Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə1/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
  1   2   3   4   5   6   7   8   9   ...   93


________________Milli Kitabxana________________ 

 
 
 
 


________________Milli Kitabxana________________ 

 
        
 
 
 SÜLEYMAN RƏHİMOV 
 
 
 
 
 
SEÇİLMİŞ 
ƏSƏRLƏRİ 
 
 
 
    İKİ CİLDDƏ 
 
       I CİLD 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"ŞƏRQ-QƏRB" 
 BAKI-2005 
  
 
  
 
 


________________Milli Kitabxana________________ 

 
 
Bu kitab "Süleyman Rəhimov. Seçilmiş əsərləri. On cilddə. IV cild" 
(Bakı, Azərnəşr, 1971) və "Süleyman Rəhimov. Əfsanələr"  
{Bakı, Gənclik, 1981) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
894.3613 dc21  
AZE 
Süleyman Rəhimov. Seçilmiş  əsərləri.  İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 288 
səh. 
 
Xalq yazıçısı Süleyman Rəhimovun adı 1930-cu illərdən yeni Azərbaycan romanının 
doğuluşu, təşəkkülü və inkişafı ilə  sıx bağlı olmuşdur. Milli nəsrimizdə roman janrının 
diqqətəlayiq nümunələrini yaradan görkəmli yazıçının  əsərləri janr baxımından  əlvan və 
müxtəlifdir. S.Rəhimov usta bir romançı olmaqla yanaşı, həm də hekayə  və povestlərin, 
romantik və satirik-yumoristik səpkili nəsr əsərlərinin müəllifidir. 
Bu kitaba müəllifin üslubca və mündəricəsindəki oxşar cizgilərin rəngarəngliyi ilə seçilən 
povestləri, eləcə  də xalq yaradıcılığı motivlərinə  əsaslanan  əsərlərindən seçmələr daxil 
edilmişdir. 1960-cı illərdə  qələmə alınan və  nəsrimizdə psixoloji üslubun parlaq 
nümunələrindən sayılan "Məhtaban"da dərin ictimai-siyasi məsələlərə toxunulur. 
"Kəsilməyən kişnərti"  əfsanə-povesti isə nağılvarı  təfəkkürün orijinal təzahürü olub, 
müasir problemlərə folklor estetikası baxımından yanaşmağın parlaq ifadəsidir. 
"Güzgü göl" əfsanəsində xalq həyatından və xalqa inamdan gələn saf, insanı ucaldan, 
qanadlandıran romantik pafos var. 
Kitabda toplanan maraqlı lövhələr dolu əsərlər müəllifin xalq yaradıcılığına dərin 
bələdliyini, yüksək istedadını, həyat və insanlar barədə son dərəcə zəngin təsəvvürünü bir daha 
nümayiş etdirir. 
 
ISBN 9952-418-84-9 
© "ŞƏRQ-QƏRB", 2005 
  
 
 


________________Milli Kitabxana________________ 

 
 
               


________________Milli Kitabxana________________ 

 
 
ÖN SÖZ 
 
Süleyman Rəhimov yeni dövr Azərbaycan  ədəbiyyatının görkəmli nümayəndələrindən 
biridir. Onun yaradıcılığı Azərbaycan nəsrinin böyük bir inkişaf dövrü ilə sıx surətdə bağlıdır. 
S.Rəhimovun romanları milli nəsrimizdə bu janrın diqqətəlayiq hadisilərindən sayılır. Bu 
romanlar üçün epoxal hadisələri  əhatə etmək, epiklik, realizm, psixologizm, xalq dili 
zənginlərindən sənətkarlıqla bəhrələnmək kimi gözəl xüsusiyyətlər səciyyəvidir. 
 
* * * 
 
Süleyman Hüseyn oğlıı Rəhimov 1900-cü il mart ayının 22-də Qubadlı nahiyəsinin Əyin 
kəndində dünyaya gəlmişdir. Atası yoxsul olmuşdur, lakin oğlunun təhsil almasına çalışmışdır. 
S.Rəhimov kənd mollasından  əlifbanı öyrənmiş, sonra Qubadlıda beşillik rus məktəbində 
oxumuşdur. Gələcək ədibin uşaqlıq va gəncliyi çətin illərə, inqilabi mübarizələr və sarsıntılar 
dövrünə təsadüf etmişdir. O, milli dövlətin qurulduğu və fəaliyyət göstərdiyi illəri görmüşdür. 
O vaxt S.Rəhimovun 18-20 yaşı var idi. Azərbaycanda sovet hakimiyyəti milli demokratik 
respublikanı devirdikdən sonra S.Rəhimov nahiyə inqilab komitəsində kənd mirzəsi işləmişdir. 
1921-ci ildə  Şuşada açılmış pedaqoji kursa göndərilmiş  və burada təhsilini başa vurduqdan 
sonra Qubadlı, Laçın, Zəngəzur rayonlarında bir müddət müəllimlik etmişdir. Müəllimliklə 
yanaşı o, çalışdığı  kənd və rayonlarda həm də ictimai işlərdə  fəal iştirak etmişdir. Təhsilinin 
azğınlığını hiss edən S.Rəhimov 1928-1931-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix 
fakültəsində oxuyur, həm də fəhlə rayonlarında savadsızlığı ləğv edən kurslarda dərs deyir. 
Ədibin yazıçılıq fəaliyyətinə başlaması da bu illərə təsadüf edir. O, hələ universitet tələbəsi 
ikən "Şamo" romanının ilk variantını yazmış  və roman 1931-ci ildə çapdan çıxmışdır. 
Universiteti bitirdikdən sonra S.Rəhimov bir müddət partiya və dövlət işlərində  fəaliyyət 
göstərmişdir. Rayon partiya komitəsinin katibi, Bakı partiya komitəsində  təbliğat işləri üzrə 
katib, Azərbaycan partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdir müavini vəzifələrində 
çalışmışdır. O, 1941-45-ci illər müharibəsi dövründə Sovet qoşun hissələri ilə  Təbrizə gedir. 
Cənubi Azərbaycanın bir çox şəhər və  kəndlərini gəzir. "Vətən yolu" qəzetində "Səngərli" 
imzası ilə çıxış edir, Təbriz uşaqlarının ağır həyatını təsvir edən "Nənənin ölümü" hekayəsini 
çap etdirir. 
S.Rəhimov Azərbaycan Yazıçılar  İttifaqına rəhbərlik etmişdir"(l 954-1958). İctimai və 
ədəbi fəaliyyətinə görə orden və medallarla təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı adına 
layiq görülmüşdür (1975). 
S.Rəhimov 1983-cü ildə oktyabrın 11-də  vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn 
edilmişdir. 
  
* * * 
 
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə