Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə116/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   112   113   114   115   116   117   118   119   ...   132

____________________Milli Kitabxana_____________________ 

349 


 

O, üzə vurmasa da, gəlindən daha çox narahatlıq keçirirdi. Oğlunun yurdunda 

qalacaq bu uşaqla nəfəs alırdı. Onun səsi çıxan kimi ürəyi döyünürdü. Tez-tez 

əllərni göyə qaldırıb "Ey yeri-göyü yaradan Tanrı, Sən balamın yurdunda 

cücərən bu körpəni özün xətadan-bəladan xilas elə.  İraq canından, oğlumu 

sonsuz, yurdunu boş qoyma. Görünür, balamın başı əlində deyil, salamat olsaydı, 

indiyəcən bir xəbəri çıxardı. Allah mərdiməzarların evini yıxsın. Mənim balam 

kimə nə pislik eləmişdi?" 

İndi vaqonda, küncdə, döşəkçə üstündə oturan Güllü xanım gəlinindən 

gözünü çəkmir və onun uşağı necə yorğana bükdüyünə, necə sinəsinə sıxdığına, 

nəfəsini uşağın üzündə necə  gəzdirdiyinə,  ətirli  şamama qoxulayan kimi, necə 

qoxuladığına göz qoyurdu. Gəlin isə bunlardan xəbərsiz idi. O, uşaqdan başqa 

heç nə görmür, uşağın mışıltısından başqa heç nə eşitmirdi. 

Vaqonlar silkələndi. Parovoz içini arıtlayıb gəhilti ilə  tərpəndi. Yükün 

ağırlığından fısıldadı  və  təkərlər relsin üstündə  fırlanıb özünü bərkitdi və qatar 

asta-asta tərpəndi. 

Güllü xanım başa düşdü ki, deyəsən, bu gedişin el-obadan həmişəlik 

ayrıldılar. 

 



 



Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən 

qapını ha döydülər, ha xahiş etdilər, onu bir azca açsınlar, ancaq bayırdan bircə 

cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi 

qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə 

qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları 

cırmaqlayırdılar. Qatar hərdənbir hardasa dayananda belə qapını açmayan 

əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı 

qorxutmaq üçün göyə atəş də açırdılar. 

Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar 

dayanmayacaq və abır-həya itəcəkdi. 

Vaqonun ortasından pərdə çəkdilər. Uşaqlar, elə böyüklər də küncə iri qazan 

qoyub, utana-utana, hətta ağlaya-ağlaya təbii ehtiyaclarını ödədilər. 

  



____________________Milli Kitabxana_____________________ 

350 


 

Vaqonun havasından baş çatlamağa başladı. Bayırdan isə bircə səs eşidilirdi. 

"Ne polojeno", dalınca da it hürməsi... 

Bir gün gəlin körpəsini qucağına alıb, ağzında yaşmaq qayınanasının yanına 

gəldi. Uşağı Güllü xanıma görsətdi. Nənə  nəvəsinin xumar gözlərinə, qımışan 

dodaqlarına, çatmaqaşlı  bəyaz sifətinə diqqətlə  və  fərəhlə baxdı. Gəlin 

qayınanasının dodaqlarında ömründə ilk dəfə  təbəssümə  bənzər bir şey gördü. 

Bir az da ürəkləndi. 

- Ana, gəlsənə bu uşağın adını Əvəz qoyaq. 

Güllü xanımın dodağındakı  təbəssüm yoxa çıxdı. Qaşqabağı töküldü və 

sifətini sərt bir ifadə bürüdü. Onun səsində də bir sərtlik hiss olundu. 

- Bu ad hardan ağlına gəldi? Onun atasına nə olub ki, adını Əvəz qoyuruq. 

Mənzil başına çatarıq, özüm ona ad da qoyacam, qurban da kəsəcəm. 

Gəlin kor-peşman geri qayıtdı. 

Həmişə anasının qoynunda mışıl-mışıl yatan uşaq bir gecə  səhərə  qədər 

ağladı. Gəlin nə qədər layla çaldı, uşağı sinəsinə sıxdısa da, sakitləşdirə bilmədi. 

Güllü xanım başa düşdü ki, körpəyə nəsə olmuşdu. 

Uşağın zağıltısı getdikcə çoxalır və  səsi vaqonu başına götürürdü. Bu səs 

aradan xeyli keçəndən sonra güclə  nəfəs alan körpənin hıçqırığına çevrildi və 

səhərə yaxın tamam kəsildi. Gəlin də  uşağı qucağına sıxıb onun üzünə tamaşa 

edib sakitləşdi. Güllü xanım da azacıq rahatlandı. 

Hava açıldı, gün xeyli qalxdı. Vaqonun içi işıqlandı. Ancaq nə mürgüləyən 

gəlinin səsi gəldi, nə  də  uşağın. Güllü xanım ehmalca ayağa durub onlara 

yaxınlaşdı və gördü ki, uşağın gözləri hərəkətsiz halda tavana zillənmişdi və ağzı 

azca aralanmışdı. Dünya görmüş arvad başa düşdü ki, körpə anasının qucağında 

canını çoxdan tapşırmışdı. 

Heç kəsə sezdirmədən, sakitcə, için-için ağladı, göz yaşlarını sinəsinə axıtdı. 

Bir az özünü toxtatdıqdan sonra əyilib uşağı  gəlinin qucağından aldı. Gəlin 

diksinib yuxudan ayıldı və körpəsini qayınanasının qucağından götürmək istədi. 

Güllü xanım uşağı anasına verməzdən  əvvəl gəlininin sifətinə elə bir ifadə ilə 

baxdı ki, arvad sarsıldı. Gözünü zilləyib uşağa və sifəti tunc kimi bozarmış 

qayınanasına baxdı və başa düşdü ki, balası yoxdu. Əlini uzadıb saçını yolmaq, 

üzünü cırmaq və haray salıb dünyanı başına yığıb, hamını  dərdinə  şərik etmək 

istədi. Amma Güllü xanımın sərt sifətini və sərt baxışlarını gördü. 

  



____________________Milli Kitabxana_____________________ 

351 


 

- Kişi qızı ol, dost var, düşmən var! 

Vaqonun küncünə döşəkçə saldılar. Uşağı ora uzatdılar. Bütün yolboyu 

ehtiyatla işlətdikləri suyun qalığı ilə yudular və  kəfənlədilər. Bundan sonra 

vaqondakılar - Alqazax və  Çıraq uşağının adamları körpənin üstündə için-için 

ağlaşdılar. Qapını içəridən döydülər. Bayırdan eyni səs eşidildi. "Ne polojeno". 

Sonra da vaqonu cırmaqlayan it hürdü. İçəridən bir təhər başa saldılar ki, adam 

ölmüşdür. 

Aradan xeyli keçdi. Qatarın sürəti azacıq azaldı. Qapı aralandı. Dərddən 

keyimiş gəlin daş kimi quruyub yerində qalmışdı. 

Güllü xanım meyiti qucağına alıb azacıq aralanmış qapıya yaxınlaşdı və elə 

zənn etdi ki, vaqon dayanacaq, onlar yerə töküləcək və  uşağı öz əlləri ilə 

basdıracaqlar. Ancaq uşağın meyitini onun əlindən aldılar, qapı dərhal örtüldü və 

tanış səs eşidildi: "Ne polojeno"... 

Güllü xanım iki gün yatmadı. Gəlinini gözdən qoymadı. Gəlin elə bil 

keyikmişdi. Deyəsən, başına hava gəlmişdi. Güllü xanım gördü ki, gəlini  əlinə 

keçən parçaları bürələyib bükdü, uşağın paltarını ona geyindirdi və qundaq kimi 

qucağına alıb sinəsinə sıxdı. 

Gəlin uşaqla oynayır, gülür və ona aramsız layla çalırdı. Onun oxuduğu şirin 

oxşamalar Güllü xanımın sinəsini deşik-deşik edirdi. 

 

"Balama qurban alçalar,  



Balam havaxt əl çalar.  

Balama qurban inəklər,  

Balam nə vaxt iməklər". 

 

Güllü xanım gəlininin səhərəcən eyni laylaları, oxşamaları dediyindən 



vaqondakıların da yata bilmədiyini görür və  gəlininə sakitcə öyüd-nəsihət 

verirdi: '"Qızım, səs salma, qoy uşaq yatsın. Görmürsənmi, tifil yenicə yuxuya 

gedib". 

Qayınanasının bu sözlərindən sonra gəlin  əskidən düzəltdiyi uşağı sinəsinə 

basıb mürgüləyirdi. 

Bir gün Güllü xanım gördü ki, gəlinin də səsi gəlmir. Həmişə  səhər tezdən 

oyanan və "körpə"sinə layla çalan gəlin tərpənmir. Arvadın ürəyi titrədi və gördü 

ki, gəlin "körpə"sini bağrına basaraq keçinmişdi... 

Yolun harasındasa qatarı dayandırdılar, yanlarında boynu zəncirli it olan 

keşikçilər vaqona yaxınlaşdılar. Qapını açıb cənazəni götürdü- 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə