Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə1/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
  1   2   3   4   5   6   7   8   9   ...   58


______________Azərbaycan Milli Kitabxanası_________________ 

 
 
  
 
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 

 
SÜLEYMAN RÜSTƏM 
 
 
 
 
 
 
 
SEÇİLMİŞ 
ƏSƏRLƏRİ 
 
ÜÇ CİLDDƏ 
 
1 CİLD 
 
 
 
 
 
 
 
 
 
 
"ŞƏRQ-QƏRB" 
BAKI-2005 
 
  
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 

 
 
Bu kitab "Süleyman Rüstəm. Seçilmiş əsərləri. Dörd cilddə. I, IV cildlər" 
(Bakı Azərnəşr, 1969, 1972) və   "Süleyman Rüstəm. Mənim günəşim" 
(Bakı Yazıçı, 1980) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
 
 
Tərtib edəni: 
    Azad Rüstəmzadə 
 
 
894.3611-dc 21  
AZE 
Süleyman Rüstəm. Seçilmiş  əsərləri. Üç cilddə. I cild. Bakı, "Şərq-Qərb", 
2005, 256 səh. 
 
Xalq şairi Süleyman Rüstəm XX əsr Azərbaycan ədəbiyyatının ilk təməlini qoyan yazıçılar nəslin 
mənsubdur. Qüdərtli söz ustasının çoxcəhətli yaradıcılığı yeni səpkili milli poeziyanin təşəkkülü və 
inkişafı ilə bağlıdır. Artıq mənalı ömrü poetik salnaməyə çevrilən şair 60 ilə yaxın gənclik ehtirası ilə 
yazıb-yaratmışdır. 
Azərbaycan sovet şerinin yaranışı Süleyman Rüstəmin yeni sənət naminə  əlinə  qızıl qələm 
götürdüyü vaxtdan başlayır. Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdən etibarən o, bütün 
istedad və bacarığını xalqa, Ana Vətənə həsr etmiş, ədəbiyyatımızın mübariz bayraqdarı olmuşdur. 
"Seçilmiş əsərləri"nin I cildində şairin poeziyasından nümunələr toplanmışdır. Döyünən təmiz qəlb 
çırpıntılarının aydın duyulduğu bu poetik parçaların lirik qəhrəmanı varlığa, təbiətə çox incə, həssas 
münasibət bəsləyən şəxsiyyətdir. Məhəbbət, vüsal, hicran dəmləri, təbiətin ilk növbədə coşqun çağları: 
bahar, Xəzər, Abşeron, Kalqın adət-ənənələrindəki gözəlliklərə hörmət... bu lirik qəhrəmanın 
məzmununa bir genişlik gətirir. Bu qəhrəman dövrün poeziyasının səciyyəvi cəhətlərini özündə 
toplayan obrazdır. 
 
 
 
 
İSBN 9952-418-56-3    
 
 
 
 
© "ŞƏRQ-QƏRB", 2005 
  
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 

 


______________Azərbaycan Milli Kitabxanası_________________ 

 
ÖN SÖZ 
 
Şerimizin çoxəsrlik tarixində iyirminci yüzilliyin xüsusi və müstəsna yeri 
vardır. Əsrin milli poetik təfəkkürünün yeni təşəkkülündəki bu mövqeyi xüsusilə 
indi, yeni əsrin başlanğıc mərhələsində daha aydın və qabarıq bir şəkildə özünü 
hiss etdirir. Bu da təsadüfi deyildir, ötən əsrin poetik inkişafina ümumi bir baxışı 
ifadə etmək istəsək, ilk növbədə bunu qeyd etməliyik ki, onun bütün poetik 
istiqamətini hər  şeydən  əvvəl novatorluq hərəkatı, milli şerin yeni, daxili 
imkanlarını axtarış;  Şərq bədii təfəkkürünü müasirləşdirmək təşəbbüsü təşkil 
etmişdir. Əlamətdardır ki, poetik əsr bu hərəkatla, belə bir amalla başlamışdır. Biz 
böyük Sabiri nəzərdə tuturuq. Poeziyada novatorluq hərəkatı Sabirlə başlanır və 
çox paradoksal haldır ki, Sabir bütün əsr boyu bu mövqeyini itirmir. Hətta  əsrin 
sonunda da Sabirin obrazı poeziyada nəhəng və miqyaslıdır. Sabirdən sonra biz 
əsrin poeziya kəhkəşanında Məhəmməd Hadi, Hüseyn Cavid kimi sənətkarları, 
romantik poeziya banilərini görürük. Onların adı ilə  əsrin başqa bir poeziya 
istiqaməti və  məktəbi - XX əsrin romantik poeziyası, bu poeziyanın meylləri, 
fəlsəfəsi və poetikası bağlıdır. Xarakter cəhət odur ki, hətta sovetləşəndən sonrada 
əsrin poeziyası öz novatorluq yolu ilə hərəkat və axtarışlarını davam etdirir. Yeni 
şairlər nəsli-müxtəlif üslubları, meyvələri təmsil edən  şairlər nəsil meydana çıxır 
və bu əsrin poetik axtarışlarını yeni sosial-tarixi kontekstdə davam etdirir, daha da 
dərinləşdirirlər. Belə şairlərdən biri, bəlkə də birincisi xalq şairi Süleyman Rüstəm 
olmuşdur. S.Rüstəmin danılmaz xidməti ondan ibarətdir ki o, əsrin yeni dövr, yeni 
mərhələ poeziyasını başlamış ilk şairdir. İndi bu şairin yaradıcılığına, poeziyadakı 
uzunillik təcrübəsinə  ən müxtəlif münasibətlər ola bilər və olmalıdır. Çünki belə 
münasibət təkcə S.Rüstəmə yox, onun dövrünə, onun poetik fəaliyyətinin başladığı 
və davam etdiyi mərhələlərə müasir ədəbi-tarixi cəhətdən zəruridir. S.Rüstəm də 
burada qətiyyən istisna təşkil etmir, Zira S.Rüstəm bu mərhələnin böyük və  əsas 
poetik simalarından biridir. O, bu mərhələnin poeziyasını başlamışdır və ondan 
sonrakı  şairlər də  mərhələnin poetik axtarışlarını özlərinə  məxsus  şəkildə  və 
səviyyədə davam etdirmişlər. Böyük Səməd Vurğun hələ 1954-cü ildə S.Rüstəmə 
Moskvadan ünvanladığı teleqramında onu Azərbaycan sovet poeziyasının banisi 
adlandı-rırdı və qeyd edirdi ki, biz şairlər sənə borcluyuq. S.Vurğunun öz görkəmli 
müasirinə bu qiymətinin dərin tarixi mənası vardır; o bununla hər  şeydən  əvvəl 
S.Rüstəmlə poeziyada başlanan mərhələnin müstəsna  əhəmiyyətini qeyd edir; 
ikincisi, bu poetik mərhələdə S.Rüstəmin yerini dəqiq müəyyənləşdirirdi. 
S.Vurğunun fikrini davam etdirərək demək olar ki, S.Rüstəmlə eyni  
 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə