Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

45 

 

* * * 



 

Biz  nə  qədər  çox  yaşayırıqsa,  Novruz  bayramının 

Azərbaycan  xalqı  üçün,  hər  bir  azərbaycanlı  üçün  nə  qədər 

gərəkli və nə qədər sevimli olduğunu bir o qədər də hiss edirik. 

 

* * * 

 

Din  həmişə  müsbət  rol  oynamalıdır,  xüsusən  də  insanın 

mənəvi  inkişafında,  insanların  mənəvi  tərbiyəsində  və  onların 

yüksək  mənəviyyat,  yüksək  əxlaq  prinsipləri  əsasında  sıx 

birləşməsində. 

 

* * * 



 

Hər bir vicdanlı Azərbaycan vətəndaşının, azərbaycanlının 

borcu,  vəzifəsi  ondan  ibarətdir  ki,  bizim  gələcək  nəslimiz  daha 

da  bilikli  olsun,  daha  da  sağlam  olsun,  dünya  təcrübəsini  daha 

da mənimsəmiş olsun. 

 

* * * 



 

Bir kimsəsiz uşağı, yaxud atılmış uşağı götürmək, bağrına 

basmaq, saxlamaq, böyütmək həddən ziyadə qiymətli bir isdir. 

 

* * * 



 

Bizim  məqsədimiz  xalqımızın  mənəviyyatını  qorumaq  və 

zənginləşdirməkdir. 

 

* * * 

 

Bizim millətimizdə, xalqımızda, azərbaycanlılarda namus, 

qeyrət həmişə ən yüksək keyfiyyət hesab olunubdur. 

 



46 

 

* * * 



 

Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, 

adət-ənənələrimizlə fəxr edirik. 

 

* * * 



 

Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əx-

laqi  dəyərlərimizi  bütün  istiqamətlərdə  qorumalıyıq,  saxlamalı-

yıq  və  gənc  nəsli  əsrlər  boyu  böyük  sınaqlardan  keçmiş  bu 

mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. 

 

* * * 



 

Azərbaycan  milli-mənəvi  dəyərlərinə  qarsı,  Azərbaycanın 

milli  mentalitetinə  qarşı  yönəldilmiş  hərəkətlərin  hamısının 

qarşısı  alınacaqdır  və  qanun  çərçivəsində  lazımi  ölçülər 

götürüləcəkdir.  Bu  sözləri  deyərək  mən  bir  daha  Azərbaycan 

xalqına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm ki, hər bir 

insan vətəndaşlıq borcunu ən yüksək borc hesab etsin. 

 

* * * 



 

Millətə, 

dövlətə,  dövlətçiliyə  sədaqət  çox  geniş 

məfhumdur.  Bəziləri  bunun  əksini  ancaq  dövlətə,  sadəcə, 

birbaşa  xəyanət  kimi  anlayırlar.  Təbiidir  ki,  xəyanət  ən 

təhlükəlidir. Ancaq eyni zamanda vətəninə, millətinə sədaqət hər 

bir şəxsin yüksək mənəviyyata malik olmasındadır. 

 

* * * 



 

İnsan  həyatda  gərək  elə  yaşasın  ki,  o,  həmişə  öz 

mənəviyyatı ilə fəxr etsin. Hər bir şeyi itirmək olar. Amma uşaq 

da,  böyük  də,  hər  bir  insan  gərək  mənəviyyatını,  iradəsini 

itirməsin,  bütün  çətinliklərin  qarşısını  alsın,  onların  qarşısında 



47 

 

əyilməsin, sınmasın. Öz iradəsi ilə yaşasın, böyüsün, cəmiyyətə 



fayda versin. 

 

* * * 



 

Həyatın  mənası  təkcə  insanın  bu  həyatda  yaşaması 

deyildir.  Həyatın  mənası  ondan  ibarətdir  ki,  dünyaya  gələn, 

böyüyən, ərsəyə çatan hər bir uşaq, həyat fəaliyyətinə başlayan 

insan cəmiyyətə, millətə, ölkəsinə, vətəninə layiqli xidmət etsin, 

fayda versin. 

 

* * * 

 

Həyat  mübarizədir,  həyat  inkişafdır.  Bu  gün  dünənkindən 

daha  da  irəliyə  getməlisən.  İrəliyə  getmək  üçün  hansısa  addım 

atmalısan. 

 

* * * 

 

Novruz  bayramı  heç  bir  tarixi  hadisə,  yaxud  heç  bir 

şəxsiyyətin  adı  ilə,  onun  fəaliyyətilə  bağlı  deyildir.  Bu  bayram 

təbiətin  qanunları  ilə,  kainatın  qanunları  ilə  əlaqədar  olan  bir 

bayramdır.  Gündüz  ilə  gecənin  bərərabərləşməsi  günü,  baharın 

ilk  günü  Novruz  bayramıdır.  Bunlara  görə  Novruz  bayramı  bir 

çox  başqa  bayramlardan  fərqlənir  və  bu,  bizim,  məhz 

Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu 

gün  də  bu  bayramı  ən  çox  sevən,  ən  uca  tutan  Azərbaycan 

xalqıdır. 

 

* * * 

 

Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan 



xalqının,  millətimizin  qəlbində  o  qədər  yerləşib  ki,  heç  bir 

qüvvə,  heç  bir  hakimiyyət,  heç  bir  siyasi  sistem  bu  bayramı 

Azərbaycan xalqının əlindən ala bilməyibdir. 



48 

 

* * * 

 

Zəngin  müsəlman  sivilizasiyasının  nailiyyətləri  bir  sıra 



hallarda  Azərbaycan  alimlərinin,  fikir  adamlarının  səyi 

nəticəsində  Qərbin  və  bütün  insanlığın  mənəvi  sərvətinə 

çevrilmişdir. 

 

* * * 



 

 İnsanı  hörmətə  qaldıran  onun  zəhmətkeşliyidir,  mənəvi 

təmizliyidir, millətə, dövlətə, xalqa sədaqətidir, onun xeyirxahlı-

ğıdır.  Amma  bunlarla  hərabər,  mütləq  onun  təvazökarlığıdır. 

Gərək heç vaxt təvazökarlığı unutmayasan. 

 

* * * 



 

Ancaq  bir  məsələdə  səhv  ola  bilməz.  Dövlətə  sədaqət 

andına  xəyanət  etmək  olmaz.  Vətənə  sədaqət  andına  xəyanət 

etmək olmaz. Xalqa sədaqət andına xəyanət etmək olmaz. 

 

* * * 

 

Biz  dini  ilk  növbədə  mədəniyyətin,  tarixi  irsin,  milli 

mentalitetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi qəbul 

edirik. 


 

* * * 

 

Avropa  ilə  Asiyanın  qovuşağında,  Böyük  İpək  Yolunun 

üstündə  yerləşən  Azərbaycanda  zərdüştilik,  atəşpərəstlik  kimi 

qədim dini inanclar öz izlərini qoymuş, İslam, xristian və yəhudi 

dinləri  əsrlər  boyu  dialoq  və  qarşılıqlı  anlaşma  mühitində  dinc 

yanaşı yaşamış və gördüyünüz kimi, indi də yaşamaqdadır. 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə