“Milli Məclis”. 2010.№3 S. 14-15. Xocaliya ədalət milli Məclisdə erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi



Yüklə 16.2 Kb.

tarix08.07.2018
ölçüsü16.2 Kb.


“Milli Məclis”.-2010.-№3-4.-S.14-15.

XOCALIYA ƏDALƏT

Milli  Məclisdə  erməni  silahlı  qüvvələri  tərəfindən  azərbaycanlılara  qarşı  həyata  keçirilmiş  Xocalı

soyqırımı qurbanlarının xatirəsi yad edildi.

Fevralın 23-də  Milli  Məclisin  növbəti  iclasını açan  Sədr  Oqtay  Əsədov  deputatlara  müraciət  edərək dedi:

"Hörmətli  millət  vəkilləri,  3  gün  sonra  XX  əsrin  sonunda  erməni  silahlı qüvvələri  tərəfindən  törədilən,  insanlığa

qarşı  cinayət  hadisəsi  kimi  qiymətləndirilmiş  Xocalı  faciəsinin  18-ci  ildönümü  qeyd  olunacaq.  Xahiş  edirəm

bununla  əlaqədar  Xocalı  soyqırımı  qurbanlarının  xatirəsini  bir  dəqiqəlik  sükutla  yad  edək".  Xocalı  faciəsi

qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra  müzakirələrin  gedişində  çıxış edən  deputatlar  Ermənistan  tərəfinin  azərbaycanlılara  qarşı soy-qırım

siyasətini  hələ  ötən  əsrin  əvvəllərindən  həyata  keçirməsindən,  bu  işdə  ermənilərə  həm  çar,  həm  də  sovet

Rusiyasının  havadarlıq  etməsindən,  Xocalı  soyqırımının  azərbaycanlılara  qarşı  həyata  keçirilən  etnik  təmizləmə

siyasətinin ən dəhşətlisi olmaqla  yanaşı keçən  əsrin  ən  böyük  faciəsi  olmasından, azərbaycanlılara  qarşı soyqırım

faktının bütün dünyada tanınması və qəbul edilməsinin vacibliyindən danışdılar.

Milli  Məclisin  Sədri  deputatların  diqqətini  bir  məsələyə  yönəltdi:  "...Xocalı  faciəsinə  verilən  siyasi

qiymətdən  çox  söhbət  gedir...  Biz  araşdırdıq  və  gördük  ki,  ölkə  Prezidenti,  Milli  Məclis  və  digər  hökumət

təşkilatları tərəfindən bu illər ərzində Xocalı faciəsinə həsr olunan onlarla sənəd - fərman, qərar, müraciət, qətnamə,

bəyanat  qəbul  edilmişdir.  İlk  dəfə  olaraq  beynəlxalq  aləmdə  Xocalı  faciəsinə  düzgün  qiymət  verildi.  Bildiyiniz

kimi,  İslam  Konfransı  Gənclər  Təşkilatı  Forumunun  Mədəniyyətlərarası  Dialoq  layihəsinin  baş  koordinatoru,

Heydər Əliyev Fondunun Rusiya Federasiyası nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 1 il

bundan  əvvəl  "Xocalıya  ədalət"  kampaniyası başladı.  Sevindirici  haldır  ki,  dünyanın  51  ölkəsinin  üzv  olduğu  bu

nüfuzlu təşkilatda - İslam Konfransı Təşkilatı Parlament Birliyində ilk dəfə olaraq Xocalı faciəsinə insanlığa  qarşı

cinayət hadisəsi kimi qiymət verilib. İstərdim ki, Səfa Mirzəyev bir hüquqşünas kimi bu qətnamə barədə bizə izahat

versin".

Milli  Məclis  Aparatının  rəhbəri  Səfa  Mirzəyev  bu  hadisənin  hüquqi  aspektləri  barədə  deputatlara  ətraflı

məlumat  verdi:  "...Bu  il  yanvarın  31-də  Uqandada  -  Kampola  şəhərində  İslam  Konfransı  Təşkilatı  Parlament

Birliyinin ali orqanı olan konfransın VI sessiyası keçirilmişdir. Həmin sessiyada Milli Məclisin nümayəndə heyəti

də  iştirak  etmişdir:  hörmətli  deputatlarımız  Cavanşir Paşazadə  və  Sabir  Rüstəmxanlı.  Bu  sessiya  haqqında  bizim

qabaqcadan məlumatımız vardı. Azərbaycan Xarici İşlər Nazirliyi və İslam Konfransı Təşkilatı Gənclər Forumu ilə

birlikdə  biz  qətnamə  layihəsi  hazırladıq...  Bilirsiniz  ki,  İKT  Gənclər  Forumunun  Mədəniyyətlərarası Dialoq  üzrə

baş  koordinatoru  Leyla  xanım  Əliyevanın  təşəbbüsü  ilə  "Xocalıya  ədalət"  beynəlxalq  kampaniyası  keçirilir.  Bu

kampaniya  çərçivəsində  qətnaməyə  Xocalı  barədə  müddəalar  daxil  edildi.  Birgə  səylərimiz  və  İKT  Parlament

Birliyinin  baş  katibliyi  ilə  iş  nəticəsində  qətnamənin  mətnində  Xocalı faciəsi  erməni  silahlı  qüvvələri  tərəfindən

dinc əhalinin qətliamı və insanlığa qarşı cinayət kimi qiymətləndirildi.

Mən  qeyd  etmək  istərdim  ki,  bu  əlamətdar  bir  haldır.  Çünki  ilk  dəfədir  ki,  beynəlxalq  təşkilat,  özü  də

dünyada mövcud olan parlamentlərin dörddə bir hissəsini təşkil edən bir təşkilat Xocalı faciəsinə, Xocalı qətliamına

insanlığa qarşı cinayət kimi qiymət vermiş və birbaşa göstərmişdir ki, bu cinayət erməni silahlı qüvvələri tərəfindən

dinc  əhaliyə  qarşı  törədilən  kütləvi  qətliam  olmuşdur.  Bunun  əhəmiyyətini  qeyd  edərək  xüsusilə  vurğulamaq

lazımdır  ki,  insanlığa  qarşı  cinayət  anlayışı  beynəlxalq  hüquqda  özündə  bir  çox  dəhşətli  hərbi  cinayətləri,

soyqırımları,  genosidləri  əks  etdirən  bir  ümumi  anlayışdır.  Bu,  bizim  əlimizə  bir  president  verir.  Bu  president

əsasında  biz  bu  qətnaməyə  istinad  edərək  başqa  təşkilatlarda  da  Xocalı soyqırımının  insanlığa  qarşı  cinayət  kimi

qiymətləndirməsini tələb edə bilərik.

Həmin qətnamədə iki başqa əlamətdar hal da var. Bu da ondan ibarətdir ki, İslam Konfransı Təşkilatı üzv

olan  ölkələrin  parlamentlərinə  tövsiyə  edir  ki,  onlar  da  öz  parlamentlərində  Xocalı  soyqırımını  insanlığa  qarşı

cinayət kimi qiymətləndirsinlər. İkinci əlamətdar cəhət ondan ibarətdir ki, həmin o parlamentlərdən xahiş olunur ki,

İKT-yə daxil olan parlamentlər digər üzv olduqları beynəlxalq parlament təşkilatlarında bu məsələni qaldırsınlar və

həmin  parlament  təşkilatlarından  tələb  etsinlər  ki,  Xocalı  soyqırımını  insanlığa  qarşı  cinayət  kimi

qiymətləndirsinlər.

Bütün bunlar mənə əsas verir ki, bu qətnaməni çox yüksək qiymətləndirəm və təkcə bir siyasi qətnamə kimi

deyil,  eyni  zamanda,  özündə  çox  vacib  hüquqi  amillər  daşıyan  bir  qətnamə  kimi.  Azərbaycan  bu  qətnaməni  əldə

rəhbər tutaraq, digər beynəlxalq təşkilatlarda bunu president kimi gətirərək tələb edə bilər ki, öz qərarlarında bunu

təkrarlasınlar".

Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanıldı.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə