Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə1/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
  1   2   3   4   5   6   7   8   9   ...   132


____________________Milli Kitabxana_____________________ 

 



 


____________________Milli Kitabxana_____________________ 

 



 

İSMAYIL ŞIXLI 

 

 



 

 

 



 

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ 

 

İKİ CİLDDƏ 

 

 I CİLD 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

"ŞƏRQ-QƏRB"  



BAKI-2005 

  



____________________Milli Kitabxana_____________________ 

 



Bu cild yazıçı İsmayıl Şıxlının "Seçilmiş əsərləri. İki cilddə" (I cild, Bakı, 

Azərnəşr, 1971), "Namərdgulləsi" (Bakı, Yazıçı, 1991), "Olüləri 

qəbristanda basdırın..." (Bakı, Gənclik, 1992) və "Ölən dünyam" 

(Bakı, Azərnəşr, 1995) kitabları əsasında təkrar nəşrə hazırlanmışdır 

 

 

Tərtib edəni: 



   Elçin 

Şıxlı 


 

Ön sözün müəllifi:  

 

İntiqam Qasımzadə 



 

 

894.3613 - dc 21 



 

AZE 


İsmayıl Şıxlı. Seçilmiş əsarləri. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 ,408 səh. 

 

Xalq yazıçısı  İsmayıl  Şıxlının istedadlı bir nasir kimi oxucular və  ədəbi ictimaiyyət 



tərəfindən təqdir olunması onun "Ayrılan yollar" (1956) romanı ilə bağlıdır. Azərbaycan 

kəndində 1941-45-ci illər müharibəsindən sonrakı dövr üçün xarakterik olan dəyişikliklər 

bu  əsərdə öz maraqlı, bədü ifadəsini tapmışdır.  Əsərdə dövrün ideoloji çərçivələrindən 

çıxmaq cəhdləri var. 

"Ölən dünyam" isə yaradıcılığının son akkordu kimi yazıçının ömrünün qürub çağı 

qələmə aldığı  əsərdir. Uzun illər  ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan, klassik 

roman janrının bütün qayda-qanunlarına riayət eləyən müəllif bu əsərdə çərçivələri vurub 

dağıdır. 

Seçilmiş əsərlərinin bu cildinə adları çəkilən romanları ilə yanaşı, yazıçının "Namus 

qaçağı", "Namərd gülləsi" və "Ölüləri qəbristanda basdırın" hekayələri də daxil 

edilmişdir. 

 

ISBN 9952-418-33-4 



© "ŞƏRQ-QƏRB", 2005 

  



____________________Milli Kitabxana_____________________ 

 



 

 

 




____________________Milli Kitabxana_____________________ 

 



OXUNAN VƏ SEVİLƏN YAZIÇI 

 

Azərbaycan nəsrinin tarixi daha əvvəllərə gedib çıxsa da, ədəbiyyatın bu qolunun inkişafı, heç 



şübhəsiz, XX əsrə aiddir. XX əsrə qədər nəsr yazmış cəmi bir neçə yazıçının adını çəkə bildiyimiz 

halda, bu əsrdə yaşayıb-yaratmış nasirlərin böyük bir siyahısını tutmaq mümkündür. Onların da 

əksəriyyətinin yaradıcılığı sovet dövrünə  təsadüf edir. Bu yazıçılardan biri də tamamilə orijinal 

yaradıcılıq dəsti-xətti olan İsmayıl Şixlıdır (1919-1995). 

İsmayıl Şıxlının adı Azərbaycanda həm bir yazıçı, həm də bir ictimai-siyasi xadim kimi kilayət 

qədər geniş tanınır. Yaşlı və orta nəslin nümayəndələri arasında onun heç olmasa "Dəli Kür"ünü və 

bir sıra kiçik hekayələrini oxnmayan adam lapmaq çəündir... 

İsmayıl Şıxlı haqqında yazanların çoxu onun ədəbiyyata 1938-ci ildə "Quşlar" şeri ilə gəldiyini 

qeyd edirlər. Bu, həqiqətən belədir. Amma "heç olmasa bircə şerim dərc olunaydı..." arzusu hayata 

keçsə  də, elə  həmin gün, şeri "Ədəbiyyat qəzeti"ndə  dərc olunanda, şair olmaq sevdasına o özü 

birdəfəlik xitam verdi. Sonralar o, bunu belə xatırlayacaq: "Həmin gün mən həm sevinir, həm də 

kədərlənirdim. Sevinirdim - nəhayət,  şerim çıxdı; kədərlənirdim - heyf ki, bir də  şeir 

yazmayacağam..." 

Bu, özünə inamsizliq deyildi, yox. bu, təxminən 20 yaşında olan bir gəncin öz imkanlarını 

qiymətləndirə bilmək, yazdıqlarına tənqidi yanaşmaq qabilliyyəti və bir də  qətiyyəti idi. Gənc 

İsmayılın təbiətindəki bu iki xüsusiyyət ömrü boyu, lap son gününə kimi onu tərk etmədi. Ağayana, 

son dərəcə təvazökar və müdrik İsmayıl Şıxlı şəxsiyyətinin kökündə bir də bu durur. 

Niyə "bir də"? çünki bu onun yeganə xüsusiyyəti deyildi. İsmayıl Şıxlı  səliqəli, zəhmətkeş və 

əqidəli bir insan idi. Onu nasir, romançı kimi formalaşdıran da xarakterinin məhz bu cəhətləri idi. 

 

* * * 



İsmayıl Şıxlı  çox ağır, lakin olduqca maraqlı bir həyat yolu keçib. Bu yola ötəri də olsa, nəzər 

salmağına dəyər. Rəsmi sənədlərdə İsmayıl Şıxlınnı 1919-cu il mart ayının 22-də Qazax rayonunun 

İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olduğu yazılır. Amma əslində bu, belə deyil; çoxları 

yaşlarını azaltdıqları halda, onun yaşını düz 3 il artırmışdılar. Çünki Kosalar kənd məktəbində ibtidai 

təhsilini başa vurduqdan sonra 1934-cü ildə valideynləri onun Qazax Pedaqoji Texnikumuna daxil 

olmasını  məsləhət bilirlər.  İsmayılın onda cəmi 12 yaşı vardı; bu yaşda onu, çətin, texnikuma 

götürəydilər. Odur ki, fikirləşib yaşını artırdılar. 

Xülasə, 1936-cı ildə balacaboy, çəlimsiz  İsmayıl Qazax Pedaqoji texnikumunu bitirib bir il 

Kosalar məktəbində müəllimlik edir. Lakin burda o, çox ləngimir, ali təhsil almaqçün 1937-ci ildə 

Bakıya gəlib Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil 

olur. Burada İsmayıl Şıxlı o dövrün istedadlı gənc şairləri - Tələt Əyyubov, Büyükağa Qasımzadə və 

Ənvər  Əlibəyli ilə dostluq edir. Son dərəcə  ağır illər idi o illər-repressiya tüğyan edirdi. İnstitut 

müəllimlərinin bir çoxu artıq həbs olunmuşdu, yerdə qalanlar isə amansız siyasi təzyiq altında idilər - 

elə  tələbələr də.  İsmayıl  Şıxlının bəy nəslindən olduğunu, iki gündən bir institut komsomol 

komitəsinə sorğu-suala çağınlmasını  nəzərə alsaq, onun o dövrkü həyatını, keçirdiyi psixoloji 

sarsıntıları təsəvvür etmək çətin olmaz... 

Bununla belə, gənclik - tələbəlik illərinin oz gözəlliyi, öz romantikası var. İsmayıl Şıxlı da, təbii 

ki, arzularla yaşayırdı; savadını artırmaqla yanaşı, tənqidçi Məmməd Cəfər Cəfərovun APİ-də təşkil 

etdiyi ədəbiyyat dərnəyinə gedirdi. Elə ilk yazılarmdan biri olan "Dəli Kür" hekayəsini də o zaman 

institut qəzetində çap etdirir. Beləliklə, poeziyadan "əlini üzən" İsmayıl Şıxlı ara-sıra özü üçün şeir 

yazsa da, üz tutur nəsrə. Hətta günlərin bir günü məsləhət almaqçün görkəmli yazıçı Mehdi Hüseynin 

yanına gedir. Düşündüyünü, qənaətini gizlətməyi xoşlamayan Mehdi Hüseyn onunla açıq danışır; 

iradlarını deyir, çoxlu mütaliə etməyi, yaradacılığa kiçik hekayələrlə başlamağı  məsləhət görür. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə