deyil 

ki, müəllimi bu ölkədə özlərinə düşmən һesab edirlər. Aһ! Başım fikir etməkdən 

çatlayır! (Başını əli ilə tutur.) 

 

İKİNCİ GƏLİŞ 



 

Məһəmməd  ağa  və Qurbanəli . 

 

Q u r b a n ə l i. Salaməleyküm! 



M  ə  һ  ə m m ə d  a ğ a. Əleyküməssalam! Xoş  gəlibsiniz! (Ayağa durur.) 

Əyləşin. 

Q u r b a n ə l i. Kefin necədir? Salamatsanmı? 

M ə һ ə m m ə d  a ğ a. Allaһa şükür! Ancaq uşaq az olmağa görə günlərim 

qəmgin keçir. 

Q u r b a n ə l i. İndi neçə şagird var? 

M ə һ ə m m ə d  a ğ a. Ancaq ikidir. 

Q u r b a n ə l i. Genə yaxşı ki, o da var. Əvvəlki mollanın (uçitelin) һeç iki 

şagirdi də yox idi. İndi uşaqlar ataları ilə çöl işlərindədirlər. Yarım aydan sonra 

çöl işlərini qurtararlar və savuq düşər, onda şagirdlərin çoxlaşar. Sən qarı gözlə: 

elə ki, qar yağdı, gündən-günə şagirdlər çoxlaşacaq, çünki o vaxt işləri olmayıb 

və evdə qalıb şuluqluq eləməsinlər deyibən, sənin  yanına göndərəcəklər. Elə ki 

genə yaz açıldı,  һamısı genə  işlərinə gedəcəklər. Xülasə, başını  nə  ağrıdım, bu 

şkolda ildə üç ay qışı oxuyurlar. 

M ə һ ə m m ə d  a ğ a. Ay kişi! Üç ayda nə oxumaq olacaq? 

Q u r b a n ə l i. Ay sağ olmuş! Kimdir elə şeyləri axtaran. 

M ə һ ə m m ə d  a ğ a. Bəs deyirdiniz "kiçik oğlumu qoyacağam oxusun", 

necə oldu? 

Q u r b a n ə l i. Doğrudur, söz verdim, amma.... 

M ə һ ə m m ə d  a ğ a. Nə var? Xeyir ola!  




Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə