_____________Milli Kitabxana_____________
3
Bu kitab “Seyid Əbülqasim Nəbati. Əsərləri” (Bakı, Elm, 1968) və
“Seyid Əbülqasim Nəbati. Seçilmiş əsərləri” (Bakı, Yazıçı, 1985)
nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni:
Əbülfəzl
Hüseyni
Ön sözün müəllifi:
Zaman Əsgərli
894.3611 - dc 21
AZE
Nəbati Seyid Əbülqasim. Seçilmiş əsərləri. “Şərq-Qərb”, Bakı, 2004,
216 səh.
XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Seyid Əbülqasim Nəbati
zəngin ədəbi-bədii irs qoyub getmişdir. Əsərlərini həm klassik poeziya üslubunda, həm də
aşıq şeri tərzində yazmış Nəbati milli ədəbiyyatımız tarixinə sufi-panteist fikirləri ictimai
həyatla, maddi aləmlə əlaqələndirən, klassik üslubu şifahi xalq ədəbiyyatı ilə birləşdirən
görkəmli sənətkar kimi daxil olmuşdur. Onun poetik irsi həm ideya məzmun, estetik mətləb,
həm də forma-sənətkarlıq keyfiyyətləri baxımından seçilir.
Şairin bu kitabı klassik və xalq şeri şəkillərində yaratdığı həmin
gözəl nümunələrdən
tərtib edilmişdir. Musiqililik, sadəlik, səmimi hisslər və dilin zənginliklərindən məharətlə
istifadə bacarığı Nəbati şeirlərinin səciyyəvi xüsusiyyətidir.
ISBN 9952-418-02-4
© “ŞƏRQ-QƏRB”, 2004
_____________Milli Kitabxana_____________
5
ÖN SÖZ
Türkdilli Azərbaycan şerində Nəsimi ilə başlanan ictimai-fəlsəfi, sufipanteist lirikanı
XIX əsrdə yeni ideya-məzmun və bədii sənətkarlıq keyfiyyətləri ilə zənginlənşdirən, klassik
poeziyadakı ruhani, fəlsəfi-estetik axtarışları yeni dövr ədəbiyyatında uğurla davam etdirib
ən uca zirvəyə yüksəldən, onu yekunlaşdıran sənətkar Seyid Əbülqasim Nəbatidir. Milli
ədəbi
tərəqqi tarixində o, Şəms Təbrizi, Cəlaləddin Rumi, Əhməd Yəsəvi, Yunus Əmrə,
həmçinin Nəsimi, Xətayi, Füzuli kimi dahilərin adları ilə təmsil olunan mənəvi-əxlaqi
dəyərlərin varisi, XIX əsrdə son nümayəndəsidir. Klassik yazılı və şifahi şeir ənənələrinin
vəhdəti, təriqət lirikası ilə folklor – xalq poeziyasının möhkəm sintezi onun yaradıcılığı üçün
səciyyəvi olan başlıca əlamətdir.
Seyid Əbülqasim Nəbati 1812-ci ildə Qaracadağ mahalının Üştibin qəsəbəsində ruhani
ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və
Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır.
Atası Seyid Mir Yəhya Möhtərəm Üştibində və yaxın
kəndlərdə dərvişlik edir, müxtəlif
islami əqidələri yayırdı. Şair qoşmalarının birində öz əsilnəcəbi haqqında məlumat verərək
yazır:
Meydani-eşq içrə səyirtdim atı,
Müsəxxər eylədim Rumu, Heratı,
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız Haşimi, əslimiz ərəb.
Mənşə e’tibarilə ərəblərə gedib çıxan bu tayfaların içərisində farslar və türklər də var idi.
Türklər həm də xançobanlılar adı ilə tanınırdılar. Elə buna görə Nəbati “Gözlərim” rədifli
şerində özünə dair məlumatı dəqiqləşdirib yazırdı:
Bəççeyi-türkəm, dilim türki, kəlamım həcv-məcv
Xançobani can alan cancanı gözlər gözlərim.
Nəbatinin uşaqlığı Üştibində və Qaracadağda keçmişdir. O, ilk təhsilini atasından almış,
klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən
öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın
çox yerlərini piyada gəzib-
dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən
bilinir ki, o, Qaracadağdan başqa Qarabağda
– Əsgəranda, Qırçında, Ağdamda, Hindarxda və Muğanda, – Salyanda, Lənkəranda, habelə
Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır.
Seyid Əbülqasim bir müddət dərvişlik edib, müridlər arasında nüfuz və hörmət
qazanandan sonra Üştibində mürşid olmuş, kəramət sahibi kimi tanınmışdır.
Gənclik illərində o, Əhərə gedib, dövrünün görkəmli, böyük
təriqətçisi olmuş Şeyx
Mahmud Şihabəddinin məqbərə və ziyarətgahında guşənişinlik etmiş, riyazətlə məşğul
olmuşdur. Nəbatilik təriqətinin başçılarından olan şair dünya işlərindən kənarda qalıb, sufi
_____________Milli Kitabxana_____________
6
həyat keçirmiş, hücrədə tənha yaşamaqla haqqa, həqiqət aləminə yetişib gizli sirlərdən
xəbərdar olmaq istəmişdir.
Şair şeirlərinin birində guşənişinliyi tərifləyərək yazmışdır:
Guşeyi-vəhdət nə əcəb ca imiş,
Sirri-nihan onda hüveyda imiş.
Aşiqi-divanələrin mənzili –
Rütbəyə bax, ərşi-müəlla imiş.
Qafil
idim bu dili-viranədə,
Dil demə, oğlan, bu ki dərya imiş.
Müasirlərinin dediyinə görə Nəbati çox səxavətli, mərd və nəcib bir insane olmuşdur.
Ibadətdən ayrılıb camaat arasına çıxan zaman onun simasında xüsusi bir gözəllik, işıq, nur
görünərmiş; özgə bir hala düşərmiş və bəzən şövqə gəlib eşqə, mey və məhəbbətə dair şeir
oxuyarmış. Aydın və şirin danışdığı üçün dinləyənləri valeh edərmiş. Müasirlərinin çoxu
onunla həmsöhbət olmağı özlərinə şərəf bilərmiş.
Nəbati orta əsrlərin böyük mütəfəkkiri Nemətullah
Vəlinin şiə təriqətinin
davamçılarından olmuş, əsərlərində onun sufi-təriqət ideyalarını təbliğ etmişdir. Nemətullahi
təriqətinə görə Allaha çatmaq istəyən özünü (maddi aləmi) unutmalı, fənaya uğramalı, bu
yolla haqqa qovuşmalıdır. Yalnız daxilən təmizlənib saflaşan insan “Ənəlhəqq” deyib özünü
haqqa çatmış hesab edə bilər. Nəbati də bu yolu davam etdirmək, insanın mənəvi
kamilləşmə yolu ilə Allah səviyyəsinə yüksələ biləcəyinə inanmışdır. O da böyük
Azərbaycan şairi İmadəddin Nəsimi kimi “Ənəlhəqq” deyə Allahı insanın özündə
görmüşdür. Nəbati şeirlərinin birində deyir: “Bütün yaradılmış bizdən başqa bir şey deyildir.
Yerdə, göydə, dəniz və mədənlərdə bizdən başqa heç bir şey yoxdur”.
Lakin Nəbati dünyagörüşü, həyata baxışları etibarilə ziddiyyətli şəxsiyyət olmuşdur. O,
bir tərəfdən dini ehkamları, xurafatı pisləyir, xalqı ibadə-
tə, mövhumata səsləyən zahidi “kor gözlü uzunqulaq” adlandırır. “Mümkün
olduqca eyşi
işrət qıl, fürsəti salma ruzi-miadə” – deyə müasirlərini həyatdan zövq almağa, şən, deyə-gülə
yaşamağa çağırır, ikinci tərəfdən isə xalis dindar kimi çıxış edir. Özü də bir dinə qail olmur:
gah islamı, gah atəşpərəstliyi təqdir edir, gah da islamı atıb xristian olduğunu, xaça sitayiş
etdiyini söyləyir. Hətta bəzən özünü qatı kafir adlandırır: “Əgər bu ruzigar əhli məndən
xəbərdar olsalar, yəqinimdir ki, Sənanın küfrünə min yol şükr edərlər”. Şair farsca
şeirlərinin birində özünün daxili ziddiyyətlərini, bir-birini kəsən yollar ayrıcında mütərəddid
qaldığını, mövcud həyatı, varlığı axıra qədər dərk edə bilmədiyini etiraf edib yazır:
Gah ağıllı, gah divanə oldum,
Gah abad, gah
viranə oldum,
Gah xərabat içində sufi,
Gah da meyxanə süpürgəçisi oldum...
Gah abid oldum, gah brəhmən.
Gah məscid, gah bütxanə oldum,