«Milli Məclis». 2009.№2(11). S. 60-62. Dövləti humanizm və mərhəmət ünvanı Əhməd Vəliyev



Yüklə 120,14 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü120,14 Kb.
#54158


«Milli Məclis».-2009.-№2(11).-S.60-62.

Dövləti humanizm və mərhəmət ünvanı

Əhməd Vəliyev

Millət vəkili, professor



Ulu  öndərimiz  Heydər  Əliyevin  qurub-yaratdığı  müstəqil  Azərbaycanımızın  bugünkü,  hərtərəfli

inkiş afı  nəinki  hər  bir  Azərbaycan  vətəndaşı  üçün,  eyni  zamanda,  Azərbaycanı  tanıyanlar  üçün  də  tam

şəffaflığı ilə aydındır. Çətin geostrateji mövqeyə, zəngin yeraltı, yerüstü sərvətlərə malik olan, eyni zamanda,

torpaqlarının 20%-i işğal olunan, 1 milyondan artıq qaçqını, köçkünü olan bir ölkədə qısa zaman kəsiyində

bu  cür  inkiş afın  və  sabitliyin  əsasında  nə  durur?  Bu  suala  qeyd-şərtsiz  hər  bir  azərbaycanlı  belə  cavab

verərdi: düzgün dövlətçilik modeli, Heydər Əliyev siyasəti və bu siyasi irsə hörmət, ehtiram əlaməti  olaraq

yüksək peşəkarlıqla dövləti idarəetmə məharəti.

Fəxrlə  deyə  bilərik  ki,  bu  gün  ölkəmizin  idarə  edilməsi  təkcə  quru  rəsmiyyətlə,  ölkənin  tərəqqisinə

yönəldilmiş  fərman  və  sərəncamların  sayı ilə,  onların  əhatə  dairəsinin  genişliyi, xalqa  yönəlməsi,  mütərəqqiliyilə

məhdudlaşmır.  Azərbaycanda  dövlət  idarəçiliyi  həm  də  aliliyi  qorunan  qanunlara  söykənərək  xeyirxahlıq  və

insaniyyət  təfəkkürü ilə həyata keçirilir. Bəli, müasir Azərbaycan dövlətçiliyinin cəlbedici  xüsusiyyətlərindən  biri

də  məhz  dövləti  xeyirxahlıqdır,  dövlət  səviyyəsində  göstərilən  mərhəmət  və  şəfqətlilikdir.  Elmi  sosioloji

ədəbiyyatda buna sosial yönümlü dövlət atributları deyilir.

Hər  birimizə  tam  şəffaflığı  ilə  aydındır  ki,  bu  gün  Azərbaycanda  belə  bir  siyasətin  həyata  keçirilməsində

Prezident  İlham Əliyevlə  yanaşı onun  ən  yaxın  silahdaşı olan  hörmətli  həmkarımız,  YUNESKO  və  İSESKO-nun

xoşməramlı  səfiri,  Heydər  Əliyev  Fondunun  prezidenti,  Azərbaycanın  Birinci  xanımı,  millət  vəkili  Mehriban

xanım  Əliyevanın  xidmətləri  də  danılmaz  və  təqdirəlayiqdir.  Mehriban  xanım  Azərbaycan  mədəniyyətini,

ədəbiyyatını,  musiqisini  dünyaya  təqdim  edən  fədakar  və  yorulmaz  insan  olmaqla  bərabər  təhsilin,  səhiyyənin

problemlərinin  həllində  müstəsna  xidmətlərə  malik  şəfqətli  bir  dövlət  adamı  və  ictimai-siyasi  xadimdir.  Eyni

zamanda,  konkret  adamlara  konkret  qayğı  və  yardım  göstərən  nəcib  xeyriyyəçi,  el  gözündə  ideal  vətəndaş  kimi

hörmət qazanan, ən başlıcası isə xalqımıza baş ucalığı və şərəf gətirən bir soydaşımızdır.

Müdriklərin birinin dediyi kimi, hər bir insanın dəyəri onun can atdığı məqsədin aliliyi ilə ölçülür. Bu mənada

biz Mehriban xanım Əliyevanı hər yerdə - Azərbaycanda və dünyanın ən müxtəlif ölkələrində əlillərin, şikəstlərin,

ehtiyacı  olanların  dərdlərinə  həmdərd  kimi  mərhəmətlə  və  xüsusi  həssaslıqla  yanaşan  insanların  ön  sıralarında

görürük.

Onun  şəxsiyyəti  milli  mədəniyyətimizi,  mentalitetimizi,  dövlətçilik  ənənələrimizi  ən  yüksək  səviyyədə  və

ləyaqətlə təmsil edən görkəmli ictimai xadim timsalında - ali məqsədlərin daşıyıcısı və bu məqsədləri reallaşdıran

ictimai xadim obrazında qəbul edilir.

Mehriban  xanım  Əliyevanın  -  bu  gözəl  ziyalının  Azərbaycan  zadəganlığının,  elminin,  mədəniyyətinin,

ictimai-siyasi  həyatının  ən  layiqli  şəcərələrinin  misilsiz  davamçısının  keçirdiyi  tədbirlərin,  gördüyü  işlərin,

göstərdiyi yardımların mayasında yalnız Azərbaycan durur, yalnız Azərbaycan sevgisi dayanır. Elə bir Azərbaycan

ki,  onun  hansı çətinliklər  hesabına  dövlət  statusuna  qalxmasına  bunun  üçün  sərf  olunan  fitri  rəhbər  istedadına  və

bacarığına,  hakimiyyət  ustalığına,  idarəetmə  səriştəsinin  strateq  və  filosof  təfəkkürü  ilə  vəhdətinin  nümayişinə

şəxsən özü şahid olub. 

Bütün bu əzəməti, həyat və hakimiyyət  fəlsəfəsinin faydalı sintezindən irəli  gələn qüdrəti  dərk  etmək üçün,

heç şübhəsiz ki, gərək özün də böyük olasan, böyük ailənin və şəcərənin genetik üstünlüyündən irəli gələn fərqli və

fərdi  keyfiyyətlərə  malik  olasan.  Mehriban  xanımın  fəaliyyət  istiqamətinə  nəzər  yetirdikdə  profil  rəngarəngliyi,

peşəkarlıq  duyumu,  ənənəvi  və  yenilikçi  dəyərləri  sintezetmə  qabiliyyəti  və  çevik  idarəetmə  ilə  müşayiət  olunan

kamil  şəxsiyyət  görürsən.  Vicdan  və  etiqad  hissi  ilə  diqqət  yetirək:  idman,  təhsil,  səhiyyə,  əhalinin  müxtəlif

təbəqələrinin  sosial  problemləri  və  onların  həlli,  hərbi  vətənpərvərlik,  musiqi,  mədəniyyət  məsələləri,  Qarabağ

problemi, Xocalı faciəsi və s. məsələlər Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun daim

diqqət mərkəzindədir. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən bir sıra layihələr işlənib hazırlanır və uğurla

həyata keçirilir.

Problemlərin əhatə dairəsi və tətbiq arealı öz genişliyinə görə həddən ziyadə erudisiya, enerji, bilik, bacarıq,

səriştə tələb edir. Ən başlıcası isə vətənpərvərlik və nəciblik tələb edir. 

Maraqlı  məqamlardan  biri  də  budur  ki,  sivil  cəmiyyətin  və  ölkələrin  nümayəndələri  Mehriban  xanımın

rəhbərliyi  altında  görülən  tədbirləri,  həyata  keçirilən  layihələri  təqdir  edir,  bəyənir,  minnətdarlıq  edirlər,  hətta

müxalif fikirli insanlar belə Mehriban xanım Əliyevanın gərgin zəhmətini inkar etməyə ürək etmirlər. 

Mehriban  xanım  Əliyevanın  qatıldığı  tədbirlərdə  xarici  ölkə  rəhbərləri  və  beynəlxalq  təşkilatların

nümayəndələrinə  olduqca  əhatəli  və  geniş  məlumatlar  verilir:  ölkədə  yürüdülən  qadın  siyasəti,  ölkədə  gedən

ictimai-siyasi  proseslərdə  qadınların  rolu,  gender  siyasətinin  uğurla  tətbiqi,  xəstə  uşaqlara  yardım  layihələrinin

mahiyyəti,  Azərbaycan  xalqının  qədim  tarixi,  zəngin  mədəniyyəti  barədə  bilgilər,  görkəmli  elm  və  sənət




adamlarının  həyat  və  yaradıcılığı,  onların  yubileylərinin  təşkili,  mədəni  irsin  qorunması  üçün  dövlət  qarşısında

qaldırılan  məsələlər,  tarixi  abidələr  haqqında  müfəssəl  məlumat  və  onların  bərpası  istiqamətində  görülən  işlər,

Azərbaycanın  ərazi  bütövlüyü  və  erməni  təcavüzü,  Xocalı  faciəsinin  dünyaya  çatdırılması  və  s.  Bütün  bunlar

gündəlik və ardıcıl keçirilən görüşlərdə nümayiş etdirilən xalqa bağlılıq, onun dərdlərinə şəriklik, xeyriyyəçilik və

vətənpərvərliyi özündə ehtiva edirsə, digər tərəfdən nəticə etibarı ilə Azərbaycanın dünyaya daha sağlam, daha sivil

obrazda çıxması, təqdim oluna bilməsi üçün çəkilən böyük və təmənasız zəhmətdir, Azərbaycan xalqının minilliklər

ərzində yaratdığı mənəvi sərvətlərin qorunub saxlanmasına indekslənən gərgin fəaliyyətdir. 

Mehriban  xanım  özünün  bu  fədakar  fəaliyyətində  “Xeyirxahlıq  və  insanpərvərlik  insan  nəslinin  mənəvi

həyatının və ali dəyərlərinin qorunub saxlanması üçündür” fəlsəfəsinə tapınır. 

Mehriban  xanım  Əliyevanın  xeyirxahlıq  və  insanpərvərlik  fəlsəfəsinə  nəzər  salanda  dahi  alman  filosofu

Kantın “Xeyirxah adamlar və nəcib əməllər olmasaydı, həyat çox darıxdırıcı və mənasız olardı”  fikrindəki həqiqət

yükünün  nə  qədər  böyük  olduğuna  bir  daha  əmin  olursan.  Bəli,  alimlərin,  mütəfəkkirlərin,  ədəbiyyat,  düşüncə  və

sənət  adamlarının  gəldiyi  qənaət  belədir:  mənalı  ömür  xeyirxahlıqla  nəcibliyin,  şəfqətlə  insansevərliyin,

mərhəmətliklə  alicənablığın  sintezi  üzərində  qurulur.  İnsanın  dəyəri  onun  mənəvi  gözəlliyində,  mənəvi

zənginliyində,  xeyirxahlığında,  nəcibliyində,  əxlaqında  və  zəkasındadır.  O  xalqlar  və  cəmiyyətlər  ictimai-tarixi

planda xoşbəxt və  rifahlı sayılır  ki,  bütün  bu  məziyyətlər  dövlət  adamının təfəkkürü  və  idarəçilik  fəlsəfəsi  ilə  sıx

surətdə çulğaşıb tamamlanır. Biz müasir Azərbaycanda məhz bunun şahidiyik.

...Zaman dünyaya həmişə böyük töhfələr verib. Filosoflar elə zamanın bəxş etdiyi əvəzsiz töhfələrin siqlətini,

sirayətedici gücünü və nüfuz imkanlarını duyaraq, “Əsl insanın mahiyyəti xeyirxahlıqdır”  qənaətinə gəliblər. XIX

əsrin  böyük  alman  bəstəkarı  və  mədəniyyət  xadimi  Vilhelm  Vaqnerin  təbirincə  desək,  “Əsl  insan  ləyaqət,

xeyirxahlıq  və  nəcibliklə  müəyyən  olunur”.  Üstəlik  də  aurasından,  əməlindən,  niyyətindən  işıq  saçan  bu  insanlar

zamanla ayaqlaşan intellektə, dünyagörüşünə və savada yiyələnəndə dünya daha da gözəl görünür. 

Bütün bu keyfiyyətləri özündə əks etdirən həmkarımız Mehriban xanım Əliyevanın xeyirxahlıq və mərhəmət

ənənəsinə  bir  daha  sadiqlik  nümayiş  etdirərək  Novruz  bayramı münasibəti  ilə  amnistiya  elan  edilməsi  haqqında

Azərbaycan Respublikası Milli Məclisi qarşısında təşəbbüslə çıxış etməsini və belə bir mərhəmət addımı atmasını

bütün Azərbaycan xalqı təbii qəbul etdi. Ona görə ki, onun bütün həyat fəlsəfəsi dövləti sədaqətlilik, mərhəmət və

xeyirxahlıqdır.

Bu mərhəmət amnistiyasının ortaya çıxarılması ilə çox hörmətli Mehriban xanım Əliyeva bir daha sübut etdi



ki, hər zaman əməli fəaliyyəti ilə gözləri yolda olan insanlara, ailələrə sevinc bəxş etməklə daima onlarla birgədir.

Yüklə 120,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə